“"Bayraktar"la bağlı xəbərdarlıq etmişdik” - ERMƏNİSTANIN KEÇMİŞ BAŞ NAZİRİ
21-12-2020 20:06
Baxış sayı:
1254

“Serj Sarkisyan gözümün işığı deyil, amma pilotsuz təyyarələr 2018-2020-ci illərdə peyda oldu. "Bayraktar"lar Azərbaycan ordusuna bu ilin may-iyun aylarında daxil olub”.
Bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan jurnalislərlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, separatçı qüvvələrin müdafiə ordusunun keçmiş “komandan”ı ilə birgə bu istiqamətdə müəyyən xəbərdarlıqlar edib: “Samvel Babayanla mən xəbərdarlıq etmişdik ki, Azərbaycan ordusunda yeni nəsil pilotsuz təyyarələr tətbiq olunur”.