Axtarış

The search found 105785 results in 0.031 seconds.

Search results

  1. Məşhur meyxanaçı pulsuzluqdan taksi sürməyə başladı

    Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan meyxanaçı Samirə Yusifqızı karantin sərtləşdikdən sonra vəziyyətinin daha da çətinləşdiyini bildirib.

    Yenisabah.az-a danışan söz ustadı pul qazanmaq üçün taksi sürdüyünü deyib:

    Muxalifet2 - 17-12-2020

  2. “Bakı Taksi xidməti”nin işçisi üzərinə benzin töküb, özünü yandırdı - İŞLƏDİYİ ŞİRKƏTDƏ

    Dünən saat 20:00 radələrində Elçin Məmmədovun sürücü işlədiyi Sabunçu rayonu, E.Mehdiyev küçəsi 40 ünvanında yerləşən “Bakı Taksi xidməti” MMC-də üzərinə alışqan maddə tökərək, intihara cəhd etməsi  barədə Sabunçu rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Muxalifet2 - 17-12-2020

  3. Məktəblərdə qiymətləndirmə bu qaydada keçiriləcək... - RƏSMİ AÇIQLAMA

    Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən, Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq ümumi təhsil pilləsində milli qiymətləndirmələr təşkil olunur.

    Təhsil Nazirliyindən verilən məlumata görə, sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir.

    Milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir, ancaq tədqiqat xarakterlidir.

    Muxalifet2 - 17-12-2020

  4. AZƏRBAYCANDA DAHA 38 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 4124 yeni yoluxma faktı aşkarlanıb

    Azərbaycanda koronavirus infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb, 4 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Muxalifet2 - 17-12-2020

  5. “DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN AYRILMAZ HİSSƏSİDİR” - Putindən növbəti açıqlama / Yenilənib

    Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi ənənəvi illik mətbuat konfransında Dağlıq Qarabağ məsələsindən də danışıb. Bildirib ki, sebtyabrın 27-də münaqişənin kənardan müdaxilə ilə alovlanması barədə deyilənləri düzgün saymır. Çünki gərginlik illərdir davam edirdi.

    Muxalifet2 - 17-12-2020

  6. Qarabağda sülhməramlıların sayı artırıla bilər? - PUTİN CAVABLADI

    Rusiya Prezidenti Vladimir Putin Qarabağda Rusiyanın sülməramlı kontingentinin sayının yalnız Azərbaycan və Ermənistanın razılığı ilə artırıla biləcəyini bildirib.

    O, bu barədə bu gün keçirilən illik mətbuat konfransında açıqlama verib.

    “Qarabağdakı Rusiya kontingentinin sayının artırılması mümkündür, lakin bu yalnız münaqişə tərəflərinin razılığı ilə baş verə bilər” ,- deyə Putin qeyd edib.

    Muxalifet2 - 17-12-2020

  7. ZƏNGİLAN İSTİQAMƏTİNDƏ DÖVLƏT SƏRHƏDİMİZ BƏRPA EDİLİR - Erməni ordusunun müdafiə istehkamları sökülür

    Kapan şəhərinin meri Qevorq Parsyan Ermənistan və Azərbaycanın dövlət sərhədi bölgəsindəki strateji yüksəkliklərdə erməni ordusunun müdafiə istehkamlarının sökülməsinə başladığını açıqlayıb.

    "Sputinik Ermənistan" xəbər verir ki, o, obyektlərin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdiyini deyib.

    "Müdafiə Nazirliyinin könüllülərinə təchiz olunmuş mövqelərindən uzaqlaşaraq Sovet sərhədlərinə getmələri bildirilib. Azərbaycan Silahlı Qüvvələri yaşayış massivimizdən 1 km, hava limanından 200-300 metr məsafədə olacaq", - Parsyan əlavə edib.

    Muxalifet2 - 17-12-2020

  8. Merkel peyvəndi tapan türk cütlüklə onlayn görüşdü

    Almaniya kansleri Angela Merkel koronavirus peyvəndini ixtira edən alman “BioTech firmasının qurucuları Uğur Şahin və Özlem Türeci ilə görüşüb.

    Merkel baş tutan onlayn müzakirədə əslən Türkiyədən olan həkimlərlə qürur duyduğunu qeyd edib.

    “Sizinlə fəxr edirik. Bunu hökumətimiz adından deyə bilərəm”,- deyə Merkel qeyd edib.

    O, Uğur Şahin və Özlem Türecinin tapdıqları peyvəndin insan həyatı üçün əhəmiyyətinə diqqət çəkib və “COVID-19” səbəbiylə yüksək ölümlərin bu vaksin sayəsində azalacağına ümid etdiyini bildirib. 

    Muxalifet2 - 17-12-2020

  9. Erməni təcavüzü nəticəsində ziyan dəymiş 6 143 ailəyə yardım ediləcək

    Dekabrın 17-də Azərbaycan Respubliksanının Prezidentinin 14 dekabr 2020-ci il traixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamının icrası məqsədilə Nazirlər Kabinetinin Sərəncamı dərc edilib.

    Muxalifet2 - 17-12-2020

  10. Oğuzda mikroavtobus aşıb - YARALILAR VAR

    Oğuzda mikroavtobus aşıb, çoxlu sayda yaralı var.

    Hadisə axşam saatlarında rayonun Böyük Söyüdlü kənd inzibati ərazisində baş verib. İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Yaralıların bir qismi Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

    Hadisə yerində rayonun hüquq-mühafizə orqan əməkdaşları araşdırma aparır./apa

    Muxalifet2 - 17-12-2020

  11. Yerevanda müxalifətin aksiyası başa çatdı - SABAH MATƏM YÜRÜŞÜ KEÇİRİLƏCƏK

    Yerevanda müxalifətin, Ermənistanın baş naziri Nikol Paşinyanın istefası  tələbi ilə keçirdiyi yürüş başa çatıb.

    "RİA Novosti" bildirir ki, yürüş Fransa meydanında mitinqlə yekunlaşıb. "Vahid Ermənistan" partiyasının lideri Artur Kazinyan mitinqdə prokurorluqdan Paşinyana qarşı "dövləti xəyanətlərinə görə" cinayət təqibi başlanılmasını tələb edib.

    Muxalifet2 - 17-12-2020

  12. "2 milyon vətəndaşımız işğaldan azad olunan ərazilərdə yerləşdirməlidir" - ZAHİD ORUC

    “Biz yüz minlərlə insanı Qarabağda təhsilə cəlb edərək orada təhsil müəssisələrimizi, universitetlərimizi qurmalıyıq”.

    Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

    Onun sözlərinə görə, məcburi köçkünlərimizlə yanaşı, 1,5 -2 milyon vətəndaşımızın Böyük qayıdışla azad olunan torpaqlarımızda yaşamasına imkan yaratmalıyıq: “Hesab edirəm ki, Qarabağda yaşayan insanlara dövlət dəstəyi olmalıdır”.

    Muxalifet2 - 18-12-2020

  13. "BU MƏSƏLƏNİ AZƏRBAYCANLA MÜZAKİRƏ EDƏCƏYİK..." - Hulusi Akardan qalmaqallı iddia ilə bağlı açıqlama

    “Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi davam edir. Generalımız və digər əməkdaşlarımız ora getməyə hazırdır”.

    Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

    Muxalifet2 - 18-12-2020

  14. “GÖYÇAYDAKI SƏHİYYƏ İŞBAZLARI...” - “Mərkəzi Xəstəxanada həkim tapılmır, Bioloji Klinikada isə qiymətlər qaldırılıb”

    Göyçay rayonunda səhiyyənin acınacaqlı durumu barədə Azpolitika.info-ya məktub ünvanlayan hüquq müdafiəçisi İlqar Məhərrəmli yazır ki, rayonun Mərkəzi Xəstəxanasının fəaliyyəti qeyri-kafidir.

    Muxalifet2 - 18-12-2020

  15. Xüsusi təyinatlıların 19 yaşlı sürücüsü düşmən minasına düşüb şəhid oldu - DÖRD BACININ TƏK QARDAŞI İDİ... / FOTO

    Xüsusi Təyinatlı Qüvvələrin 19 yaşlı əsgəri İsmayılov Cavad Asif oğlu şəhid olub.

    Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, sürücü Cavad İsmayılov idarə etdiyi “KamAz” markalı yük maşının minaya düşməsi nəticəsində şəhid olub.

    Salyan rayonunun Sarvan kəndindən olan əsgər Cavad İsmayılov 4 bacının yeganə qardaşı idi.

    Muxalifet2 - 18-12-2020

  16. Xüsusi təyinatlıların baş leytenantı Xocavənddə şəhid oldu - DÜŞMƏN MİNASI PARTLAYIB... / FOTO, VİDEO

    Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Asəf Ağayev şəhid olub. "Qafqazinfo"nun məlumatına görə, ötən gün A. Ağayev Xocavənd rayonunda mina partlaması nəticəsində həlak olub.  

    Qeyd edək ki, Asəf Ağayev Şuşanı fəth edən zabitlərimizdəndir. O, dekabrın 10-da keçirilən hərbi paradda da iştirak edib. 

     

    Muxalifet2 - 18-12-2020

  17. BAKI SAKİNLƏRİNƏ XƏBƏRDARLIQ - Ehtiyac olmadıqda sabah küçəyə çıxmayın

    Bakıda dezinfeksiya işləri aparılacaq.

    Paytaxtın kommunal strukturlarından verilən məlumata görə Covid-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq dekabr ayının 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

    Muxalifet2 - 18-12-2020

  18. BAKIDA "BAL ARILARI" HƏBS OLUNDU - "Daşkəsən balı" adı altında fırıldaqçılıq... / FOTOLAR

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - Çağrı Mərkəzinə daxil olan müraciət əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, M. Ə. Sabir küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Arif Oruc oğluna məxsus evdə “Daşkəsən balı” əmtəə nişanı adı altında saxta bal məhsulunun qablaşdırılması müəyyən olunub.

    Muxalifet2 - 18-12-2020

  19. “Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır” - HULUSİ AKAR

    “Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır. Məsələni rəsmi Bakı ilə müzakirəyə çıxarıb həll edəcəyik”.

    Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

    "Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar gedir. Məsələ qarşıdakı günlərdə reallaşacaq”, - nazir bildirib.

    Muxalifet2 - 18-12-2020

  20. “Koronavirus testləri ilə bağlı monopoliyanı aradan qaldırmaq lazımdır” - DEPUTAT

    “Hazırda dövlətin 46 klinikası koronavirusla mübarizə çərçivəsində səfərbər olunub. Həmçinin 15 mindən çox yataq yeri hazırda doludur”.

    Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

    Muxalifet2 - 18-12-2020

Pages