Axtarış

The search found 105793 results in 0.057 seconds.

Search results

  1. Ağdamın Seyidli kəndindən görüntülər - VİDEO

    Müdafiə Nazirliyi Ağdam rayonunun Seyidli kəndindən videogörüntülər hazırlayıb.
    Muxalifet.az
     həmin videogörüntüləri təqdim edir.

    Muxalifet2 - 23-12-2020

  2. Messi Pelenin rekordunu yenilədi - 1 QOL FƏRQİ İLƏ

    Barselona” futbol klubunun argentinalı kapitanı Lionel Messi Braziliya millisinin keçmiş oyunçusu Pelenin bir klub üçün vurduğu qol rekordunu yeniləyib.

    Belə ki, 33 yaşlı hücumçu “Valyadolid” ilə matçın 65-ci dəqiqəsində fərqlənib.

    “Barselona”da oynadığı müddətdə vurduğu qolları sayını 644-ə çatdıran Messi rekordçu Peleni ötüb.

    Qeyd edək ki, Pele Braziliyanın “Santos” futbol klubunda 643 qol vurub.

    Muxalifet2 - 23-12-2020

  3. Mask “Tesla”nı “Apple” şirkətinə satmaq istəyib - 10 QAT UCUZ QİYMƏTƏ

    Qabaqcıl texnologiya şirkətlərinin təsisçisi İlon Mask keçmişdə “Tesla”nı satmaq istəyib və bu təklifi “Apple” şirkətinin baş icraçı direktoru Tim Kuka edib.

    Bu barədə Mask özünün tvitter hesabında yazıb

    “Model 3 proqramının (elektrikli sedan avtomobili – Red) ən çətin günlərində “Tesla”nın “Apple” tərəfindən (indiki dəyərinin onda biri ilə) alınmasını müzakirə etmək üçün Tim Kuka müraciət etdim. O, görüşməkdən imtina etdi” , - o qeyd edib.

    Muxalifet2 - 23-12-2020

  4. Zəngilanın Mincivan qəsəbəsinin görüntüləri - VİDEO

    Müdafiə Nazirliyi işğaldan azad olunan Zəngilan rayonunun Mincivan qəsəbəsindən videogörüntülər yayıb.

    Muxalifet.az həmin görüntüləri təqdim edir.

    Muxalifet2 - 23-12-2020

  5. Polis özünə ad günü keçirən məktəb direktorunu cəzalandırdı

    Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etməsi ilə bağlı görüntülər araşdırılıb.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakt təsdiqini tapıb.

    Muxalifet2 - 23-12-2020

  6. "SƏNİN QURMAQ İSTƏDİYİN GƏLƏCƏK YOXDURSA..." - Paşinyan müxalifətə müzakirə üçün təklif verib

    “Gələcəyi görmədən cari məsələləri həll etmək mümkün deyil”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 23-də feysbuk səhifəsində yazıb.

    “Hətta mövcud cari məsələlərin həlli baxımından istənilən problemin aradan qaldırılması üçün bir neçə variant var. Əgər sənin gələcəyə baxışın, qurmaq istədiyin gələcək yoxdursa, onda bir sıra hallarda seçim etmək də olmur”, - N.Paşinyan bildirib.

    Muxalifet2 - 23-12-2020

  7. Azərbaycan əhalisinin sülhməramlılara münasibəti açıqlandı - QALMAQALLI RƏY SORĞUSU

    Azərbaycan Respublikası Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sorğunun nəticələrinə əsasən əhalinin yarıdan çoxu (54.7%) hesab edir ki, bölgədə sülh həm Rusiya, həm də Türkiyə sülhməramlıları tərəfindən təmin edilə bilər.

    Sorğunun nəticələrinə görə, bölgədə sülhün təminatçısı rolunda yalnız Türkiyə sülhməramlılarını görən respondentlərin göstəricisi 29.0%-dir.

    Muxalifet2 - 22-12-2020

  8. Azəbaycan ordusunun “qara piar”ını kim aparır?.. – JALƏ MÜTƏLLİMOVA YAZIR

    Azərbaycan ordusu əleyhinə qara piar aparılır. Ağlıma gələn bütün variantları yazmağı düşünürəm.
    Ola bilər, Müdafiə Nazirliyində köklü islahatlar aparılsın. Sirr deyil, 44 günlük vətən müharibəsi dönəmində ciddi problemlər üzə çıxdı. Buna qədərsə illərdir Nəcməddin Sadıkovla "savaş" olub. Hələ də davam etdiyi istisna deyil.

    Muxalifet2 - 23-12-2020

  9. DÜŞMƏNİN CANINA QORXU SALAN İGİD KAPİTANIMIZ - Əsgərini döyüş meydanından çıxararkən şəhid olub / FOTOLAR

    30 ilə yaxın həsrətdən sonra hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək uzun illərdən bəri düşmən tapdağında olan tarixi dədə-baba torpaqlarımızı işğaldan azad etdi.  44 gün davam edən Vətən Müharibəsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

    Onlardan biri də Nəcəfov İlkin Misir oğludur.

    Muxalifet2 - 23-12-2020

  10. "Əfv sərəncamına mane olan səbəblər var" - Əfv Komissiyasının üzvündən açıqlama

    "Pandemiya ilə əlaqədar ölkədə sərt karantin rejimi hökm sürdüyündən komissiya üzvləri toplaşıb müzakirələr aparmayıblar. Amma komissiyaya əfv üçün çoxlu sayda müraciətlər daxil olub".

    Bunu "AzPolitika.info"-ya Əfv Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.

    Onun sözlərinə görə, ikinci Qarabağ savaşında mühüm qalibiyyət əldə olundu və bu münasibətlə amnistiya aktının qəbulu, əfv sərəncamının imzalanması gözləntiləri var. 

    Muxalifet2 - 23-12-2020

  11. AZƏRBAYCANDA DAHA 46 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Yoluxma sayında azalma müşahidə olunur

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 334 yeni yoluxma faktı qeydə alınıb, 4 461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 46 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 208 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 151 660 nəfər müalicə olunaraq sağalıb, 2 340 nəfər vəfat edib, aktiv xəstə sayı 54 211 olub.

    Muxalifet2 - 23-12-2020

  12. DƏHŞƏT: Dünyaya yeni gəlmiş körpəsini torbaya qoyub zibilliyə atdı - VİDEO

    Türkiyənin Çanaqqala şəhərində qadının yeni doğulmuş körpəsini zibil qabına atmasının görüntüləri yayılıb.

    İHA xəbər verir ki, 22 yaşlı tibb bacısı Ezgi Ç. körpəsini dünyaya gətirdikdən sonra onu selofan torbaya qoyub soyuqqanlılıqla zibilliyə atıb.

    Göbək çiyəsi hələ üzərində olan körpə zibilyığan qadın tərəfindən tapılıb.

    Dərhal müdaxiləyə rəğmən körpənin həyatını xilas etmək mümkün olmayıb.

    Hadisədə günahlı bilinən Ezgi Ç. və 21 yaşlı sevgilisi Mustafa P. saxlanılıb.

    Muxalifet2 - 23-12-2020

  13. "QARABAĞDA SON DƏRƏCƏ ÇƏTİN MƏSƏLƏLƏRLƏ ÜZLƏŞDİK..." - "Azərbaycan türklərinin mənfəətlərini qorumağa çalışırıq” / VİDEO

    “Şərqi Aralıq dənizindən Liviyaya, Suriyadan Dağlıq Qarabağa uzanan coğrafiyada son dərəcə çətin məsələlərlə üzləşdik. Qarşılaşdığımız təhdidlərin böyüklüyünə baxmayaraq, qardaşlarımızın şərəfini, ölkəmizin mənfəətlərini, əziz millətimizin haqq və hüququnu heç kəsə çeynətmərik”.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

    Muxalifet2 - 23-12-2020

  14. “Qarabağdakı müharibə, pilotsuz aparatların tətbiqi Rusiya üçün də dərs oldu...” - POLKOVNİK VİKTOR BARANETS

    Rusiya Suriyada döyüş pilotsuz aparatlarının məhv edilməsi üzrə “əla nəticələr” göstərib. Lakin bunu Qarabağda etmək mümkün olmayıb, səbəb isə pilotsuz aparatlara qarşı vasitələrin keyfiyyətində deyil, onları idarə edənlərdədir.

    Bu haqda “Komsomolskaya Pravda” radiosunun efirində istefada olan polkovnik, hərbi ekspert Viktor Baranets deyib.

    Muxalifet2 - 23-12-2020

  15. Nazirlər Kabineti 190 manatla bağlı qərar verdi

    Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib.

    Muxalifet2 - 23-12-2020

  16. BİLL QEYTSDƏN BƏDBİN AÇIQLAMA - "Yaxın aylarda pandemiya daha da artacaq"

    Koronavirusa qarşı peyvənd işlərinə artıq başlanmasına baxmayaraq, qarşıdakı aylarda pandemiya daha da arta bilər.

    Bu barədə “Microsoft” şirkətinin banilərindən biri, tanınmış iş adamı və xeyriyyəçi Bill Qeyts (Bill Gates) şəxsi bloqundan bildirib.

    Muxalifet2 - 23-12-2020

  17. Cəbrayıl rayonunun Hovuslu kəndinin görüntüləri - VİDEO

    Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Hovuslu kəndindən yeni videogörüntülər yayıb.

    Muxalifet.az həmin görüntüləri təqdim edir.

    Muxalifet2 - 24-12-2020

  18. “BEŞİNCİ KOLON”UN TÜRKİYƏ QORXUSU VƏ TƏXRİBATLARI... - Rusiya Qarabağda möhkəmləndikcə qulbeçələri Bakıda fəallaşır...

    Ermənilər ərazilərində ikinci rus hərbi bazasının planlarını qurur, biz isə...

    Ermənistanın aparıcı müxalifət partiyalarından olan “İşıqlı Ermənistan”-ın sədri Edmon Marukyan Moskvaya səfərindən bir neçə gün sonra mətbuat konfransı keçirərək, ölkədə ikinci Rusiya hərbi bazasının yaradılması təklifilə çıxış edib. Partiya sədri deyib ki, bu məsələni Paşinyanın yerinə gələcək yeni hökumətin qarşısında qoyacaq.

    Muxalifet2 - 24-12-2020

  19. "RUSİYA HƏMİŞƏ BELƏ BAŞLAYIR, PASPORT PAYLAYIR VƏ..." - "ABŞ müdaxilə etməlidir"

    "National Review" rəsmi Moskvanın Gürcüstan və Ukraynadakı pasport fırıldağından yazdı

    Bu yaxınlarda "The New York Times" qəzetində Stepanakertdən (Xankəndi) hazırlanmış geniş reportaj verilmişdi. Məqalədə vurğulanırdı ki, yerli ermənilər arasında belə bir şayiə gəzir ki, tezliklə onlara Rusiya pasportu təqdim olunacaq. Bu haqda mətbuatda məlumat verilib.

    Muxalifet2 - 24-12-2020

  20. Qarabağda daha 8 erməni əsgərinin cəsədi tapıldı

    Axtarış işləri zamanı Qarabağda daha səkkiz erməni hərbçisinin qalıqları tapılıb.

    “Novosti Armeniya” bildirir ki, bu barədə Ermənistan FHN-in nümayəndəsi Unan Tadevosyan məlumat verib.

    Qeyd edilir ki, noyabrın 13-dən bəri döyüş əməliyyatları zonasında 1 069 erməni əsgərinin meyiti və qalıqları tapılıb.

    Tadevosyan onu da  bildirib ki, axtarış işləri Hadrut və Cəbrayıl istiqamətində aparılıb./Virtualaz.org

    Muxalifet2 - 24-12-2020

Pages