Ərdoğanın qardaşı oğlu koronavirusdan vəfat etdi
21-12-2020 00:25
Baxış sayı:
1288

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşı oğlu Əhməd Ərdoğan koronavirusdan vəfat edib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Əhməd Ərdoğan müalicə aldığı xəstəxanada həyatla vidalaşıb.
Uzun müddətdir müalicə alan Ə.Ərdoğan 73 yaşında idi.
Onun Rizedə dəfn ediləcəyi bildirilir.