Axtarış

The search found 105785 results in 0.101 seconds.

Search results

  1. MILLI MƏCLİSDƏ KORONAVİRUSA YOLUXANLARIN SAYI ARTIB - Daha bir neçə deputatda və əməkdaşda virus aşkarlandı...

    “Bizim də içərimizdə çoxlu sayda COVID-19-a yoluxanlar var. Milli Məclisin Aparatının əməkdaşları, deputatlar, texniki işçilər koronavirusa yoluxub”.

    Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

    Muxalifet2 - 18-12-2020

  2. Maska taxmayanlar ikiqat cərimə ödəyəcək - MİLLİ MƏCLİS DƏYİŞİKLİKLƏRİ TƏSDİQLƏDİ

    Milli Məclisinbu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    Dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılır.

    Muxalifet2 - 18-12-2020

  3. KARANTİN REJİMİNİ POZANLARLA BAĞLI QADAĞALAR DAHA DA SƏRTLƏŞDİRİLDİ - Yüksək miqdarda cərimə və həbs...

    Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    Yeni dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır.

    Muxalifet2 - 18-12-2020

  4. “Türkiyənin S-400 alması ABŞ ordusunu təhlükə altında qoyur” - POMPEO

    ABŞ Dövlət Katibi Mayk Pompeo türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı Türkiyənin əldə etdiyi S-400 komplekslərinin ABŞ ordusunu təhlükə altına aldığını deyib.

    Muxalifet2 - 18-12-2020

  5. İlkin Süleymanovun həbs müddəti uzadıldı - 10 YAŞLI NƏRMİNİN QƏTLİNDƏ TƏQSİRLƏNDİRİLİR...

    Nəsimi Rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
    Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev məlumat verib.
    O bildirib ki, hakim Solmaz Mustafayeva sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 1 ay 13 gün artırılıb.

    Muxalifet2 - 18-12-2020

  6. QARABAĞDA ANTİTERROR ƏMƏLİYYATLARI... - Bölgə erməni terrorçularından təmizlənir

    Azərbaycan silahlı qüvvələri, o cümlədən də digər qurumlarımız işğaldan azad edilən torpaqlarda təmizləmə və antiterror əməliyyatları başladıb. “Yeni Müsavat” xəbər verir ki, xüsusilə Hadrut, Xocavənd, Şuşa rayonlarının inzibati ərazilərində, meşə və dağlarda gizlənmiş erməni terrorçuları ərazidən çıxarılır, bölgə təmizlənir.

    Muxalifet2 - 18-12-2020

  7. "QARABAĞDAN ŞƏHİD GƏLİB..." - Qazimizin ürəksızladan şeiri...

    İşğaldan qurtulan Qarabağda xidmətini QAZİ kimi sürdürən Murad Rəfail oğlu bu gün yeni şerini göndərib . QAZİ oğlu Qazi Murad şəhid qardaşlarına yox, onların ərsiz qalan nişanlılarının, adaxlılarının ölmüş, şəhid olmuş ümidlərinə yas saxlayır. Qazi şerini oxuyanların diqqətinə çatdırıb, igid Murada Vətənə xidmətdə və yaradıcılıqda uğurlar arzulayırıq.
     
    Qarabağdan şəhid gəlib

     
    Şəhid gətirdilər  
    Yenə məhəlləmizə.
    Bələdiyyədən yenə
    Gül verib əlimizə
    "Şəhidi qarşılayın"
    Deyirdi, deyirdi orta yaşlı

    Muxalifet2 - 18-12-2020

  8. Azərbaycanda nazirlik əməkdaşı həbs edildi - RÜŞVƏTƏ GÖRƏ

    Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

    Muxalifet2 - 18-12-2020

  9. Avropa İttifaqı gediş-gəlişə icazə verilən ölkələrin siyahısını dəyişdirdi

    Avropa İttifaqı Şurası (European Council) əlverişli epidemioloji vəziyyətə görə vətəndaşlarının Aİ üzv ölkələrinə girişinə icazə verilən ölkələr siyahısına dəyişiklik edib.

    Muxalifet2 - 18-12-2020

  10. Azərbaycanda koronavirusdan ölənlərin sayında rekord artım... - SON SUTKADA 3962 NƏFƏR VİRUSA YOLUXUB

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3962 yeni yoluxma faktı qeydə alınıb, 4188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 195 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 131 252 nəfər müalicə olunaraq sağalıb, 2 133 nəfər vəfat edib, aktiv xəstə sayı 62 037 nəfərdir.

    Muxalifet2 - 18-12-2020

  11. Hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif edildi - SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Muxalifet2 - 18-12-2020

  12. Onlarla hərbi qulluqçu “İgidliyə görə” medalı ilə təltif edilidi - SİYAHI

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Muxalifet2 - 18-12-2020

  13. Bir qrup hərbi qulluqçu “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edildi - SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif ediliblər:

    Əsədullayev Asif Azadxan oğlu – polkovnik

    Muxalifet2 - 18-12-2020

  14. Yeni il gecəsi restoranlarda bayram tədbirləri qadağandır! - DİN-dən XƏBƏRDARLIQ

    Daxili İşlər Nazirliyi “Yeni il”​də kütləvi tədbir keçirmək istəyənlərə xəbərdarlıq edib.

    DİN Mətbuat Xidmətindən verilən məlumata görə, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər.

    Muxalifet2 - 18-12-2020

  15. Ermənistan parlamentində Paşinyanın tərəfdarları getdikcə azalır - DAHA BİR DEPUTAT MANDATINDAN İMTİNA ETDİ

    Ermənistanda hakim "Mənim addımım" partiyasının daha bir deputatı -Tiqran Karapetyan mandatından imtina edib.

    Karapetyan bu barədə “FACEBOOK” hesabında yazıb. Bildirib ki, millət vəkili mandatından imtina etmək üçün ərizə təqdim edib.

    "Güclü hərbi sənayeyə sahib olacağımıza inanmaqda davam edirəm və mənim həyatımın mənası bunda olacaq. Bizim ümidsizliyə haqqımız yoxdur. Özümüzdə güc tapmalı və yaşamalıyıq".

    Muxalifet2 - 18-12-2020

  16. Azərbaycan Rusiya ilə quru sərhədini bağlayır - GƏLƏN İL MARTIN 1-DƏK

    Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2020-ci ilin 1 mart tarixinədək bağlı olacaq.

    Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

    Muxalifet2 - 18-12-2020

  17. Rusiyalı zabit Qarabağda ərazini minalardan təmizləyərkən həlak oldu

    Rusiya ordusunun zabiti Dağlıq Qarabağda - Şuşada ərazinin minalardan təmizlənməsi zamanı həlak olub.

    Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

    "17 dekabrda Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb", - deyə məlumatda bildirilib.

    Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet2 - 18-12-2020

  18. İşğaldan azad olunmuş Kəlbəcərin ən yeni görüntüləri - VİDEO

    İşğalda azad olunmuş Kəlbəcərin bu gün çəkilmiş yeni görüntüləri yayımlanıb. Sözügedən videonu oxu.az-ın əməkdaşı qeydə alıb.

    Görüntülər Kəlbəcər şəhərinin girəcəyindən çəkilib və ərazini tanıyan şəxslərdən biri dağıntıların əslində hansı obyektlərə aid olması haqqında qısa məlumat verir.

    Həmin videonu təqdim edirik:

    Muxalifet2 - 19-12-2020

  19. ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

    ABŞ-ın Ticarət Nazirliyi Rusiya şirkətləri “Kosmos Komplekt”, “Sovtest Komp” və Rusiya vətəndaşı olan İlyas Sabirova qarşı sanksiyalar tətbiq edib.
    “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ hökuməti tərəfindən dərc olunan sənəddə deyilir.
    Genişləndirilmiş siyahıya Çin, Pakistan, Malta, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra Avropa ölkələrindən 78 hüquqi və fiziki şəxs daxildir.

    Muxalifet2 - 19-12-2020

  20. Mayk Pens xanımı ilə birlikdə peyvənd olundu - VİDEO

    ABŞ-ın vitse-prezidenti Mayk Penslə həyat yoldaşı Karen Pens, eləcə də hərbi tibb xidmətinin rəhbəri, vitse-admiral Cerom Adams media nümayəndələrinin iştirakı ilə koronavirusa qarşı peyvənd etdiriblər.

    Peyvənd olunma prosesi Ağ Evin saytında canlı yayımlanıb.

    “Bu gün biz Karenlə birlikdə Amerika xalqını peyvəndin keyfiyyətinə inandırmaq üçün vaksin etdirmək qərarına gəldik”, - deyə Pens bildirib.

    Muxalifet2 - 19-12-2020

Pages