Axtarış
The search found 105785 results in 0.031 seconds.
Search results
Putin 9 yaşlı uşaqla buz üstünə çıxdı - VİDEO
Rusiya Prezidenti Vladimir Putin “Arzular yolkası” aksiyası çərçivəsində Çelyabinsk əyalətindən olan 9 yaşlı Dimanın arzusunu reallaşdırıb.
Belə ki, Putin Dima ilə birlikdə Kreml yaxınlığındakı buz meydançasında konki sürüb.
Dövlət başçısı həmçinin balaca Dimaya onunla xokkey oynamağa da söz verib.
Bundan əlavə, Putin Tula əyalətində yaşayan 10 yaşlı Saşanın istəklərini reallaşdırıb.
Saşa Moskva zooparkında olub, orada ekzotik heyvanlara tamaşa edib. O, həmçinin heyvanların xüsusi təlim zonasına da baş çəkib.
Muxalifet2 - 21-12-2020
Əmək pensiyalarının hesablanması qaydası dəyişir
Əlilliyə görə əmək pensiyasının məbləğinin hesablanması qaydası dəyişir.
APA-nın məlumatına görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir.
Muxalifet2 - 21-12-2020
Azərbaycan əhalisi sülhməramlılara necə münasibət bəsləyir? - AÇIQLAMA
Sülhməramlılarla bağlı məsələyə münasibətdə cəmiyyətdə xeyli fərqli fikirlər mövcuddur.
Bu barədə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Vətən Müharibəsi mövzusundakı brifinqdə deyib.
O bildirib ki, əhalinin yarıdan çoxu, yəni 54 faizi hesab edir ki, həm Rusiya, həm də Türkiyə sülhməramlı qüvvələri bu missiyanı birgə aparsaydılar, daha yaxşı nəticə verərdi.
Muxalifet2 - 22-12-2020
Evdə müalicə alan COVID-19 xəstlərindən 14 gün sonra yaxma götürülməlidirmi? - AÇIQLAMA
Ev şəraitində nəzarətə götürülən xəstədə 14 gün bitdikdən sonra heç bir şikayət yoxdursa, vətəndaş tam sağalmış hesab olunur.
Bunu mətbuata müsahibəsində Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İşçi qrupunun üzvü Nailə Daşdəmirova deyib.
O bildirib ki, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən vitamin kompleksi ilə təmin olunurlar:
Muxalifet2 - 22-12-2020
“Qarabağın qalan qismi üçün yüzlərlə “Nuru Paşa” əmr gözləyir...” - HALİT KANAKDAN ERMƏNİSTANA VƏ ONU İSTİFADƏ EDƏN GÜCLƏRƏ SƏRT MESAJ
Türk Dünyası Dayanışma və Yardımlaşma Dərnəyinin (həmrəylik və yardım dərnəyi) baş katibi Halit Kanak yenidən Ermənistanı istifadə edib Azərbaycana qarşı “oyun oynamağa” cəhd edənlərə “döyüşə atılmağa hazır olan yüzlərlə Nuru Paşanı” xatırladıb. Türkiyə KİV-ləri xəbər verir ki, dərnək rəhbəri Halit Kanak Qarabağda Azərbaycan ordusunun şanlı qələbəsi ilə bitən müharibə haqda danışarkən belə deyib.
Muxalifet2 - 22-12-2020
Zamirə Hacıyevanın əmlakı həbsdə qaldı - ALİ MƏHKƏMƏNİ UDUZDU
İngiltərə və Uels Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşının onun əmlakına həbs qoyan Britaniyanın hakimiyyət orqanlarının qərarından verdiyi apellyasiya şikayətini rədd edib.
Bu barədə “Sky News” telekanalı xəbər verib.
Məlumata görə, Zamirə Hacıyevə prestijli Naytsbricdə ev almaq üçün pulun mənşəyini izah etməsini tələb edən orderə qarşı çıxmaq üçün əlindəki bütün imkanlarını itirib.
Muxalifet2 - 22-12-2020
Azərbaycan ordusunun Qarabağda məhv etdiyi “Repellent” radioelektron mübarizə kompleksi - GUYA DRONLARA QARŞI ƏN GÜCLÜ SİLAH İDİ...
Azərbaycan ordusunun 44 günlük müharibə ərzində məhv etdiyi “Repellent” radioelektron mübarizə kompleksinin görüntüləri yayılıb. Fotolara əsasən kompleks tamamilə sıradan çıxıb və onun ya kamikadze-dronla, ya zərbə pilotsuz təyyarəsi “Bayraktar”la vurulduğu təxmin edilir.
Baxmayaraq ki, Rusiya hərbi sənayesi “Repellent” radioelektron mübarizə kompleksini PUA-lara qarşı ən güclü silah kimi təqdim edirdi. Lakin elə müharibənin ilk günlərindəcə həmin kompleks özü PUA-ların hədəfinə çevrilib.
Muxalifet2 - 22-12-2020
“Zəngəzur və Qafanın bizə verilməsindən söhbət getmir..." - HATİQ CƏFƏRLİ
“Söhbət 1918-ci ildə olan vəziyyətdən yox, SSRİ dağılandan sonra olan vəziyyətin bərpasından gedir”
30 illik işğal dövründə ermənilərə himayədarlıq edən ölkələrin köməyi ilə Azərbaycan ərazilərinin talanmasının əvəzində təzminat davası açılacağı iddia olunur. Belə bir məlumat var ki, Ermənistanın ödəyə bilməyəcəyi təzminatın əvəzində Zəngəzur Azərbaycana verilə bilər.
Mövzu ilə bağlı politoloq Natiq Cəfərlinin fikirlərini öyrəndik.
Muxalifet2 - 22-12-2020
MEHDİYEVİN ƏTRAFINDA KEÇİRİLƏN SORĞU?! – Və ya Qarabağa dair sorğunun müəmmalı nəticələri...
Türkiyə və Rusiya hərbi kontingentlərinə aid nəticələr reallığı əks etdirirmi?
İstənilən rəy sorğusunun subyektiv məqamlarla müşayiət olunması təbii haldır. Bununla yanaşı, əsas etibarilə demokratik institutların inkişaf etdiyi ölkələrdə ciddi qəbul olunan mərkəzlərin keçirdikləri rəy sorğularının nəticələri cəmiyyət və siyasi qüvvələr tərəfindən maraqla izlənilir. Çünki həmin nəticələr kiçik kənarlaşmalarla da olsa, bu və ya digər məsələ ilə bağlı cəmiyyətdəki, əhali arasındakı ab-havanı aydın təsəvvür etməyə imkan yaradır.
Muxalifet2 - 22-12-2020
Nazir özünə ad günü keçirən direktora şiddətli töhmət verdi - VİDEO
Təhsil naziri Emin Əmrullayev karantin rejimini kobud şəkildə pozaraq özünə dəbdəbəli ad günü keçirən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovaya şiddətli töhmət verib.
Bu barədə "Qafqazinfo"ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Məlumata görə, məktəb direktoruna sonuncu xəbərdarlıq edilib.
Qeyd edək ki, Nailə Məmmədovanın ad gününü əks etdirən video sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb.
Muxalifet2 - 22-12-2020
Azərbaycanlılara işgəncə verən erməni haqda həbs qərarı verildi
Azərbaycanlı əsirlərə işgəncə verən 51 yaşlı Ermənistan vətəndaşı Mkrtçyan Lüdviq Mkrtçoviç həbs edilib.
Belə ki, onun barəsində Hərbi prokurorluğun verdiyi təqdimata Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılıb.
Hakimin qərarı ilə Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinən L.Mkrtyçyan barəsində həbs qətimkan tədbiri seçilib.
Muxalifet2 - 22-12-2020
Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 2284 yeni yoluxma - FOTO
Azərbaycanda koronavirusa (COVID-19) 2284 yeni yoluxma faktı qeydə alınıb, 4392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 41 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 56384 nəfərə çatıb.
Muxalifet2 - 22-12-2020
Kamil Zeynallı vaxtından əvvəl azadlığa buraxıldı
Fitnes məşqçisi Kamil Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Məlumata görə, K.Zeynallı Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlğa çıxıb.
Muxalifet2 - 22-12-2020
"BİZİ CİN ATINA MİNDİRMƏ!" - Erməni bloqqer Paşinyana Azərbaycan dilində səsləndi
Məşhur erməni jurnalist-bloqqer Vadim Arutyunov Ermənistan baş naziri Nikol Paşinyana Azərbaycan dilində müraciət edib.
O, müraciəti müəllifi olduğu “Antitopor” kanalının yayımında edib:
Muxalifet2 - 22-12-2020
“Əsgərlərimizə olan qayğısızlıq, ordu daxilində pozuculuq fəaliyyətləri...” – TURAN PARTİYASI DÖVLƏT QURUMLARINA MÜRACİƏT ETDİ
21 dekabr 2020-ci il tarixində Turan Partiyasının (Asenalar Qurulu, Gürşadlar Hərəkatının Yöntim Qurulu və Partiyanın Yönetim Qurulunun) genişlənmiş onlayn toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, toplantıda Turan Partiyasının Başqanı Cahandar Bayoğlu və bütün iştirakçılar çıxış edib.Muxalifet2 - 22-12-2020
Şəhid olan zabitlərin övladlarına aylıq 400-500 manat təqaüd ödəniləcək
Büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin (Əmək pensiyasının sığorta hissəsinə əlavələr) ləğv edilməsi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsi təklif edilir.
Deputat əmək pensiyasının sığorta hissəsinə əlavələrin ləğv edilməsindən irəli gələn məsələlərə aydınlıq gətirib.
Muxalifet2 - 22-12-2020
ASALA-nın Moskva iclasından TERROR ANONSU - Video
Erməni xalqının sayını “erməni milli maraqlarını müdafiə etdiyini” iddia edən müxtəlif terror təşkilatlarının sayı ilə, eləcə də törədilən terror aktlarının, təxribat, digər xalqlara qarşı etnik təmizləmə ilə müqayisə etsək, onda ortaya acınacaqlı nəticə çıxar: erməni terrorizmi beynəlxalq terrorizmin ən təhlükəli formasıdır. Erməni terrorçularının insanlığa qarşı törətdiyi cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə pislənilməlidir.
Erməni terrorizminin tarixini qısa şəkildə təsvir edən gürcü dilində videonu diqqətinizə çatdırırıq:
Muxalifet2 - 22-12-2020
Ermənistanın Qarabağda törətdiyi bəşəri cinayətlər Pakistan mediasında!
Jurnalist Əli Zülfüqaroğlu və tədqiqatçı ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə Pakistanın globalnewspakistan.com informasiya agentliyində Ermənistan Qarabağda törətdiyi bəşəri cinayətlərlə bağlı yazı dərc olunub.Muxalifet2 - 22-12-2020
Qarabağda Azərbaycan Ordusuna qarşı ABŞ-dan olan yaraqlılar da vuruşublar - VİDEO
Dünən Yerevanda baş nazir Nikol Paşinyana qarşı növbəti etiraz aksiyası keçirilib.
Ermənistan paytaxtında etiraz aksiyasını işıqlandıran amerikalı bloger Patrik Lankaster reportajında bu aksiyanın Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak etmiş iştirakçılarından birinin tarixçəsini açıqlayıb.
Muxalifet2 - 23-12-2020
Azərbaycanın iki müttəfiqi arasında gərgin münasibətlər yumşalır - TÜRKİYƏ VƏ İSRAİL BAYDEN DÖVRÜNƏ HAZIRLAŞIR
Azərbaycanın iki mühüm müttəfiqi və strateji tərəfdaşı Türkiyə ilə İsrail arasında neçə vaxtdır davam edən gərgin münasibətlər yumşalır. “Amerikanın səsi”nin türk xidməti xəbər verir ki, tərəflər münasibətləri normallaşdırmaq üçün ilkin addımlar atmağa hazırlaşırlar. Belə ki, İsrail və Türkiyə arasında pozulmuş diplomatik münasibətlərin 2021-ci ilin mart ayına qədər bərpa ediləcəyi gözlənilir. Diplomatik münasibətlər 2017-ci ildə Türkiyənin İsraildəki səfirini geri çağırması ilə pozulmuşdu.
Muxalifet2 - 23-12-2020