Axtarış

The search found 105785 results in 0.031 seconds.

Search results

  1. “Qarabağda qələbəni şəhidlərimiz qazandırdı, “Bayraktar” sadəcə vasitədir, texnikadır...” - SƏLCUK BAYRAKTARIN MÖHTƏŞƏM ÇIXIŞI

    “Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində əldə edilmədi. Zəfərin əsl səbəbi şəhidlərimizdir. Texnologiya sadəcə bir maşındır, texnikadır. Bu səbəblə əsgərlərimizi yetişdirən Azərbaycan xalqına təşəkkür edirəm, şəhidlərin ruhu şad olsun”.

    Bu sözləri Türkiyənin “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrini istehsal edən  “Baykar Holding” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

    Muxalifet4 - 19-12-2020

  2. PUTİNİN “SUMQAYIT KARTI” – Rusiya prezidentinin Qarabağ münaqişəsini “Sumqayıt hadisələri”nə “calamaqda” məqsədi nədir?

    Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında Qarabağ münaqişəsi barədə danışarkən, yenə “Sumqayıt hadisələrini” yada salaraq, Qarabağ münaqişəsinin məhz 1988-ci ilin fevralında baş verən həmin olaylardan start götürdüyünə eyham vurub. 

    Muxalifet4 - 19-12-2020

  3. Ukrayna Ermənistandan gələnlərə məhdudiyyət tətbiq etdi - "QIRMIZI" SİYAHIYA SALINDI

    Ermənistanın adı Ukraynanın Səhiyyə Nazirliyinin "qırmızı" siyahısına salınıb.

    Bu barədə Ermənistanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.

    "Ötən həftə Ukraynada koronavirusun yayılması göstəricisi üzrə dinamika Ermənistandan yuxarı idi. Ermənistandan Ukraynaya gələn bütün sərnişinlər koronavirusla bağlı mənfi test nəticəsinə malik olmalı və ya Ukraynada 14 günlük özünü təcridetmə rejimindən keçməlidir. Özünü təcridetmə rejimindən çıxmaq üçün Ukraynada da test vermək olar", - xəbərdə qeyd edilir.

    Muxalifet4 - 19-12-2020

  4. TƏBİB-dən qəribə AÇIQLAMA - Evdə müalicə olunan xəstələr 14 gündən sonra yoxlanılmadan sağlam hesab olunur

    TƏBİB adı koronaviruslu xəstə kimi elektron məlumat bazasına daxil edilən şəxslərin test nəticəsinin pozitiv aşkarlandığı tarixdən 14 gün sonra sistemdən avtomatik çıxarılması məsələsinə aydınlıq gətirib.

    Qeyd edək ki, COVİD-19 virusuna yoluxmuş şəxslərin sağalma müddəti fərqli ola bilər. Bəzil şəxslər 14 günədək sağaldıqları halda, bəziləri üçün bu müddət daha uzun - 14 gündən çox ola bilər.

    Muxalifet4 - 19-12-2020

  5. "Belçika Nümayəndələr Palatasının əsassız ittihamlarını rədd edirik" - Türkiyə XİN

    18 dekabr 2020-ci ildə Belçika Nümayəndələr Palatasının Baş Məclisi tərəfindən qəbul edilmiş Dağlıq Qarabağla bağlı qərarı nə tarixi, nə qanuni, nə də sahədəki faktlarla uyğundur. Türkiyə ilə bağlı əsassız iddialar və ittihamlar da daxil olmaqla bu qərarı rədd edirik”.

    Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

    Muxalifet4 - 19-12-2020

  6. Koronavirusun daha sürətlə yayılan yeni mutasiyası aşkarlandı

    Cənubi Afrika Respublikasının (CAR) genetikləri koronavirusun yayılmasının ikinci dalğası fonunda ölkədə COVID-19-un mutasiyasını aşkar ediblər.

    “RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

    Bundan əlavə, Cənubi Afrika Respublikasının Səhiyyə Nazirliyinin məlumatına görə, 501.V2 adlandırılan yeni növ birinci dalğa ilə müqayisədə daha sürətlə yayılır, əsasən gənclər arasında ağır COVID-19-a səbəb olur.

    Muxalifet4 - 19-12-2020

  7. ARB-nin efirində TƏBİB sərt tənqid edildi - VİDEO

    ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tənqid edilib.
    Bildirilib ki, TƏBİB tərəfindən vətəndaşlara hansı boş xəstəxanaların olması, dərmanlarla bağlı məlumat verilmir.
    Həmçinin, qeyd olunub ki, TƏBİB-in mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün deyil.

    Muxalifet4 - 19-12-2020

  8. Türkiyədə xəstəxanada partlayış: Ölənlər var - FOTO/VİDEO

    Türkiyənin Qaziantep şəhərində xəstəxanada oksigen aparatının partlaması nəticəsində səkkiz nəfər həlak olub.

    Bu barədə “HaberGlobal” xəbər yayıb.

    Məlumata görə, partlayış koronavirus xəstələri üçün ayrılan xəstəxananın intensiv terapiya şöbəsində baş verib.

    Həmin şöbədə olan 14 nəfər isə başqa xəstəxanalara köçürülüb.

    Muxalifet4 - 19-12-2020

  9. ​AZƏRBAYCANDA ƏFV GÖZLƏNİLİR... - Novella Cəfəroğlu: “Bizə deyiblər ki…”

    “Həbsdə olan islamçıların da azad edilməsi üçün müraciət ünvanlamışıq”

    Muxalifet4 - 19-12-2020

  10. Testlərlə bağlı müəmma - xəstəlik həm var, həm də yox...

    Tanınmış həkim deyir ki, testlərə çox da güvənmək doğru deyil

    Muxalifet4 - 19-12-2020

  11. RUSİYANIN QARABAĞDA UDUŞU... - Kreml bu gün istədiyini əldə etsə də, tezliklə bütün Qafqazı itirəcək…

    Ümumiyyətlə, rusa “sülhməramlı” demək qədər ayıb, yaraşmazlıq ola bilməz. Çünki rus bunun tam əksidir. Rus bizə Şuşa sevincini yaşamağa cəmi bir gün vaxt verəndir…

    Muxalifet4 - 19-12-2020

  12. XALQIMIZIN FACİƏSİ ÜZƏRİNDƏN QAZANILAN MİLYONLAR - Azərbaycanda "dərman mafiyası" koronavirusu necə fürsətə çevirib... / ŞOK FAKTLAR

    Azərbaycanda Covid-19 pandemiyası sürətlə yayılmaqdadır. Ötən aylarla müqayisədə son günlər ölüm faizi bir neçə dəfə yüksəlib. Həmçinin, yoluxma sayı da günbəgün çoxalmaqda davam edir. Odur ki, hökumət vəziyyətdən çıxış yolu kimi, qadağaları sərtləşdirməyə və cərimələri bir necə dəfə artırmağa üstünlük verdi. Yeri gəlmişkən, dünən də Milli Məclisdə maska taxmayanlarla bağlı cərimələr “epidemiya əleyhinə qaydaları pozanlara qarşı tədbirlər” qismində 2 dəfə artırıldı.

    Muxalifet4 - 19-12-2020

  13. Düşmənin daha 29 hərbçisinin meyiti tapıldı

    Füzuli, Cəbrayıl və Hadrut istiqamətində daha 29 erməni hərbçinin meyiti tapılıb.

    Bu barədə “sputnik armenia” saytı məlumat yayıb. Bildirilib ki, bu günə qədər 998 itkinin cəsədi tapılıb. 

    Qeyd olunub ki, Füzuli, Cəbrayıl və Hadrutda axtarış işləri davam etdirilir.

    Muxalifet2 - 19-12-2020

  14. Yerevanda yürüş: Paşinyan məzarlığa polis gücü ilə daxil oldu - ETİRAZÇILAR MÜXTƏLİF ƏŞYALAR ATIB ONU QOVDU

    Bu gün Ermənistanda üç günlük matəmlə əlaqədar baş nazir Nikol Paşinyan, hökumət üzvləri və tərəfdarlarının “Yerablur” məzarlığına yürüşü ictimaiyyətdə gərginliyə səbəb olub. Hazırda ərazidə vəziyyət gərgin olaraq qalıb. Polis qüvvələri məmurlara yol açmağa çalışıb. Polislə Paşinyana etiraz edənlər arasında gərginlə baş verib.

    Ermənistan KİV-ləri sadə ermənilərin Respublika meydanından Yerablura qədər təşkil olunan yürüşə baş nazirin də qatılmasına kütləvi şəkildə etiraz etdiyini yazırlar.

    Muxalifet2 - 19-12-2020

  15. AZƏRBAYCANDA DAHA 42 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 4210 yeni yoluxma faktı aşkarlanıb

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 705 yeni yoluxma faktı qeydə alınıb, 4 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 42 nəfər COVID-19-dan vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 199 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 135 462 nəfər müalicə olunaraq sağalıb, 2 175 nəfər vəfat edib, aktiv xəstə sayı 61 490 olub.

    Muxalifet2 - 19-12-2020

  16. ŞUŞADAN İLK BİRBAŞA TV BAĞLANTISI - VİDEO

    Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə işğaldan azad edilən Şuşa şəhərində bərpa işlərinə başlanılıb. İlk dəfə olaraq Azərbaycan Televiziyası (AzTV) Şuşaya ezam olunmuş əməkdaşı ilə birbaşa bağlantı yaradaraq, şəhərdə görülən işlər haqqında tamaşaçılara məlumat verib.

    Jurnalist bildirib ki, işğal müddətində Şuşadakı mədəniyyət abidələrinə zərər dəyib. Eyni zamanda, bir çox tikililər dağıdılıb.

    Muxalifet2 - 19-12-2020

  17. PUTİNİN SÜLHMƏRAMLILARLA BAĞLI YENİ MESAJI... – Azərbaycanda mənfi reaksiayalar doğurdu

    Rusiyanın prezidenti Vladimir Putin Dağlıq Qarabağda Rusiya sülhməramlıların sayının artırılmasının mümkünlüyünü istisna etməyib. Dekabrın 17-də V. Putin keçirilən ənənəvi illik mətbuat konfransında bildirib ki, bu tərəflərin razılığı ilə mümkündür.

    Muxalifet2 - 19-12-2020

  18. Paşinyanın müşaviri və tərəfdarlarının iştirakı ilə toqquşmalar olub - VİDEO

    Ermənistanın paytaxtı İrəvanın "Yerablur" hərbi panteonunda bu gün hökumət tərəfindən keçirilən matəm yürüşündə toqquşmalar olub. Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Muxalifet2 - 20-12-2020

  19. “BİZ ACİZ ERMƏNİ ORDUSUNUN YERİNDƏ OLMAQ İSTƏMİRİK...” - Almaniyada Azərbaycan Ordusunun Qarabağdakı müharibə təcrübəsi ətrafında mübahisələr

    Azərbaycan ordusunun Qarabağda apardığı 44 günlük müharibənin təcrübəsi daha bir NATO ölkəsində silahlanma məsələsinə yenidən baxmaq barədə müzakirələrə səbəb olub.

    Alman KİV-ləri xəbər verir ki, Azərbaycan ordusunun zərbə və kəşfiyyat məqsədi ilə PUA-ların geniş çevşidindən kütləvi şəkildə istifadə etməsindən sonra Almaniya ordusunun da bu sistemlərlə silahlanmasını sürətləndirmək çağırışları eşidilir. Lakin Bundestaqda hakim koalisiyanın ortağı olan sosial-demokratlar gözlənilmədən dronlara qarşı çıxıblar.

    Muxalifet2 - 20-12-2020

  20. Məmurların xarici banklarda hesab açması qadağan edildi - PREZİDENT QANUNU İMZALADI

    Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev vətəndaşların hüquqlarının qorunmasının gücləndirilməsi və korrupsiya ilə mübarizə haqqında qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi barədə qanun imzalayıb.

    Yerli KİV-lər bildirir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

    Muxalifet2 - 20-12-2020

Pages