Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların YENİ SİYAHISI
21-12-2020 17:52
Baxış sayı:
930

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.
Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!.
Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı ilə BURADAN tanış ola bilərsiniz.