Axtarış

The search found 105785 results in 0.03 seconds.

Search results

  1. Bolqrasıtan rus diplomatı ölkədən qovdu – Casusluqda ittiham olunur

    Bolqarıstan bu ölkədəki Rusiya diplomatının persona non-qrata – arzuolunmaz şəxs elan olunduğunu bildirib.

    Bu barədə məlumatı Bolqarıstan Xarici İşlər Nazirliyinə istinadən yayıb.

    Xəbərdə deyilir ki, sözügedən diplomat casusluqda şübhəli bilinir və onun ölkədən çıxması üçün 72 saat vaxt verilib. Bolqarıstan xüsusi prokurorluğunun məlumatına görə, rusiyalı diplomat 2017-ci ildən bəri dövlət sirri sayılan informasiyanın toplanması ilə məşğul olub.

    Muxalifet2 - 20-12-2020

  2. ƏSGƏR YOLDAŞINI XİLAS ETMƏK İSTƏYƏRKƏN ŞƏHİD OLAN İGİDİMİZ - VİDEO

    Həm “Vətən uğrunda”, həm də “İgidliyə görə” medalları ilə təltif olunmuş şəhidimizin həyat hekayəsi - VİDEO 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə ölkə başçısının Sərəncamı ilə “Vətən uğrunda” və “İgidliyə görə” medalı ilə təltif edilənlərdən biri də tankçı əsgər, şəhid Fariz Zülfüqarzadədir.

    Lənkəranda anadan olmuş Fariz həqiqi hərbi xidmətini Dövlət Sərhəd Xidmətində keçsə də, müddətdən artıq hərbi xidmət etmək arzusu ilə yenidən orduya qayıdıb və tankçı olaraq vətənin keşiyində dayanıb.

    Muxalifet2 - 20-12-2020

  3. “QARABAĞ” ORDENLİ ŞƏHİD KAPİTANIMIZIN DÖYÜŞ YOLU - VİDEO

    Peşəkar zabit Elçin Tağıyev Vətən Müharibəsi dövründə qəhrəmanlıq göstərən hərbi qulluqçulardan biri olub. Əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, daha sonra Ali Hərbi Məktəbi bitirmiş Biləsuvar rayonunun Zəhmətabad kənd sakin Elçin Tağıyev ordu sıralarında kapitan rütbəsinə qədər yüksəlib.

    Şəhid olmamışdan öncə ona mayor rütbəsi təqdim olunsa da, bu rütbəni çiyinlərinə taxmaq qismət olmayıb.

    Muxalifet2 - 20-12-2020

  4. YARALI DOSTUNU XİLAS EDƏRKƏN ŞƏHİD OLAN 20 YAŞLI İGİDİMİZ - VİDEO

    Qələbəmizdə payı olan igidlərimizdən biri də 20 yaşlı Səxavət Abbasovdur. “Baku TV” şəhidimizin ailəsindən reportaj hazırlayıb.

    Səxavət evin yeganə övladı olub. Anası Maisə Abbasova deyir ki, hələ də oğlunun ölümünə inanmır, ümid edir ki, bu, böyük səhv olub.

    Səxavətin döyüş yoldaşları deyir ki, o, gənc olmasına baxmayaraq, etdikləri haqqında bir dastan yazmaq olar.

    Səxavətin sonuncu döyüşü Ərgünəş dağı ətrafında olub. O, yaralı döyüş yoldaşını xilas edərkən düşmənin atdığı mərmi hər ikisinin həyatına son qoyub.

    Muxalifet2 - 20-12-2020

  5. Vətən Müharibəsinin həkim qəhrəmanı, “Vətən uğrunda” medallı şəhidimiz - FOTO

    Vətən Müharibəsində qəhrəmanlıq gösətərənlərdən biri də hərbi xidmət həkimi Tariyel Salmanovdur.

    Salmanov Tariyel Allahverdi oğlu 7 fevral 1988-ci ildə Ağcabədi rayonu Kəhrizli kəndində anadan olub.

    2011-ci ildə Tibb Univeristetini bitirən Tariyel daha sonra Ağcabədi rayon Mərkəzi Xəstəxanasında həkim-stamatoloq kimi fəaliyyət göstərib.

    2014 -cü ildə Silahli Qüvvələrin Təlim-Tədris Mərkəzində Tibb Xidməti Leytenantı kimi qulluq edib.

    Muxalifet2 - 20-12-2020

  6. Ağdamın Çuxurməhlə kəndinin görüntüləri - VİDEO

    Ağdam rayonunun Çuxurməhlə kəndindən görüntülər yayımlanıb.

    Muxalifet.az xəbər verir ki, videonu Müdafiə Nazirliyi payaşıb.

    Muxalifet2 - 20-12-2020

  7. Keçmiş ərini öldürtmək üçün üç milyon verdi... - QADIN HƏBS EDİLDİ

    Moskvada keçmiş ərinin qətlini sifarişdə şübhəli bilinən qadın saxlanılıb.

    Bu barədə “Ren TV” məlumat yayıb.  

    İstintaqın versiyasına görə, qadınla keçmiş əri arasında narazılıq boşanma zamanı maliyyə məsələlərində olub. Bu zaman qadın tanışı vasitəsilə potensial qatillə əlaqə saxlayıb. Qadın qətli törədəcək şəxsə üç milyon rubl ödəməyə hazır olub.

    Lakin bütün bunlar hüquq-mühafizə orqanlarının nəzarəti altında baş verib. Qadın ödənişi edərkən polis tərəfindən saxlanılıb.

    Muxalifet2 - 20-12-2020

  8. Rusiya Qarabağa 7 vaqon yardım göndərdi

    Rusiyadan Qarabağa 7 vaqon humanitar yardım göndərilib.

    Muxalifet.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yardımlar regiondakı bəzi rayonlara paylanılacaq.

    “Bu, Rusiya Fövqəladə Hallar Nazirliyinin dəmir yolu vasitəsilə göndərdiyi ikinci humanitar yardımdır. İndiyə qədər 54 vaqondan 9-u gəlib”, - məlumatda qeyd olunub.

    Muxalifet2 - 20-12-2020

  9. Türk silahı 300 milyonluq rus silahını məhv edir - TÜRKİYƏ DRONLARI XARİCİ MEDİANIN DİQQƏTİNDƏ

    Hər gün dünyanın media nəhəngləri Azərbaycan haqqında müxtəlif səpkili materiallar yayırlar. Belə şeylər son 3 ayda adiləşib. Cəmi 3 ay əvvəl isə Qərb ölkələrində çoxları Azərbaycan adlı dövlətin varlığından belə xəbərsiz idi. Asiyada da eyni mənzərəni görmək olardı. İndi Asiya ölkələrində də Azərbaycana xüsusi simpatiya yaranıb.

    Muxalifet2 - 20-12-2020

  10. İcra başçısının koronavirusa yoluxan müavini vəfat etdi - SUMQAYITDA

    Sumqayıt şəhər İcra Hakimiyyət Başçısının müavini Sahib Quliyev vəfat edib.
    APA-nın yerli bürosunun məlumatına görə, S. Quliyev bir müddət öncə koronavirusa yoluxub və müalicə olunaraq sağalmışdı.
    Ötən gün isə qəflətən ürəktutmasından vəfat edib.
    Qeyd edək ki, S.Quliyev 2011-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdı.

    Muxalifet2 - 20-12-2020

  11. «Троянский конь» России на Южном Кавказе

    В конце нынешней Карабахской войны российский политик Владимир Жириновский в одном из интервью заявил, что Россия намеренно снабжала Азербайджан и Армению оружием для уничтожения друг друга.

    По его словам, такие войны должны происходить на Кавказе «постоянно, каждые 5-10 лет», «в них будет множество жертв», а их результатом станет незначительное передвижение границ. Все это нужно для того, чтобы «пугать мировое сообщество и отвлекать внимание от России».

    Muxalifet2 - 20-12-2020

  12. Avropa İttifaqı Azərbaycanla ambissiyalı yeni hərtərəfli saziş bağlamaq istəyir... - BİZ BUNA HAZIRIQ?

    Ötən gün xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclası çərçivəsində Brüssel şəhərində Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi mühüm əhəmiyyət kəsb etsə də, Avropa İttifaqının (Aİ) Azərbaycanla Əməkdaşlıq Şurasının iclası ilə bağlı yekun bəyanatı xüsusilə diqqəti çəkir. 

    Muxalifet2 - 20-12-2020

  13. NECƏ OLUB Kİ, “BAYRAKTAR”LAR QARŞISINDA HEÇ BİRİ İŞƏ YARAMAYIB? - Rusiya hərbi akademiyası Qarabağda məhv edilən hava hücumundan müdafiə sistemləri barədə araşdırma aparır

    Rusiya hərbçiləri Ermənistanla Azərbaycan arasında Qaraağda bu günlərdə başa çatmış müharibənin təcrübəsini ətraflı şəkildə təhlil edir. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, mütəxəssislər əsasən Ermənistan ordusunun silahlanmasında yer alan və Rusiya istehsalı olan və  özünü, yumşaq desək, “yaxşı tərəfdən göstərə bilməyən” hava hücumundan müdafiə sistemləri barədə araşdırma aparır. Çünki bu komplekslər Türkiyənin “Bayraktar TB2” zərbə pilotsuz təyyarələri qarşısında praktiki olaraq köməksiz vəziyyətdə qalmışdı.

    Muxalifet2 - 20-12-2020

  14. Bədənində 79 qəlpə gəzdirən qazimiz - Başından yaralansa da, döyüşə davam edib / FOTOLAR

    Vətən Müharibəsinin qəhrəmanlarından biri də Balakən rayonunun Qazma kəndində anadan olmuş Hacı Muradovdur.

    31 yaşlı Hacı ixtisasca tarix müəllimidir. O, öz ixtisası üzrə deyil, hərbçi kimi fəaliyyət göstərməyə, vətənin keşiyində dayanmağa üstünlük verib.

    44 günlük İkinci Vətən Müharibəsi başlayan ilk gündən döyüşlərə qatılıb. Sentyabrın 27-dən Kəlbəcər istiqamətindəki döyüşlərdə iştirak edən Hacı Muradov oktyabrın 1-də başından yaralanıb, buna baxmayaraq, döyüşə davam edib.

    Muxalifet2 - 20-12-2020

  15. "Ən qısa zamanda Ağdamda fəaliyyətə başlayacağıq..." - TÜRKİYƏ XİN-dən AÇIQLAMA

    “Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda Ağdamda fəaliyyətə başlaması üçün əməkdaşlığımız Azərbaycan və Rusiya Federasiyasının koordinasiyasında davam etməkdədir”.
    Bu fikirləri Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan mətbuat bülletenində bildirilib.

    Muxalifet2 - 20-12-2020

  16. Rəsmi Bakıdan Niderlanda ETİRAZ - "Həqiqət təhrif olunur..."

    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Niderland Krallığının Parlamenti tərəfindən qəbul edilmiş qərəzli qətnamələrə münasibət bildirib.

    XİN-dən daxil olan məlumatda deyilir: "Son dövrdə Niderland Krallığının Parlamenti tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən və tam qərəzli qətnamələrin qəbul edildiyini müşahidə edirik.

    Muxalifet2 - 20-12-2020

  17. Azərbaycanda daha 2961 nəfər koronavirusa yoluxdu – 35 PASİYENT VƏFAT ETDİ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 2961 yeni yoluxma faktı qeydə alınıb, 4317 nəfər sağalaraq evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 202 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 139 779 nəfər müalicə olunaraq sağalıb, 2 210 nəfər vəfat edib, aktiv xəstə sayı 60 099 olub.

    Muxalifet2 - 20-12-2020

  18. “Yeni müharibə Ermənistanın birdəfəlik sonu olacaq” – Rusiyalı politoloq

    “Erməni cəmiyyəti intiqam alma cəhdlərini əbədi olaraq, unutmalı və özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkənin qurucu inkişafına diqqət yetirməli, Qaregin Njdenin millətçi ideologiyasından imtina etməlidir. Ermənistanın başqa əraziləri yoxdur və heç vaxt da olmayacaq”.

    Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı siyasi-hərbi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko telegram kanalında yazıb.

    Muxalifet2 - 20-12-2020

  19. ORDUMUZ GORUS-QAFAN YOLUNUN EYVAZLIDAN KEÇƏN HİSSƏSİNDƏ... - Kənd geri qaytarıldı, ancaq... / VİDEO

    Ermənistan parlamentinin müxalif “Firəvan Ermənistan” fraksiyasından deputatı Naira Zöhrabyan özünün Facebook səhifəsində Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsindən videokadrlar paylaşıb. Kadrlara əsasən yolda Azərbaycan hərbçiləri dayanıb.

    “Suveren Ermənistan respublikası. Sünik. Vorotan kəndinin yaxınlığı. Birbaşa indi. Azərbaycan əsgərləri”,-Zöhrabyan yazıb.

    Muxalifet2 - 20-12-2020

  20. KORONAVİRUSUN YENİ NÖVÜ SÜRƏTLƏ YAYILIR - Avropanın daha bir neçə ölkəsində aşkarlandı

    Böyük Britaniyada aşkar edilmiş koronavirusun mutasiyaya uğramış yeni forması Niderlandda, Danimarkada və Avstraliyada da qeydə alınıb.

    Xəbəri  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına istinadən BBC yayıb.

    İnfeksiyanın yeni növü daha sürətli yayılır, amma çox öldürücü hesab edilmir. Onun vaksinlərə başqa cür reaksiya verməsinə dair sübutlar yoxdur.

    Qeyd edilir ki, ÜST koronavirusun yeni növünün yaranması ilə bağlı Böyük Britaniyanın rəsmi şəxsləri ilə sıx əlaqədədir.

    Muxalifet2 - 20-12-2020

Pages