Axtarış
The search found 105849 results in 0.029 seconds.
Search results
Ev dustağı edilən icra başçısının xanım müavini haqda SENSASİON İDDİALAR
Gültəkin Sadıqova YAP-dan qovuldu, icra hakimiyyətindəki otağını boşlatdı; biznesi və daha nələr...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, deputatlığa namizəd Gültəkin Sadıqova vəzifəsindən rəsmən azad olunub.
Bu barədə Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Burcalı Ağayev unikal.org-a məlumat verib.
Muxalifet4 - 26-02-2020
“Hər gün ermənilərin gözündə mənə olan nifrəti görürəm”
Fransanın paytaxtı Parisə ezam olunarkən əsas missiyalarımdan biri də həmin ölkədəki səfirimizlə görüşmək, ondan həmvətənlərimizin durumu ilə bağlı müsahibə götürmək, həmçinin, oradakı Azərbaycan diasporunun nümayəndələri ilə söhbət etmək idi. Təəssüf ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev əvvəl mənimlə görüş təyin etsə də, son anda bu görüşümüz gerçəkləşməmiş qaldı.
Muxalifet4 - 26-02-2020
Türk ordusundan DƏHŞƏTLİ HÜCUM: Əsəd qüvvələri, generallar və çox sayda texnika MƏHV EDİLDİ
Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu İdlib şəhərində Bəşər Əsəd rejimi qüvvələri, eyni zamanda İran dəstəkli qruplaşmalara ağır zərbələr endirir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Suriya Milli Ordusu daha əvvəl 2 dəfə ələ keçirib rusların ağır bombardmanından sonra geri çəkilmək məcburiyyətində qaldığı Neyrab qəsəbəsində hakimiyyətini bərpa edib.
Muxalifet4 - 26-02-2020
"Seçkidə yeni komandanın təcrübəsizliyi özünü göstərdi" - ASLAN İSMAYILOV
Muxalifet.az xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov ölkədə baş verən son proseslərlə bağlı yenisabah.az-ın suallarını cavablandırıb.
- İcra başçılarının həbsinə müxtəlif yanaşmalar var. Həbsləri islahatların tərkib hissəsi olaraq korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizənin təzahürü sayanlarla yanaşı, bunun sadəcə cəmiyyətdəki gərginliyi müəyyən qədər azaltmaq üçün imitasiya xarakterli tədbirlər silsiləsindən olduğunu hesab edənlər də var. Siz baş verənlər barədə nə düşünürsünüz?
Muxalifet4 - 26-02-2020
"Onlar məni Xocalıya çağırır..." - MÜBARİZ MƏNSİMOV
“Düz 28 ildir ki, fevralın 25-dən 26-na keçən gecə yuxum ərşə çəkilir. O səsləri eşitməmişəm, ancaq hər bir bacının, hər bir ananın, hər bir məsum uşağın, günahsız qoca və qarının hayqırtısı beynimi zəbt edir. Onlar məni Xocalıya çağırır”.
Bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.
Muxalifet4 - 26-02-2020
QIRMIZI QAR – 6 yaşlı Anarın xatirələri və Xocalı soyqırımı haqda heç vaxt yazılmayan dəhşətlər...
Bayırda qar yağır. Güclü saxta və çovğun var, yollar buz bağlayıb. Çöldən uğultu səsi gəlir. Sanki, bu səs isti otaqda oturub pəncərədən boylanan, “jele”li saçına qar yağmasına təəssüflənən, bu gün 5-10 manat qazanıb ailəsinə çörək ala bildiyinə sevinən, dayanacaqda avtobus gözləyən, heç nə olmasın deyə övladlarının əlindən tutub asta addımlarla məktəbdən gətirən, kabinetdə oturub pul sayan, küçənın tinində sevgilisini gözləyən, özünə 50-60 manat maya qoyub gözəllik salonundan çıxan, taksidə oturub müştəri gözləyən insanlara nəyisə xatırlamağa çalışır...
Muxalifet4 - 26-02-2020
İsgəndər Həmidov dəfn edildi - HƏYAT YOLDAŞININ YANINDA
Sabiq daxili işlər naziri İsgəndər Həmidov dəfn edilib.
Sabiq nazir Sulutəpə qəbiristanlığında, həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.
Xatırladaq ki, İ. Həmidov 1948-ci ilin oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb.
Muxalifet4 - 26-02-2020
Rəşid Mahmudov koronavirusun məhv olacağı tarixi AÇIQLADI - VİDEO
Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov dünyanı vahiməyə salan yeni növ koronavirusların məhv olacağı tarixi açıqlayıb.
Muxalifet.az xəbər verir ki, unikal.org-a açıqlama verən R.Mahmudov bildirib ki, ən gec Novruz Bayramına qədər bu epidemiyanın qarşısı alınacaq:
Muxalifet4 - 26-02-2020
İlqar Məmmədov Xocalı faciəsi ilə bağlı satatus yazdı, QALMAQALA SƏBƏB OLDU - Foto
Respublikaçı Alternativ Partiyasının(REAL) sədri İlqar Məmmədovun Xocalı faciəsi ilə bağlı fikirləri cəmiyyətdə böyük narazılıq yaradıb.
Demokrat.az xəbər verir ki, İ.Məmmədov, sosial şəbəkədə faciəyə seçki kontekstindən yanaşıb. O yazıb:
"28 il əvvəl Xocalıda bu gün azğın Ermənistan ordusu 550 nəfər Azərbaycan seçicisinin və 63 uşağın səsini həmişəlik kəsdi".
Muxalifet4 - 26-02-2020
Azərbaycan Səhiyyə Nazirliyi koronavirusdan qorunma yollarını açıqladı / VİDEO
Səhiyyə Nazirliyi koronavirusdan qorunma yollarını açıqlayıb.
Muxalifet4 - 26-02-2020
Vasif Talıbovun Ərdoğana "gücünü göstərməsi" Türkiyə mətbuatında gündəm oldu - VİDEO
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Azərbaycana səfəri vaxtı maraqlı hadisə yaşanıb.
Muxalifet4 - 26-02-2020
İRANDA DAHA 4 NƏFƏR KORONAVİRUSA YOLUXUB - Rəsmi açıqlama
İranda indiyədək yeni koronavirusa (Covid 19) 139 nəfər yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutka ərzində 44 nəfərin yoluxma halı qeydə alınıb.
Nazirlik rəsmisi deyib ki, indiyədək bu virus nəticəsində İranda 19 nəfər dünyasını dəyişib.
Cahanpur əlavə edib ki, ötən sutka ərzində koronavirus nəticəsində daha 4 nəfər dünyasını dəyişib.Muxalifet4 - 26-02-2020
KEÇMİŞ LİTSEY DİREKTORU HAQDA ŞOK İDDİALAR – Gəncədəki 3 saylı peşə litseyinin müəllimi ölkə başçısına müraciət etdi / FOTOLAR
Gəncədəki 3saylı peşə litseyinin sabiq direktoru Fazil İsmayılovun qanunsuz əməlləri ilə bağlı Muxalifet.az-ın redaksiyasına sözügedən təhsil ocağının müəllimi Əli Şərifli tərəfindən şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, təhsil naziri Ceyhun Bayramova, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət edən müəllim yazır:
Muxalifet4 - 26-02-2020
Ümumdünya Səhiyyə Təşkilatı koronavirus üçün ABŞ istehsalı olan dərmanın effekt verəcəyini BƏYAN ETDİ
Ümumdünya Səhiyyə Təşkilatının baş katibinin köməkçisi Bryus Aylvard deyib: “Hazırda real bir effekt yarada biləcəyini düşündüyümüz yeganə bir dərman vardır ki, o da “Remdesivir”dir”.
O, bu sözləri Çinin paytaxtı Pekin şəhərində keçirilən mətbuat konfransında söyləyib. ÜST əməkdaşları insanlarda “Remdesivir” preparatı ilə klinik sınaqların keçirildiyini və bir neçə həftə ərzində nəticələrin açıqlanacağını bildirib.
ABŞ-ın “Glead Sciences” əczaçılıq şirkəti tərəfindən hazırlanan “Remdesivir” dərmanının tərkibi “chloroquin” aktiv maddəsindən ibarətdir.
Muxalifet4 - 26-02-2020
Masallıda 3 nəfərin güllələnməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - Zorladığı QIZLA AİLƏ QURUBMUŞ
Bu gün Masallı rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Muxalifet4 - 26-02-2020
Azərbaycanlı alim virusa qarşı vaksin əldə etdəcəyini deyir - 3-4 AY ƏRZİNDƏ...
“Yeni koronavirusun nukleotid ardıcıllığı nəşr edildikdən sonra bu ölümcül virusa qarsı vaksin hazırlamaq işlərinə başladım. Virusun dünya ölkələrində, o cümlədən İranda, Azərbaycanla sərhəddə qeydə alınması məni narahat edir. Ona görə də hazırda bütün gücümü bu vaksinin hazırlanmasına cəlb eləmişəm”.
Muxalifet.az xəbər verir ki, bu barədə apa-ya Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov bildirib.
Muxalifet4 - 26-02-2020
Azərbaycanlı İrəvanda meydan oxudu: DTX HANI? - VİDEO
Bir qrup azərbaycanlı İrəvanda çəkiliş aparıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Ermənistan paytaxtının zəif işıqlandırılması, dağılmaq təhlükəsi altında olan yaşayış binaları əksini tapıb.
“Biz indi qədim Azərbaycan şəhəri olan İrəvandayıq. Uşaqlar, sevimli Bakımızdan fərqli olaraq, sizdə zəif işıqlandırılma var. Erməni xüsusi xidmət orqanları, nədənsə, çox pis işləyirsiz. Bu kimdir? (qarşıdakı heykəli göstərir - red) Hətta işıqlandırmırlar ki, bunun kim olduğunu bilək”, - videoda qeyd olunub.
Muxalifet4 - 26-02-2020
Bulvardakı intiharla bağlı YENİ FAKTLAR - “Gecə 12-də görüşdük, qızın atası razılıq verdi...”
Fevralın 25-də gecə saatlarında Bakı bulvarında intihar hadisəsi baş verib. Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı özünü dənizə ataraq canına qəsd edib. Azərbaycan Tibb Universitetinin tələbəsi olan gənc qızın sevdiyi oğlana görə intihar etdiyi bildirilir.
Muxalifet4 - 26-02-2020
Hadı Rəcəbli Milli Məclisə qayıdır? - "TEZLİKLƏ..."
V çağırış Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.
H.Rəcəbli açıqlamasında bildirib ki, bu barədə qərarını tezliklə açıqlayacaq.
“Hələlik qəti qərarım yoxdur. Düşünürəm”, – deyə H.Rəcəbli bildirib.
Muxalifet4 - 26-02-2020
Masallıda üç nəfəri və özünü güllələyən şəxs Bakıya gətirilir: burnu amputasiya olunub - YENİLƏNİB
Masallı rayonunun Təzəkənd kəndində qətllər törədib, sonra özünü güllələyən Sarvan Ağayev Bakıya göndəriləcək.
Masallı Rayon Mərkəzi Xəstəxanasından oxu.az-a verilən məlumata görə, hadisəni törədən şəxsin vəziyyəti ağırdır.
Muxalifet4 - 26-02-2020