Axtarış

The search found 105849 results in 0.04 seconds.

Search results

  1. “Bəziləri deyir ki, Məzahir Pənahovun yanında Stalin toya getməlidir, amma...” - MSK SƏDRİ

    “Bəziləri deyir ki, Mərkəzi Seçki Komissiyasında gestapo rejimidir, Məzahir Pənahovun yanında Stalin toya getməlidir. Amma bunun heç bir əsası yoxdur”.

    Bu fikirləri Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

    Onun sözlərinə görə, bu kimi fikirlər heç də doğru deyil: “Komissiyanın iclasları açıq keçirilir. MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar. Həmçinin bizim işçilərlə də münasibətlərimiz çox səmimidir”.

    Muxalifet4 - 24-02-2020

  2. MÜXALİFƏT NÖVBƏTİ BİRGƏ MİTİNQİN ANONSUNU VERDİ - Seçki saxtakarlığına etiraz olunacaq

    Müsavat, ReAL partiyaları və D18 Hərəkatı fevralın 29-da seçki saxtakarlığına etiraz olaraq Bakı şəhərində müxalifətin birgə mitinqinin keçirilməsi ilə bağlı razılığa gəlib və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciət təqdim edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.

    Muxalifet4 - 24-02-2020

  3. Jalə Bayramova ilə bağlı prezidentə müraciət edildi

    Müraciət müəllifləri bu işin təşkilatçılarını və ifaçılarını cəzalandırmağı xahiş edirlər

    Gender problemləri ilə məşğul olan bir sıra QHT rəhbərləri parlament seçkiləri zamanı seçki məntəqəsində müşahidə aparan Jalə Bayramovaya qarşı zorakılıq aktı ilə bağlı prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

    Məlumatı “Turan” yayıb.

    Muxalifet4 - 24-02-2020

  4. Türkiyə sərhədi bağladı, Naxçıvanda qiymətlər sürətlə bahalaşmağa başladı - EKSPERTLƏR VƏZİYYƏTİN PİSLƏŞƏCƏYİNİ DEYİR

    "Türkiyənin Naxçıvanla sərhəd-keçid məntəqəsi olan "Dilucu"-nu gediş-gəlişə bağlaması Naxçıvan əhalisinin, xüsusilə gündəlik ərzaq və gigiyena məhsullarını İran və Türkiyədən alan şəxslərin vəziyyətinə əsaslı təsir edə bilər". 
    BBC News Azərbaycanca deyir ki, mütəxəssislər belə hesab edirlər.
    "Sərhədin bağlanması artıq qiymətlərə təsir edib. Dünən kələmin kilosu 1 manat idi, bu gün 1,50 qəpikdir. Kartof 80 qəpik idi, bugün 1-1,10 AZN-dir. Soğanın da qiyməti qalxıb", - Naxçıvan sakini Faiq Əliyev deyib.

    Muxalifet4 - 24-02-2020

  5. Rusiyada 12 min adam koronavirusla bağlı tibbi nəzarətdədir

    Rusiyada Çindən gəlmiş 12 min adam koronavirusla bağlı tibbi nəzarətdədir.
    Rusiya İstehlakçıların Hüquqlarının və İnsanların Rifahının Müdafiəsi üzrə Federal Xidmətin ("Rospotrebnadzor”) məlumatına görə, hazırda Moskvanın Çindən reysləri qəbul edən yeganə aeroportu olan "Şeremetyevo” hava limanında xüsusi terminal ayrılıb. Çindən gələnlərin hamısı laboratoriya yoxlamasından keçir və yaşadığı yerdə tibbi nəzarətə götürülür. Fevralın 24-nə olan məlumata əsasən, Rusiyada 12 min adam tibbi nəzarətdə saxlanılır.

    Muxalifet4 - 24-02-2020

  6. "Rövşən öldürdüb" deyirdilər, sifarişçi görün kim imiş...

    Rusiya kriminalı yeni hesablaşma ərəfəsindədir. Bu dəfə səbəb iki “Xaç atası”nın - "Yaponçik" ləqəbli Vyaçeslav İvankovun və Aslan Usoyanın (Ded Xasan) qətli ilə bağlıdır.

    Muxalifet.az musavat.com-a istinadla xəbər verir ki, hər iki qətlin arxasındakı adamın "Merab Suxumski" kimi tanınan gürcü qanuni oğru Merab Canqveladze olduğu üzə çıxıb. Oğru dünyasının generalı sayılan Merab bu yaxınlarda 10 ilik həbsdən çıxan və İspaniyaya ekstradisiya olunan Tariel Onianin (Taro) sağ əlidir və həm Yaponçikin, həm də Ded Xasanın düşmənlərindən sayılırdı.

    Muxalifet4 - 25-02-2020

  7. BU GÜN SU ÇƏRŞƏNBƏSİDİR

    Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.
    Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.
    Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Bu çərşənbəni "Yalançı", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.
    Qeyd edək ki, növbəti - Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi martın 10-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.

    Muxalifet4 - 25-02-2020

  8. YAP-dan 135 nəfər xaric edildi - PARTİYANIN QƏRARINA QARŞI ÇIXDIQLARI ÜÇÜN

    “123 nəfər YAP tərəfindən irəli sürülmüş namizədimiz vardı. 236 nəfər isə partiyanın qərarı olmadan öz hüquqlarından istifadə edərək, namizədliyini irəli sürmüşdü”.
    Bunu Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Siyavuş Novruzov deyib.
    S. Novruzovun sözlərinə  görə, onlardan 101 nəfər partiya tərəfindən namizədlər irəli sürüldükdən sonra öz namizədliyini geri götürüb:

    Muxalifet4 - 25-02-2020

  9. Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirir - YOLU BAĞLAYIBLAR VƏ...

    Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Algeti Vinsovxoz kəndinin sakinləri etiraz aksiyası keçirirlər.

    Muxalifet.az xəbər verir ki, sakinlər kəndin içməli su ilə təmin olunması tələbilə avtomobil yolunu bağlayıblar.

    Etirazçıların sözlərinə görə, kənddə illərdir içməli suyun olmaması onlar üçün ciddi narahatlıqlar yaradır.

    Avtomobil yolu nəqliyyat vasitələrinin hərəkəti üçün keçilməz olub. Əraziyə polis əməkdaşları cəlb olunub. Onlar yolu etirazçılardan təmizləməyə çalışırlar.

    Muxalifet4 - 25-02-2020

  10. Koronavirus Vahid Ələkbərovu da vurdu: 1.2 milyard ziyan... - FOTO

    Koronavirusun yayılması dünyanın ən varlı insanlarının sərvətinin 140 milyard dollar azalmasına səbəb olub.

    Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

    Muxalifet4 - 25-02-2020

  11. HƏBS OLUNAN İCRA BAŞÇISININ XANIM MÜAVİNİ İŞDƏN ÇIXARILDI - Gültəkin Sadıqova iş otağını boşaltdı

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, YAP-ın deputatlığa namizədi Gültəkin Sadıqova vəzifəsindən rəsmən azad olunub. 

    Muxalifet.az xəbər verir ki, bu barədə Unikal.org-a Neftçala rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Burcalı Ağayev məlumat verib. 

    İH rəsmisi bildirib ki, Gültəkin Sadıqova hazırda azadlıqdadır və barəsində məhkəməyə təqdimat verilməyib:

    Muxalifet4 - 25-02-2020

  12. Hafiz Hacıyev koronavirusa yoluxub? - PARTİYA SƏDRİNDƏN AÇIQLAMA

    Ötən gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problem yaranması ilə bağlı məlumat vermişdik.

    Partiya sədrinin özü bildirmişdi ki, səhhətində bir neçə gündür problem yaranıb.

    Bunun ardından cəmiyyət arasında Hafiz Hacıyevin koronovirusa yoluxması ilə bağlı məlumat yayılıb.

    Məlumatın doğruluğunu dəqiqləşdirmək üçün Modern.az partiya sədri ilə əlaqə saxlayıb. H. Hacıyev səhhətinin yaxşı olduğunu bildirərək, iddiaların əsassız olduğunu deyib:

    Muxalifet4 - 25-02-2020

  13. Bakıda sevgililər özlərini dənizə atdılar - QIZ ÖLDÜ, OĞLAN İSƏ...

    Bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.

    Belə ki, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb.

    25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

    Muxalifet4 - 25-02-2020

  14. “YAP Heydər Əliyevin arxasınca getməyən adamların əlindədir"

    Hakim partiyanın qurucularından olan Əli Əlirzayev: “Kənardan gəlib, YAP-ı zəbt ediblər”

    Muxalifet4 - 25-02-2020

  15. Ərdoğan Bakıya yola düşərkən: “Allah qorusun, oradan koronavirusun ölkəmizə sıçraması...”

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya səfərə yola düşərkən aeroportda jurnalistlərin müxtəlif mövzularda suallarna cavab verib.

    Jurnalistlər ondan İranda koronavirusun yayılması və Türkiyənin gördüyü ehtiyat tədbirləri barədə soruşublar. Ərdoğan xatırladıb ki, Türkiyə artıq İranla bütün sərhədlərini bağlayıb, gediş-gəlişi dayandırıb.

    Muxalifet4 - 25-02-2020

  16. Virus qapını kəsdirdi, Azərbaycanda elementar tibbi vasitələr yoxa çıxdı - İRANLA SƏRHƏDLƏR DƏ HƏLƏ AÇIQDIR...

    Çinin ardınca İranda  tüğyan edən ölümcül koronavirus epidemiyasının yaratdığı təşviş Azərbaycanda da elementar tibbi vasitələrin qıtlaşmasına, hətta yoxa çıxmasına səbəb olub. Virtualaz.org xəbər verir ki, artıq dünəndən etibarən Bakının əksər apteklərində dezinfeksiyaedici və qoruyucu vasitələr; tibbi spirt, maskalar, qrip əleyhinə dərmanlar yoxa çıxıb. Bəzi məktəblərdə uşaqlara maskasız dərsə gəlməməklə bağlı xəbərdarlıq olunub. Lakin kütləvi şəkildə apteklərə axışan əhali nadir hallarda  maska və spirt tapa bilir ki, onun da qiyməti bir neçə dəfə baha və adambaşı iki ədəddən çox

    Muxalifet4 - 25-02-2020

  17. “Bəşər Əsədi Rusiyaya qaçmaq fikrindən o, daşındırdı” - İRAN GENERALINDAN ŞOK AÇIQLAMA

    Suriya prezidenti Bəşər Əsədin istefa verib, ölkədən qaçmasına general Qasım Süleymani mane olub.
     
    Muxalifet.az avropa.info-ya istinadən xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələri nəzdindəki Dini Əsərlərin Restavrasiyası Şöbəsinin sabiq sədri briqada generalı Plarek deyib.
     
    Fars xəbər agentliyinə müsahibə verən Həsən Plarek bunları deyib:
     
    “Bəşər Əsəd az qala qaçqına çevrilib ölkəsini tərk edəcəkdi. Lakin Qasım Süleymani onu bu fikirindən daşındırdı."
     

    Muxalifet4 - 25-02-2020

  18. SANDERSİN QƏLƏBƏSİ PUTİNƏ NƏ VƏD EDİR? – Rusiyanın namizədlərdən kimi dəstəkləməsi mübahisəsi

    “NY Post” qəzetinin yazdığına görə, ABŞ rəsmiləri Berni Sandersə Rusiyanın, 2016-cı ildə olduğu kimi, demokratların mübarizəsinə müdaxilə etməyə çalışdığı barədə məlumat veriblər. Vladimir Putinin motivlərini təsəvvür etmək çətin deyil.

    Rusiya liberal demokratiyalarda xaos və parçalanma yaratmağı hədəfləyir, buna görə də, çox vaxt həm sağçı, həm də solçu fiqurları dəstəkləyir. Rusiyanın təbliğat şəbəkəsi RT-nin Amerika Yaşıllar Partiyasında 2016-cı ilin prezident debatına ev sahibliyi etməsinin səbəbi də eynidir.

    Muxalifet4 - 25-02-2020

  19. Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu - VİDEO

    Fevralın 25-də Azərbaycana səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.

    Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

    Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

    Muxalifet4 - 25-02-2020

  20. Bulvarda özünü öldürən tələbə qızla bağlı İLGİNC FAKT - Müəllimi açıqladı

    Ötən gecə Bakı Bulvarında özünü dənizə ataraq intihar edən 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızının Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi olması barədə məlumat vermişdik.

    22 yaşlı Nəzakətin müəllimi Elçin Əfəndi onun universitetə 667 bal toplayaraq daxil olduğunu bildirib: “O balı toplaması üçün əlimdən gələni etdim onun üçün, indicə atası ilə danışdım, meyiti tapılmır".

    Muxalifet4 - 25-02-2020

Pages