Axtarış
The search found 105849 results in 0.054 seconds.
Search results
Azərbaycanda ŞOK OLAY: Üç uşaq anası evli kişini qaçırdı - VİDEO
Azərbaycanda qadın evli kişini qaçırdıb.
Bu iddia ilə Almaz adlı qadın "Səni axtarıram" proqramında çıxış edib.
Gənc qadının sözlərinə görə, ərinin sevgilisi onu hədələyərək qaçırıb:
"Bir qadın hədə-qorxu ilə evimizə gəlib ərimi aparıb. Qadın ərimin dalınca düz qapımıza gəldi. Ərimə dedi ki, sən mənimlə yaşamasan, ya səni öldürtdürəcəm, ya da uşaqlarının başına hər oyun gətizdirəcəm. Özü boşanıb.
Muxalifet4 - 28-02-2020
"Xəstələnməyən insanın maska taxması məntiqli deyil" - Baş epidemioloq
"Koronavirus təhlükəsi ilə bağlı insanlar virusdan qorunmağın müxtəlif yollarını axtarırlar. Neçə gündür sosial şəbəkələrdə bunun üçün çox sadə üsul - buruna perekis tökməklə virusa yoluxmanın qarşısının alınmasına dair məsləhətlər dolaşır. Bu metoddan özbaşına istifadə etmək məsləhət deyil".
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev bildirib.
Muxalifet4 - 28-02-2020
"Başın sağ olsun, qardaş Türkiyə!" - AZƏRBAYCAN XİN
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İdlibdə Türkiyə hərbçilərinin şəhid olması ilə bağlı başsağlığı verib.
Demokrat.az xəbər verir ki, bu barədə nazirliyin "Twitter” səhifəsində yazılıb:
"İdlibdə Türkiyə əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, Kardeş Türkiye!".
Muxalifet4 - 28-02-2020
Türkiyə rus helikopterini vurdu - ANBAAN VİDEO
Suriyada Türkiyə ordusunun terrorçulara qarşı geniş əməliyyat apardığı barədə məlumat vermişdik.
Muxalifet.az xəbər verir ki, bölgədən şok video yayılıb.
Yayılan videoda Türk Ordusunun Rusiyaya məxsus helikopteri vurması əks olunub.
Yayılan videoda bir qrup hərbçinin helikopterə atəş açması əks olunub.
Hərbçilər "vur onu, düşür artıq..." deyərək qışqırıblar.
Vidoenu təqdim edirik./Oxu24.com
Muxalifet4 - 28-02-2020
Bakıdan Belarusa gedən şəxsdə koronavirus aşkarlandı
Dünyanın daha iki ölkəsində koronavirusa yoluxma faktı qeydə alınıb.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, Belarus və Meksikada koronavirus infeksiyası aşkarlanıb.
Belarus Səhiyyə Nazirliyinin açıqlamasına görə, koronavirus daşıyıcısı İranlı tələbədir. O, Belarusa Bakıdan uçub.
Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.
Muxalifet4 - 28-02-2020
Partiyalar hökumətdən ofis istəyib — Pənah Hüseynin PA-dakı görüşünün sirrləri
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sosial şəbəkə hesabında bu gün Prezident Administrasiyasında görüşə çağırıldığını qeyd edib.
O, Administrasiyanın siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə müzakirə aparıldığını vurğulayıb. Həmçinin partiya sədri bildirib ki, görüş bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və s. məsələlərlə əlaqədar əvvəllər etdikləri müraciətlə bağlı olub.
Muxalifet4 - 28-02-2020
Həbs edilən icra başçısı rayonu belə talayıb – FAKTLAR VƏ FOTOLAR
Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı icra başçısı ilə birgə həbs edilən 10 nəfər vəzifəli şəxsdən sonra Neftçala sükuta qərq olub.
İcra hakimiyyətinə gələn-gedən yoxdur, İ.Vəliyevin yerinə təyinat olmadığına görə onun səlahiyyətlərini kimin icra etdiyi də bilinmir.
Öyrəndik ki, indi Neftçala İH-də çalışanlar, o cümlədən bələdiyyə sədrləri, icra nümayəndələri təşviş içindədirlər. DTX-nın əməliyyatından sonra onların istintaqa cəlb olunduğu bildirilir.
Muxalifet4 - 28-02-2020
RƏSMİ ANKARADAN QƏZƏBLİ AÇIQLAMA - "Rusiya ilə 16 dəfə müharibə etmişik və bunu təkrarlamağa hazırıq"
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın köməkçisi Məsud Haqqı Rusiyanın ünvanına sərt sözlər deyib.
Türkiyə KİV-ləri xəbər verir ki, prezident rəsmisi Suriya uğrunda müharibəyə hazır olduqlarını əlavə edib.
“Rusiya ilə 16 dəfə müharibə etmişik və bunu təkrarlamağa hazırıq. Türkiyənin qisası amansız olacaq. Unutmayaq ki, Rusiyada 25 milyon müsəlman yaşayır və onlar ölkəni içindən parçalayacaq”.
Ötən gün Rusiya aviasiyasının hava zərbələri zamanı 33 türk hərbçisi ölüb.Muxalifet4 - 28-02-2020
Monqolustan prezidenti də dəhşətli virusa yoluxub? - KARANTİNDƏ SAXLANILIR...
Monqolustanın prezidenti Xaltmaaqiyn Battulqa Çinə cümə axşamı günü baş tutan birgünlük səfəri başa çatdıqdan sonra 14 günlük karanatində saxlanılır.
Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlardan sonra Xaltmaaqiyn Battulqa koronavirus epidemiyasından əziyyət çəkən ölkəyə yardım məqsədilə Monqolustanın Çinə 30 min baş qoyun bağışladığını bildirib.
Monqolustan prezidenti ölkəsinə qayıdandan sonra o və onu müşayiət eləmiş heyət üzvləri karantində saxlanılırlar./Hurriyyet.org
Muxalifet4 - 28-02-2020
TÜRKİYƏ SƏRHƏDLƏRİ AÇDI, SURİYALI QAÇQINLAR AVROPAYA AXIN EDİR - Videolar
Türkiyən artıq nə quruda, nə də dənizdə Avropaya getmək istəyən qaçqınların qarşısını almayacaq.
Muxalifet4 - 28-02-2020
TÜRK ORDUSUNUN İDLİBDƏKİ YERİNİ ƏSƏD QÜVVƏLƏRİNƏ RUSLAR DEYİB – Hulusi Akar: “Qoşunlarımızın yerini hücumdan əvvəl ruslara bildirmişdik…”
Türkiyənin müdafiə naziri Hulusi Akar son dəqiqə açıqlaması ilıə çıxış edərək, Rusiyanın ünvanına şok ittihamlar söyləyib.
Muxalifet.az “Hurriyet”ə əsasən xəbər verir ki, Hulusi Akar bildirib: “Qoşunlarımızın yerləşdiyi yerlər əvvəlcədən Rusiya rəsmiləri ilə razılaşdırılsa da, bu hücum həyata keçirildi. İlk vuruşdan sonra bir daha xəbərdarlıq etməyimizə baxmayaraq hücum davam etdi və bu hava hücumları zamanı təcili yardım maşınları da vuruldu”.Muxalifet4 - 28-02-2020
ŞOK: Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındı - RƏSMİ ETİRAF
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.
Muxalifet4 - 28-02-2020
"ƏSGƏRLƏRİMİZƏ UZANAN ƏLLƏR QIRILSIN!" - Türkiyədə Rusiyaya qaşı etiraz aksiyası başladı / VİDEO
Türkiyədə Rusiyanın Baş konsulluğu qarşısında etiraz aksiyası keçirilib.
Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, Rusiyanın İstanbul Baş konsulluğu qarşısında Suriyada Türk əsgərlərinin şəhid edilməsi səbəbilə etiraz aksiyası keçirilib.
Aksiyada "əsgərlərə uzanan əllər qırılsın", Qatil Rusiya" kimi şüarlar səsləndirilib.
Etirazlar səbəbilə Baş konsulluğun qarşısında polis təhlükəsizlik tədbirləri görüb.Muxalifet4 - 28-02-2020
Gürcüstanda tibbi maskalarla bağlı QADAĞA - Ölkədən çıxarılmağa cəhd olunarsa...
Gürcüstanın “Georgian Post” poçt xidməti tibbi maskaların ölkə xaricinə göndərilməsinə qadağa qoyub.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin "Facebook" şəbəkəsində məlumat yerləşdirilib. Bildirilib ki, tibbi maskaların göndərildiyi poçt bağlamaları müsadirə oluna və ya geri qaytarıla bilər.
Bağlamanın göndərilməsinə görə ödənilən məbləğ isə geri qaytarılmayacaq.
Muxalifet4 - 28-02-2020
Köçkünlər verilən mənzillərdən razı qalmadılar, qarşıdurma oldu – SAXLANILANLAR VAR
Ağcabədi rayonunda məcbur köçkünlərə mənzillərin verilməsi prosesi zamanı qarşıdurma yaranıb.
Bir neçə məcburi köçkün onlara verilən mənzillə razılaşmayaraq Laçın Rayon İcra Hakimiyyətinin qarşısına yığışıblar. Bu zaman polisin müdaxiləsi ilə saxlanılanlar olub.
İlkin məlumata görə, qarşıdurma zamanı iki nəfər sakin və polis əməkdaşları da xəsarət alıb.
Muxalifet4 - 28-02-2020
Bakı polisindən koronavirus AÇIQLAMASI
“Koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb”.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, yayılan məlumatlar təsdiqini tapmayıb:
“Bu və ya digər formada paytaxtın polis orqanlarına şəhər sakinləri tərəfindən bu məsələ ilə bağlı müraciət daxil olmayıb”.
Muxalifet4 - 28-02-2020
Azərbaycanda kimlər koronavirusa yoluxa bilər? – Risk SİYAHISI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edir.
Medicina.az bunu nəzərə alaraq, Azərbaycanda bundan sonra koronavirusa yoluxma riski qrupuna kimlərin daxil ola biləcəyini araşdırıb.
Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev da bir çox xəstəliyi olanların daha ehtiyatlı olmasını bildirib.
Risk qrupuna daxil pasiyentlər:
Muxalifet4 - 28-02-2020
ABŞ Qarabağ separatçılarına 10 milyon dollar ayıra bilər
ABŞ Konqresində dünya ölkələrinə ayrılacaq illik maliyyə yardımının həcmi müzakirə olunur.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bəzi ermənipərəst konqressmenlər Azərbaycanın işğal altındakı torplaqlarında yaradılmış qondarma rejimin də maliyyə dəstəyi almasını istəyir.
Nümayəndələr palatasının üzvü Cudi Çu prezident administrasiyasına müraciət edərək Qarabağa 10 milyon dollar ayrılmasını təklif edib. O həmçinin, Qarabağın minalardan təmizlənməsi üçün Dövlət Deparatamentinin ayırdığı vəsaitin kəsilməməsini də istəyib.
Muxalifet4 - 28-02-2020
“SPİRTİ HEÇ BİZİM ÖZÜMÜZƏ VERMİRLƏR…” - Astara xəstəxanasında koronavirusa qarşı soğan işə saldılar
Sosial şəbəkələrdə İrandan Azərbaycana geri qayıdan və koronavirus şübhəsi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxslərin xəstəxanadakı vəziyyətdən narazı qalmaları ilə bağlı daha bir video görüntü yayılıb.
Muxalifet4 - 28-02-2020
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələr açıqlanıb.
Muxalifet.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən həmin tövsiyələri təqdim edir:
Muxalifet4 - 28-02-2020