Vasif Talıbovun Ərdoğana "gücünü göstərməsi" Türkiyə mətbuatında gündəm oldu - VİDEO

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Azərbaycana səfəri vaxtı maraqlı hadisə yaşanıb.

Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə rəsmiləri prezidentlərlə görüşərkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun (Bəzi mənbələr protokol qaydalarına əsaslanaraq, bu şəxsin baş nazir Əli Əsədovun olduğunu iddia edir. Lakin Ə.Əsədova həmin görüşdə iştirak etməyib - müəl.) Ərdoğanın əlini nisbətən bərk sıxaraq, dəfələrlə silkələməsi gözlərdən qaçmayıb. Türkiyə prezidenti isə bu vaxt təəccübünü gizlədə bilməyib və təbəssüm edərək prezident İlham Əliyevin qulağına bəzi sözlər pıçıldayıb. İlham Əliyev isə Ərdoğana gülərək qarşılıq verib.