Axtarış

The search found 105849 results in 0.032 seconds.

Search results

  1. İranda 88 nəfərin koronavirusdan öldüyü iddia edilir

    İrandan ziddiyyətli xəbərlər gəlməkdə davam edir.

    “Report” “Iran International” telekanalına istinadən xəbər verir ki, ölkədə 88 nəfər koronavirusdan ölüb.

    Telekanal İranın Gülüstan əyalətinin Minudəşt şəhərindəki xəstəxanada koronavirusdan ölən şəxsin meyitinin təhvil verilməsinin görüntülərini yayıb.

    Muxalifet4 - 26-02-2020

  2. Azərbaycanın nümayəndə heyəti İranda səfərdədir

    Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehran şəhərində ikinci iclası keçirilib.
    Bu barədə yeniavaz.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  
    Azərbaycan Respublikası Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iranlı həmkarları ilə hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.

    Muxalifet4 - 26-02-2020

  3. Saxta kərə yağı istehsal edən daha bir sex bağlandı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük savxozu ərazisində fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçirib. AQTA-dan verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyinə dair tələblərin yerinə yetirilmədiyi və kərə yağı istehsalında istehlakçı hüquqlarının kobud şəkildə pozulmasına yol verildiyi məlum olub. 

    Muxalifet4 - 26-02-2020

  4. "Toyu yarımçıq kəsdik ki, birdən mağarı vurarlar" - XOCALININ SON GƏLİNİ

    Muxalifet4 - 26-02-2020

  5. Azərbaycanın “Silkway” aviaşirkəti Çinə intensiv uçuşlar həyata keçirir - HƏFTƏDƏ AZI 20 REYS…

    Azərbaycanın yük aviaşirkəti Silkway West Airlines koronavirus epidemiyasına baxmayaraq, Çinə uçuş qrafikini pozmayıb və uçuşları davam etdirir.

    Bu barədə şirklətin rəsmi saytına istinadən xəbər verilir.

    "Mövcud epidemiya hava yükdaşımaları sahəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla yanaşı, müştərilərimizin işini qorumaq üçün bu çətin və gərgin dövrlərdə planlı və çarter reyslərini davam etdiririk", - Silkway West Hava Yollarının açıqlamasında bildirilir.

    Muxalifet4 - 26-02-2020

  6. Gülnarə Kərimova azadlığı üçün 686 milyon təklif etdi - PREZİDENTƏ AÇIQ MƏKTUB

    Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova hazırkı Prezident Şövkət Mirziyayevə açıq məktubla müraciət edib.

    Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, G.Kərimovanın məktubunu öz İnstaqram səhifəsində qızı İman Kərimova paylaşıb.

    G.Kərimova məktubunda ailəsindən müsadirə edilən 1,2 milyard dollarlıq sərvətin hələ də dövlətin büdcəsinə keçmədiyini bildirib. O hazırda ailəsinin əlində qalan yeganə vəsaitin İsveçrədəki dondurulmuş hesab olduğunu qeyd edib.

    Muxalifet4 - 26-02-2020

  7. İranda cümə namazını ləğv etdilər

    Koronavirus İranda insanların həyat tərzini dəyişib. Məktəblər, universitetlər, kinoteatrlar bağlanıb. İnsanlar xarici səfərlərini təxirə salır. Qonşu ölkələrlə sərhədlər də bağlanıb.

    Bizimyol.info xəbər verir ki, İranda cümə namazını ləğv ediblər. Beləliklə, fevralın 28-də məsciddə ənənəvi ritual keçirilməyəcək. Bu cür davam edərsə, hələ uzun müddət cümə namazlarına icazə verilməyəcək.

    Hələ bundan əvvəl Qum şəhərində məscidləri bağlamışdılar. Çünki İranda koronavirusun episentri məhz bu şəhər sayılır. İlk virusa yoluxma halı Qumda qeydə alınmışdı.

    Muxalifet4 - 26-02-2020

  8. Koronavirus bu ölkənin oyunu imiş - CANLI YAYIMDA AÇIQLANDI / VİDEO

    Dünyanı təsiri altına alan koronavirus barədə türkiyəli elm adamı Ramazan Kurtoğlu diqqətçəkən açıqlama verib.

    O, “CNN Türk” televiziyasına açıqlamasında bildirib ki, dünyada yeni nizam qurulur. Elm adamının iddiasına görə, koronavirus barədə planlar hələ illər əvvəl hazırlanıb:

    Muxalifet4 - 26-02-2020

  9. Марков: Справедливость вернется в Ходжалы

    "Сегодня мы отмечаем годовщину ужасной трагедии в Ходжалы. Мы надеемся, что никогда больше такого рода трагедии не повторятся ни в Азербайджане, ни где бы то ни было еще".

    Как сообщает axar.az, об этом заявил российский общественный деятель, политолог, директор Института политических исследований Сергей Марков на мероприятии, посвященном Ходжалинскому геноциду.

    Muxalifet4 - 26-02-2020

  10. Rusiyada 3 nəfərdə koronavirus aşkarlanıb

    Rusiyanın istehlakçı hüquqlarının müdafiəsi və insanın rifahına nəzarət üzrə Federal Xidmətin (Rospotrebnadzor) rəhbəri Anna Popova fevralın 26-da Diamond Princess kruiz gəmisindən Kazana təxliyə olunan üç rusiyalıda koronavirus olduğunu təsdiqlədiyib.

    “Bir deyil, bir neçə virusoloji üsulla 3 nəfərdə yoluxma halı təsdiqlənib. Bu gün bu insanlar nəzarət altındadır" - deyə, Popova çərşənbə günü Moskvada keçirdiyi brifinqdə bildirib.

    Muxalifet4 - 26-02-2020

  11. KORONAVİRUSA TUTULAN ŞƏXS İRANDAN AZƏRBAYCANA NECƏ KEÇDİ... - İran vətəndaşı sərhəddə necə yoxlanılıb ki, onda virus olduğu aşkarlanmayıb?

    Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb.

    “Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Yekaterina Tikaradze bildirib. Onun sözlərinə görə, xəstəliyin aşkarlandığı 50 yaşlı şəxs fevralın 25-də İrandan Azərbaycana, buradan isə Gürcüstana keçib.

    O, Tbilisidə xəstəxanaya yerləşdirilib. Onun kliniki baxımdan sağlam olduğu bildirilib./Qafqazinfo

    Muxalifet4 - 26-02-2020

  12. Tibbi maskaları yardım kimi Çinə göndərdik, indi apteklərimizdə tapılmır - VİDEO

    Bakıda fəaliyyət göstərən bəzi apteklərdə qoruyucu maska tapmaq müşkülə çevrilib.

    Muxalifet.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, apteklərin əksəriyyətində, ümumiyyətlə qoruyucu maskalar satılmır. Bəzi apteklərdə isə bu maskalar həddindən artıq baha qiymətə təklif edilir.

    Paytaxtın Nizami, Xətai və Nəsimi rayonlarında fəaliyyət göstərən bir neçə aptekə baş çəkdik. Məlum oldu ki, apteklərin əksəriyyətində, ümumiyyətlə qoruyucu maska satılmır. Hətta qoruyucu maskaların olmaması ilə bağlı vitrinə elan vuranlar da var.

    Muxalifet4 - 27-02-2020

  13. DAHA BİR ŞOK XƏBƏR - Azərbaycandan Gürcüstana keçən 2 nəfərdə koronavirus şübhəsi... / KARANTİNƏ ALINDILAR

    Azərbaycandan keçərək Qırmızı Körpü sərhəd-keçid məntəqəsindən Gürcüstana gedən daha 2 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

    Gürcüstan mediası xəbər verir ki, yüksək temperaturu olan hər iki şəxs Gürcüstan vətəndaşıdır. Onlar Tbilisidə xəstəxanaya yerləşdiriliblər. Hazırda onlardan analizlər götürülüb, həkim nəzarətindədirlər.

    Qeyd edək ki, fevralın 25-də İrandan Azərbaycan vasitəsilə Gürcüstana keçən 50 yaşlı kişidə koronavirus aşkar edilib.

    Muxalifet4 - 27-02-2020

  14. Azərbaycan-Gürcüstan sərhədi bağlanıb? - RƏSMİ AÇIQLAMA

    Azərbaycan-Gürcüstan sərhədində sərhəd-keçid məntəqəsinin bağlanması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

    Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Məlumatda bildirilir ki, hazırda sərhəddə gediş-gəlişə məhdudiyyət qoyulmayıb: "Hələ ki, bu məsələ ilə bağlı hər hansısa bir qərar yoxdur. Əgər belə bir qərar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".

    Muxalifet4 - 27-02-2020

  15. Səhiyyə Nazirliyi rəzalətə belə "don geyindirməyə" çalışdı... - AZƏRBAYCANDAN KEÇƏN KORONAVİRUSLU ŞƏXS HAQDA AÇIQLAMA

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronavirusla bağlı birgə məlumat yayıb.

    Muxalifet4 - 27-02-2020

  16. PUTİNİN İDLİB PLANININ PƏRDƏARXASI - Türkiyə Kremlin Suriyadakı hökmranlığına son qoya biləcək?

    Qabil Hüseynli: “Rusiyadan hər şeyi güclə, müharibə yolu ilə, necə deyərlər, onun ağız-burnunu əzişdirməklə, əldə etmək olar..."
     

    Muxalifet4 - 27-02-2020

  17. Koronavirusa yoluxan şəxslə taksidə gələnlər xəstəxanaya yerləşdirildi

    Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze koronavirusa yoluxan şəxslə bağlı açıqlama verib. 

    Muxalifet.az  day.az-a istinadla xəbər verir ki, xəstəliyə yoluxan Gürcüstan vətəndaşı dünən Azərbaycandan keçməklə İrandan ölkəyə qayıdıb.

    Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Məkrəzinin direktoru Amiran Qamkrelidze isə bildirib ki, xəstəliyə yoluxan şəxs vətəninə marşrut taksisində qayıdıb. Onun 50 yaşı var. Həmin şəxsin adı açıqlanmasa da, Marneulidə yaşadığı bildirilib.

    Muxalifet4 - 27-02-2020

  18. GÜRCÜSTANLA SƏRHƏDDƏ NƏZARƏT GÜCLƏNDİRİLDİ - Hər kəs bir-bir yoxlamadan keçir və...

    Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində koronavirusla bağlı yoxlamalar gücləndirilib.
     
    Muxalifet.az report-a istinadən xəbər verir ki, məntəqədən keçməklə Gürcüstana daxil olan bütün şəxslər tibbi heyət tərəfindən koronavirusla bağlı yoxlamadan keçirilir.
     
    Azərbaycandan Gürcüstana gedən hər bir şəxsin hərarəti ölçüldükdən sonra ölkə ərazisinə buraxılır.
     
    Yoxlamalar zamanı iki İran vətəndaşının Gürcüstana daxil olmasına icazə verilməyib.

    Muxalifet4 - 27-02-2020

  19. Koronavirusa görə Həcc ziyarəti dayandırılır? - QMİ-dən AÇIQLAMA

    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsi ilə əlaqədar Həcc ziyarətinin dayandırılıb-dayandırılmayacağına aydınlıq gətirib.

    Muxalifet.az xəbər verir ki, QMİ-dən APA-ya bildirilib ki, bu məsələ hələlik gündəmdə deyil:

    “Hələlik Səudiyyə Ərəbistanında əməkdaşlıq etdiyimiz şirkətlər tərəfindən Azərbaycan heç bir müraciət daxil olmayıb. Çox güman ki, belə müraciət virusun yayıldığı ölkələrə aid olacaq”.

    Muxalifet4 - 27-02-2020

  20. ​Azərbaycan hökuməti İranla sərhədi nə üçün bağlamaq istəmir: daxili bazarda kasadlıq yarana bilər, yoxsa… - EKSPERTDƏN AÇIQLAMA

    “İranla sərhəddimizin bağlanması məsələsi son günlər çox müzakirə edilir. Bəzi iddialar var ki, hökumət daxili bazarda kasadlıq yaranacağından ehtiyat edir. Rəsmi rəqəmlərə inansaq, dəyər ifadəsində xarici ticarətimizdə bu ölkənin payı çox yüksək deyil”.
    Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib.

    Muxalifet4 - 27-02-2020

Pages