Axtarış
The search found 105849 results in 0.093 seconds.
Search results
“Koronavirus davam edərsə, manatın devalvasiyası qaçılmaz olacaq” - İQTİSADÇI
“Dünyada Çin mallarının idxalına məhdudiyyət qoyulması Azərbaycana, eləcə də digər ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Hətta indidən bu fəsadlar hiss olunmağa başlayıb”.
“Sədərək”, “Binə” və Çin malları ...
Bunu Modern.az-a iqtisadçı Samir Əliyev dünyanı cənginə alan koronavirusun iqtisadiyyata təsirlərindən danışarkən bildirib.
Muxalifet4 - 25-02-2020
Biləsuvarda koronavirusa görə səyyar hospital xidmətə başladı - FOTOLAR
Son vaxtlar İran İslam Respublikasında müşahidə olunan koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyyəsi üzrə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq işlər, o cümlədən lazımi sanitar-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilir.
Muxalifet4 - 25-02-2020
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü oldu - FOTO
Fevralın 25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Muxalifet4 - 25-02-2020
Ərdoğan İlham Əliyevə təsbeh bağışladı - VİDEO
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşündə ona təsbeh bağışlayıb.
Muxalifet.az Türkiyə KİV-lərinə istinadən həmin görüntüləri təqdim edir:
Muxalifet4 - 25-02-2020
ŞOK: Nazir müavini koronavirusa yoluxdu - FOTO
İranda daha bir yüksək vəzifəli şəxs koronavirusa yoluxub.
Muxalifet.az İran mediasına isstinadən xəbər verir ki, ölkənin səhiyyə nazirinin müavini İreç Herirçi dəhşətli vurusun yaxaladığı şəxslərdən biri olub.
Bu gün nazir müavinində koronavirus aşkar edilib.
Muxalifet4 - 25-02-2020
“FONDUN AKTİVLƏRİ HESABINA BÖYÜK PULLAR QAZANIRLAR...” - İpoteka Fondunun rəhbərliyinə qarşı ağır ittihamlar
“Kirayə mənzillər layihəsi iflasa uğrayıb, sosial ipoteka dayandırılıb”
İpoteka və Kredit Zəmanət Fondunun kirayə evlər layihəsi iflasa uğrayıb. Kirayə mənzillərə müraciət bu ilin yanvar ayının 22-də saat 10:00-da başlamalı olsa da, Fondun qurduğu sistem çökdüyündən müraciətlər qəbul edilmədi.
Fond rəbərliyi bunun səbəbini müraciət qəbulu zamanı "Elektron hökumət" portalına kütləvi istifadəçi girişi və əməliyyat sayı qeydə alınması ilə izah edib.
Muxalifet4 - 25-02-2020
“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb!
Müştərilərinə hər zaman keyfiyyətli şəbəkə təcrübəsi təqdim edən “Nar”ın, 4/4.5G şəbəkəsinə qoşulan və aktiv şəkildə istifadə edən abunəçilərinin sayı 1 milyonu ötüb. Son bir ildə Bakı və regionlarda quraşdırılmış 1000-dən çox yeni LTE/LTE-A texnologiyalı baza stansiyaları sayəsində “Nar”ın ümumilikdə 4G istifadəçilərinin sayı iki dəfə artıb.
Muxalifet4 - 25-02-2020
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri fevralın 25-də başa çatıb.
Muxalifet4 - 25-02-2020
MSK parlament seçkilərinə YEKUN VURDU - 200 şikayətə baxılıb...
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 9 fevral parlament seçkilərinə yekun vurulub. İclasda 2020- cilin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokol MSK tərəfindən təsdiq edilib.
Muxalifet.az xəbər verir ki, iclasda seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolları və onlara əlavə edilən sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması məsələsinə qərar verilib.Muxalifet4 - 25-02-2020
Koronavirusla bağlı səs yayanlar danışdı: "Zarafat etmişəm" / VİDEO
Sosial şəbəkələrdə Lənkəran şəhərində koronavirusa yoluxmuş şəxslərin olması ilə bağlı səsyazısı yayanlar saxlanılıb.
Demokrat.az xəbər verir ki, səsləri sosial şəbəkələrdə yayılan Lənkəran şəhər sakini Seymur Fətullayev və Şəhər Mərkəzi Xəstəxanasının həkimi Fərid Rüstəmov etiraf edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Onlar öz aralarında zarafat edib və bu, ciddiyə alınaraq sosial şəbəkələrdə yayılmağa başlayıb.
Şəhər sakinləri etdiyi əməldən peşman olduqlarını bildiriblər.Muxalifet4 - 25-02-2020
Səhiyyə Nazirliyi ttibbi maska qıtlığına görə bu qurumu ittiham etdi
Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar insanların tibbi spirt və tibbi maskaya tələbatı artıb. Bununla əlaqədar vətəndaşlar apteklərdə maska və tibbi spirti tapmaqda çətinlik çəkir.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov tibbi maskaların çatışmazlığına görə İqtisadiyyat Nazirliyini və sahibkarları ittiham edib:
Muxalifet4 - 25-02-2020
MSK İsa Qəmbərin şikayəti ilə bağlı qərar verdi - 10 MƏNTƏQƏNİN NƏTİCƏSİ LƏĞV EDİLDİ...
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 19 saylı Nərimanov birinci seçki dairəsindən namizəd İsa Qəmbər və digərlərinin müraciətinə baxılıb.
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.
Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia ediblər: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı 10 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib".
Muxalifet4 - 25-02-2020
Lənkəranda 30-dan çox uşaq xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
İranda koronavirusa yoluxanların və ölənlərin sayının artması sərhədyanı rayonlarda əhali arasında narahatlığa, eləcə də, müxtəlif şayiələrin yayılmasına səbəb olub.
Lənkəranda 30-dan çox uşağın koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi barədə yayılan şayiələr də bu qəbildəndir.
Baku TV-nin əməkdaşları əhali arasında gəzən söz-söhbətlərin nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına baş çəkiblər.
Xəstəxanadan Baku TV-yə bildirilib ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Muxalifet4 - 25-02-2020
İranlı deputat da koronavirusa yoluxduğunu AÇIQLADI
İranlı millət vəkili Mahmud Sadıqi də koronavirusa yoluxub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə deputat "twitter" səhifəsində məlumat verib:
“Covid-19 analizlərim pozitiv çıxdı. Bu mesajı bu dünyada yaşamaq ümidim az olduğu vəziyyətdə ikən yazıram”.
Qeyd edək ki, İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxduğunu açıqlamışdı. Ümumilikdə isə İranda koronavirus səbəbilə ölənlərin sayı 16-ya çatıb. Yoluxanların sayı isə 100-ə yaxınlaşıb.Muxalifet4 - 25-02-2020
Tibb bacısı işdə koronavirusdan həyatını itirdi - CƏNUBİ AZƏRBAYCANDA / Foto
İranda koronavirus təhlükəsi çox ciddi xarakter alıb.
Təsəvvür edin, ölkənin hətta səhiyyə nazirinin müavini də virusa yoluxub.
Bizimyol.info xəbər verir ki, bir neçə dəqiqə əvvəl İranda yenə koronavirus üzündən itki olub. İranda yaşayan cənubi azərbaycanlılardan biri həyatını itirib. 25 yaşlı tibb bacısı Nərgiz Xan Lahicanda işlədiyi xəstəxanada koronavirusa yoluxandan sonra dünyasını dəyişib.
Muxalifet4 - 25-02-2020
Türkiyə İdlibə əlavə tanklar göndərdi
Türkiyə İdlibə hərbi texnikasını göndərməkdə davam edir.
İdlibdə Gərginliyi Azaltma bölgəsinə dəstək məqsədilə yola çıxan 10 tankdan ibarət konvoy Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsi istiqamətində hərəkət edib.
Bildirilir ki, hərbi konvoy Reyhanlıdan Suriyaya keçəcək.
Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinə aid 50 avtomobildən ibarət yeni hərbi konvoy mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Suriyanın İdlib şəhərinə girib./Axar.az
Muxalifet4 - 25-02-2020
Azərbaycanda 23 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi - RƏSMİ AÇIQLAMA
İranda koronavurusun qeydə alındığı ərazilərdə olmuş 23 nəfər müayinə üçün Azərbaycanın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə açıqlamasına əsasən, müayinə vaxtı 2 nəfərin hərarəti normadan "bir qədər yüksək" olub.
"Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək", - birgə açıqlamada deyilir.
İranda koronavirusdan ölüm sayı 15-ə çatıb, rəsmi mənbələr bildiriblər.
Azərbaycan İranla sərhədini bağlamayıb.Muxalifet4 - 25-02-2020
“MƏN ONU ÖRNƏK GÖSTƏRİRDİM" - Müəllimi bulvarda intihar edən qızdan yazdı
"Nə bilərdim ki, bir vaxtlar xəyallarının suya düşməsini istəmədiyim bir qızcığaz su çərşənbəsində özünü suya atacaq".
Bunu təhsil eksperti Elçin Əfəndi ötən gecə Bulvarda intihar edən 22 yaşlı Nəzakət Rzazadə barəsində şəxsu feysbuk hesabında yazıb.
Azərbaycan Tibb Universitetinin tələbəsi mərhumla bağlı 3 il əvvəlki xatirəsini bölüşüb:
Muxalifet4 - 25-02-2020
15 yaşlı oğlan sevgilisinə görə özünü binadan atdı - XIRDALANDA DƏHŞƏTLİ OLAY
Xırdalan şəhərində intihar hadisəsi baş verib.
APA xəbər verir ki, 15 yaşlı Ülvi Ruslan oğlu Cəfərli özünü 12-ci mərtəbədən ataraq intihar edib.
İlkin məlumata görə, Ü.Cəfərli həmin binada müəllim yanına gedirmiş. Onun sevdiyi qızla mübahisə etdiyi, sonradan özünü binadan atdığı bildirilir.
Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, intihar edən Ü.Cəfərli bir neçə il əvvəl itkin düşməsi ilə mətbuatın diqqət mərkəzində olub.
Ü.Cəfərli hazırda 10-cu sinifdə oxuyurmuş.
Muxalifet4 - 25-02-2020
“Tezliklə koronavirusun peyvəndi satışa çıxarılacaq” - TRAMP
ABŞ Prezidenti Donald Tramp Hindistan səfərindən qayıtdıqdan sonra koronavirusla bağlı fikirlərini bölüşüb.
“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri məsələni yaxından izlədiyini bildirib. Virusun ölkəsində yayılmamasına sevindiyini deyən Tramp sözlərinə belə davam edib:
“İndiyədək bəxtimiz gətirib və bunun belə də qalacağını düşünürəm. Hesab edirəm, bu problem aradan qaldırılacaq. Yaxın zamanda koronavirusun peyvəndi satışa çıxarılacaq”.
Muxalifet4 - 25-02-2020