İRANDA DAHA 4 NƏFƏR KORONAVİRUSA YOLUXUB - Rəsmi açıqlama

Baxış sayı:
1153

İranda indiyədək yeni koronavirusa (Covid 19) 139 nəfər yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutka ərzində 44 nəfərin yoluxma halı qeydə alınıb.
Nazirlik rəsmisi deyib ki, indiyədək bu virus nəticəsində İranda 19 nəfər dünyasını dəyişib.
Cahanpur əlavə edib ki, ötən sutka ərzində koronavirus nəticəsində daha 4 nəfər dünyasını dəyişib.
K.Cahanpur bildirib ki, Qum vilayətində 15 nəfər, Gilan vilayətində 9 nəfər, Tehran vilayətində 4 nəfər, Mərkəzi vilayətdə 1 nəfər, Xuzistan vilayətində 3 nəfər, Sistan və Bəluçestan vilayətində 2 nəfər, Kirmanşah vilayətində 1 nəfər, Ərdəbil vilayətində 2 nəfər, Mazandaran vilayətində 1 nəfər, Lorestan vilayətində 1 nəfər, Fars vilayətində 2 nəfər, Simnan vilayətində 1 nəfər, Kohgiluyə və Buyir-Əhməd vilayətində 2 nəfər, Hörmüzqan vilayətində 1 nəfər yeni koronavirusa yoluxub./Modern.az