Axtarış

The search found 105849 results in 0.027 seconds.

Search results

  1. Türk ordusuna qarşı hücuma keçdilər – SAVAŞ BAŞLADI / Son dəqiqə

    “Rusiya hərbi hava qüvvələrinin dəstək verdiyi Bəşər Əsəd ordusu Sərakib şəhərini Azad Suriya Ordusundan geri almaq üçün əməliyyatlara başlayıb”.

    Bu barədə “Röyter” agentliyi Türkiyədəki diplomatik mənbələrə istinadən məlumat yayıb.

    Mənbə hazırda Əsəd ordusu və müxaliflər arasında İdlib bölgəsi və Sərakib ətrafında şiddətli qarşıdurmanın getdiyini bildirib.

    Muxalifet4 - 27-02-2020

  2. Astara xəstəxanasındakı görüntülərlə bağlı AÇIQLAMA - Baş həkim işdən çıxarıldı / VİDEO

    Astara Rayon Mərkəzi Xəstəxanası ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama yayıb.

    Muxalifet.az xəbər verir ki, açıqlamada deyilir:

    “İrandan gələn Azərbaycan vətəndaşlarının Astara Rayon Mərkəzi Xəstəxanasındakı şəraitlə bağlı sosial şəbəkələrdə yaydığı videomateriallarla bağlı bildiririk ki, çatışmazlıqlar aradan qaldırılır. Videomaterialdan da göründüyü kimi, çəkiliş palatalarda yataq dəstlərinin dəyişdirilməsi zamanı aparılıb.

    Muxalifet4 - 27-02-2020

  3. Azərbaycanda koronavirusa görə qərargah yaradıldı

    Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

    Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

    Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub.

    Muxalifet4 - 27-02-2020

  4. KORONAVİRUS ÜÇÜN LABORATORİYALAR HAZIR VƏZİYYƏTƏ GƏTİRİLDİ - AQTA-dan açıqlama

    Dünya ölkələrində koronavirus xəstəliyinin sürətlə yayılması və qonşu ölkələrdə də qeydə alınması səbəbindən hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir.

    AQTA-dan verilən məlumata görə, Agentliyin regional bölmələri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

    Muxalifet4 - 27-02-2020

  5. ŞOK İDDİA: İranda koronavirusdan 116 nəfər ölüb

    İranda koronavirus infeksiyasından ölənlərin sayının rəsmi rəqəmlərdən fərqli olduğu iddia edilir.

    “Iran International” telekanalı xəbər verir ki, ölkədə epidemiyadan ölənlərin sayı 116 nəfərdir.

    Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

    Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır.

    Muxalifet4 - 27-02-2020

  6. Dəhşətli virusa yoluxduğunu etiraf edənlərə 1400 dollar veriləcək - ÇİN HÖKUMƏTİ QƏRAR VERDİ

    Koronavirusun meydana gəldiyi Çinin Hubey vilayətində qəribə qərar qəbul edilib.

    Qərara görə, koronavirusa yoluxması barədə müvafiq qurumlara məlumat verən şəxsə 1400 dollar mükafat veriləcək. Tək şərt həmin şəxsin xəstəxanaya müraciət edərək, koronavirusa yoluxduğunu sübuta yetirməsidir. Məlumata görə, hakim dairələr bu yolla koronavirusa yoluxan şəxsləri xəstəxanalara gəlməyə təşviq etmək istəyir.

    Qeyd edək ki, Hubey vilayətində indiyə qədər 2600-dan çox insan yeni növ koronavirusdan dünyasını dəyişib. 65 min nəfərdə koronavirusa rast gəlinib./Publika.az

    Muxalifet4 - 27-02-2020

  7. Azərbaycanda vəzifəli şəxslər maliyyə məlumatlarını təqdim edəcək - RƏSMİ

    Azərbaycanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatlar təqdim ediləcək.

    Muxalifet4 - 27-02-2020

  8. Ərdoğan Rusiyanın S-300 HHM sistemini məhv etmək əmri verib - RUS MƏTBUATINDAN SENSASİON İDDİA

    Rusiyanın “Free News” xəbər agentliyi “Ərdoğan orduya Suriyanın S-300 HHM sistemini məhv etmək əmri verdi” başlıqlı məqalə dərc edib. 

    Məqalədə Türkiyənin İdlibdə hava dəstəyindən məhrum olduğu üçün Suriyada ciddi problemlərlə üzləşdiyi deyilir:

    “Rusiya Hava Qüvvələri və Rusiyanın Dəməşqə verdiyi S-300 HHM sistemləri hərbi təyyarələrin səmada üstünlük qazanmasına mane olur”.

    Məqalədə Suriya HHM sistemlərinin məhv edilməsi əmrinin Ərdoğanın parlamentdəki çıxışına istinad edildiyi bildirilir.

    Muxalifet4 - 27-02-2020

  9. Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı haqda açıqlama - YENİLƏNİB

    Ötən gün koronavirus diaqnozu qoyulan Gürcüstan vətəndaşı özünü yaxşı hiss edir”.
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin birinci müavini Tamar Qabunia bildirib.
    Onun sözlərinə görə, həmin şəxsin vəziyyəti tamamilə qənaətbəxşdir.
    Nazir müavini pasiyentin həkimlərin nəzarəti altında saxlanıldığını deyib.
    Qeyd edək ki, koronavirusun aşkar olunduğu Gürcüstan vətəndaşı etnik azərbaycanlıdır. 

    ***

    Muxalifet4 - 27-02-2020

  10. DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - İranda virusdan ölənləri gizlicə basdırırlar / VİDEO, FOTO

    Koronavirus Çindən sonra ən çox İranda can alır. Qonşu dövlətin rəsmi məlumatına görə, virusdan 26 nəfər həyatını itirib. Amma sayın 100-ü keçməsiylə bağlı iddialar var.

    Muxalifet4 - 27-02-2020

  11. Prezident Administrasiyasında partiya sədrləri ilə görüş - DETALLARI MƏTBUATDAN GİZLİ SAXLANILIR...

    Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bu gün, fevralın 27-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

    Bu barədə Pənah Hüseyn özü məlumat verib. O qeyd edib ki, görüşdə bir neçə məsələ müzakirə olunub:

    "Digər bir neçə siyasi partiya ilə birgə siyasi partiyalarla dövlət münasibətləri, ofis və sair məsələlərlə əlaqədar əvvəllər etdiyimiz müraciətlə bağlı müzakirələr apardıq".

    Pənah Hüseyn bu görüş və həmin müraciətlə bağlı detallı danışmaq istəməyib.

    Muxalifet4 - 27-02-2020

  12. Bakıda kriminal avtoritetin güllənməsinin yeni TƏFƏRRÜATLARI

    Bakının Binəqədi rayonunda kriminal avtoritet Mübariz Bubaqlının qətlə yetirilməsinə görə həbs edilənlərin məhkəməsi davam etdirilib.

    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Taleh Cəlalov, Səxavət Hüseynov, Vüsal Hüseynov və İmran Bədirovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş Nazim Qədirov ifadə verib.

    Muxalifet4 - 28-02-2020

  13. "Qaçqınkom" Ucarda ev istəyən məcburi köçkünün şikayətinə CAVAB VERDİ

    Xəbər verdiyimiz kimi, qəsəbəsi işğaldan azad olunan məcburi köçkün Ucardan ev istəyir.
    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Füzuli rayonu Horadiz qəsəbəsidən məcburi köçkün, Nəzərova Kiçikxanım Xanlar qızının şikayətinə münasibət bildirib.
    Şikayətçi, Ucar rayonunda qaçqınlar üçün inşa olunan binadan ona ev verilməməsini tələb edirdi.

    Muxalifet4 - 28-02-2020

  14. Türkiyə Gürcüstana qarşı bu addımı atmağa məcbur oldu - DƏHŞƏTLİ VİRUSA GÖRƏ

    Türkiyə Gürcüstanla sərhədini bağlayıb.

    Türkiyə mediası xəbər verir ki, qardaş ölkə Gürcüstanda da koronavirusa yoluxma qeydə alındığından belə bir addım atıb.

    Akdaş Gömrük Məntəqəsinin Türkiyə vətəndaşları üçün sərhədi bağladığı bildirilib./Axar.az

    Muxalifet4 - 28-02-2020

  15. TÜRK ORDUSUNA XAİN HÜCUM - İdlibdə 33 əsgər şəhid oldu / VİDEO

    İdlibdə Suriya ordusu tərəfindən türk ordusuna qarşı təşkil edilən hava hücumunun görüntüləri yayılıb.
    ***
    05:41
    ***
    İdlibdə Suriya ordusu tərəfindən təşkil edilən hava hücumu nəticəsində həlak olan türkiyəli hərbçilərin sayı 33-ə çatıb.
    Bu barədə Hatay valiliyi məlumat yayıb.
    ***
    03:02
    İdlibdə Suriya ordusu tərəfindən təşkil edilən hava hücumu nəticəsində həlak olan türkiyəli hərbçilərin sayı 29-a çatıb. 36 əsgər yaralanıb.
    Bu barədə Hatay valiliyi məlumat yayıb.
    ***
    01:36

    Muxalifet4 - 28-02-2020

  16. ABŞ-dan İdlib açıqlaması: Türkiyə S-400-lərdən imtina etsin

    ABŞ ümid edir ki, Türkiyə S-400-lərdən imtina edəcək.

    Axar.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Key Beyli Hatçison İdlibdə türk əsgərlərinin şəhid edilməsini şərh edərkən deyib. Onun sözlərinə görə, ABŞ Türkiyəyə bununla bağlı vəziyyəti dəfələrlə izah etməyə çalışıb:

    “Ümid edirəm ki, Prezident Ərdoğan bizim onların keçmiş və gələcək müttəfiqimiz olduğunu görəcək. Onlar gərək S-400-lərdən imtina etsinlər”.

    Qeyd edək ki, Əsəd ordusunun ötən gecə İdlibdə hücumu nəticəsində 33 türk əsgəri şəhid olub.

    Muxalifet4 - 28-02-2020

  17. Türk generallar sərhədə gəldi: Döyüşə birbaşa nəzarət edirlər / VİDEO

    Türkiyə Müdafiə naziri Hulusi Akar Suriya ilə sərhədə gəlib.

    Axar.az xəbər verir ki, Akarı Quru Qoşunları və Hərbi Hava Qüvvələri komandanları müşayiət ediblər.

    Generallar Hatay şəhərində İdlibdəki əməliyyatların idarəetmə mərkəzindən Əsəd qüvvələrinə qarşı əməliyyatı idarə edirlər.

    Türk generalların Hataya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçirdiyi kritik iclasdan sonra yola düşdükləri bildirilib.

    Muxalifet4 - 28-02-2020

  18. ƏSƏD QÜVVƏLƏRİNƏ CAVAB ZƏRBƏLƏRİ... - Ərdoğan 6 saatlıq toplantı sonrası havadan və qurudan hücum əmri verdi

    Türkiyə Silahlı Qüvvələri İdlibdə 33 şəhid verib, 32 yaralısı var.

    Türkiyə mediasıxəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında təcili toplantı keçirib.

    Təhlükəsizlik Zirvə toplantısı 6 saat davam edib. Qərar verilib ki, şəhid və yaralı hərbiçilərin qisası misliylə Bəşər Əsəd rejimindən alınacaq.

    "Hava və qurudan rejimin bütün hədəfləri bombalanır və hazırda bu prosses davam edir".

    Toplantıda verilən qərarla bağlı başqa bir açıqlama verilməyəcək.

    Muxalifet4 - 28-02-2020

  19. Vasif Talıbov öz ortağını həbs etdirdi: İki Talıbovun davası bir sürücünün başında çatladı

    Naxçıvanda seçkilər bitər-bitməz həbslər başlayıb.

    Ovqat.com-un etibarlı mənbələrdən aldığı məlumata görə, təmizləmə əməliyyatının ilk qurbanı Dizayn Holding Kommersiya Şirkətlər İttifaqının rəhbəri İlqar Sadıqov olub.

    O, külli miqdarda yeyintidə ittiham olunaraq saxlanılıb.

    Muxalifet4 - 28-02-2020

  20. RUSİYA TÜRKİYƏNİN GÖZÜNDƏ “ETİBARSIZ ORTAQ”a ÇEVRİLİR –İdlib əməliyyatı Kremlin sülhməramlı missiyasını alt-üst edir - TƏHLİL

    Sabir ƏSGƏROĞLU

    “Anadolu” İA, Türkiyə, 26 fevral 2020-ci il

    Muxalifet4 - 28-02-2020

Pages