Ümumdünya Səhiyyə Təşkilatı koronavirus üçün ABŞ istehsalı olan dərmanın effekt verəcəyini BƏYAN ETDİ

Baxış sayı:
5448

Ümumdünya Səhiyyə Təşkilatının baş katibinin köməkçisi Bryus Aylvard deyib: “Hazırda real bir effekt yarada biləcəyini düşündüyümüz yeganə bir dərman vardır ki, o da “Remdesivir”dir”.

O, bu sözləri Çinin paytaxtı Pekin şəhərində keçirilən mətbuat konfransında söyləyib. ÜST əməkdaşları insanlarda “Remdesivir” preparatı ilə klinik sınaqların keçirildiyini və bir neçə həftə ərzində nəticələrin açıqlanacağını bildirib.

ABŞ-ın “Glead Sciences” əczaçılıq şirkəti tərəfindən hazırlanan “Remdesivir” dərmanının tərkibi “chloroquin” aktiv maddəsindən ibarətdir.

Dərman preparatından Sars və Mers kimi digər betakoronoviruslar qrupu üçün də aktiv hesab olunub. Ondan istifadə Ebolanın müalicəsində də müəyyən nəticələr göstərib.

Hurriyyet.org