İlqar Məmmədov Xocalı faciəsi ilə bağlı satatus yazdı, QALMAQALA SƏBƏB OLDU - Foto

Baxış sayı:
7096

Respublikaçı Alternativ Partiyasının(REAL) sədri İlqar Məmmədovun Xocalı faciəsi ilə bağlı fikirləri cəmiyyətdə böyük narazılıq yaradıb.
 
 Demokrat.az xəbər verir ki,  İ.Məmmədov, sosial şəbəkədə faciəyə seçki kontekstindən yanaşıb. O yazıb:
 
 "28 il əvvəl Xocalıda bu gün azğın Ermənistan ordusu 550 nəfər Azərbaycan seçicisinin və 63 uşağın səsini həmişəlik kəsdi".

 

Qeyd edək ki, partiya sədrinin bu statusundan sonra o, sosial şəbəkə izləyiciləri tərəfindən sərt şəkildə tənqid olunmaqda və toplum tərəfindən qınaq obyektinə çevrilməkdədir. İ.Məmmədov isə bütün bunlara hələlik cavab verməyib.