"Onlar məni Xocalıya çağırır..." - MÜBARİZ MƏNSİMOV

Baxış sayı:
5302

“Düz 28 ildir ki, fevralın 25-dən 26-na keçən gecə yuxum ərşə çəkilir. O səsləri eşitməmişəm, ancaq hər bir bacının, hər bir ananın, hər bir məsum uşağın, günahsız qoca və qarının hayqırtısı beynimi zəbt edir. Onlar məni Xocalıya çağırır”.

Bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.

“Mən bilirəm ki, bu gecə Xocalıda Onların ruhları dolaşır. Günahsız güllələnmiş ana-bacılarımızın, qız-gəlinlərimizin, qardaş və oğullarımızın, ata-babalarımızın ruhları... Sizin qisasınızı almaq, mən də daxil olmaqla, hər bir Azərbaycan türkünün müqəddəs borcudur. Sizin qanınız yerdə qalmayacaq! Allah Xocalı Şəhidlərinə rəhmət eləsin. Allah millətimə heç səbr verməsin” – M.Mənsimov qeyd edib.