Axtarış
The search found 105849 results in 0.052 seconds.
Search results
1000 nəfərin olduğu otel binası MÜHASİRƏYƏ ALINDI - Onlarla polis əraziyə yeridildi
İspaniyanın Tenerife şəhərində koronavirusla bağlı nəzarətə götürülən məşhur oteldə müayinələr davam edir.
Publika.az xəbər verir ki, mühasirəyə alınan binadan müştərilərin çıxmasına icazə verilmir. Çox sayda polis binanın ətrafında təhlükəsizliyi təmin edir. Məlumata görə, oteldə 1000 nəfər var. İlk müayinələrə görə, hələki virus əlamətlərinə rast gəlinməyib.
Qeyd edək ki, İtaliyadan Tenerifiyə tətil etmək üçün gələn doktorda koronavirus aşkarlanıb. Doktor oteldə qaldığı üçün bina nəzarətə götürülüb.
Muxalifet4 - 25-02-2020
Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirildi - FOTO
Dövlət Gömrük Komitəsinin Akademiyasında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Xocalı soyqırımı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının Azərbaycan tarixinin qan yaddaşına çevrildiyini bildirib.
Muxalifet4 - 25-02-2020
MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi - QƏRAR
Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurub və seçkilərin ümumi yekunlarına dair protokol tərtib edib.
Muxalifet4 - 25-02-2020
İranlı nazir müavinini koronavirus canlı yayımda bu hala saldı - VİDEO
Koronavirusa yoluxan İranın Səhiyyə naziri müavinin yeni görüntüləri yayımlanıb.
Muxalifet.az xəbər verir ki, İraç Hərərçi canlı yayımda şiddətli şəkildə tərləməyə başlayıb.
Videodan da göründüyü kimi nazir müavini özü belə bu hala təəccüblənib. Bu hadisədən bir müddət sonra müayinə edilən nazir müavinində koronavirus aşkarlanıb. Bu barədə İraç Hərərçinin özü məlumat verib. /Yeniavaz.com
Muxalifet4 - 25-02-2020
Elmar Vəliyev obyektini əlindən aldı, müflis oldu - MƏHKƏMƏ OBYEKTİV QƏRAR VERMƏSƏ, İŞ AVROPA MƏHKƏMƏSNƏ GEDƏCƏK / Video
Rusiya vətəndaşı olan Gəncə sakini Məmmədov Nəsrəddin 1974-cü ildən Rusiyada yaşayıb. O 29 ildən sonra 2004-cü ildə Gəncəyə gəlib və özünə 10 sotluq yerdə obyekt alıb. 2010-cu ildə Elmar Vəliyev Gəncəyə İcra başçı təyin edildikdən sonra 2011-ci ildə sahibkarın ərazisi yolu genişlətməliyik bəhanəsi ilə sökülüb.
Vətəndaş haqqını tələb etmək üçün məhkəməyə müraciət etsə də müsbət qərar çıxmayıb. Sahibkar həmin ərəfədə keçirdiyi streslərə görə müxtəlif xəstəliklər tapıb. Onun heç bir yerdən gəlir yeri yoxdu.
Muxalifet4 - 25-02-2020
"SİZ XƏSTƏSİNİZ, QIZLAR" - Lavrov gürcü xanım jurnalistləri təhqir etdi / VİDEO
Rusiya XİN rəhbəri Sergey Lavrov gürcü jurnalistləri yersiz davranışlarına görə təhqir edib.
Virtualaz.org bildirir ki, internetdə yayımlanan görüntülərdə Gürcüstan mətbuatı nümayəndələrinin, xüsusilə “İmedi TV” və “1TVGe”nin xanım jurnalistlərinin bir-birlərini itələmələri və Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinə sual verməyə çalışdıqları əks olunub.
Kadrlardan o da görünür ki, Lavrov ona sual verməyə çalışan xanım jurnalistləri “xəstə” adlandırır: "Siz nəyləsə… Siz xəstəsiniz, qızlar".
Muxalifet4 - 25-02-2020
XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür
Bu gün Xocalı soyqırımından 28 il ötür.
Hələ 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.
Muxalifet4 - 26-02-2020
Dünyanın dördüncü varlı adamı ilk dəfə smartfon alıb - STİV COBS ONA "İPONE" SATA BİLMƏMİŞDİ...
Uorren Baffet dünyanın ən zəngin insanlarının sıralamasında yalnız Ceff Bezos, Bill Qyets və Bernar Arnodan geri qalır. Amerikalı iş adamının 87,6 milyard dollar sərvəti var.
Bu qədər var-dövlətə baxmayaraq, Baffet indiyə qədər düyməli telefon işlədirmiş. Dünyanın dördüncü varlı adamı ilk bahalı telefonunu bu günlərdə alıb.
Muxalifet4 - 26-02-2020
Güclü külək ağacı qadının üzərinə aşırdı
Mingəçevirdə güclü küləyin təsiri nəticəsində 37 yaşlı qadının üstünə ağac aşıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Nəriman Nərimanov küçəsində 1 saylı tam orta məktəbin qarşısında baş verib.
Qırılan ağaclardan biri 1983-cü il təvəllüdlü şəhər sakini Ağasıyeva Səbinə Nazim qızının başına düşüb. Başı yarılmış halda xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub.
Muxalifet4 - 26-02-2020
Külək Ağdamda 30-dan artıq elektrik dirəyini aşırdı - BİR NEÇƏ KƏND İŞIQSIZ QALDI
Bu səhərdən əsən külək bir sıra infrastruktur obyektlərində olduğu kimi Ağdam rayonunun elektrik şəbəkəsində də ciddi fəsadlar yaradıb.
Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Muxalifet4 - 26-02-2020
Assanjın vəkili həbxanada onunla pis davranıldığını deyir
WikiLeaks-in təsisçisi Culian Assanjın vəkili hakimə onun 11 dəfə əllərinin qandallandığı, 2 dəfə çılpaq soyundurulduğu və ekstradisiyası ilə bağlı məhkəmə dinləmələrinin ilk günü bütün sənədlərin qarşısından götürüldüyü barədə şikayət edib.
Vəkil Edvard Fitzcerald hakimə bildirib ki, Assanja həbsxanada göstərilən münasibət məhkəmə prosesinə hörmətsizlikdir.
Fevralın 24-də ABŞ-ın tələbi ilə ekstradisiya dinləmələrinə start verilib.
Məhkəmə prosesində hakim Amerikanı təmsil edən vəkillərin iddialarını dinləyir.
Muxalifet4 - 26-02-2020
Koronavirus Tehranı həssas yerindən vurur - REJİM İCTİMAİ ETİMADSIQLIQLA ÜZ-ÜZƏ
İran xalqının narahatlığının digər bir mənbəyi isə diaqnostik avadanlıqların olmaması ilə bağlıdır
İran hökuməti insanları koronavirusa (Covid-19) qarşı ciddi mübarizə aparıldığına inandırmaq məqsədilə ciddi tədbirlər görür. Bu məqsədlə məktəblər, universitetlər və bəzi dini məktəblər bağlanıb.
Muxalifet4 - 26-02-2020
Neftçalanın sabiq icra başçısınadn XƏBƏR VAR - Apellyasiya şikayəti verməkdən imtina edib
Neftçalanın həbs edilən sabiq icra başçısı İsmayıl Vəliyev barəsində seçilən həbs qətimkan tədbirindən apelyasiya şikayəti verməyib.
APA-nın məlumatına görə, həbs olunan şəxslərdən yalnız rayonun Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev barəsində seçilmiş həbs-qətimkan tədbirindən apelyasiya şikayəti verib. Digər saxlanılan şəxslər isə bu hüquqlarından istifadə etməyiblər.
Muxalifet4 - 26-02-2020
Elçibəy hökumətinin naziri, istiqlalçı deputat, Qarabağda savaşan general: - İsgəndər Həmidovun ömür yolu
Bu gün Milli-Azadlıq Hərəkatının liderlərindən biri, istiqlalçı deputat, Əbülfəz Elçibəyin prezidentliyi dönəmində ölkənin daxili işlər naziri olmuş İsgəndər Həmidov vəfat edib.
İsgəndər Məcid oğlu Həmidov 1948-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub. 1965-ci ildə Tərtər rayonunda orta məktəbi bitirib. Ali məktəbi bitirdikdən sonra daxili işlər orqanlarında işə başlayıb.
Muxalifet4 - 26-02-2020
İranda koronavirusa yoluxan deputat: “Yaşamağıma ümidim azdır...” - ABŞ TEHRANI HƏQİQƏTİ AÇIQLAMAĞA ÇAĞIRDI
ABŞ dövlət katibi Maykl Pompeo İran hakimiyyətinin ölkədə koronavirus epidemiyasının yayılması ilə bağlı real vəziyyəti gizlədə biləcəyini deyib.
Dövlət katibi İranın ölənlərin sayına görə Çindən sonra ikinci yerdə olduğunu, bu faktın ciddi narahatlıq doğurduğunu bildirib. O, bütün ölkələri koronavirusla bağlı həqiqətləri danışmağa və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə çağırıb.
Muxalifet4 - 26-02-2020
Cavid Qurbanova YEYİNTİ İTTİHAMI... - Əgər bu faktlar araşdırılarsa...
Azərbaycan Dəmiryollarının adının hallanmadığı qalmaqal qalmayıb. Bu Qapalı Səhmdar Cəmiyyətin yarıtmaz idarəçiliyi haqqında çox yazılar yazılıb, çox fikirlər deyilsə də, hələ ki, əməlli-başlı bir nəticə hasil olmayıb.
Muxalifet4 - 26-02-2020
XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və Baş Prokurorluğu Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar.
Muxalifet.az-ın xəbərinə görə, bəyanatda deyilir ki, fevralın 26-da Xocalı soyıqırımının 28-ci ildönümü tamam olur:
“Sözügedən təcavüz zamanı mülki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə, insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı aktları törədildi və bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır”.
Muxalifet4 - 26-02-2020
Ermənistanda koronavirus təlaşı: Onlarla şəxs xəstəxanalara yerləşdirildi
Yanvarın ikinci ongünlüyündən Ermənistanda koronavirus şübhəsi ilə onlarla insan xəstəxanaya yerləşdirilib.
Bu barədə “Report” bu ölkənin mətbuatına istinadən xəbər verir.
Ermənistan hökuməti yanında səhiyyə və əməyin müfəttişi orqanının rəhbəri Akop Avakyan bildirib ki, ölkəyə gələn vətəndaşların yalnız temperaturu ölçülmür, onlar bundan başqa xarici müayinədən də keçirilir.
Muxalifet4 - 26-02-2020
“Novruz bayramına qədər təhsil dayandırılsın!” - QUBAD İBADOĞLU DƏHŞƏTLİ TƏHLÜKƏDƏN YAZDI
ADR Hərəkatının sədri Qubad İbadoğlu bağça, məktəb və universitetlərdə təhsil gələn həftədən Novruz bayramına qədər dayandırılması təklifilə çıxış edib.
Muxalifet.az xəbər verir ki, Qubad bəy bu təklifi bir neçə saat əvvəl facebook səhifəsində paylaşdığı statusunda irəli sürüb.
O, öz fikrini belə əsaslandırıb:
Muxalifet4 - 26-02-2020
“Bakıda məskunlaşan 30 ailəni Füzuliyə köçürəcəyik” - KOMİTƏ SƏDRİ
Abşeron ərazisində "Stansiya Sumqayıt" adlanan yerdə Komitə tərəfindən tikintilər davam edir.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib. Komitə sədri bildirib ki, işlərin ilin sonuna kimi yekunlaşdırılacağı gözlənilir:
Muxalifet4 - 26-02-2020