Axtarış

The search found 105849 results in 0.082 seconds.

Search results

  1. ABŞ-da kilsəyə növbəti silahlı hücum

    ABŞ-ın Texas ştatının Uayt Settlment şəhərində kilsəyə silahlı hücum olub.
    Silahlı hücum nəticəsində bir nəfər ölüb, daha iki nəfər ağır yaralanıb. Hadisə yerində olan təcili tibbi yardım personalı yaralılardan birinin xəstəxanaya aparılarkən yolda vəfat etdiyini söyləyib. Üçüncü şəxsin isə xəstəxanada ağır vəziyyətdə olduğu bildirilir.
    Məlumatlara görə, ölənlərdən biri hadisəni törədən silahlı şəxsdir.
    Muxalifet.az
     

    Muxalifet3 - 30-12-2019

  2. SON DƏQİQƏ: Liviyaya hərbi yardım qətnaməsi bu gün Türkiyə BMM-də müzakirə olunacaq

    Türkiyə XİN Mövlud Çavuşoğlu Liviyaya Türkiyədən hərbi köməyin göndərilməsinə dair qətnamənin müzakirə olunacağını bildirdi. Nazir qətnamənin bu gün prezident Ərdoğanın imzası ilə TBMM-nə göndəriləcəyini açıqladı.
    Muxalifet.az

    Muxalifet3 - 30-12-2019

  3. Sergey Kurginyan: "Qarabağ Paşinyanın ilk qurbanı olacaq, O, ermənilərin faciəsidir"

    Erməni mənşəli rusiyalı politoloq, “Zamanın mahiyyəti” siyasi hərəkatının lideri Sergey Kurginyan erməni xalqını Nikol Paşinyanı devirməyə çağırıb, çünki onun fikrincə, bu, Dağlıq Qarabağın ermənilər tərəfindən itirilməsinə səbəb olacaq.
    Muxalifet.az-ın məlumatına görə, Kurginyan Youtube-dakı "Zamanın mahiyyəti" kanalında çıxışı zamanı deyib: “Mənim üçün cənab Paşinyan erməni xalqının faciəsidir, mənim fikrimcə, Paşinyan əhəmiyyətsiz bir şəxsdir və Ermənistan üçün olduqca zərərlidir. Erməni xalqının onu necə seçməsi mənim üçün dərin bir sirrdir.

    Muxalifet3 - 30-12-2019

  4. "İrəvan Bakı ilə Tiflisin arasını vura bilməyəcək"-Gürcü ekspertdən BƏYANAT

    “Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Rəisinin son açıqlaması Gürcüstan və Azərbaycan arasındakı münasibətləri pozmaq cəhdlərindən başqa bir şey deyil. Ancaq İrəvan buna müvəffəq olmayacaq ".
    Muxalifet.az
    Media.Az-a istinadla bildirir ki, bu barədə tarix elmləri doktoru, professor, Qafqaz Beynəlxalq Geosiyasət Tarixinin Tədrisi Mərkəzinin prezidenti, gürcü analitiki Quram Marxulia açıqlayıb.

    Muxalifet3 - 30-12-2019

  5. PUTİNDƏN ƏRDOĞANA "YENİ İL" HƏDİYYƏSİ - Suriyalı qaçqın dalğası

    Uzun müddətdir ki, Türkiyə, İran və Rusiyanın müştərək razılaşdırdığı Astana prosesi gedir. Üçtərəfli sammitlər əsasında bir sıra razılaşdırmalar, müqavilə mətnləri imzalanır.

    Muxalifet3 - 30-12-2019

  6. Nazirliyin şöbə müdirinin də xaricdə milyonluq şirkəti üzə çıxdı - FOTOLAR

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Həmid oğlu Süleymanovun Çexiyada şirkəti üzə çıxıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

    C. Həsənli bildirib ki, Elnur Süleymanov 2007-ci il martın 13-də Çexiyada daşınmaz əmlak şirkətini qeydiyyatdan keçirib: 

    Muxalifet4 - 30-12-2019

  7. İlham Əliyev Əhəd Abıyevin qardaşı oğluna yeni vəzifə verdi

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Abıyev Nəriman İbrahim oğlu vəzifəsindən azad edilib.

    Muxalifet.az xəbər verir ki, ölkə başçısının digər sərəncamı ilə, yeni yaradılmış inzibati və kommersiya məhkəmələri üzrə Abıyev Nəriman İbrahim oğlu Bakı İnzibati Məhkəməsinin hakimi təyin olunub. 

    Qeyd edək ki, Nəriman Abıyev Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşı oğludur./unikal.org

    Muxalifet4 - 30-12-2019

  8. Prezidentdən Səhiyyə Nazirliyi ilə bağlı FƏRMAN – Bu qurumlar tabeliyindən çıxarıldı

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nda və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərmana dəyişiklik edib.

    Muxalifet4 - 30-12-2019

  9. Araz Əlizadə parlament seçkiləriə qatılmaqdan imtina etdi - SƏBƏB

    Parlament seçkilərinin bir neçə deputatlığa iddialının eyni dairədən namizədliyini irəli sürməsi səbəbindən gərgin və maraqlı keçəcəyi məlumdur.

    35 saylı III Xətai seçki dairəsində də belə olacağı çübhəsizdir. İndiyədək Ümid Partiyasının sədri İqbal Ağazadə və "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu bu dairədən namizədliklərini irəli sürüblər.

    Muxalifet4 - 30-12-2019

  10. Gənc oğlan silahla zarafat etdi, dostunun sevgilisini öldürdü - FOTO

    Türkiyədə gənc oğlan dostunun sevgilisini zarafat edərkən öldürüb.

    Türkiyə mətbuatı bildirir ki, Balıkəsirdə dekabrın 29-u gecə saatlarında üç dost evdə spirtli içki qəbul edərək əyləniblər.

    Sonra ev sahibi öz silahını çıxararaq güllələrini boşaldıb və silahı dostunun sevgilisi Selin K-nın başına söykəyərək zarafatla tətiyi çəkib.

    Silah tam boşalmadığından açılan atəş nəticəsində qız ölüb. Hər iki kişi saxlanılıb və araşdırma davam etdirilir./virtualaz.org

    Muxalifet4 - 30-12-2019

  11. Sürətlə müflisləşən və 500-dən çox mağazası bağlanan sirli milyarder Muşfiq Abdullayev kimdir... - ÖZÜNÜ MİXAİL KİMİ TƏQDİM EDİR

    Rusiyanın Sankt-Peterburq şəhərində “İntertorq” Ticarət Evi “Spar” və “SemYa” lövhələri daşıyan bütün mağazalarını artan borclara görə bağladığını elan edib. Fəaliyyətinin pik dövründə 500-dən çox mağazası olan şirkət müflis olaraq onların hamısını bağlayıb, sonuncu 10 mağazada mallar aşağı qiymətə satışa çıxarılıb. Onlar dekabrın 31-nə qədər işləyəcək.

    Muxalifet4 - 30-12-2019

  12. TÜRKİYƏ və RUSİYANIN YENİ ÇARPIŞMA MEYDANI - LİVİYA / Təhlil

    Liviya münaqişəsi elə inkişaf edir ki, Suriyada olduğu kimi Rusiya və Türkiyə də birbaşa buna cəlb oluna bilər. Bir tərəfdən, Xalifa Haftar üçün döyüşən rus muzdluları ölkənin cənub və şərqinə nəzarət edir. Digər tərəfdən, türk hökuməti Tripoli və Mistrataya nəzarət edən Milli Birlik hökumətini dəstəkləyir. Döyüşən tərəflərdən heç birinin qalib olacaq qədər gücü yoxdur. Yeri gəlmişkən, Türkiyənin və ya Rusiyanın birbaşa köməyi ilə vəziyyət kökündən dəyişə bilər.

    Muxalifet3 - 30-12-2019

  13. Almaniyada qaçqın düşərgəsində azərbaycanlılar arasında dava - XƏSARƏT ALAN VAR

    Almaniyanın Bavariya əyalətində yerləşən deportasiya mərkəzində azərbaycanlılar arasında baş verən davada bir nəfər xəsarət alıb.

    Bu barədə “Report”un Avropa bürosuna Almaniyanın Federal Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Muxalifet4 - 30-12-2019

  14. "Başa düşdüm ki, bu saziş deyil, yuxarıdan göndərilən təlimatdır..." - İLHAM ƏLİYEVİN "ROSSİYA 24" -Ə MÜSAHİBƏSİ / TAM MƏTN

    Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri və digər məsələlərlə bağlı sualları cavablandırıb.

    Muxalifet.az azərtac-a istinadən müsahibəni təqdim edir.

    -Cənab Prezident, salam. Çox sağ olun ki, bizi Azərbaycanda yenidən qəbul edirsiniz. Biz 2019-cu ilə birlikdə yekun vura bilərik. Bu il Azərbaycan üçün, Rusiya-Azərbaycan münasibətləri üçün necə olub?

    Muxalifet4 - 30-12-2019

  15. Ərdoğan Putinlə 6 saat 20 dəqiqə nədən danışıb? - 2019-a YEKUN BAXIŞ

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu ildə 14 ölkəyə səfər edib.

    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Ərdoğanın ən çox səfər etdiyi ölkə Rusiya olub.

    Türkiyə prezidenti 2019-cu ildə Rusiyaya 5, ABŞ-a isə 2 səfər edib.

    2019-cu ildə ilk səfərini Rusiyaya edən Ərdoğan ilk 3 xarici səfərini də Moskvaya edib. Onun sonuncu Rusiya səfəri oktyabrın 22-də baş tutub. Səfər zamanı Ərdoğan və Putin 6 saat 20 dəqiqə danışıqlar aparıb.

    Prezident Ərdoğan 2019-cu il üçün sonuncu səfərini Tunisə edib.

    Muxalifet4 - 30-12-2019

  16. "Sakinlər kütləvi surətdə kəndi tərk etmək istəyirlər" - AĞSUNUN KALVA KƏND SAKİNLƏRİNDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ NÖVBƏTİ MÜRACİƏT

    Dünən Muxalifet.az saytında "ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKƏN SAKİNLƏRƏ AYRILAN PULLARLA YERLİ MƏMURLAR VİLLALARINI TƏMİR ETDİRDİLƏR - Ağsu sakinlərindən ölkə rəhbərliyinə sensasion müraciət" sərlövhəli yazı dərc etmişdik. Qeyd etmişdik ki, redaksiyamıza müraciət edən Ağsu rayonu, Kalva kəndində yaşayan Hacıyev Asəf Ağasan oğlu, Hacıyeva Gülsənəm Qaçay qızı və Ağəliyeva Gülurə Ağasan qızı rayonda baş verən zəlzələ nəticəsində dövlət tərəfindən ayrılan vəsait evləri tam yararsız vəziyyətə düşən sakinlərə deyil, yerli məmurlar qohum-qardaşlarına verildiyini iddia edirlər.

    Muxalifet4 - 30-12-2019

  17. ​ƏLİ HƏSƏNOV AZƏRBAYCANDADIR: "Evimdəyəm, istirahət edirəm"

    “Mən dünən- 29 dekabr 2019-cu il tarixində axşam saatlarında Azərbaycana qayıtmışam. Artıq evimdəyəm”. 
    Muxalifet.az
    xəbər verir ki, bu sözləri Gununsesi.org-a açıqlamasında Prezidentin sabiq köməkçisi Əli Həsənov deyib.
    Qeyd edək ki, bir neçə gün əvvəl xaricə müayinə üçün gedən sabiq köməkçinin hava limanından geri qaytarılması barədə sosial şəbəkə və mediada xəbərlər yayılmışdı.
    Həmin vaxt bu xəbərləri təkzib edən Əli Həsənov müayinə üçün xaricə getdiyini ancaq sərhəddə belə problem yaşamadığını bildirib.

    Muxalifet4 - 30-12-2019

  18. Mingəçevirin icra başçısından qeyri-etik hərəkət — FOTO

    Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhid ailələri və müharibə veteranlarını ziyarət edərkən çəkilmiş foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    Muxalifet4 - 30-12-2019

  19. Stalin Çanaqqala boğazının işğalı üçün NOTA vermişdi - indi isə KANAL İSTANBUL...

    İlk dəfə olaraq, Ərdoğan 2011-ci ildə Qara və Marmara dənizlərini birləşdirəcək İstanbul kanalının yaradılması haqda bəyan etdi. Bu layihənin Rusiya üçün əhəmiyyəti nədir? Əksəriyyətin qorxusuna baxmayaraq, Rusiyanın Ankaradakı səfiri ictimaiyyəti sakitləşdirərək mövqeyini bildirdi.
    Bu günlər Türkiyənin gündəmini zəbt edən məsələlərdən biri - "İstanbul" kanalıdır.Rusiyanın bu məsələdəki rəsmi mövqeyi və Rusiya mediasının nöqteyi-nəzərini sual doğuran məsələlərdəndir.

    Muxalifet3 - 31-12-2019

  20. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

    Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

    Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.

    Muxalifet4 - 31-12-2019

Pages