Axtarış
The search found 105849 results in 0.088 seconds.
Search results
ABŞ səfiri Putinə: Müharibəni Hitler və Stalin başladıblar, bu faktdır
ABŞ-ın Polşadakı səfiri həmin ölkəni Rusiya prezidenti Vladimir Putinin dəfələrlə dilə gətirdiyi ittihamlardan müdafiə edib. Belə ki, Putin bir neçə dəfə İkinci Dünya Müharibəsinin başlamasına görə Polşanı günahlandırıb.
Muxalifet.az bu barədə "Amerikanın səsi"nə istinadla xəbər verir.Muxalifet3 - 31-12-2019
Tədqiqatçı: CIA müttəfiqlərə verilən raketləri məhdudlaşdırmaq yolunu icad edib
ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) anti-təyyarə raketlərininn Amerika əllərindən çıxdıqdan sonra imkanlarını məhdudlaşdıracaq texnologiya icad edib. Hollandiyalı tədqiqatçının üzə çıxardığı bu məlumat ABŞ rəhbərliyinin qüdrətli silahları daha çox tezlikdə müttəfiqlərlə paylaşmasına yol aça bilər.
Alim Jos Vetselzin sözlərinə görə, yeni texnologiya MANPAD abreviyatürası ilə tanınan çiyində daşınan raketlər üçün nəzərdə tutulub. Vetselz bu açıqlamanı Leipzigdə kiber-təhlükəsizlik konfransında verib.Muxalifet3 - 31-12-2019
Mark Esper iranpərəst militantların vurulması barədə: "Əməliyyat uğurlu keçdi"
ABŞ Müdafiə Naziri Mark Esper bazar günü İraq və Suriyadakı iranpərəst militant qrupa edilən hava hücumlarının müvəffəqiyyətlə başa çatdığını deyib və lazım gələrsə, bunun bir daha təkrar ediləcəyini istisna etmədiyini bildirib.
Muxalifet.az bu barədə "Amerikanın səsi" nə istinadla bildirir.
"Əməliyyat uğurlu keçdi. Pilotlar və təyyarələr bazaya sağ-salamat şəkildə qayıtdı," deyə Esper F-15 reaktiv qırıcıların İraqın qərbində və Suriyanın şərqində Hizbulla Kətaibinin beş hədəfini vurmasından sonra jurnalistlərə açıqlamasında bildirib.Muxalifet3 - 31-12-2019
Oğuz Türk: İran Çinin Şərqi Türküstanda etdiklərindən nümunə götürür
Xəbər agentlikləri noyabr ayında İranda baş qaldıran xalq etirazları zəminində təqribən 1500 vətəndaş öldürüldüyünü xəbər verib. "Amerikanın Səsi"nə danışan siyasi fəal Oğuz Türk həlak olanların sayının bundan daha artıq ola biləcəyini deyir.
“Ölənlərin sayı 1500-dən də çox ola bilər. Çünki İran dövləti hələ də öz məsuliyyətindən söz etmir. Neçə nəfər öldürdüyünü demir. Yəni öldürənlər burayadək heç bir şey deməyiblər. Heç bir ədəd verməyiblər ”, siyasi fəal söyləyir.Muxalifet3 - 31-12-2019
Tramp ABŞ-ın İraqdakı səfirliyinə hücumun təşkilində İranı ittiham etdi
Prezident Donald Tramp ABŞ-ın İraqdakı səfirliyinə hücum edilməsinə münasibət bildirib.
Muxalifet.az TASS-a istinadən bildirir ki, o, "Twitter" səhifəsində hadisələrin arxasında İranın olduğunu yazıb.Muxalifet3 - 31-12-2019
İraqın Baş naziri ölkədə 3 günlük matəm elan etdi
İraqın Baş naziri Adil Əbdül Mehdi ölkə ərazisində üçgünlük matəm elan edib.
Muxalifet.az "Report"a istinadla xəbər verir ki, matəm ABŞ hərbçilər tərəfindən endirilən hava zərbələri nəticəsində çoxsaylı insan tələfatı ilə bağlıdır.
Qeyd edək ki, ABŞ hərbçiləri diplomatlara hücuma qarşılıq olaraq İranın dəstəklədiyi "Haşdi Şabi" silahlı qruplaşmasına bağlı "Xətaib Hizbullah" təşkilatının İraqdakı üç mövqeyinə hava zərbəsi endirib. Nəticədə 28 nəfər ölüb, 48 nəfər yaralanıb.Muxalifet3 - 31-12-2019
Putinin 20 illik hakimiyyəti rusları Uzaq Şərqi tərk etməyə məcbur etdi
Moskvanın ətraflarında elit kottec kəndi Cote d'Azur yerləşir. Noyabrın sonunda kənddə yüzə yaxın olan dəbdəbəli kotteclərin birində 46 yaşlı biznesmen hamam otağında dincəlirdi. Torpağın sahəsi min kvadratmetrə yaxındır. Üzmə hovuzu, ev teatrı və hətta gözəllik salonu da var. Qərb ölkələri Krımın ilhaqına görə Rusiyaya sanksiyalar tətbiq etdikdən sonra bazar qiyməti təxminən yarıbayarı düşdü, amma indi də qiymət bir milyard iyendən çoxdur.
Muxalifet3 - 31-12-2019
Azərbaycanda yaşayış minimumu artırıldı - BU GÜNDƏN...
Bu gündən Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manat müəyyən olunub.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunlarda öz əksini tapıb.
Sənəd bu gündən qüvvəyə minib.
Eyni zamanda, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib.Muxalifet4 - 1-01-2020
ABŞ İRAQA ƏLAVƏ QÜVVƏLƏR GÖNDƏRDİ - Pentaqon aşıqlama yaydı
Pentaqon ABŞ-ın İraqdakı səfirlik işçilərinin təhlükəsizliyini təmin etmək üçün bu ölkəyə əlavə qüvvələr göndərib.
Bu barədə Pentaqon rəhbəri Mark Esper adından yayılan açıqlamada bildirilib.Muxalifet4 - 1-01-2020
Azərbaycanda bu şəxslər artıq enerji içkisi ala bilməyəcək - BU GÜN QADAĞA QÜVVƏYƏ MİNDİ
Bu gündən Azərbaycanda “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” qüvvəyə minir.
Belə ki, ölkə ərazisində enerji içkilərinin istehsalı və idaxlı müvafiq norma və qaydalara uyğun olaraq tənzimlənəcək.
Tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulub.
Muxalifet4 - 1-01-2020
Avropa İttifaqına sədrlik bu ölkəyə keçdi... - İLK DƏFƏ
Yanvarın 1-dən Avropa İttifaqı (Aİ) Şurasına sədrlik Finlandiyadan Xorvatiyaya keçib.
Qeyd edək ki, rəsmi Zaqreb bu quruma ilk dəfə sədrlik edəcək.
Xorvatiya 6 ay - iyunun 30-dək Aİ Şurasının sədri olacağı müddət ərzində prioritetlərini inkişaf edən, birləşdirən, qoruyan və təsir edən Avropa şəklində ifadə edib. Təbii ki, əsas hədəflər arasında Aİ-nin genişləndirmə siyasətinin davam etdirilməsi də var.
Eyni zamanda iyun ayında Xorvatiyanın sədrliyi dövründə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının zirvə görüşünün keçirilməsi də nəzərdə tutulub.
Muxalifet4 - 1-01-2020
ERMƏNİLƏR BAYRAM GECƏSİ DƏ DİNC DAYANMADI - Ordumuzun mövqeləri atəşə tutuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Muxalifet4 - 1-01-2020
Evini satanlar artıq vergi ödəməyəcək... - BU GÜNDƏN QANUN QÜVVƏYƏ MİNİR
Bu gündən qeydiyyatda olduğu özünə məxsus evi satanlar üçün vergi yükü azaldılıb.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
Muxalifet4 - 1-01-2020
Azərbaycanda uşaqlarla bağlı yeni qaydalar qüvvəyə mindi
Gələn il yanvarın 1-dən uşaq verilişlərində yayılan reklamların uşaqların yaş kateqoriyasına uyğun olması tələbi qoyulacaq.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyev tərəfindən yeni təsdiqlənən "Reklam haqqında" qanunda öz əksini tapıb.
Qanuna edilən yeni əlavəyə əsasən, bu gündən uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.
Muxalifet4 - 1-01-2020
Bu il Armagedon müharibəsi başlayacaq – ŞOK İDDİA
Bir sıra önəmli proqnozları ilə gündəmə gələn astroloq Jean Dixonun 2020-ci il üçün söylədikləri ortaya çıxıb.
Muxalifet.az cebhe.info-ya istinadən bildirir ki, bir neçə ABŞ Prezidentinə müşavirlik etmiş bu şəxsin gələcəklə bağlı söylədiyi bir çox proqnoz özünü doğuldub. O, ölkəsinin 20-ci əsrdəki ən yaxşı psixoloq və astroloqlarından biriydi.
Muxalifet4 - 1-01-2020
Kütləvi davada 16 nəfər öldürüldü - MEKSİKA HƏBSXANASINDA
Meksikanın Sakatekas ştatının hakimiyyət orqanları Menli Sosial Reinteqrasiyası Regional Mərkəzinin məhbusları arasında kütləvi toqquşmanın baş verdiyini bildirib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Bildirilir ki, kütləvi dava zamanı azadlıqdan məhrum edilmiş 16 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.Muxalifet4 - 1-01-2020
20 rayonda tibbi sığortanın tətbiqinə başlandı - SİYAHI
2020-ci il yanvarın 1-dən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılır.
Muxalifet4 - 1-01-2020
Roma Papası əlindən tutan qadını vurdu - VİDEO
Vatikanda xalqla görüş zamanı Roma Papasının bir qadına qarşı kobud hərəkəti dünya mediasında müzakirələrə səbəb olub.
Muxalifet.az xəbər verir ki, Bu barədə “Daily Mail” məlumat verib.
Bildirilir ki, hadisə Pontifikin Sankt Peter Meydanında böyük Milad səhnəsinə gedərkən baş verib. Papa Fransisk ziyarətçilərlə görüşərkən qadınlardan biri onun əlindən möhkəm tutub. Bu isə Roma Papasının xoşuna gəlməyib və o, sərt şəkildə onun əlini buraxmağa tələsməyən qadının əlindən bir neçə dəfə vurub.
Muxalifet4 - 1-01-2020
Bakıda metroya “zırpaket” atan 3 nəfər saxlanıldı
Bakı metrosunda qatar relslərinə pirotexniki vasitələr atan şəxslər saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının peşəkarlığı, sayıqlığı və operativliyi sayəsində metropolitendə bu kimi hallara yol verən və istifadə qaydalarını pozmağa cəhd edən sərnişinlərə qarşı müvafiq tədbirlər görülür:
Muxalifet4 - 1-01-2020
SOS ! PUTİN YENİ SSRİ-2 QURUR
Putinin, SSRİ-nin qurulması ilə Leninin siyasətinin, Molotov-Ribbentrop Paktı, Yalta və Bretton Woods barədə verdiyi açıqlamalar, Moskva iqtisadçısı Mixail Xazinin ediyinə görə, keçmişdən çox, Kreml liderinin yeni SSRİ və ya oxşar yeni blokun yaranması haqda düşündüyünü göstərir.
Muxalifet3 - 1-01-2020