Axtarış
The search found 105849 results in 0.116 seconds.
Search results
Bu gündən hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Bu gündən Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bir necə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 2-si axşamdan 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın cişkinli olacağı, yanvarın 4-ü gündüzdən 5-i gündüzədək isə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.Muxalifet4 - 2-01-2020
Bakıda 23 yaşlı qız itkin düşdü - BAYRAMDAN ÖNCƏ ÇIXIB...
Bakının Nizami rayonu ərazisində 23 yaşlı qız itkin düşüb.
Muxalifet.azv oxu.az-a istinadən xəbər verir ki, dekabr ayının 29-da Bakının Nizami rayonu, N.Abdullayev küçəsində yaşayan 1996-cı il təvəllüdlü N.Əzizova evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet4 - 2-01-2020
Efirdə Ərdoğanın falına baxdı - Ağlasığmaz proqnozlar verdi / VİDEO
Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən MBC televiziyasının efirində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın falına baxılıb.
Türkiyə mənbələri xəbər verir ki, misirli jurnalist Amr Adebin təqdim etdiyi proqramda Ərdoğan üçün pis proqnozlar səsləndirilib. Falçı qadının iddialarına görə, 2020-ci il Türkiyə prezidenti üçün yaxşı başlayacaq. Lakin ilin sonunda Ərdoğan xoşagəlməz hadisələrlə üzləşəcək.
Qeyd edək ki, MBC televiziyası Səudiyyə Ərəbistanına məxsusdur. Telekanalı Türkiyəyə qarşı siyasəti ilə seçilən ərəb ölkələri maliyələşdirir./Publika.az
Muxalifet4 - 2-01-2020
Milyonlarla insan Bakının mərkəzində - PAYTAXT MERİYASINDAN AÇIQLAMA
Dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə Bakıda keçirilən bayram şənliklərində rekord miqdarda insan iştirak edib.
Yeni il gecəsi yüz minlərlə, bəzi hesablamalara görə isə milyona yaxın insan Bakı şəhərinin mərkəzinə toplaşıb.
Muxalifet4 - 2-01-2020
DƏHŞƏT: Onkoloji xəstə özünü 5-ci mərtəbədən atdı
Sumqayıt şəhərində məcburi köçkün intihara cəhd edib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Quluyev Rahil İsmixan oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onun onkoloji xəstə və yeni əməliyyat olduğu bildirilir. Ağrılara dözməyən 51 yaşlı kişinin özünü öldürməyə cəhd etdiyi deyilir. O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 2-01-2020
“Hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq” - NAZİR
"Nazirliyin müxtəlif sahələr üzrə yaratdığı elektron sistemlərin bir məqsədi də budur ki, nəticədə hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq".
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq nzibati icraatın təkmilləşdirilməsi tədbirləri çərçivəsində nazirlik tərəfindən əhaliyə xidmətlərin elektron texnologiyalar üzərində qurulması sahəsində müvafiq addımlar atılıb:
Muxalifet4 - 2-01-2020
2020-ci ilin simvolu - Siçanlar haqda bilmədiklərimiz...
Adətən, siçanlar xoşagəlməz, insanlarda ikrah hissi oyadan gəmirici heyvan sayılır. Onların ölçüsü 8 santimetrdən 30 santimetrə qədər ölçüyə malikdir.
Bioloqlar bu gəmiricinin 70-ə qədər növünün olduğunu müəyyən ediblər. Onlar arasında ən geniş yayılmışı boz siçanlardır. Məhz boz siçanlar evlərin zirzəmisində, yollarda və baxımsız yerlərdə rastımıza çıxır. Bozla yanaşı, qara siçan da tez-tez insanların rastına çıxır. Qara siçanların özəlliyi onların nisbətən kiçik qabaritlərə malik olması və quyruqlarında tükün olması ilə bağlıdır.
Muxalifet4 - 2-01-2020
Qum - İranın dini paytaxtı, ya narkoman qadınların məkanı...
İranın dini paytaxtı sayılan Qum şəhəri qadın narkomanların sayına görə birinci yerdədir.
Muxalifet3 - 2-01-2020
Pompeonun Ukraynaya səfəri "İranla bağlı" təxirə salınıb
ABŞ dövlət katibi Mike Pompeo İraq və Yaxın Şərqdə gərginliyin artması ilə bağlı özünün Ukrayna, Belarus və iki Mərkızi Asiya ölkəsinə səfərlərini təxirə salıb.
Muxalifet.az bu barədə "Azadlıq.org"a istinadla bildirir.Muxalifet3 - 2-01-2020
Azərbaycana səfər etmək üçün 10 SƏBƏB - Dünyanın məşhur saytı yazır
Avstraliyanın populyarlığı ilə seçilən "The journal by intrepid travel” saytı tanınmış bloqer və jurnalist Kasandra Çarlikin Azərbaycana səyahətin 10 səbəbi barədə məqaləsini yayıb.
Muxalifet4 - 2-01-2020
Bakıda gözətçini öldürən klinika sahibinin oğlu imiş... - ŞOK TƏFƏRRÜAT
Bakıda klinika gözətçisinin döyülərək öldürülməsinin bəzi təfərrüatı məlum olub.
Muxalifet.az xəbər verir ki, döyülərək öldürülən 58 yaşlı Muraz Nəbiyev “Aristokrat” tibb mərkəzində gözətçi vəzifəsində işləyib.
Onu klinikanın sahibinin oğlu 31 yaşlı Həsən Rəhimli döyüb.
M.Nəbiyevin halı pisləşəndən sonra o, həkimə aparılıb. Həkimə isə M.Nəbiyevin “infarkt keçirdiyi” deyilib. Həkim müayinəsi zamanı gözətçinin öldüyü məlum olub.
Muxalifet4 - 2-01-2020
İNANILMAZ: 45 il qəpik yığan adam görün nə qədər PUL YIĞDI - VİDEO
Adətən, qəpiklər dəyər baxımından bəxti gətirməyən pul vahidi hesab olunur. "Qəpik-quruş" deyib gözdən saldığımız bu pulların üst-üstə yığılanda əsl var-dövlət olacağı, bəlkə də, ağlımıza gəlməz.
Amma, ABŞ-da yaşayan bir adam bunu fikirləşib.
Muxalifet4 - 2-01-2020
İcbari tibbi sığorta haqları maaşımızdan necə tutulacaq? - HESABLAMA QAYDASI
Muxalifet4 - 2-01-2020
Anar İsayevin Rusiyanı şoka salan fırıldaqları: həbsxanada oturub qadınları necə soyurdu...
Rusiyada azərbaycanlı dələduz və fırıldaqçının əməlləri özünə internetdə “ağ atlı şahzadə” axtaran bir neçə qadını banklar qarşısında yüz minlərlə dollar borclu vəziyyətə salıb. Onlardan bəziləri intihar etməkdən son anda daşınıblar.
Virtualaz.org xəbər verir ki, çoxsaylı dələduzluq əməllərinə görə həbs edilmiş Anar Nəriman oğlu İsayevin həbsxanadan da bu əməllərini necə davam etdirdiyi barədə “Rossia Today” telekanalının reportajında ətraflı bəhs edilir.
Muxalifet4 - 2-01-2020
ALİMLƏRDƏN ŞOK ARAŞDIRMA - Tamamilə dik gəzə bilən insan daha çox yaşayır...
Tamamilə dik gəzə bilən insan növünün - Homo Erektusun indiyə qədər bilinəndən daha çox yaşadığı barədə faktlar aşkar edilib.
ABŞ-dakı Ayova Universitetində çalışan mütəxəssislərin İndoneziyanın Java adasındakı Solo çayının sahilində tapdığı fosillər bu insan növünün 100 min il əvvələ qədər yaşadığını göstərir.
Bu o deməkdir ki, Homo Erektus müasir insanlarla eyni dövrdə yaşayıb.Muxalifet4 - 2-01-2020
Ərdoğan sənəd imzaladı, TBMM təcili toplandı
Liviyaya əsgər göndərilməsi məsələsi bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) növbədənkənar müzakirəyə çıxarılıb.
Muxalifet.az xəbər verir ki, iclas çərçivəsində siyasi partiya fraksiyalarının hər birinə çıxış üçün 20 dəqiqə vaxt verilib.
TBMM-nin yekun qərarı hələlik açıqlanmayıb.
Qeyd edək ki, Ərdoğan Liviyaya ordu göndərmək səlahiyyətinin prezidentə verilməsini istəyib.
Muxalifet.azMuxalifet3 - 2-01-2020
Generallar Ermənistanla sərhəddə - Foto
2020-ci ilin 02 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.
Muxalifet3 - 2-01-2020
İranlı generaldan ABŞ-a: Bizimlə düzgün dildə danışın!
Ölkəni müharibəyə doğru aparmırıq, amma müharibədən də qorxmuruq.
Muxalifet.az xəbər verir ki, bunu Əhvaz şəhərində çıxışı zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri general Hüseyn Səlami deyib. O, ABŞ-a İran xalqı ilə düzgün bir dillə danışması gərəkdiyini söyləyib.
Səlami ABŞ-ın İraqdakı hadisələrdə İranı ittiham etməsinə də münasibət bildirib:
“ABŞ uğursuz olduğu hər yerdə İranı günahkar sayır”, - deyə o söyləyib.Muxalifet3 - 2-01-2020
Netanyahu korrupsiya ittihamlarına görə istefa verdi
İsrailin Baş naziri Benyamin Netanyahu barəsindəki korrupsiya ittihamlarına görə Sosial Yardım, Diaspora və Kənd Təsərrüfatı naziri vəzifələrindən istefa verib.
Muxalifet.az xəbər verir ki, Netanyahunun bazar gününə qədər sözügedən nazirliklərə digər şəxsləri təyin edəcəyi gözlənilir.
İsrail qanunvericiliyinə görə, barəsində ittiham qaldırılan nazir istefa verməli olsa da, bu tələb baş nazir postuna şamil edilmir. Yəni hazırda bu ittiham Netanyahunun baş nazir vəzifəsini icra etməsinə heç bir əngəl törətmir.Muxalifet3 - 2-01-2020
Bu asteroidlər Yeri məhv edə bilər - DƏHŞƏTLİ AÇIQLAMA
100 milyon ildən bir Yerə düşən asteroidlər sivilizasiyanı məhv edə bilər.
Muxalifet.az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı alim, "Roskosmos"un əməkdaşı İqor Bakaras deyib.
Alimin sözlərinə görə, məhz 65 milyon il əvvəl dinozavrlar bu cür asteroid və kometlərə görə məhv olub. Meksikanın cənub sahillərindəki 300 kilometrlik Çiksulub krateri bunun sübutudur.
Bakaras qeyd edib ki, hətta diametri 1 kilometrə çatan balaca asteroidlər belə qlobal faciəyə gətirib çıxara bilər.
Muxalifet4 - 2-01-2020