"Sakinlər kütləvi surətdə kəndi tərk etmək istəyirlər" - AĞSUNUN KALVA KƏND SAKİNLƏRİNDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ NÖVBƏTİ MÜRACİƏT

Baxış sayı:
9259

Dünən Muxalifet.az saytında "ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKƏN SAKİNLƏRƏ AYRILAN PULLARLA YERLİ MƏMURLAR VİLLALARINI TƏMİR ETDİRDİLƏR - Ağsu sakinlərindən ölkə rəhbərliyinə sensasion müraciət" sərlövhəli yazı dərc etmişdik. Qeyd etmişdik ki, redaksiyamıza müraciət edən Ağsu rayonu, Kalva kəndində yaşayan Hacıyev Asəf Ağasan oğlu, Hacıyeva Gülsənəm Qaçay qızı və Ağəliyeva Gülurə Ağasan qızı rayonda baş verən zəlzələ nəticəsində dövlət tərəfindən ayrılan vəsait evləri tam yararsız vəziyyətə düşən sakinlərə deyil, yerli məmurlar qohum-qardaşlarına verildiyini iddia edirlər. Bu gün Kalva kəndinin daha bir sakini - Seymur Namid oğlu Hacıyev tərəfindən Muxalifet.az-a müraciət daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayıtçi yazır:
"Cənab Prezident!
Çox hörmətli Mehriban xanım!

Sizin ölkəmizdə apardığınız bütün uğurlu işləriniz biz sadə insanları həmişə sevindirmiş və biz Ağsu rayonunun Kalva kənd sakinləri də gələcək fəaliyyətinizə çox ümid bəsləyirik. Ona görə də Sizə ümidlə müraciət edərək, düşdüyümüz çətin vəziyyətə köməklik etməyinizi hamılıqla istəyirik. 
Məlumat üçün bildirim ki, Kalva kənd sakini olmuş Oraz Kazımov son illərdə etdiyi özbaşnalıqlar nəticəsində həm biz sadə vətəndaşları, həm də yerli məmurları, o cümlədən Dövlət Yol Polis və digər Daxili İşlər Orqanı işçilərini əsassız şərləməklə öz maraqlarını təmin etməklə məşğuldur. Belə ki, hədələmə, şantaj etmək metodlarından istifadə edən bu adam kənd sakinlərinə yerli bələdiyyə tərəfindən ayrılmış pay torpaqlarını oğlu Samirin adına sənədləşdirir. Və dərhal da şantaj yolu ilə əldə etdiyi torpaq sahələrini kənar fiziki şəxslərə sataraq, qanusuz gəlir əldə etməklə məşğuldur. 

Bu adam 2007-ci ildən kəndimizdəki evini satıb, bu günə kimi Bakının Xətai rayonun NZS qəsəbəsində yaşamasına baxmayaraq, tez-tez kəndimizə gələrək, əvvəlcə yaxşı torpaqları gözaltı edir və səs-küy salmağa başlayır ki, guya həmin torpaqlar oğlu Samirə verilibmiş və GPS koordinatları onun adına verilmiş olduğu barədə yerli orqanlara təzyiqlər edir. Məslən, 2-ci qrup əlil kənd sakini Narıgül Həsənovaya bələdiyyə tərəfindən ayrılmış 10 sot torpaq sahəsini şantaj yolu ilə ələ keçirdikdən sonra 12000 manata kənar şəxsə satmışdır. Növbəti “qurbanı” İlkin Gündüz oğlu Qənimətova məxsus 8 sot torpaq sahəsini də yenə oğluna məxsus olduğunu deyərək, onu da bu kasıb insanın əlindən alaraq satmışdır. Digər şəxsə - xəstə kənd sakini Xələfov Sahibə məxsus 10 sot torpaq sahəsini də vətəndaşı şantaj edərək yenidən oğlu Samirin adına sənədləşdirirək, dərahl satmışdır. Bir sözlə, bu adamın gözü doymaq billmir. 
Rəhmətlik atam Hacıyev Namiq Ağasan oğlu 2015-2019-cu illərdə kəndimizin bələdiyyə sədri vəzifəsində işləmişdir. Hər ay Bakıdan gələn kimi atama təzyiqlər edirdi ki, oğlu Samirə Bələdiyyənin perspektivdə olan ehtiyat fondundan torpaq payı versin. Və bir neçə dəfə bu torpaqları əldə etmişdir. Yəni bir Samir Kazımovun adına bu qədər topaq verilərmi? Şəhid ailəsi deyil, Qarabağ Müharibə iştirakçısı deyil, əlil deyil, bəs nə baş verir? Son iki ildə isə atam bezib ona torpaq ayrılmasından imtina etmişdir. Oraz Kazımov dərhal atamı şərləmək və kənd camaatı arasında nüfuzdan salmaq üçün özünün bacısı nəvəsi olan Qəniyev Malik Məhəmməd oğluna göstəriş verirdi ki, kəndimizdən Bakıya və Ağsuya gedən yolu bağlasın. Bu anormal adam da onun sözünə baxıb, avtomobil yolunu qanunsuz bağlayırdı. Və heç kimə imkan vermirdi ki, yoldan istifadə etsin. Camaatımız da bu Orazın qoçusu hesab edilən Malikə söz deyə bilmirdilər. Belə iyrənc metoddan istifadə etməklə, o, bələdiyyə sədri olmuş atamı şantaj etməklə təzyiq göstərir və çirkin məqsədinə nail olmaq istəyirdi. Camaatımızın nifrətini qazanan Oraz Kazımovun məşhur “Tülkü və hacıleylək” nağılında olduğu kimi hər dəfə anormal qoçusu Malik Qəniyevin qoluzorluğundan istifadə etməklə öz siayəsətini yeridirdi. 

Orazın bu özbaşınalığı atamın bu il ürəktutmasından dünyasını dəyişməsinə səbəb oldu. Məlumat üçün bildirmək istəyirəm ki, O.Kazımov uzun müddətdir ki, heç yerdə işləməməsinə baxmayaraq Bakının Binəqədi və Xətai rayon ərazilərində özünə villalar tikdirmiş, VAZ 2107 və bahalı “Mitsubişi- Pajero” avtomobillərini idarə edir. Budur, son məlumatdan o da aydın olur ki, O.Kazımov kəndimizin yollarını qanunsuz kəsərək yerli məmurlara təzyiq göstərən bacısı nəvəsi Malik Qəniyevi kəndin bələdiyyə sədri vəzifəsinə qoydurmaq üçün 7000 manat pulunu almışdır. Vay o gündən ki, bu adam Orazın diqtəsilə kəndimizə bələdiyyə sədri təyin edilə. Belə olacağı təqdirdə kənd sakinləri kütləvi surətdə dədə-baba obasını tərk edib getmək istəyirlər. 
Onu da qeyd edim ki, O.Kazımovun kəndimizdə belə at oynatmasına səbəbkarı olan şəxslərdən biri Elahət Əsgərovdur ki, o da hazırda Yüksək Texnologiyalar Nazirliyində Radio Tezliklər İdarəsində vəzifəli şəxsdir. Və sabiq “Azərpoçt” şefi olmuş, korrupsioner Qəmbər Bəybalayevin qudasıdır.  
Ona görə, mən bir oğul olaraq illər boyu cammatımızı və yerli məmurlarımızı şantaj yolu ilə qorxu altında saxlayan O.Kazımovun  törətdiyi qanunsuz əməllərinin qanun çərçivəsində qarşısının alınmasını üçün yuxarı dövlət orqanlarına, ilk növbədə cənab Prezidentə və çox hörmətli Mehriban xanıma müraciət etmək məcburiyyətindəyəm. Kəndimizin kasıb camaatını, yerli məmurlarımızı, polis orqanı işçilərini fasiləsiz şantaj etməyi özünə peşə seçmiş bu adamın qanunsuz əməllərinin dərahal araşdırılaraq hüquqi qiymət verilməsi üçün göstəriş verməyinizi və camaatımızı “Oraz bəlası”ndan birdəfəlik qurtarmağınızı xahiş edirik".
Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.