Gənc oğlan silahla zarafat etdi, dostunun sevgilisini öldürdü - FOTO

Baxış sayı:
3764

Türkiyədə gənc oğlan dostunun sevgilisini zarafat edərkən öldürüb.

Türkiyə mətbuatı bildirir ki, Balıkəsirdə dekabrın 29-u gecə saatlarında üç dost evdə spirtli içki qəbul edərək əyləniblər.

Sonra ev sahibi öz silahını çıxararaq güllələrini boşaldıb və silahı dostunun sevgilisi Selin K-nın başına söykəyərək zarafatla tətiyi çəkib.

Silah tam boşalmadığından açılan atəş nəticəsində qız ölüb. Hər iki kişi saxlanılıb və araşdırma davam etdirilir./virtualaz.org