Axtarış
The search found 105849 results in 0.085 seconds.
Search results
“Niyə buna mənfi don geyindirirlər?” - “Azərenerji” pomidor məsələsinə aydınlıq gətirdi
Bəzi saytlarda "Azərenerji" rəhbərliyinin əməkdaşlarına bayram pulunun əvəzinə yeşiklə pomidor verilməsi ilə bağlı məlumat yayılıb.
Muxalifet.az bildirir ki, “Qafqazinfo”nun sorğusuna cabab olaraq, "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, 2018-ci ilin sentyabr ayında "Azərenerji" rəhbərliyində kadr islahatı aparıldıqdan sonra əməkdaşların məvacibi 30 faizə qədər artırılıb.
Muxalifet4 - 29-12-2019
"Putinin yükü çoxdur, işini bölək" - JİRİNOVSKİ
Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Rusiyada vitse-prezident vəzifəsinin yaradılması təklifiylə çıxış edib.
Axar.az xəbər verir ki, bu barədə Jirinovski Teleqram səhifəsində yazıb. O, bu addımın dövlət başçısının yükünü azaldacağını bildirib.
“Bu gün dövlət başçısının çiyinlərində böyük məsuliyyət yükü var, halbuki idarəetmə funksiyası prezidentlə müavinləri və baş nazirlər arasında bölünə bilərdi”, - o deyib.
Qeyd edək ki, bundan öncə Jirinovski Rusiya liderinin səlahiyyətlərini 6 ildən 5 ilə endirməyi tələb edib.
Muxalifet4 - 29-12-2019
"Əgər kimisə gözləsəydik, siyahını elan etməzdik" - ARİF HACILI
YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, bütün partiyalar YAP-ın siyahısını açıqlamasını gözləyirdi. O, bunu YAP-ın möhtəşəm siyasi güc olması ilə izah edib. YAP-ın siyahısı açıqlananda böyük sürprizlərlə qarşılaşdıq demək olmaz. Müsavat Başqanı Arif Hacılı ilə söhbətimizdə məhz bu məsələlərdən danışmışıq. Muxalifet.az bizim yol.info-ya istinadən Arif Hacılı ilə müsahibəni təqdim edir.
- Sizin partiya YAP-ın siyahısını gözləyirdimi? YAP doğrudanmı, möhtəşəm gücdür?
Muxalifet4 - 29-12-2019
"Kimin evdə bekar qadını varsa, gətirib AMEA-ya şöbə müdiri qoyub" - RAMİZ MEHDİYEV
"Yaradılmasından 3 il keçməsinə baxmayaraq Yüksək Texnologiyalar Parkında da işlər müasir tələblər səviyyəsində qurulmayıb. Onlar rusların bir sözü var - "pakazuxa"lıqla məşğul olublar".
Muxalifet.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Ümumi yığıncağında çıxışı zamanı deyib.
O təəssüflə bildirib ki, akademiya mühüm dövlət proqramlarının icrası istiqamətində lazımi səviyyədə iştirak etmir.
Muxalifet4 - 29-12-2019
General Piriyev ATƏT-i və Minsk qrupu həmsədrlərini İTTİHAM ETDİ
"Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də azaldır”.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, bunu Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev deyib.
Muxalifet4 - 29-12-2019
ABŞ Rusiyanı böyük faciədən qurtardı - PUTİN TRAMPA TƏŞƏKKÜR ETDİ
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tamp arasında telefon danışığı olub.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, V.Putin amerikalı həmkarına Rusiyada terror aktlarının qarşısını almağa kömək edən informasiyaya görə təşəkkürünü bildirib. İnformasiya xüsusi xidmət orqanlarının xətti ilə verilib.
Muxalifet4 - 29-12-2019
Azərbaycanda “Motu” ləqəbli oğru saxlanılıb - VİDEO
Kürdəmir rayonunda “Motu” ləqəbli oğru saxlanılıb.
"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayon sakinləri Əlişiraz Cəfər oğlu Abbasov və Məhəmməd Abdulqadir oğlu Gərayev rayon polis şöbəsinə müraciət edərək onlara məxsus ərzaq mağazasından oğurluq edildiyini bildiriblər.
Belə ki, naməlum şəxs qapını sındıraraq bir mağazadan 1700 manat dəyərində ərzaq məhsulu və 300 manat aparıb. Eyni zamanda digər mağazanın tavan hissəsindən daxil olaraq 1000 manatlıq ərzaq məhsulunu oğurlayıb.
Muxalifet4 - 29-12-2019
Görmə qabiliyyətini 100% yaxşılaşdıran 8 ÜSUL
Hər birimiz demək olar ki, bütün gün qarşımızdakı monitora baxır, kitab oxuyur və bununla göz əzələlərini tənbəlləşdiririk. Müasir miyopiya məhz belə inkişaf edir. Bu da qocalıqda ağır yükə çevrilir. Yaxşı görmə üçün eynək istifadə etməklə vəziyyəti daha da ağırlaşdırırsınız. Əgər göz əzələlərindən istifadə etməsəniz, onda görməniz zəifləyəcək.
Muxalifet4 - 29-12-2019
ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKƏN SAKİNLƏRƏ AYRILAN PULLARLA YERLİ MƏMURLAR VİLLALARINI TƏMİR ETDİRDİLƏR - Ağsu sakinlərindən ölkə rəhbərliyinə sensasion müraciət / FOTOLAR
Ağsu rayonu, Kalva kəndində yaşayan Hacıyev Asəf Ağasan oğlu, Hacıyeva Gülsənəm Qaçay qızı və Ağəliyeva Gülurə Ağasan qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Muxalifet4 - 29-12-2019
Nazirlər Kabinetində bu vəzifələr sahibini gözləyir - SİYAHI
Nazirlər Kabinetinin Aparatının strukturunda səkkiz yüksək vəzifə boşdur.
"Yeni Sabah" xəbər verir ki, Baş nazirinin birinci müavininin xidməti, Baş nazirinin müavinlərinin xidmətləri, Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti postuna rəhbər təyin edilməyib.
Bundan başqa Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq, Hüquq və qanunvericilik, Humanitar məsələlər, Nəqliyyat, kommunikasiya və innovasiya, Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbələrinə müdir vəzifələri boşdur.
Muxalifet4 - 29-12-2019
Bakıdan gedən ermənilərin azərbaycanlı qonşuları ilə bağlı XATİRƏLƏRİ - Video
Bakıda yaşamış yaşlı ermənilərin çoxu kimi Marqo Abramyan da bir az rusca, bir az Qarabağ ləhcəsində ermənicə danışır. Yəqin ki, bir az da Azərbaycan dilini bilir.
O, BBC News Azərbaycancaya deyir ki, Ermənistana "60 yaşında gəlib, artıq 90 yaşı var, hələ öz evi yoxdur. İstəyir ki, öz evi olsun. "Təmizləsin, bəzəsin və yaşasın".
Marqo Abramyan Ermənistana köçməzdən əvvəl əriylə Bakıda iki otaqlı mənzildə yaşayıb. Övladlarının da Bakıda ayrıca evləri olub.
"Erməni-azərbaycanlı davası" barədə deyir ki, barışığın olub-olmayacağını bilmir.
Muxalifet4 - 29-12-2019
Əlil və şəhid ailələləri üçün tikilən bina ilə bağlı MÜƏMMA - Prezident ad günündə açılışını etdi, 11 ailə evlə təmin olundu, bəs 85 mənzil kimə verildi?
Muxalifet.az-ın redaksiyasına Qarabağ əlilləri tərəfindən şikayət məktubu daxil olub. Saytımızda adlarının açıqlanmasını istəməyən şikayətçilər Qarabağ əlillərinə və şəhid ailələrinə verilən mənzillərin bölgüsündə ədalətsizliyə yol verildiyini iddia edirlər. Məktubu olduğu kimi dərc edirik:
Muxalifet4 - 29-12-2019
DÜŞMƏNİN 7 TANKINI MƏHV EDƏN QARABAĞ DÖYÜŞÇÜSÜ MÜALİCƏYƏ PUL TAPMIR - "Qidama qatılan zəhər orqanizmimdə ciddi fəsadlar törətməyə başlayıb..."
Nazif Tağıyev Birinci vise-prezidentə müraciət etdi: “Xaricdə müalicə olunmam üçün 25-30 min ABŞ dolları və Sizin şəxsi nəzarətiniz lazımdır”
“14 ildir kömək istəmədiyim ünvan qalmadı. Evində brilliant qaşlarla bəzədilmiş qızıl çıl-çıraq asıb, “büdcədə sənin müalicən üçün pul yoxdur” - deyənlərlə, bizə verilən mənzilləri başımıza qaxınc edənlərlə rastlaşdım…”
Muxalifet4 - 29-12-2019
"Dedi Qızxanıma qızıl vermə, onun ərini tutacaqlar..." - "AZTELEKOM"UN KEÇMİŞ RƏHBƏRİNİN ARVADI "CİNDAR HÜSEYN"İN TORUNA DÜŞÜB
Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən ana və oğlu növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Hüseyn Əlizadə ifadə verib.
Muxalifet4 - 29-12-2019
Kanal İstanbul Rusiyanın əleyhinə Qara dənizdə ABŞ-ı gücləndirəcəkmi?
"Türkiyədə Kanal İstanbul layihəsi yenidən gündəmə gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kanal İstanbul layihəsinin inşasına başlayacaqları barədə anons verib.
Muxalifet3 - 30-12-2019
“Bu il Qarabağ münaqişəsinin həlli üzrə “itirilmiş imkanlar ili” kimi dəyərləndirilə bilər”
“Bu il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında 29 mart tarixində Vyanada bir görüş, Xarici İşlər nazirləri səviyyəsində isə 16 yanvar Paris, 15 aprel Moskva, 20 iyun Vaşinqton, 23 sentyabr Nyu-York və 4 dekabr tarixində Bratislavada olmaqla 5 görüş keçirilib”.
Muxalifet3 - 30-12-2019
İbrahim Kalın: "Haftara "DUR" deyilməsə,Liviyanı da Suriyanın taleyi gözləyir"
Liviyadakı son hadisələrə toxunan prezident sözçüsü İbrahim Kalın, qanuni hökuməti təhdid edən qüvvələrin başında duran "Haftar"ın dayandırılmasının lazım olduğunu vurğuladı. Kalın, Haftar hücumlarının yanvar ayında da davam edəcəyi təqdirdə, Almaniyada keçiriləcək Liviya zirvəsinin mənasının qalmayacağını ifadə etdi.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla xəbər verir.Muxalifet3 - 30-12-2019
Elmar Məmmədyarov: "Qarabağın Azərbaycanlı əhalisi geri qayıtmadan, hansı statusdan danışa bilərik?"
"Doğrudur, münaqişənin həlli üzrə danışıqlar prosesində bu il ərzində konkret irəliləyiş olmayıb, lakin bunu “danışıqlar dalana dirənib” kimi dəyərləndirmək düzgün olmazdı".
Bunu Xarici İşlər naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair sualları cavablandırarkən deyib.Muxalifet3 - 30-12-2019
Hindistan atom sualtı qayıqlarının sayını artıracaq
Hindistan 24 sualtı gəmi hazırlamağı planlaşdırır.
Muxalifet.az bildirir ki, bu barədə məlumatı NDTV yayıb.
Məlumata görə, hazırlanacaq gəmilərdən 6-sı atom sualtı qayığı olacaq.
Hazırda Hindistan Hərbi Dəniz Qüvvələrinin arsenalında 17 sualtı gəmi var və bunlardan 2-si atom sualtı gəmisidir. Bu gəmilərdən 13-nün istismar müddəti 17 ildən 32 ilə qədərdir.Muxalifet3 - 30-12-2019
İlham Əliyev Bakının daha bir parkında aparılan yenidənqurma işləri ilə tanış oldu
Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonundakı Səttar Bəhlulzadə küçəsi, Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən parkda aparılan yenidənqurma işləri ilə tanış olub.
Muxalifet.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Abdullayev dövlət başçısına parkda həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər.Muxalifet3 - 30-12-2019