Axtarış
The search found 105849 results in 0.094 seconds.
Search results
Rusiya dövləti "həqiqi rus" dövlətidirmi - Pol Qobl
Daxillində Rus olmayan respublikaları olan unitar Rusiya dövləti cəfəngiyyatdır.
Putinin Leninin Rusiya dövlətinin unitarlıq ənənəsini pozaraq qeyri-rus respublikaları Rusiyanın tərkibinə qataraq SSRİ-nin dağılmasının mərhələsini hazırladığı iddiası, ən azı üç səbəbdən yanlışdır, rus ekspertləri Vladislav İnozemtsev və Aleksandr Abalov deyir. Bunun anlaşılmaması indi Rusiya üçün problem yaradır.
Politoloq Pol Qobl Facebook profilində bu barədə məqalə paylaşdı.Muxalifet3 - 1-01-2020
Azərbaycanda ucuz qiymətə quraşdırma evlərin - SATIŞI BAŞLAYIB - QİYMƏT
Azərbaycanda nisbətən ucuz qiymətə quraşdırma evlərin satışı başlayıb.
Muxalifet.az ENA.az-a istinadla xəbər verir ki, belə evləri ölkədə tikinti-şuraşdırma ilə məşğul olan şirkətlərdən biri təqdim edir.
Quraşdırma evlər iki formada – prefabrik və konteyner formasındadır. Prefabrik - öncədən zavodda istehsal edilmiş hazır məhsuldur və Avropada, dünyanın inkişaf etmiş ölkələrində geniş yayılıb, Azərbaycanda da bu tip evlərə maraq artır.Muxalifet3 - 1-01-2020
Türkiyə hərbi sənayedə sürətlə irəliləyir /Video
Türkiyə 80 il əvvəlki Türkiyə deyil. Ölkədə hərbi sənaye çox sürətlə inkişaf edir.
Muxalifet3 - 1-01-2020
2020-ni Bakıda atəşfəşanlıqla, Bulvarda şampanla qeyd edənlər, Qarabağı, erməni əsirliyində olanları xatırladınızmı? - SİZİ SEVİNDİRƏN NƏ İDİ?
Dünənki bayram atəşfəşanlığında sevinən insanlara və ermənilərə baxıb düşündüm. Doğrudur, həyat davam edir, müharibənin nə olduğun anlamayan, Qarabağ müharibəsini görməyən, uşaq və yeniyetmələrin şənlənməsi təbiidir. Amma istər–istəməz erməniləri bizimkilərlə müqayisə etdim. Məğlub dövlət biz yox, Ermənistan olsaydı, görəsən ermənilər bizim vəziyyətimizdə olsaydı, onların da gəncləri elə bu tərzdə əylənərdilərmi? Yeni nəsil 25 il bundan əvvəlki Qarabağ hadisələri barədə arxivlərdən, video materiallardan xəbərdar olsa da, öncəki nəslin yaşadığını yaşamadı, məncə Qarabağ davası ona yaddır.
Muxalifet3 - 2-01-2020
Atanın oğlunu öldürdüyü evdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün Göygöl rayonunun Nadil kəndində ümumi sahəsi 176 m² olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə, dam örtüyü və evin yaxınlığında 100 p.m çəpər yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Muxalifet4 - 1-01-2020
Naxçıvanda bayram fişəngləri insanların üzərində partladı - TƏHLÜKƏLİ ANLAR / Videolar
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dekabr ayının 31-də Naxçıvan Muxtar Respublikasında atəşfəşanlıq təşkil olunub.
Muxalifet.az xəbər verir ki, atəşfəşanlıq zamanı fişənglərdən çıxan alov qığılcımları ətrafa yayılıb.
Həddən artıq fişəngdən istifadə edilməsi insanlar üçün təhlükə yaradıb.
Xoşbəxtlikdən xəsarət alan olmayıb:
Muxalifet4 - 1-01-2020
Quş və heyvan əti ƏDV-dən azad edildi
Bu gündən Azərbaycanda quş və heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
Muxalifet.az bildirir ki, bu məsələ bu gün qüvvəyə minən “Vergi Məcəlləsi”nə yeni dəyişikliklərdə öz əksini tapıb.
Amma vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil.Muxalifet3 - 1-01-2020
Naxçıvandakı atəşfəşanlığın yeni detalları: Uçuz barıtın “şorbası” az qala Vasif Talıbova da xəsarət yetirəcəkmiş - YENİ VİDEO / ŞƏKİLLƏR
Naxçıvanda ötən gecə Yeni il bayramı münasibətilə keçirilən atəşfəşanlıq skandalının yeni detalları məlum olub.
Ovqat.com-un məlumatına görə, uğursuz fişəng nümayişi Ali Məclisin qarşısındakı meydanda keçirilib.
Nümayişdə Ali Məclisin sədri Vasif Talıbov da öz ailə üzvləriylə iştirak edirmiş. Nəzarətdən çıxan fişəng partlayışları da sədrin gözünün qarşısında baş verib və az qala ona xəsarət yetirəcəkmiş.
Muxalifet4 - 1-01-2020
“Luna Park”da ağaclar kütləvi şəkildə məhv edildi - FOTOLAR
Bakının Xətai rayonundakı Nobel prospektində yerləşən “Luna Park”da ağaclar kütləvi şəkildə kəsilir.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə sakinlərdən biri məlumat verib.
Onun sözlərinə görə, yaşları təxminən 30-50 arasında 40-50 ağac kəsilib.
Muxalifet4 - 1-01-2020
Maaşını ala bilməyən işçilər azərbaycanlı milyonçunun şirkətinə hücum etdilər - FOTO
Rusiyanın Sankt-Peterburq şəhərində reteyler biznesi çökən sirli iş adamı Müşfiq Abdullayevdən maaşlarını tələb edən yüzlərlə işçi onun şirkətin ticarət mərkəzlərindən birinə hücum edib.
Mümkün iğtişaşları əngəlləmək üçün obyektin mühafizəsinə OMON cəlb edilib.
Muxalifet4 - 1-01-2020
Tramp İranı hədələdi
İraqın paytaxtında yerləşən ABŞ səfirliyinin təhlükəsizlik qüvvələri çərşənbə günü artıq ikinci gündür səfirlikdə toplaşan İran tərəfdarı yarı-hərbi dəstələrin dəstəklədiyi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Böyük bir izdiham çərşənbə axşamı Bağdaddakı səfirliyin divarlarını aşaraq bir neçə yeri yandırıb. Bu gecə isə bəziləri səfirliyin sərhədini keçmədən kompleksin önündə etiraz edib.
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı müxbirlərə deyib ki, o, ABŞ təsislərinə vurulan ziyanlara və yaralananlara görə İranı cavabdeh tutur.Muxalifet3 - 1-01-2020
Türkiyə bu halda Liviyaya qoşun göndərməyəcək-Fuad Oqtay
Qarşı tərəf "Biz hücumları dayandırırıq" desə, yəni Xəlifə Haftar Tripoliyə hücumu dayandırsa, biz Liviyaya öz qoşunlarımızı göndərməkdən imtina edə bilərik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay deyib.
"Bizim qoşunlarımızın Liviyaya girməsi oradakı vəziyyətdən asılıdır. Silahlı Qüvvələrimiz və Müdafiə Nazirliyimiz hazırdır. Əgər qarşı tərəf hücumlardan imtina etsə, o zaman biz də getmərik", - F.Oqtay bildirib.Muxalifet3 - 1-01-2020
Əsəd 2020-yə hücumla başladı: 8 ölü, 20 yaralı
Əsəd rejimi yeni ilin ilk günündə Suriyanın İdlib şəhərində bir məktəbə hücum təşkil edib.
Muxalifet.az xəbər verir ki, hücum nəticəsində 4-ü azyaşlı olmaqla, 8 mülki şəxs həlak olub, 20-si yaralanıb.
Qeyd edək ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Suriya rejimi və Rusiya qırıcıları İdlibə hücum edib.Muxalifet3 - 1-01-2020
Göyərtəsində yüksək rütbəli hərbçilər olan helikopter yoxa çıxdı - YENİLƏNİB
Tayvanda məcburi eniş etmiş “Black Hawk” hərbi helikopterin göyərtəsindəki 13 nəfərdən 10-u sağ tapılıb. Üç nəfərin axtarışı davam etdirilir.
RİA “Novosti”nin məlumatına əsasən, bu barədə ölkənin Milli Təhlükəsizlik Nazirliyi məlumat verib.
Nazirliyin nümayəndəsi mətbuat konfransında bildirib ki, Şen İmin sağ qalanların arasındadır. Müdafiə naziri Yan Deyfa xilasetmə əməliyyatına nəzarət etmək üçün hadisə yerinə yollanıb.
07:20
Muxalifet4 - 2-01-2020
Pərvin Abıyevanın sevgilisinin qardaşı vəfat etdi - FOTOLAR
əşhur aktrisa Pərvin Abıyevanın sevgilisi keçmiş polis leytinantı 22 yaşlı Murad Abdullayevin qardaşı Cavid Abdullayev dünyasını dəyişib.
2019-cu ilin dekabrın 31-də yatıb, yuxudan oyanmayan Cavidin cənazəsi Bakıya gətirilib.
Pərvin Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova və hər iki qardaş Murad və Cavid Abdullayevlər Yeni ili Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən “CHI club Kiev”də keçiriblər.
Mərhumun nədən vəfat etdiyi hələlik naməlumdur.
Muxalifet4 - 2-01-2020
Göygöldə oğlunu qətlə yetirən ata ilə bağlı YENİ XƏBƏR
Göygöldə evi yandıran oğlunu qətlə yetirib hadisə yerindən qaçan şəxs bu gün səhər saatlarında Bakıda saxlanılıb.
Rayonun Nadel kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Qəmbər oğlu Bayramov əməliyyat axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Onun barəsində Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.Muxalifet4 - 2-01-2020
“Qrip əleyhinə heç bir dərman effektiv deyil, yalnız bu yolla qalib gəlmək olar” - Məşhur həkimdən ŞOK AÇIQLAMA
“Qripin əsas əlaməti baş ağrısıdır. Burun axmaya da bilər”.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, bildirib ki, qrip olan xəstə qidalanmasına ciddi fikir verməlidir:
Muxalifet4 - 2-01-2020
Müsəlmanlar uyğur türklərinə görə ayağa qalxdı - AKSİYA
Dünyanın ən qələbəlik müsəlman ölkəsi İndoneziyanın paytaxtı Cakartada onminlərlə insan Çində uyğur türklərinə tətbiq olunan təzyiq siyasətinə etiraz üçün küçələrə axışıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Şərqi Türküstan rəsmiləri bu dəstəyi bütün islam aləmindən görmək istədiklərini bildiriblər.
Şərqi Türküstanın Məclis başqanı Seyid Tümtürk dəstəyə görə İndoneziya xalqına təşəkkür edib.
"Möhtəşəm bir qələbəliklə Çin zülmünə qarşı birlik nümayiş etdirdik", - o bildirib.
Muxalifet4 - 2-01-2020
Hollandiya rəsmən adını dəyişdi - BU ÖLKƏ ARTIQ BELƏ ADLANDIRILACAQ...
Hollandiya 2020-ci ilin 1 yanvarından rəsmi olaraq Niderland adlandırılmağa başlayıb.
Bu barədə "Report" "The Guardian"a istinadən xəbər verir.
Bildirilir ki, yerli hakimiyyət orqanları, özəl şirkətlər və ali məktəblər yalnız Niderland adından istifadə edəcəklər.
Hökumətin fikrincə, bu qərar yenidən ölkəyə turizm axınını şaxələndirəcək. İndi səyahətçilərin çox hissəsi məhz Amsterdam, Harlem və Haaqa şəhərləri ilə tarixi Hollandiyaya baş çəkir. Bu şəhərlər turizm axınının öhdəsindən çətinliklə gəlirlər.
Muxalifet4 - 2-01-2020
Tik-Tok ulduzu Azərbaycana qaçdı – NAZİR ONA İNTİM VİDEO GÖNDƏRİB
Pakistanlı TikTok ulduzu (TikTok-qısa videoların yayılması üçün sosial şəbəkə platformasıdır, son vaxtlar dünyada sürətlə populyarlaşır) Harem Şah ölkəsini tərk edərək Azərbaycana qaçıb. Və buradan Kanadaya getməyə hazırlaşır.
“Pakistan Today” nəşri yazır ki, Harem Şah hazırda Bakıdadır və Kanada vətəndaşlığı üçün müraciət edib. “Mən Kanadaya uçacağam, çünki Kanada vətəndaşlığı üçün ərizə vermişəm və Pakistana geri qayıtmaqla bağlı heç bir planım yoxdur. Mən Bakıdan Kanadaya uçacağam”,-o sosial şəbəkələrdə bildirib.
Muxalifet4 - 2-01-2020