PUTİNDƏN ƏRDOĞANA "YENİ İL" HƏDİYYƏSİ - Suriyalı qaçqın dalğası

Baxış sayı:
4885

Uzun müddətdir ki, Türkiyə, İran və Rusiyanın müştərək razılaşdırdığı Astana prosesi gedir. Üçtərəfli sammitlər əsasında bir sıra razılaşdırmalar, müqavilə mətnləri imzalanır.
Əsas məqsəd İdlibdə vətəndaşların müdafiəsi və ardınca humanitar böhran gətirməyən tərzdə prosesin tamamlanması idi. Bundan başqa, məsələ Ərdoğanın və Putinin arasında son görüşdə ətraflı müzakirə olnmuşdu. Təəssüf ki, döyüş meydanında bu sammitlər, şəxsi görüşlər başqa nəticələr verir. Suriya ordusu Rusiyanın köməyilə demək olar ki, hər gün İdlibi havadan bombalayır, dinc sakinlər, o cümlədən uşaqlar həlak olur. Qaçqın dalğası artıq 50 min ölümdən qaçan insanların ardınca dayanmaq bilmədən gəlir. Bir sözlə, sanki dostumuz Putin bizə yeni il hədiyyəsi olaraq yeni qaçqın göndərir.
Bu mənzərənin fonunda Türkiyə Qərbə yüksək səslə xəbərdarlıq edir: “Biz qapıları açmağa məcbur olacağıq. Dəstək vermək niyyətiniz varsa, edin. Yoxdursa, bağışlayın, səbrimiz məhdud deyil. AB və Qərb dünyasından lazımi dəstəyi ala bilmədik və bunu almaq üçün belə etməliyik". Yaxşı, amma niyə bu fəlakətin əsas günahkarı olan Putinə müraciət edə bilmirik: “Ey Putin! Bu qətliamı dayandır, əks təqdirdə sizə qaçqın göndərəcəyik "?

Xatırlayın, Türkiyə Amerika və Rusiya ilə ayrıca müqavilələr imzaladı. Onlara əsasən, YPG -PKK Suriya –Türkiyə sərhəddindən 30 kilometr ayrılmalı idi ... Ancaq YPG yerində durur, hər şeydən əlavə, Rusiya YPG-yə təlim keçir və onlarla birgə fəaliyyət göstərərək, Əsəd rejiminin qüvvələrini sərhədlərimizdə yerləşdirməyə davam edir. Bütün dostluq göstərilərinə baxmayaraq, Rusiya ilə ABŞ, öz aralarında gizli razılaşma əldə edərək, Suriyadakı varlıqlarını getdikcə gücləndirir və səssizcə bizi işdən oyundan kənar vəziyyətə salmağa çalışırlar.
Təəssüf ki, Suriyadakı hərbi və siyasi məqsədlərinə çata bilməyən Türkiyə, Liviyaya ordu göndərməyə hazırlaşır. Həqiqətən, bu dəfə Türkiyə ABŞ, Rusiya, AB və ərəb ölkələri də daxil olmaqla vacib güc mərkəzlərinə qarşı çıxır.

Liviya Milli Razılıq hökuməti uduzsa, təbii ki, Türkiyə də uduzacaq. Əlbəttə ki, Türkiyənin Şərqi Aralıq dənizinin enerji paylanmasında iştirak etmək hüququ var və bunun üçün mübarizə aparmaq lazımdır. Lakin bütün bu addımları ataraq Türkiyə beynəlxalq birliyi özünə qarşı qaldırmamağın bir yolunu tapmalıdır.
Türkiyə bu gün demək olar ki, bütün dünyaya qarşı müharibə aparır. Avropa Birliyindən üzüldü, Qətər istisna olmaqla, Yaxın Şərqdə demək olar ki, dost ölkə qalmadı. Amerikada isə tuta biləcəyi yeganə ip var: Tramp. Ancaq burada tərs külək əsəndə bu ipin hara çəkiləcəyindən əmin olmaq mümkün deyil.
 inosmi.ru
Tərcümə Muxalifet.az-ındır.