TÜRKİYƏ və RUSİYANIN YENİ ÇARPIŞMA MEYDANI - LİVİYA / Təhlil

Baxış sayı:
5260

Liviya münaqişəsi elə inkişaf edir ki, Suriyada olduğu kimi Rusiya və Türkiyə də birbaşa buna cəlb oluna bilər. Bir tərəfdən, Xalifa Haftar üçün döyüşən rus muzdluları ölkənin cənub və şərqinə nəzarət edir. Digər tərəfdən, türk hökuməti Tripoli və Mistrataya nəzarət edən Milli Birlik hökumətini dəstəkləyir. Döyüşən tərəflərdən heç birinin qalib olacaq qədər gücü yoxdur. Yeri gəlmişkən, Türkiyənin və ya Rusiyanın birbaşa köməyi ilə vəziyyət kökündən dəyişə bilər.
Xalifa Haftar bəyan etmşdi ki, Tripoli üzərinə həlledici hücuma keçəcək. Paytaxt, BMT-nin rəsmi olaraq dəstəklədiyi Milli Birlik hökumətinin nəzarətindədir. Haftar apreldə Tripoli üzərinə hücuma başlasa da, şəhərin qapılarından keçə bilmir. Əslində, onun qüvvələri göründüyü qədər güclü deyil. İndi isə yüzlərlə rus müzdlu qatili, Misir və BƏƏ-nin hərbi köməyi onun əmrindədir. Sudanlı muzdlulara qoşulan rusların gəlişiylə, şübhəsiz, tərəzinin Haftar olan tərəfi ağır gələcək.

Fayaz Saracın başçılıq etdiyi Milli Birlik Hökuməti kağız üzərində BMT, ABŞ və AB-nin tanıdığı hüquqi hökumətdir. Faktiki olaraq isə, bu hökuməti yalnız Türkiyə və Qətər müdafiə edir. Sarac son ayda iki dəfə Ərdoğanla görüşdü, onunla hərbi və dəniz müqaviləsi imzaladı.  
Bir Türk təhlilçisi və keçmiş zabiti Metin Gürcan, “Al Monitor”da yazdı ki, Türkiyə silahlı qüvvələri Liviyaya "iki ya üç desant qrupu və yüzə yaxın dəniz piyadasından, habelə hərbi gəmilərdən və təyyarələrdən ibarət hərbi yardım göndərmək hazırlıqlarına başladı". Eyni zamanda, analitik, türk ordusunun liviyalılara təlim keçəcəyini və hərbi əməliyyatlarda iştirak etməyəcəyini diqqətə çatdırır.
Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin (SETA) tədqiqatçısı Emra Kekilli, "Milli Birlik Hökumətinin hazırda ehtiyac duyduğu şey hava hücumundan müdafiə sistemləri, həmçinin müdafiə sektorunun Türk nou-hau ilə yenidən qurulmasıdır" dedi. .
Yerli mətbuat xəbər verir ki, Türkiyədən gələn yardım silah, döyüş dronları və bir neçə təlimatçı ilə məhdudlaşdı. Ancaq Ankara istənilən miqdarda silah təhvil verilməsini rədd edir, çünki bu, BMT-nin Liviyaya tətbiq etdiyi beynəlxalq silah embarqosunun pozulmasının rəsmi şəkildə etirafı deməkdir. Embarqonu münaqişədə iştirak edən tərəflər pozurlar, lakin heç biri bunu qəbul etmir.
Kreml general Xəlifə Haftarın sıralarında rus muzdlularının olduğunu da inkar edir.

Bir neçə ay Liviyada BMT üçün işləyən mütəxəssislər qrupu Təhlükəsizlik Şurasına 379 səhifəlik hesabat təqdim etdi. Münaqişənin hər iki tərəfinə "silah və hərbi texnika, texniki dəstək və embarqonu pozan əcnəbi muzdlular" verildiyi deyilir. Hesabatda həm Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanın Haftara, həm də Türkiyənin "bəzən gizli və bəzən açıq şəkildə silahlar verdikləri" bildirilir.
Türkiyəli analitik Emra Kekili, Liviya müharibəsinə Türkiyənin müdaxiləsini əsaslandıran mənəvi əsası söyləyir. “Haftarın üsyançı dəsətlərə rəhbərlik etdiyini unutma. Milli Birlik Hökuməti beynəlxalq ictimaiyyət tərəfindən tanınan qanuni hakimiyyətdir ”. Lakin Emra Kekili Türkiyənin Aralıq dənizindəki maraqlarını inkar etmir. "Müharibənin ilk günlərindən Birləşmiş Ərəb Əmirlikləri və Misir Xəlifə Haftarı dəstəklədilər. Çünki bilirlər ki, enerji mənbələrini diktatorun köməyi ilə idarə etmək daha asan olacaq və Aralıq dənizindəki türk maraqlarına müdaxilə edə bilər. Yunanıstan və Misir də qanuni hüquqlarımıza müdaxilə etməyə çalışır ".
Bir avropalı diplomat qeyd edir ki, hazırda Xəlifə Haftar “hələ fəaliyyətə başlamayıb, amma hücumun başlamasının elan edilməsi də psixoloji müharibənin bir hissəsidir. Bəlkə də Haftar hələ Tripolini işğal etmək üçün yetərincə gücə sahib deyil, ancaq paytaxtın üstündəki buludlar toplaşır. Buna görə Tripolidə narahatlıq hökm sürür və hökumət Ərdoğana üz tutur. Ancaq Ərdoğanın tələb etdiyi qiymət çox yüksəkdir, çünki bu razılaşma əsas oyunçulardan birinə, Avropa Birliyinə və üzvlərindən biri Yunanıstanın maraqlaına toxunur ".

Suriya nümunəsi
Atlantik Şurasının Yaxın Şərq üzrə Rafika Hariri Mərkəzinin təhlilçisi Kərim Mezran, beynəlxalq ictimaiyyətin Xəlifə Haftarı danışıqlara məcbur etməsi üçün Milli Birlik Hökumətini dəstəkləməli olduğunu söylədi. “Ancaq bu baş vermədi. İndi Tripoli və Misrata əhalisi Xəlifə Haftarı dəstəkləyən dörd və ya beş xarici güclə mübarizə aparır, yalnız Türkiyə prezidentindən başqa heç kimsə bir şey etməməyi, sadəcə izləməyə üstünlük verirlər ".
Kərim Mezran hesab edir ki, Türkiyə qanuni hökumətin əsas müttəfiqi olarsa, Avropa və ya ABŞ-ın əvəzinə, Liviya probleminin həlli üçün Moskva ilə Ankara arasında razılaşma kifayət edər. "Belə bir razılaşma imzalandıqdan sonra ABŞ və AB-nin münaqişəyə müdaxilə gücü pozulacaq" Kərim Mezran dedi.
Suriyada olduğu kimi Liviya münaqişəsinin də bitməyən müharibəyə çevrilməsi təhlükəsi göz qabağındadır. Suriyada 2015-ci ildən bəri Rusiyanın müdaxiləsi Bəşər Əsəd rejiminə itirilmiş ərazilərə nəzarəti bərpa etməyə imkan verdi. Yalnız Türkiyənin dəstəyi sayəsində üsyançı qruplar tamamilə məhv edilmədi. Liviyada, Suriyada olduğu kimi, Türkiyə və Rusiya da Ərdoğan və Vladimir Putinin müharibə tərəflərini dəstəkləyir, bu isə atəşkəs və ərazilərin bölünməsi barədə razılığa gəlməyə mane olmur.
8 yanvarda Ərdoğan və Putin İstanbulda görüşəcəklər və Liviya məsələsi gündəmdəki əsas mövzulardan biridir. Ötən çərşənbə axşamı günü onlar bu məsələni telefonla müzakirə etdilər və müharibə edən tərəflər arasında vasitəçilik etmək, həmçinin gələn ilin əvvəlində sülh konfransı təşkil etməyi planlaşdıran Almaniya hökuməti və BMT-nin səylərini dəstəkləmək istədiklərini bildirdilər.

ARALIQ DƏNİZİNDƏ NEFT VƏ QAZ İSTİQAMƏTLƏRİ ÜZRƏ PAKT
Hərbi əməkdaşlıq paktına əlavə olaraq, noyabrın sonlarında Türkiyə və Liviya Aralıq dənizində dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı saziş imzaladılar. Bu yeni sərhədlər Türkiyəyə qaz və neft yataqlarının sualtı kəşfiyyatını aparmağa imkan verəcək. Ankara və Liviya Milli Birlik hökuməti bu müqaviləni BMT-yə təsdiq olunmaq üün göndəriblər. Yunanıstan, Yunan Kipri və Misir dərhal dərhal yeni sərhədlərin onların ərazi sularına daxil olmasını bəhanə gətirərək hay-həşir saldılar. Etiraz əlaməti olaraq, Afina Liviya səfirini ölkədən deport etdi. Liviya münaqişəsi haqda məlumatlı olan Avropa diplomatı qeyd edir: “Türkiyə və Liviya arasında dəniz sərhədlərinə dair bağlanmış müqavilə BMT və AB-ni qəzəbləndirib, AB Yunanıstanın tərəfini saxladı”. Ankara isə bildirir ki, Kastelorizo adasının timsalında, türk ərazilərinə yaxın yerləşən kiçik adalarda xüsusi iqtisadi zonalar qurmaqla, onları genişləndirməyə haqq qazandırır və türklərə ziyan vurur.
"El Pais"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az