Axtarış

The search found 105849 results in 0.09 seconds.

Search results

  1. “Mersedeslər kralı” döyülərək qarət olundu

    Daha çox "Mersedeslər kralı" kimi tanınan məşhur bloqqer Lüdviq Bayser Moskvada qarət olunub və döyülüb.

    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxslər "Krasnıye vorota" metrostansiyasının yaxınlığında ona hücum edib və avtomobilinin açarlarını oğurlayıb.

    Bloqqer bilək nahiyəsindən çoxsaylı xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilməkdən imtina edib.

    Muxalifet4 - 2-01-2020

  2. Siyasi partiyaların maliyyə hesabatlarının qəbulu başladı

    Azərbaycanda yanvarın 1-dən Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2019-cu il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb.

    Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

    MSK isə hesabat verməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

    Hələ ki, heç bir siyasi partiya MSK-ya maliyə hesabatı təqdim etməyib.

    Muxalifet4 - 2-01-2020

  3. Artıq 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - MSK SƏDRİNDƏN AÇIQLAMA

    Namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb

    Azərbaycanda 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

    Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın yanvrın 2-də keçirilən iclasında deyib.

    Onun sözlərinə görə namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb.

    Muxalifet4 - 2-01-2020

  4. Afrikanın Bakıda anadan olmuş ən varlı qadını: milyarder İzabelin bütün sərvəti donduruldu - KORRUPSİYAYA GÖRƏ...

    Anqolanın keçmiş prezidenti Eduardo dos Santosun qızı və ölkənin neft şirkəti “Sonangol”un direktorlar şurasına rəhbərlik edən milyarder- biznesvumen İzabel dos Santosun bütün sərvəti üzərinə həbs qoyulub.

    Muxalifet.az virtualaz.org-a istinadən xarici KİV-lərə istinadən xəbər verir ki, Anqolanın baş prokuroru İzabel dos  Santosun bir sıra dövlət şirkətləri ilə korrupsiya əlaqəsinə girərək dövlətə 1.14 milyard dollar zərər vurduğunu bildirir.

    Muxalifet4 - 2-01-2020

  5. Pensiyaçıların bütün kredit borcları silinir... - MONQOLUSTAN TƏHLÜKƏSİZLİK ŞURASI QƏRAR VERDİ

    Ölkə başçısının rəhbərlik etdiyi Monqolustan Milli Təhlükəsizlik Şurası, ölkədəki pensiyaçıların bütün kredit borclarını silinməsinə qərar verib.

    Monqolustan Prezidenti Xaltmaa Battulqa qərarı 31 dekabr media vasitəsilə xalqına Yeni il təbriklərini çatdırarkən elan edib.

    Ölkə Prezidenti deyib: "Monqolustan Milli Təhlükəsizlik Şurasının pensiyaçılara kömək məqsədi ilə kredit borclarının silinməsi barədə qərarı sizlərə çatdırmağa çox xöşbəxtəm ..."

    Muxalifet4 - 2-01-2020

  6. Abşeronda villadan içi dollar və qızılla dolu seyf oğurlandı - YENİ İL GECƏSİ

    Yeni il gecəsi Abşeron rayonunda villadan oğurluq olub.

    “Report” xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

    Məlumata görə, A.Hüseynovaya məxsus villadan 31 dekabrdan 1 yanvara keçən gecə içərisində 200 min manatlıq qızıl və 120 min dollar pul (ümumilikdə 400 min manatdan çox) olan seyf oğurlanıb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 2-01-2020

  7. “EYNİ ANDA 14 NƏFƏRİ...” - Həbs olunan FETÖ imamından İLGİNC AÇIQLAMA

    FETÖ terror təşkilatının Ankarada həbs edilən imamı Yasin Uqan dindirilmə zamanı bəzi detalları açıqlayıb.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o, eyni anda 14 nəfəri dinləyə bildiklərini deyib.

    2013-də Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Ankara bölgə nümayəndəsi olduğunu deyən Uqan qurulan sistemin kompüter vasitəsilə kəşfiyyat məlumatlarına bağlı olduğunu bildirib.

    O, təşkilatın bu mərkəz vasitəsilə Türkiyədəki hər kəsin detallı məlumatlarını əldə etməyə başladığını söyləyib.

    Muxalifet4 - 2-01-2020

  8. Keçmiş SSRİ ölkəsi Rusiyadan tarixi torpaqlarını istəyir

    Estoniya ilə Rusiya arasında ərazi mübahisələri davam edir. Keçmiş SSRİ ölkəsi yenə tarixi torpaqlarını geri istədiyini bildirib.
    Muxalifet.az bizimyol.info-ya istinadən xəbər verir ki, Estoniya parlamentinin spikeri Xenn Pılluaas bu haqda danışıb. O, 1920-ci ildə imzalanan Tartu müqaviləsinin hüquqi qüvvəsini itirdiyini söyləyib. Həmin müqavilə üzündən Estoniya torpaqlarının bir hissəsini itirmişdi. Spiker razılaşmanın imzalanmasından 100 il keçdiyini vurğulayıb və Rusiyanın estonların ərazi bütövlüyünə hörmət etməli olduğunu deyib.

    Muxalifet4 - 2-01-2020

  9. "BU QANUNUN İCRASI DAYANDIRILMALIDIR" - Qubad İbadoğludan hökumətə təklif

    “Daşınmaz əmlakın icbari sığortası haqqında” qanunun tətbiqinə moratorium (ləngitmə, təxirəsalma) qoyulmalı və ya onun icrası dayandırılmaldır. Əks təqdirdə çoxsaylı cərimələr kütləvi sosial narazılığa gətirib çıxara bilər”.

    Bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.

    İqtisadçı bildirib ki, Azərbaycanda 2011-ci il iyulun 24-də qəbul edilən “Daşınmaz əmlakın icbari sığortası haqqında” qanun yanvarın 1-dən tətbiq olunmağa başlayıb:

    Muxalifet4 - 2-01-2020

  10. SON DƏQİQƏ! - BÖYÜK MİLLƏT MƏCLİSİNDƏN SENSASİON QƏRAR - Türk ordusu yeni savaşa başlayır...

    Yanvarın 2-də Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədin müzakirəsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclası keçirilib.
    Ntv.com.tr xəbər verir ki, TBMM-də müzakirə zamanı Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd qəbul edilib.
    Sənədin müzakirəsindən sonra səsvermə keçirilib. Səsvermə nəticəsində 184 səsə qarşı, 325 səslə sənəd qəbul edilib. Ümumilikdə 509 deputat səsvermədə iştirak edib.

    Muxalifet4 - 2-01-2020

  11. Qar şimal bölgəsində nəqliyyatın hərəkətini iflic etdi - PAYTAXTA GƏLMƏK ÇƏTİNLƏŞİB

    Qarlı hava şəraiti ölkənin şimal rayonlarından paytaxt Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib.

    Muxalifet.az xəbər verir ki, Trend-in məlumatına görə, Qusar və Quba rayonlarından üzü Bakı istiqamətində avtomobillər yollarda qalıb. Hazırda paytaxta doğru gələn yolda sıxlıq müşahidə olunur.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib ki, ağır texnikalar yollara qum səpilməsi ilə məşğuldur.

    Muxalifet4 - 2-01-2020

  12. Ərdoğan Trampla regional problemləri müzakirə etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

    “Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə Türkiyə Prezident Administrasiyasındakı mənbə bildirib.

    “Tərəflər Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər. Hər iki lider regional problemlərin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb və ikitərəfli münasibətlərdə qarşılıqlı məqsədə çatmaq üçün əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər”.

    Muxalifet4 - 2-01-2020

  13. 2019: Türkiyə diplomatiyasının uğurlu hücum siyasəti / TƏHLİL

                   
    Vida etdiyimiz 2019-cu ili türk xarici siyasət baxımından “sıçrayış ili” oldu.
    Həqiqətən də, 2019-cu ildə Türkiyə diplomatiyası irəliləyiş əldə etdi, regional və qlobal miqyasda əhəmiyyətli addımlar atdı, bunun sayəsində beynəlxalq aləmdən fərqli dövlət olduğunu ortaya qoydu.
    Türkiyə təkcə diplomatik deyil, hərbi sahədə də iri uğur addımları atdı, "güc siyasətinin" həyata keçirilməsi üçün zəruri olan müdafiə potensialını artırdı, həmçinin söz və hərəkətləri ilə onun yolunu kəsməyə çalışanlara etiraz etdi.

    Muxalifet3 - 2-01-2020

  14. 1979 Yaxın Şərqi necə formalaşdırdı?

    1970-ci illərdə iki fövqəldövlət - ABŞ və Sovet İttifaqı arasında Soyuq Müharibə davam edirdi. Bu müharibə, 20-ci əsrin əvvəllərindən bəri milli azadlıq hərəkatlarının yaratdığı münaqişələrdə bataqlığa batan Orta Şərqə kölgə saldı.
    1979-cu ildə "domino effekti" nə səbəb olan bir çox mühüm hadisə baş verdi. Xatırladaq ki, "domino effekti" bir hadisə, ona bağlı digər hadisələr silsiləsinə təkan verdikdə görünür.
    1979-cu ildə Orta Şərqdə çağdaş gerçəkliyimizi dərk etməyə kömək edən xronoloji şəkildə sadalanan hadisələr var.

    Muxalifet3 - 3-01-2020

  15. Hillari Klinton universitet rektoru təyin olundu - ŞİMALİ İRLANDİYADA

    Hillari Klinton Şimali İrlandiyadakı Kraliça Universitetinin rektoru təyin olunub.

    AzərTAc xəbər verir ki, Klinton Belfastda yerləşən 175 yaşındakı universitetə növbəti beş il ərzində rəhbərlik edəcək. O, bu universitetə təyin olunan ilk qadın rektordur.

    42-ci ABŞ Prezidenti Bill Klintonun həyat yoldaşı, 44-cü ABŞ Prezidenti Barak Obama administrasiyasında Dövlət katibi olan Hillari Klinton universitetə rektor təyin edildiyi üçün məmnun olduğunu deyib.

    Muxalifet4 - 3-01-2020

  16. ​ABŞ-dan Türkiyəyə qarşı DAHA BİR XAİN ADDIM - Pentaqon terrorçulara yenə 250 TIR silah göndərdi

    ABŞ Suriyadakı YPG/PKK terrorçularının nəzarətində olan ərazilərdəki hərbi bazalarına hərbi avadanlıq və silah tədarükünü davam etdirir.
    Bu barədə “Anadolu” agentliyinə Haseke bölgəsindəki mənbə məlumat verib.
    Qeyd olunub ki, son bir həftə ərzində İraq-Suriya sərhədində yerləşən Əl-Valid keçid məntəqəsindən 250 TIR-dan ibarət üç karvan keçib.
    130 yük maşınından ibarət olan son karvan bir gün əvvəl keçid məntəqəsindən keçib.
    Yük maşınlarında 4x4 təkər formullu pikap, tikinti texnikası, ağır silah və sursat olub. 

    Muxalifet4 - 3-01-2020

  17. ABŞ qırıcıları Bağdad səmasında...

    İraqın paytaxtı Bağdaddakı ABŞ səfirliyinə edilmiş hücumlardan sonra, ABŞ- a aid hərbi təyyarələr Bağdad üzərində uçuşlar həyata keçirib.
    Muxalifet.az 
    bu barədə "Hurriyet"ə istiinadla xəbər verir.
    ABŞ təyyarələri, hökumət binaları və əcnəbi nümayəndəliklərin yerləşdiyi Yaşıl Bölgə üzərində iki gün ərzində üçüşlar edir. Təyyarələr, şiə hərbi dəstələri Haşdi Şabi tərəfdarlarının ABŞ-ın Bağdad səfirliyniə hücum etməsindən sonra təhlükəsizlik məqsədilə nəzarət uçmağa başladı.

    Muxalifet3 - 3-01-2020

  18. ABŞ MÜHARİBƏ ZƏNGLƏRİ ÇALIR: Canlı qüvvə yola düşdü

    ABŞ Müdafiə Naziri Mark Esper, İranın dəstəklədiyi şiə döyüşçülərin edə biləcəyi hücumların qarşısını almaq üçün lazımlı addımları atacağını ifadə edərək, “Artıq oyun dəyişdi. Nə lazımdırsa ediləcək” dedi.

    Muxalifet3 - 3-01-2020

  19. "Rıjiy Tofiq" ləqəbli avtoritet Bakıda ələ keçdi, üstündə "Makarov" və narkotik aşkarlandı - FOTO

    Bakıda "Rıjiy Tofiq" ləqəbli silahlı şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat və narkotik vasitə gəzdirən şəxsi saxlayıb.

    Muxalifet4 - 3-01-2020

  20. Əfsanəvi İran generalı Qasım Süleymani öldürüldü - BAĞDAD AEROPORTUNA RAKET ZƏRBƏSİ / FOTO, VİDEO

    Ötən gün yanvarın 3-nə keçən gecə ABŞ  pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, əfsanəvi general Qasım Süleymani öldürülüb. Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı əvvəlcə “The New York Times “ qəzeti Birləşmiş Ştatlar hökumətindəki vəzifəli şəxslərə istinadən yayıb.

    Muxalifet4 - 3-01-2020

Pages