Axtarış

The search found 105700 results in 0.06 seconds.

Search results

  1. Azərbaycanlı şairin şeiri Güneydə trendə çevrildi - VİDEO

    Cəlal Qurbanov: “O tay, bu tay Azərbaycan” əsəri həsrətdən və böyük bir ümiddən yaranıb

    Vətənpərvər mahnıların müəllifi kimi tanınan şair, "Mənim atam qəhrəmandır!", "Mənim oğlum qəhrəmandır!" layihələrinin rəhbəri Cəlal Qurbanovun “O tay, bu tay Azərbaycan” şeiri Cənubda trendə çevrilib.

    Muxalifet2 - 18-01-2025

  2. Hökümə Əliyevanın atasının 80 min manatını oğurlayan şəxslər tapıldı - RƏSMİ AÇIQLAMA / YENİLƏNİB-1

    Milli Qəhrəman Hökümə Əliyevanın  atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib.

    DİN-n Mətbuat Xidmətindən bildirilib ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları  tərəfindən tədbirlər görülüb.

    Qeyd edilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib. 

    Muxalifet2 - 18-01-2025

  3. Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət məhkəməyə verildi - Keçmiş prezident işə bərpa olunmasını tələb edir

    "Balakhani Operating Company LTD" şirkətinin Azərbaycandakı filialı məhkəməyə verilib.

    Pravda.az-ın xəbərinə görə, şirkətlə bağlı Yasamal Rayon Məhkəməsinə müraciəti qurumun keçmiş prezidenti Walker James Alan edib.

    Mahiyyəti işə bərpa və əmək haqqı tələbi üzrə mübahisə olan iş hakim Aydan Oruclunun icraatındadır. Növbəti baxış iclası yanvarın 28-də keçiriləcək.

    Qeyd: 2011-ci ildə dövlət qeydiyyatına alınan "Balakhani Operating Company LTD"nin hazırki qanuni təmsilçisi Rövşən Cəlil oğlu Rzayevdir.

    Muxalifet2 - 18-01-2025

  4. Masazırda at oynadan “üç muşkotyor” kimdir?

    Abşeron rayonunun Masazır qəsəbəsində bir neçə ildir ki, sabiq bələdiyyə üzvləri Niyaz, Əsəd və Maşallah adlı “üç muşketyor” at oynadır. Vaxtiylə Masazır bələdiyyəsində tutduqları vəzifədən istifadə edərək on hektarlarla nəhəng torpaq sahələrini ələ keçirən bu şəxslər, bu gün də qanunsuz vəsaitlər hesabına böyük layihələr həyata keçirməkdədir.
     
    Niyaz adlı keçmiş bələdiyyə üzvünün Masazırdakı “Rahat Nəfəs” yaşayış kompleksinin yanında bir hektar, Əsədin isə qəsəbədəki Ulu öndərə məxsus plakatın yaxınlığında bir neçə hektar torpaq sahəsi mövcuddur.
     

    Muxalifet2 - 20-01-2025

  5. ​Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib

    Kamal Məmişovla nə güc orqnaları bacarır, nə də məhkəmələr...
     
    Əslən Laçın rayonundan olan iş adamı Kamal Məmişov dövlət torpaqlarının zəbtini davam etdirir. Uzun illərdir ki, dövlət torpaqlarına qənim kəsilən Kamal Məmişov bugünə qədər hektarlarla dövlət torpağını dədə-baba malı kimi sataraq bundan yüz min manatlarla qanunsuz vəsait əldə edib. Kamal Məmişova bu işdə dəstək verən əsas simalardan biri isə Abşeron rayonu Masazır icra nümayəndəsi Şahlar Əsgərovdur. 
     

    Muxalifet2 - 20-01-2025

  6. ​35 İLDİR CƏZASIZ QALAN BƏŞƏRİ CİNAYƏT – Müxalif partiya 20 Yanvar faicəsi ilə bağlı bəyanat yaydı

    ADP bu faciəni törədənlərin təşkilatçılarının və iştirakçılarının bu günə kimi cəzasız qalmasından təəssüfləndiyini və dərin narahatlıq keçirdiyini bildirir

    Muxalifet2 - 20-01-2025

  7. PUTİN AZƏRBAYCANA "HÜCUM" ƏMRİ VERİB? - Marina Axmedova hansı haqla ölkəmizdən üzrxahlıq tələb edir?!

    Bu gün - yanvarın 20-də Baş prokuror Kamran Əliyev bildirdi ki, Azərbaycan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırma aparır. Onun sözlərinə görə, hər üç ölkədə cinayət işi açılıb: “Hər üç dövlət onlara aid sübutlar toplayır, bunların hamısı öyrəniləcək”.

    Muxalifet2 - 20-01-2025

  8. Gənclər və İdman Nazirliyində nə baş verir? - NAZİR FƏRİD QAYIBOV HARADADIR?

    Hər il olduğu kimi, dünəbu il də 20 yanvar tarixi Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edildi. Çoxsaylı vətəndaşlarımız tərəfindən ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları ziyarət edildi.
    Prezident İlham Əliyev də şəhidlərimizin unudulmaz xatirəsini hörmət və ehtiramla yad edərək, məzarları önünə gedib əklil qoydu və 20 yanvar şəhidlərinin xatirəsini yad etdi.
    Həmçinin, dövlət qurumlarının rəhbərləri, və kollektivi hər il olduğu kimi bu ildə şəhidlər xiyabanını ziyarət ediblər.

    Muxalifet2 - 21-01-2025

  9. ADP QARDAŞ TÜRKİYƏ XALQINA BAŞSAĞLIĞI VERDİ

    ADP Türkiyə  dövlətinə və xalqına başsağlığı ünvanlayıb. Başsağlığında deyilir:
    Azərbaycan Demokrat Partiyası Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın faciəli şəkildə həyatını itirməsindən sarsıldığını bildirir və həlak olanların doğmalarına, yaxınlarına, bütövlükdə qardaş Türkyə xalqına dərin hüznlə baş sağlığı verir, dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralananlara, ciddi xəsarət alanlara tezliklə sağalmaları üçün şəfa diləyir.

    Muxalifet2 - 23-01-2025

  10. Hərbi hissədəki yeyinti faktlarını açıqladı, “dəlixana”ya göndərmək istədilər

    Əhməd Talıbov: “Hərbi qulluqçuları və mülki işçiləri üzümə durdurmağa məcbur etməklə, məni ləkələyərək işdən azad etdilər”
     
    “Məhkəmə əvvəlki işimə bərpa edilməsi haqda qərar versə də, qarşı tərəf əməl etmir”

     
    Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, H/şəhərcik-3, ev 14, mənzil 2-də yaşayan Talıbov Əhməd Mahmud oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. İşdən qanunsuz olaraq çıxarıldığının bildirən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

    Muxalifet2 - 23-01-2025

  11. Hacıqabulda kənd təsərrüfatının inkişafına ayrılan pullar necə talan olunur... – FERMER ŞOK FAKTLARI AÇIQLADI

    Hacıqabul rayonu, Qarasu kənd sakini Şıxaliyev Bəhlul Saleh oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
    “Cənab Prezident!

    Muxalifet2 - 23-01-2025

  12. Trampın ikinci dönəmi: risk və fürsətlər nədən ibarətdir? - TƏHLİL

    Donald Trump, 20 yanvar 2025-ci ildə ABŞ-nin 47-ci prezidenti kimi and içərək vəzifəsinə başladı. Donald Trampın ikinci prezidentlik dövrü həm ABŞ-nin daxili siyasətində, həm də qlobal səviyyədə əhəmiyyətli dəyişikliklərə yol açacaq. Trampın rəhbərliyi ilə həyata keçirilməsi gözlənilən yeni strategiyalar və siyasətlər, qlobal geosiyasi balansda və iqtisadi sistemlərdə təsirli dəyişikliklər yarada bilər.

    Muxalifet2 - 23-01-2025

  13. “Paşinyan Azərbaycanı dəstəklədiyim üçün məndən inciyir” - Lukaşenko

    “Ermənistan Avropa İttifaqı ilə təhlükəli oyunlara başlayıb. Onu (red. - Nikol Paşinyanı) orada sakitləşdirin, Ermənistanı məhv edəcək”. 

    Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən deyib.

    “O, həm də Rusiyanı özünə qarşı qoyur. Balaca ərazisi ilə mühasirəyə alınıb. İndi Avropa Birliyi orada ona nəsə kömək etməyə başlayacaq. Bu səbəbdən onu sakitləşdirmək lazımdır. Qafqazda müharibəyə yol vermək olmaz”,

    Lukaşenko Ermənistan rəhbərliyinin Belarusa qarşı incikliyindən də danışıb:

    Muxalifet2 - 26-01-2025

  14. Belarusda prezident seçkisi baş tutmuş elan edildi - Yenilənir

    Belarusda prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.

    Səsvermə yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 09.00) başlayıb.

    6,9 milyon Belarus seçicisi 5 325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub.

    Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Bunlar Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko, Anna Kanopatskaya, Oleq Qaydukeviç, Sergey Sırankov və Aleksandr Xijnyakdır.

    Muxalifet2 - 26-01-2025

  15. Tramp ilk səfərini hansı ölkəyə edəcək?

    ABŞ Prezidenti Donald Tramp yeni prezidentlik müddətinin başlamasından sonra ilk xarici səfərinin hansı ölkəyə olacağı haqda danışıb.

    Bu barədə TASS məlumat yayıb.

    “Bu, Səudiyyə Ərəbistanı və ya Böyük Britaniya ola bilər. Ənənəvi olaraq bu, Böyük Britaniya olardı”, – Ağ Evin rəhbəri bildirib.

    Xatırladaq ki, bir neçə gün öncə andiçmə mərasimi keçirilən Donald Tramp ABŞ-nin 47-ci prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb.

    Muxalifet2 - 26-01-2025

  16. “Kanada itirdiyi “şayba”sını Qarabağda axtararkən bilməli idi ki...”

    Trampın yenidən Prezident seçilməsi və ilkin etapda verdiyi açıqlamalar heç şübhəsiz ki, ciddi müzakirələrə yol açıb.

    Muxalifet2 - 26-01-2025

  17. "İdman mediası bizi qara zolağa salmağa çalışırdı" - Elmar Baxşıyev

    "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 20-ci turunda "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan danışıb. 

    O, görüşdən sonra keçirilən mətbuat konfransında deyib: 

    "Oyunun ağır keçəcəyini təxmin edirdik. Qış fasiləsindən sonra "Neftçi"nin göstərdiyi oyun bizə müəyyən siqnallar verirdi ki, oyun asan olmayacaq. Komandamın çıxışından razı qaldım. Yaxşı, əzmkar, istədiyim futbolu mənə qaytarmağa çalışırdılar. Qələbə qazandıq. Komandamı təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq". 

    Muxalifet2 - 26-01-2025

  18. Hakan Fidan İraq prezidenti və baş naziri ilə görüşdü

    Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdada səfəri çərçivəsində İraq prezidenti Əbdüllətif Rəşidlə görüşüb.

    Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin X sosial media hesabında məlumat verilib.

    Bundan başqa, nazir İraqın baş naziri Məhəmməd Sudani ilə də müzakirələr aparıb.

    Muxalifet2 - 26-01-2025

  19. Məşhur USAİD Ukraynaya yardımı dayandırdı

    ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsilə Ukraynaya yardım layihələri dayandırılıb.

    Bu barədə Ukrayna mətbuatı agentliyin Kiyevdəki ofisinə istinadla məlumat yayıb.

    Qurumdan əlavə məlumat verilməyib.

    Qeyd edək ki, 24 fevral 2022-ci ildən bəri agentlik Ukraynaya 2,6 milyard dollar humanitar yardım, 5 milyard dollar inkişaf yardımı və 30 milyard dollardan çox birbaşa büdcə dəstəyi göstərib.

    Muxalifet2 - 26-01-2025

  20. ABŞ 10 min hərbçisini Meksika sərhədinə göndərir - Hazırlıq

    ABŞ ordusunun komandanlığı miqrant axınının qarşısını almaq məqsədilə bir sıra bölmələrin 24 saat ərzində Meksika sərhədinə yerləşdirilməsinə hazır olmaq əmri verib.

    Bu barədə CBS telekanalı məlumat yayıb.

    “Ən azı 10 min ABŞ hərbçisinin və çoxlu sayda zirehli transportyorun sərhədə yerləşdiriləcəyi gözlənilir. Eyni zamanda, onlar ilk növbədə sərhəddə istehkamların möhkəmləndirilməsi və hüquq-mühafizə orqanlarına dəstək üçün istifadə olunacaq”, - kanal bildirib.

    Muxalifet2 - 26-01-2025

Pages