Gənclər və İdman Nazirliyində nə baş verir? - NAZİR FƏRİD QAYIBOV HARADADIR?
Hər il olduğu kimi, dünəbu il də 20 yanvar tarixi Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edildi. Çoxsaylı vətəndaşlarımız tərəfindən ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları ziyarət edildi.
Prezident İlham Əliyev də şəhidlərimizin unudulmaz xatirəsini hörmət və ehtiramla yad edərək, məzarları önünə gedib əklil qoydu və 20 yanvar şəhidlərinin xatirəsini yad etdi.
Həmçinin, dövlət qurumlarının rəhbərləri, və kollektivi hər il olduğu kimi bu ildə şəhidlər xiyabanını ziyarət ediblər.
Lakin medianın nəzərindən qaçmayan bir nüans o oldu ki, Gənclər və İdman Nazirliyinin kollektivi şəhidlər xiyabanını, rəhbərləri olan nazir Fərid Qayıbovsız ziyarət ediblər.
Ölkənin önəmli tədbiri olan bu tədbir də, Fərid Qayıbovun iştirak etməməsi mediada cavabsız sual doğurub: Fərid Qayıbov haradadır? Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 35-ci il dönümündə niyə iştirak etmədi?
Xatırladaq ki, son günlər Gənclər və İdman Nazirliyində geniş miqyaslı qalmaqallar baş verir. Qeyd edək ki, bir neçə gün əvvəl Gənclər və İdman nazirinin müavini Mariana Vasileva vəzifəsindən azad edildi. Prezidentin sərəncamından sonra nazirin Mariana Vasileva ilə selfisini paylaşması addımı gözlənilməz oldu. Maraqlıdır, nazır bu foto ilə nə demək istəyirdi?
İctimaiyyət gözləyirdik ki, sosial şəbəkələrdə aktiv olan cənab nazir ən azından müavininin Azərbaycan idmanına baha başa gələn xoşagəlməz davranışına görə üzr istəyəcək.
Fərid Qayıbov bu selfini paylaşmaq əvəzinə, nəzərə almalıydı ki, gənclər və idman naziridir. Xoşagəlməz davranışa məruz qalanlar isə Mariana xanım deyildi, gənclər və idmançılar idi…
Ən önəmlisi isə nazir Fərid Qayıbov unutmamalıdır ki, Prezidentin əmrləri müzakirə olunmur!/Korrupsiya.az