"İdman mediası bizi qara zolağa salmağa çalışırdı" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 20-ci turunda "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan danışıb.
O, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:
"Oyunun ağır keçəcəyini təxmin edirdik. Qış fasiləsindən sonra "Neftçi"nin göstərdiyi oyun bizə müəyyən siqnallar verirdi ki, oyun asan olmayacaq. Komandamın çıxışından razı qaldım. Yaxşı, əzmkar, istədiyim futbolu mənə qaytarmağa çalışırdılar. Qələbə qazandıq. Komandamı təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq".
Mütəxəssis "Necə oldu ki, rəqibi 4 əvəzetməyə birdən əl atmasına məcbur etdiniz?" sualına belə cavab verib: "Daha çox özümüz köklənirik. Rəqibin məşqçisi nə edəcəksə, bizə sirr qalır. Daha öz oyunumuzun dəst-xəttini görmək istəyirik. Ümumi götürsək, biz də 4 əvəzetmə etdik. Normaldır ki, sən hesabda öndə olanda, rəqib üstünə gələcək".
E.Baxşıyev ardıcıl 3 məğlubiyyətin komandaya təsir olmadığını bildirib: "İdman mediası bizi qara zolağa salmağa çalışırdı, amma futbolda həmin o zolaq yoxdur. Nə mən, nə komanda həmin təzyiq altındadır. Bu, futboldur. Futbolda qələbə qazanmaq nə qədər əhəmiyyətlidirsə, məğlubiyyəti də bir o qədər gözləməlisən. Bundan qaçmaq mümkün deyil. Ona görə komanda olaraq daha çox uğurlu nəticəyə köklənməyə çalışırıq".
nra keçirilən mətbuat konfransında deyib: