Axtarış
The search found 105700 results in 0.076 seconds.
Search results
“Kanal 13”ün rəhbəri qanunsuz tikinti ittihamlarını rədd edib
Yanvarın 8-də Səbail Rayon Məhkəməsində “Kanal 13” televiziyasının rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
İclas zamanı Orucovun vəkilləri onun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət qaldırıblar. Lakin vəsatət təmin edilməyib.
Sonra prokuror ittiham aktını elan edib. Orucov özünü təqsirli bilməyib. Növbəti məhkəmə ilcası yanvarın 24-də olacaq.
Muxalifet2 - 8-01-2025
Şəhid anasını təhqir etdi, şəhid qardaşını qanunsuz olaraq işdən çıxardı... – PREZİDENTƏ MÜRACİƏT
Qəbələ rayonu, Kiçik Əmili kənd sakini, şəhid anası Bayramova Dilbər Ağaşirin qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Şəhid anası olaraq xahiş edirəm ki, şikayətimi obyektiv araşdırıb, bizi təhqir edib alçaldan Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini, həkim Fikrət Cəfərov barəsində qanunu tədbirlər görəsiniz.Muxalifet2 - 9-01-2025
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına...
Cari ildən etibarən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin oğlu ABŞ-ın dünyaca məşhur Harvadrd Universitetində təhsil almağa başlayıb. İddia olunur ki, aşağı bal yığdığı üçün dövlət proqramından bəhrələnə bilməyən övladını “öz pulu ilə” oxutmağa qərar verən Səmyar Abdullayev, bunun üçün yenə ənənəvi üsuldan istifadə edib. O, gözdən əlil vətəndaşlar üçün nəzərdə tutulan vəsaitləri mənimsəməklə Harvarddakı övladının təhsil problemini həll edib.
Muxalifet2 - 9-01-2025
MTN-nin həbs etdiyi adamın qardaşı necə diplomat olub? - ŞOK İDDİA
Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin təmsilçisi diplomat Ramiz Vəliyev həbs edilib.
Diplomatın həbsi barədə mediada yayılan xəbərlərə görə, buna səbəb beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə üzə çıxan faktlar olub.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bu arada məlum olub ki, Ramiz Vəliyevin vəkili onun qardaşı oğlu Adəm Məmmədovdur.Muxalifet2 - 9-01-2025
“Zəfər parkı”nda müqaviləsiz işlədildi, xəsarət aldı, təzminat ödənilmədi - ŞİKAYƏT
Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi 25 ünvanında yaşayan Həsənov Əfsan Əli oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Xətaidəki “Zəfər parkı”nda işləyən zaman ciddi xəsarət alsa da, ona təzminat ödənilmir:
“Mən, Həsənov Əfsan Əli oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.Muxalifet2 - 9-01-2025
Hakim Qalib Paşayevin adı hallanan dələduzluq faktı – CƏLİLABAD SAKİNİ NECƏ OYUNA GƏTİRİLİB... / ŞİKAYƏT
Cəlilabad rayonu, Şiləvəngə kənd sakini Hüseynov Aydın Ağaxan oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Dələduzluqla üzləşdiyini bildirən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Hüseynov Aydın Ağaxan oğlu, yazaraq bildirirəm ki, usta kimi fəaliyyət göstərirəm. 2014-cü ildə kredit götürmək üçün “Bank Respublika”ya müraciət etdim. Həmin vaxt 38 min 200 dollarlıq sənədə qol çəksəm də, mənə cəmi 23 min 800 dollar verdilər. Dedilər ki, qalan 14 min 400 dolları bir ay sonra verəcəyik.Muxalifet2 - 10-01-2025
Aktaudakı Azərbaycan diasporundan nümunəvi addım - FOTO
Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən “Manqistau vilayəti Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyi “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin qəzaya uğramasından sonra yardım göstərən Qazaxıstanın bir sıra strukturlarının əməkdaşlarını mükafatlandırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə təşkilatdan məlumat verilib.Muxalifet2 - 10-01-2025
Müxalif partiya korrupsioner məmurların cəzasız qalmasına etiraz etdi
“Korrupsiyada ittiham olunan məmurlara verilən şərti cəza korrupsiyaya təşviqdir”
Muxalifet2 - 13-01-2025
“QARDAŞIMI HƏKİMLƏR ÖLDÜRÜB” - Yevlax sakini həkimləri səhv diaqnoz qoymaqda ittiham edir / Foto
Yevlax rayon sakini Musayeva Anaxanım Ağakişi qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qardaşının ölümünə həkimlərin təyin etdiyi səhv diaqnoz səbəb olub:
“Noyabr ayının 10-da, gecə saatlarında qardaşım Ağakişiyev Əli Ağakişi oğlunun halının pisləşməsi ilə əlaqədar Yevlax Rayon Mərkəzi Xəstəxanasına zəng etdim. Oradan təcili yardım gəldi. Lakin qardaşıma heç bir köməklik edilmədi. Bildirdilər ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasına getməlidir. Düşündüm ki, belə məsləhət bilirlərsə, xəstəxanaya aparım.Muxalifet2 - 15-01-2025
Juninyo rəsmən "Flamenqo"da
"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub.
Bu barədə Braziliya klubunun yaydığı açıqlamada bildirilib. 28 yaşlı hücumçu Rio təmsilçisi ilə 2028-ci ilin sonuna qədər müqavilə bağlayıb. O, "Flamenqo"da 23 nömrəli formanı geyinəcək.
Ağdam təmsilçisi də yaydığı açıqlamada Juninyonun "Flamenqo" müqavilə imzaladığını bildirilib.
Tərəflər müqavilənin maddi dəyəri barədə məlumat verməyib. Braziliya mətbuatı isə Ağdam klubuna 5 milyon avro təzminat ödəniləcəyini yazıb.
Muxalifet2 - 15-01-2025
DİN-dən vatsapda yayılan xəbərdarlıq mesajı barədə - Açıqlama
Son günlər vatsap platformasında Daxili İşlər Nazirliyi adından göndərildiyi iddia edilən xəbərdarlıq mesajları yayılıb. Belə ki, sözügedən mesajda vətəndaşlardan diqqətli olmaları, mənzillərin ətrafında özlərini daxili işlər işçisi təqdim edən bir qrup şəxsə inanmamaları vurğulanıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən cavab olaraq bildirilib ki, vatsap qruplarında qurum adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir.
Muxalifet2 - 15-01-2025
Çimnaz Sultanova vəfat etdi
Aktrisa Çimnaz Sultanova vəfat edib.
Aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.
Onun müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilir.
Mərhum sabah dəfn ediləcək.
Qeyd edək ki, bu gün Çimnaz Sultanovanın doğum günü idi.
Muxalifet2 - 15-01-2025
Qəzaya düşən şəxs xəstəxanada öldü - Fərhad Əhmədovun mühafizəçisi olub
Milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olmuş Kamil Binnətov dünyasını dəyişib.
Kamil Binnətov avtomobil qəzasında aldığı xəsarətlərdən sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Qəza Ağdaşda baş verib. Kamil Binnətov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı onun səhhətində ciddi problem olmadığı bildirilib. Kamil Binnətov da özünü yaxşı hiss etdiyini bildirib. Lakin onun daxili qanaxma keçirdiyi müəyyən edilməyib.
Muxalifet2 - 15-01-2025
Müdafiə Nazirliyinin büdcəsi niyə boşalıb? – HƏRBÇİLƏR 9 AYDIR PULLARINI ALA BİLMİRLƏR
“Bir hərbçinin ailəsi ac qalacaqsa, borc içində batacaqsa, o, heç vaxt öz iradəsi ilə döyüşməz. Hətta savaşda Vətəni sevdiyi üçün yox, məcburiyyət qarşısında şəhid olar”.
Bu barədə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində xidmət edən hərbi qulluqçular tərəfindən redaksiyamıza daxil olan müraciətdə bildirilir. Rəhbərlikdən şikayət edən hərbçilər may ayından məzuniyyət, ezamiyyət və maddi yardım ödənişlərini ala bilmədiklərini iddia edirlər:Muxalifet2 - 16-01-2025
Məhkəmə Ramiz Mehdiyevin qızının iddiasına baxdı... - QƏRAR
Məhkəmə hökmü ilə müsadirə edilərək satışa çıxarılan məşhur "Bakı Oksford Məktəbi"ni geri qaytarmaq uğrunda mübarizə davam edir. Düz 4 ay əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva və məktəbin təsisçisi Mehriban Məmmədova məktəbdə 1/2 hissəlik pay sahibi olduqlarını iddia edərək yeni məhkəmə baxışı başlatmaq üçün müraciət ediblər.
Muxalifet.az xəbər verir ki, artıq məhkəmə onların ərizəsi ilə tanış olub, yekun qərarını açıqlayıb.Muxalifet2 - 16-01-2025
İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsinə qadağa qoyulub
Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi qanunla qorunur. Di gəl, qanuna əməl edən varmı? İstehlakçı hüquqları elə qorunmaz hala gətirilib ki, heç məhkəmə hakimiyyəti də boynuna qoyulan görəvi icra etməkdən imtina edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19.09.1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 26-cı ( İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi) maddəsində isə doğrulanıb: “İstehlakçıların qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini MƏHKƏMƏ həyata keçirir.
Muxalifet2 - 16-01-2025
“Bakı Abadlıq Xidməti” ölkədən nə qədər pul çıxarıb? – MƏHKƏMƏ QƏRAR VERƏCƏK
“Bakı Abadlıq Xidməti” MMC ilə bağlı cərimə protokolu imzalanıb. MMC növbəti dəfə ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.
Muxalifet2 - 17-01-2025
O da anası ilə birgə ağır cəza almışdı - İlin məşqçisi seçildi
Dünən gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunan Mariana Vasileva ilə yanaşı qızı, Azərbaycan gimnastika millisinin baş məşqçisi Siyana Vasileva da Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası tərəfindən ağır cəza alanlar siyahısındadır.
“Qafqazinfo” xəbər verir ki, S.Vasileva da idmançılara qarşı zor tətbiq etməkdə günahlandırılır.
Muxalifet2 - 17-01-2025
Fərid Qayıbov bu foto ilə nə demək istəyir?
Xəbər verdiyimiz kimi, bu gün Mariana Vasileva gənclər və idman naziri müavini vəzifəsindən azad edilib.
“Qafqazinfo”nun məlumatına görə, adıçəkilən şəxsin bu postdan uzaqlaşdırılacağı gözlənilən idi.
Muxalifet2 - 17-01-2025
Gimnastlara qarşı zorakılıq edən nazir müavini vəzifəsindən azad edildi
Gənclər və idman nazirinin müavinlərindən biri vəzifəsindən azad olunub.
APA xəbər verir ki, Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.
Xatırladaq ki, ötən ayın sonunda Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası Bədii Gimnastika üzrə Azərbaycan Milli Komandasının sabiq baş məşqçisi, hazırkı baş məşqçi, məşqçi və Azərbaycan Gimnastika Federasiyasına (AGF) sanksiya tətbiq edib.
Muxalifet2 - 16-01-2025