ABŞ 10 min hərbçisini Meksika sərhədinə göndərir - Hazırlıq

Baxış sayı:
376

ABŞ ordusunun komandanlığı miqrant axınının qarşısını almaq məqsədilə bir sıra bölmələrin 24 saat ərzində Meksika sərhədinə yerləşdirilməsinə hazır olmaq əmri verib.

Bu barədə CBS telekanalı məlumat yayıb.

“Ən azı 10 min ABŞ hərbçisinin və çoxlu sayda zirehli transportyorun sərhədə yerləşdiriləcəyi gözlənilir. Eyni zamanda, onlar ilk növbədə sərhəddə istehkamların möhkəmləndirilməsi və hüquq-mühafizə orqanlarına dəstək üçün istifadə olunacaq”, - kanal bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Milli Qvardiyasının 1500 döyüşçüsü Meksika sərhədinə göndərilmişdi.