Axtarış

The search found 105700 results in 0.067 seconds.

Search results

  1. Bakı-Tbilisi qatarı açılır - Bu tarixdən

    Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcək.

    Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, sözügedən məsələ ölkənin Baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə keçirilən görüşdə müzakirə edilən məsələlərdən biri olub. 

    Muxalifet2 - 18-02-2025

  2. “Bu, Rusiya üçün qəbuledilməzdir”

    “NATO-ya üzv ölkələrin qoşunlarının Ukrayna ərazisinə gəlməsi Rusiya üçün istənilən formada qəbuledilməzdir”.

    Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ər-Riyadda amerikalı həmkarları ilə danışıqlar zamanı bildirib.

    “Eyni NATO ölkələrindən olan, lakin xarici bayraq altında, Aİ bayrağı altında və ya milli bayraqlar altında əsgərlərin görünməsi bu baxımdan heç nəyi dəyişmir. Bu, yolverilməzdir”, - o, mətbuat konfransında deyib.

    Muxalifet2 - 18-02-2025

  3. Bədavi legioner limitinin ləğvi ilə bağlı nə dedi?

    "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov Misli Premyer Liqasının 23-cü turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "CBC Sport"a müsahibə verib. 

    O, əvvəlcə matçla bağlı fikirlərni bölüşüb: 

    Muxalifet2 - 18-02-2025

  4. Prezident və xanımının Ağdam səfərindən - Foto

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərinə səfər edib, burada aparılan tikinti işləri ilə tanış olublar.

    Muxalifet.az dövlət başçısının səfərindən fotoları təqdim edir

    Muxalifet2 - 18-02-2025

  5. Ermənilərin Azərbaycana vurduğu ziyanın məbləği...

    Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə mülki infrastruktura ümumilikdə 5,2 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.

    Bu, hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında qeyd olunub.

    Bildirilib ki, təcavüzkar müharibə nəticəsində Azərbaycannın mülki infrastrukturuna, iqtisadiyyatına, ekologiyasına, müdafiə arsenalına və digər sahələr üzrə Azərbaycana ümumilikdə 100 milyard manatdan artıq maddi ziyan vurulub.

    Muxalifet2 - 18-02-2025

  6. Zelenski Səudiyyə Ərəbistanına səfərini təxirə saldı

    Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfərini təxirə salıb.

    Bu barədə V.Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə sonra mediaya açıqlamasında deyib.

    Muxalifet2 - 18-02-2025

  7. ABŞ və Rusiya Ukrayna üzrə xüsusi qrup yaratdı

    Ukraynanın nizamlanması üçün Rusiya-Amerika xüsusi qrupu yaradılacaq, o, həmçinin Ukraynadakı münaqişənin nüanslarını da nəzərə alacaq.

    Bunu “Rossiya-1” efirində Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

    "Biz Ukrayna ilə bağlı fundamental mövqelərimizi açıqladıq və münaqişənin əsas səbəblərini nəzərə almağın vacibliyini vurğuladıq. Amerikalılar, mən deyərdim ki, öz yanaşmalarını qısaca açıqlayıblar", - deyə diplomat qeyd edib.

    Muxalifet2 - 18-02-2025

  8. Qazi 39 saylı vəkil bürosunu məhkəməyə verir

    DSMF-nin məhkəmə-vəkil bürosu saxtalığına əlavə edib
    Borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (XŞTMF) 22 aydır dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını özbaşına, dələduzluqla dayandırmasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbini DSMF-in məhkəmə-vəkil filialının saxtalaşdırmasını media qurumları işıqlandırıb.

    Muxalifet2 - 19-02-2025

  9. Yüksək pensiya almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞİB

    Daşkəsən rayon sakini Şəfiyev Bəxtiyar Qorxmaz oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Əsədov Vüqar Abduləli oğlu və qeyri-qəsmi yaşadığı Təranə adlı qadın onu aldadaraq, 16 min 100 manatını mənimsəyiblər:
    “Mən, Şəfiyev Bəxtiyar Qorxmaz oğlu, yazaraq bildirirəm ki, haqsızlığın əlində çarəsiz qalmışam.
    2017-ci ildə hərbi xidmət zamanı yıxılaraq güclü tavma almışam. 2019-cu ilə qədər müxtəlif hospitallarda müalicələr almışam. Lakin müalicələrin heç bir köməyi olmadı. Hərbidən məni xəstəlik diaqnozu ilə tərxis etdilər.

    Muxalifet2 - 19-02-2025

  10. ƏRİYƏN DÜŞÜNCƏLƏR... – Eldəniz Quliyev yazır

    ...Göydən qar yerinə kədər yağırdı... Və bu kədər göz yaşlarına bənzəyirdi, - buz təki soyuq göz yaşları!..  Sanki kimsə don vurmuş "ah"larımızı çilikləyib ağladırdı..
    Təəssüf ki, bu gün məmləkət əhlinin böyük əksəriyyəti belə kədərli duğularla yaşayır...

    Muxalifet2 - 19-02-2025

  11. İRAN YOL AYRICINDA... - Təhlil

    Buraxılmış səhvlər üzərində iş; və ya Tehran niyə “Bakının etimadını qaytarmağa çalışır?”

    Muxalifet2 - 19-02-2025

  12. Səhiyyəmiz sağaltmır, öldürür!

    Azərbaycan səhiyyə sisteminin acınacaqlı vəziyyətdə olması haqda daha bir dəhşətli fakt
    Azərbaycanda təhsil sisteminin çox bərbad durumda olduğu kimsəyə sirr deyil. İllərdir təhsilimizi “bataqlıq” dan çıxarmağa cəhdlər olunsa da, vəziyyət günbəgün daha da ağırlaşır. Belə ki, müstəqillik qazandıqdan sonra bir çox inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanmağa çalışsaq da, indiyədək nəinki bir addım qabağa gedə bilmişik, əksinə, təhsilimiz Sovetlər Birliyi dönəmində olduğundan daha bərbad duruma düşüb.

    Muxalifet2 - 19-02-2025

  13. DÜNYANI MƏHVƏ APARAN "AĞ ÖLÜM" - Ərdoğan nə üçün gənclərə yalvarmağa məcbur oldu...

    “İnternetin, sosial medianın, zorakılığı əks etdirən serialların və bizə yad olan populyar “mədəni meyllər”in yayılması ilə bərabər artan mənfi hadisələrin üzərinə qətiyyətlə gedirik. Övladlarımızı tütün, siqaret, spirtli içki, narkotik başda olmaqla, asılılıq yaradan hər cür pis vərdişlərdən qorumaqda qətiyyətliyik. Gənclər, bir prezident və ata olaraq yox, böyüyünüz olaraq sizdən xahiş edirəm, hətta yalvarıram ki, bu pis vərdişlərdən uzaq olun, bunlara fürsət verməyin”.

    Muxalifet2 - 19-02-2025

  14. “Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTO

    Sərfəli rabitə xidmətləri ilə tanınan “Nar” Füzuli şəhərində, Mirzə Uluqbəy adına 1 saylı orta məktəbin şagirdləri arasında “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib. Şagirdlərin yaratdığı əsərlər məktəbin akt zalında sərgilənib.
    Tədbirdə məktəb və “Nar” rəhbərliyi, eləcə də YARAT Müasir İncəsənət Məkanının rəssam-kuratorlarından ibarət heyət iştirak edib. Əməkdar incəsənət xadimi Sabina Şıxlinskaya və məkanın layihə meneceri Leyla Ağayeva əsərləri qiymətləndirərək, gənc müəlliflərə sertifikatlar təqdim ediblər.

    Muxalifet2 - 21-02-2025

  15. 17 uşaqlı ailədə faciə - Biri öldü, digəri yaralıdır

    Bərdənin Cəyirli kəndində yaşayan 17 uşaqlı İsgəndərovlar ailəsinin iki oğlu yol qəzasına düşüb.

    Hadisə onların məskunlaşdığı Cəyirli kəndində qeydə alınıb.

    Belə ki, sürücü İsgəndərov Binnət Taleh oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

    Nəticədə sürücü, ailənin 22 yaşlı oğlu həlak olub. Sərnişinlər İsgəndərov Davud (ailənin digər oğlu) və Allahverdiyev Elmir müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Muxalifet2 - 23-02-2025

  16. Şahbaz Şərif Bakıdadır - Foto

    Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də Azərbaycana dövlət səfərinə gəlib.

    Qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

    Muxalifet2 - 23-02-2025

  17. “Qafqazinfo”nun adından saxta xəbərlər yayılır!

    Hazırda vatsap sosial şəbəkə qruplarında Qafqazinfo” xəbər portalının adından guya qarlı hava şəraiti ilə bağlı sabah ölkədə qeyri-iş günü elan edildiyinə dair məlumatlar yayılır.

    Belə bir məlumat saytımızda yayımlanmayıb və paylaşılan məlumatlar həqiqəti əks etdirmir.

    Xəbərlərimizi rəsmi saytımızdan və sosial şəbəkə hesablarımızdan izləyə bilərsiniz.

    Muxalifet2 - 23-02-2025

  18. Sabiq nazir müavini kosmetoloqlara "krişalıq" edir- ŞOK DETALLAR

    Muxalifet2 - 24-02-2025

  19. Rusiyadan uçan daha bir təyyarə geri qayıtdı

    Mineralnıye Vodıdan Dubaya uçan Azimut Hava Yollarına məxsus təyyarə sistemlərindən birində indikatorun nasazlığı səbəbindən hava limanına qayıdıb.

    Bu barədə aviaşirkət açıqlama yayıb.

    "Uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə Mineralnıye Vodı-Dubay reysinin komandiri təyyarə sistemlərindən birinin işləmə göstəricisinin aktivləşməsi ilə əlaqədar 2025-ci il fevralın 23-də hava limanına qayıtmaq qərarı verib”, - məlumatda bildirilir.

    Muxalifet2 - 23-02-2025

  20. Paşinyan söz verib, etməsə, savaş olacaq - Vardanyan

    Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana Zəngəzur ərazisindən dəhliz söz verib. Təmin etməsə, hərbi əməliyyatlar bərpa olunacaq.

    Bu sözləri erməni politoloq Tiqran Vardanyan yazıb.

    O iddia edib ki, sülh sazişində razılaşdırılmayan iki bənd dəhliz və Ermənistan Konstitusiyasının dəyişdirilməsidir (Azərbaycana ərazi iddiasının Konstitusiyadan çıxarılmasıdır – red.).

    Muxalifet2 - 23-02-2025

Pages