Axtarış

The search found 105701 results in 0.034 seconds.

Search results

  1. “Qara qutu”nun Braziliyaya göndərilməsi düzgün qərardır” - Tokayev

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktauda qəzaya uğramasından danışıb.

    Qazaxıstan lideri bu haqda “Аna dili” nəşrinə müsahibəsində bildirib.

    O qeyd edib ki, “Embraer” tipli təyyarənin “qara qutu”sunun Braziliyaya göndərilməsi istintaqın obyektiv və qərəzsiz aparılması üçün zəruri olan yeganə düzgün qərardır.

    Qeyd edək ki, təyyarənin “qara qutu”ları şifrənin açılması üçün Braziliyaya göndərilib. Belə ki, Braziliya qəzaya uğrayan “Embraer” təyyarələrinin istehsalçısıdır.

    Muxalifet2 - 3-01-2025

  2. ABŞ-də təyyarə qəzası - Ölən və yaralananlar var

    ABŞ-nin Kaliforniya ştatının Fullerton şəhərində kiçik təyyarə hava limanı yaxınlığındakı binanın üzərinə düşüb.

    Bu barədə yerli polis “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

    Hadisə nəticəsində iki nəfər ölüb. Həmçinin 18 nəfər yaralanıb, onların hamısı xəstəxanaya yerləşdirilib.

    Muxalifet2 - 3-01-2025

  3. Almaniya və Fransa XİN başçıları Dəməşqdə səfərdədir

    Almaniya xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Suriyanın paytaxtı Dəməşqdə səfərdədir.

    Bu barədə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas X hesabında yazıb.

    XİN başçılarının AB-ni təmsil etdikləri vurğulanıb.

    K.Kallas Suriyanın yeni rəhbərliyinə mesajlarını da çatdırıb:

    "Regional aktorlarla razılaşdırılmış prinsiplərə hörmət etmək və bütün mülki şəxslərin, eləcə də azlıqların müdafiəsini təmin etmək son dərəcə vacibdir".

    Muxalifet2 - 3-01-2025

  4. 1045-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

    Rusiya müharibənin 1045-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

    “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 651 təyyarəsi, 283 helikopteri, 39 207 PUA-sı, 590 zenit-raket kompleksi, 20 208 tank və digər zirehli texnikası, 1 505 reaktiv yaylım atəş sistemi, 20 163 artilleriya və minaatanı, 29 832 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

    Muxalifet2 - 3-01-2025

  5. Trampdan “aydın olmayan siqnallar” gəlir - Nebenzya

    ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandası öz siqnallarında Ukrayna böhranının həlli üçün Rusiyaya hələlik maraqlı heç nə təklif etməyib.

    Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

    “Bunlar nəyəsə hazır olmaqla bağlı aydın olmayan siqnallardır. Ancaq indiyə qədər ABŞ-ın yeni administrasiyasından gələn siqnallar bunun bizim üçün maraqlı olacağını göstərmir”, - diplomat deyib.

    O, son vaxtlar Ukrayna tərəfinin də razılaşmaların əldə olunmasında maraqlı olduğunu bildirib.

    Muxalifet2 - 3-01-2025

  6. Türkiyənin 17 vilayətində əməliyyat: saxlanılanlar var

    Türkiyənin 17 vilayətində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.

    “Gürz-35” kod adlı əməliyyat çərçivəsində son bir həftə ərzində 42 şübhəli saxlanılıb.

    Türkiyənin daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkələrdə yazıb ki, əməliyyat digər ərazilərlə yanaşı, Ankara, Bursa, Qaziantep, İstanbul, Diyarbəkir, Qəhrəmanmaraş və Kayseri vilayətlərini də əhatə edib.

    Muxalifet2 - 3-01-2025

  7. Ramil Usubov Xankəndidə jurnalisti necə xilas edib?

    Dünən – yanvarın 2-də Bakıdan və Füzulidən gələn qonaqlarımızın təkidi ilə Xankəndi şəhərinə endik.

    Bu şəhərlə bağlı çoxsaylı xatirələrim var. Birini qısaca danışmaq istəyirəm.

    1991-ci ilin yayı idi. Ermənilər getdikcə quduzlaşırdı. Cəzasızlıq şəraiti “vüsət” aldıqca qudurğanlıq da həddini aşırdı.

    Muxalifet2 - 3-01-2025

  8. Putin təcrübəlidir, Qazaxıstanı başa düşür... - Tokayev

    Putin təcrübəli dövlət xadimidir, Qazaxıstanın xüsusiyyətlərini və böyük əhəmiyyətini yaxşı başa düşür.

    Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

    “Prezident Putin təcrübəli dövlət xadimidir, Qazaxıstanın xüsusiyyətlərini və Mərkəzi Asiya regionunun ən böyük iqtisadiyyatı kimi ölkəmizin böyük əhəmiyyətini yaxşı başa düşür. Ona görə də Rusiya Qazaxıstanla ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişafı üçün ən fəal işi aparır”, - Tokayev bildirib.

    Muxalifet2 - 3-01-2025

  9. Aktaudakı təyyarə qəzası: Çin tədbirlərə başladı

    Çin hakimiyyəti Azərbaycan Hava Yolları (AZAL) və Cənubi Koreyanın “Jeju Air” şirkətlərinin iştirakı ilə baş vermiş son qəzalardan sonra riskləri aradan qaldırmaq üçün ölkə daxilində əks tədbirlər görüb.

    Bunu Çin Xalq Respublikasının Mülki Aviasiya İdarəsinin təhlükəsizlik üzrə direktoru Şu Minszyan deyib.

    Muxalifet2 - 3-01-2025

  10. Səhiyyə Nazirliyi plastik cərrahlara yenidən çağırış etdi

    Azərbaycan Respublikasınının Səhiyyə Nazirliyi yenidən plastik cərrahlara çağırış edib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Muxalifet2 - 3-01-2025

  11. Qurani-Kərimi ayaqlayıb videoya çəkdi - Saxlanıldı

    Türkiyədə Qurani-Kərimə hörmətsizlik etdiyi görüntüləri sosial şəbəkə hesabında paylaşan gənc bloqer saxlanılıb.

    Bu barədə Türkiyə mediası məlumat yayıb.

    Geyim tərzi ilə mərhum sənətçi Fərdi Tayfura bənzədilən Talha Siraç adlı gənc videoda İslamın müqəddəs kitabı olan Qurana qarşı qeyri-etik davranışlar sərgiləyib.

    Onun bu hərəkəti qınaqla qarşılanıb.

    Muxalifet2 - 3-01-2025

  12. Avropa Komissiyasının sədri xəstəliyə yoluxdu - Vəzifələrini icra edə bilməyəcək

    Avropa Komissiyasının sədri Ursula von der Leyen pnevmoniyaya (ağciyər iltihabı) yoluxub.

    Bu barədə AK nümayəndəsi Stefan de Keersmaeker “PAP” agentliyinə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, sədr müvəqqəti olaraq vəzifəsini icra etməyəcək.

    Qeyd olunub ki, Ursula von der Leyen yanvarın 3-də Varşavada Polşanın Avropa İttifaqı Şurasına sədrliyinin başlanması mərasimində iştirak etməyəcək.

    Muxalifet2 - 3-01-2025

  13. Bayden xanımı ilə terrorun baş verdiyi əraziyə gedəcək

    ABŞ Prezidenti Co Bayden və xanımı Çill Bayden azı 14 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən terror aktından sonra Luziana ştatının Nyu Orlean şəhərinə səfər edəcəklər.

    Bu barədə Ağ Ev məlumat yayıb.

    Muxalifet2 - 3-01-2025

  14. “İnanmaqdan başqa çarəmiz qalmır” - Azərin son durumunu açıqladı

    “Azər Baxşəliyevin son durumu kritik olaraq qalır. Hazırda süni tənəffüs aparatına qoşulub”.

    Bu barədə aktyorun həmkarı və dostu İlkin Həsəni məlumat paylaşıb.

    “Həyatın ən çətin anlarında belə möcüzələrə inanmaqdan başqa çarəmiz qalmır” , - İ.Həsəni qeyd edib.

    Muxalifet2 - 3-01-2025

  15. Juninyonun "Sevilya"ya transferi yekunlaşır: "Qarabağ" bu qədər qazanacaq

    "Qarabağ"In futbolçusu Juninyonun İspaniyanın "Sevilya" klubuna keçidi yekunlaşmaq üzrədir.

    Azərbaycan çempionu braziliyalı hücumçunu satmağa razı olub. Bu barədə "Marca" nəşri məlumat yayıb.

    "Sevilya"nın "Qarabağ"a bonuslarla birlikdə 4 milyon avro ödəyəcəyi bildirilir. 28 yaşlı forvard La Liqa klubu ilə 2027 və ya 2028-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

    Muxalifet2 - 3-01-2025

  16. Ermənistanın milli qəhrəmanı həbs edildi

    Ermənistanın milli qəhrəmanı, general-mayor Tiran Xaçatryan həbs edilib.

    Onun həbsi İkinci Qarabağ müharibəsi ilə bağlıdır.

    Bu barədə Tiran Xaçatryanın vəkili Varazdat Arutyunyan məlumat yayıb.

    Muxalifet2 - 4-01-2025

  17. Xəzərin Qazaxıstan sahilində batmış gəmi tapıldı

    Xəzər dənizinin Qazaxıstan sahillərində bir neçə əsr əvvəl batmış gəmi aşkar edilib.

    Sözügedən gəmini beynəlxalq arxeoloqlar qrupu tapıb.

    İlkin nəticələrə əsasən, 18-19-cu əsrlərdə batmış üç dirəkli gəminin Rusiyadan gələn ticarət donanmasına məxsus olduğu güman edilir. Gəminin tapılması dəniz səviyyəsinin aşağı düşməsi ilə mümkün olub.

    Muxalifet2 - 4-01-2025

  18. Bakıda ana 3 övladı ilə birgə YOXA ÇIXDI

    Bakıda ana və 3 övladı itkin düşüb.
     

    Muxalifet2 - 4-01-2025

  19. Dövlət Departamentinin mətbuat katibi o olacaq

    "Fox News" jurnalisti Temmi Bryus Donald Trampın rəhbərliyi altında ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə rəhbərlik edəcək.
     

    Muxalifet2 - 4-01-2025

  20. AZƏRBAYCAN ÜÇÜN QAZAXISTAN NÜMUNƏSİ - Bizim ölkədə də narkotacirlər ömürlük həbsə məhkum edilməlidir

    Narkotik ticarətini himayə edən vəzifəli şəxslərə isə, əmlakları müsadirə olunmaqla, ən ağır cəza verilməlidir

    Muxalifet2 - 4-01-2025

Pages