Məşhur USAİD Ukraynaya yardımı dayandırdı

Baxış sayı:
298

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsilə Ukraynaya yardım layihələri dayandırılıb.

Bu barədə Ukrayna mətbuatı agentliyin Kiyevdəki ofisinə istinadla məlumat yayıb.

Qurumdan əlavə məlumat verilməyib.

Qeyd edək ki, 24 fevral 2022-ci ildən bəri agentlik Ukraynaya 2,6 milyard dollar humanitar yardım, 5 milyard dollar inkişaf yardımı və 30 milyard dollardan çox birbaşa büdcə dəstəyi göstərib.