Axtarış
The search found 105701 results in 0.036 seconds.
Search results
Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il yanvar ayının 8-də İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Muxalifet2 - 1-01-2025
Bu gündən yaşayış minimumu 285 manat olur
Bu gündən yaşayış minimumunun həddi 285 manat götürüləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb.
Muxalifet2 - 1-01-2025
Ukrayna prezidenti Teymur Məmmədovu Kiyevin hərbi administrasiyasının rəhbəri təyin etdi
Ukrayna Prezidenti Vladimir Zelenskinin müvafiq sərəncamı ilə azərbaycanlı Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Kiyev şəhəri hərbi administrasiyasının rəisi təyin edilib.
Muxalifet.az xəbər verir ki, Teymur Tkaçenko bu vəzifəyə qədər Ukrayna strateji sənayelər nazirinin müavini və Ukrayna ərazi və regional inkişaf nazirinin müavini olub.
O, Kiyev şəhərində anadan olub, burada da boya-başa çatıb.
Muxalifet2 - 1-01-2025
Nərimanov Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal - Borcunun əvəzinə vəzifə verdi
Nərimanov Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Fazil Alməmmədov ötən il Adil Vilayət oğlu Məmmədzadə tərəfindən məhkəməyə verilib.
Muxalifet2 - 1-01-2025
Ukrayna rus qazının tranzitini dayandırdı: "Bu, tarixi hadisədir"
Ukrayna Energetika Nazirliyi rəsmi açıqlama yayaraq, 1 yanvar səhəri saat 07:00-dan etibarən Rusiyadan Avropa İttifaqına qaz tranzitinin tamamilə dayandırıldığını təsdiqləyib.
Musavat.com xəbər verir ki, nazirlik bunu milli təhlükəsizlik maraqları ilə əsaslandırıb.
Muxalifet2 - 1-01-2025
Saakaşvili türmədən açıqlama verdi: "İlham Əliyevin hərəkətlərinə heyranam" / VİDEO
“İlham Əliyev həqiqəti açıq şəkildə ifadə edərək liderliyini nümayiş etdirdi”
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya ilə bağlı son çıxışlarını yüksək qiymətləndirib.
Muxalifet.az BBC-yə istinadla bildirir ki, Saakaşvili öz “Facebook” səhifəsində yayımladığı açıqlamada İlham Əliyevin cəsarətli mövqeyini və liderlik keyfiyyətlərini vurğulayıb.
Muxalifet2 - 1-01-2025
Hindistan ucuz Rusiya neftinə alternativ tapdı - Tədarük azaldı
Hindistanın neft emalı zavodları, Rusiya neftinin tədarükündəki azalmanı kompensasiya etmək üçün Yaxın Şərqdən daha bahalı alternativlərə müraciət edib.
Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, "Bharat Petroleum Corp." şirkətinin maliyyə direktoru Vetsa Ramakrişna Quptanın sözlərinə görə, tədarükdəki boşluğu doldurmaq üçün İraq, BƏƏ və digər ölkələrdən alternativ neft alınmasına dair tenderlər elan edilib. Bu addım, son həftələrdə Hindistana Rusiya neftinin tədarükünün azalması səbəbindən atılıb.Muxalifet2 - 1-01-2025
Şirvanda 28 yaşlı gənc bıçaqlanıb
Şirvan sakini bıçaqlanıb.
Muxalifet.az APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.
Şirvan sakini, 1997-ci il təvəllüdlü Nəsrəddin Rüstəm oğlu Abışov tanışı Qəmbər Salayev tərəfindən bıçaqlanıb.
Yaralı döş qəfəsinin və qoltuq nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, Q.Salayev aralarında yaranmış mübahisə zəminində həmyerlisi N.Abışova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Muxalifet2 - 1-01-2025
“WhatsApp” bu smartfonlarda fəaliyyətini dayandırdı
2025-ci il yanvarın 1-dən “WhatsApp” messenceri “Android KitKat” və ya əməliyyat sisteminin əvvəlki versiyaları ilə işləyən bir sıra köhnə “Android” smartfonlarında fəaliyyətini dayandıracaq.
Əvvəlcədən bildirildiyi kimi, on ildən çox əvvəl buraxılmış ən azı 19 cihaz modeli bundan təsirlənəcək.
Hansı cihazlar “WhatsApp”ı dəstəkləməyəcək?
Samsung, Motorola, HTC, LG və Sony kimi istehsalçıların əvvəllər məşhur olan modelləri üçün dəstək sona çatacaq.
Onların arasında:
• Samsung Galaxy S3 və Note 2
• Motorola Moto G (1-ci nəsil)
Muxalifet2 - 1-01-2025
Səudiyyə Ərəbistanından ŞOK QƏRAR - Ölkəyə narkotik keçirən 6 iranlı edam olundu
Bu gün, Səudiyyə Ərəbistanı krallığa narkotik vasitələri keçirməkdə ittiham olunan 6 İran vətəndaşına qarşı edam hökmünün icra olunduğunu açıqlayıb.
Stopnarkotik.az xəbər verir ki, bu haqda əl-Cəzira telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin bəyanatına görə, şərq bölgəsində məhkəmə prosesinin bütün mərhələləri başa çatdıqdan sonra qərarlar icra olunub.
Muxalifet2 - 2-01-2025
RUSİYADA DAHA BİR QALMAQALLI QANUN LAYİHƏSİ... - Polis miqrantların evlərinə sərbəst daxil ola biləcək
Rusiya Federasiyasında polis miqrantların evlərinə sərbəst daxil olmaq hüququna malik olacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Müvafiq normalar martın 5-dən qüvvəyə minəcək qanunda öz əksini tapıb.
Muxalifet2 - 2-01-2025
Tramp: Demokratlar millətimizi iflasa uğratdılar, ABŞ xaos içindədir
Ölkəmiz xaos içindədir.
Bu barədə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp "Truth" hesabında paylaşım edib.
"Ölkəmiz bütün dünyada gülüş obyektidir! Zəif, təsirsiz və demək olar mövcud olmayan rəhbərliklə açıq sərhədləriniz olduqda belə olur", - Tramp qeyd edib.
Tramp bildirib ki, DOJ, FTB və prokurorlar amerikalıları zorakılıq və korrupsiyadan qorumaq əvəzinə, ona hücum etməyə diqqət yetirirlər:
Muxalifet2 - 2-01-2025
Azərbaycanda elektrik enerjisinin qiyməti qaldırıldı - YENİ TARİFLƏR...
Azərbaycanda yeni elektrik enerjisi tarifləri müəyyən edilib.
Bu barədə Tarif (qiymət) Şurası xəbər verir.
“Təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib”, - məlumatda deyilir.
Muxalifet2 - 2-01-2025
Azərbaycanda təbii qazın qiyməti artırıldı - YENİ TARİFLƏR AÇIQLANDI
Azərbaycanda əhali abonentləri, elektrik istehsalında, sənaye və kənd təsərrüfatı sahələrində istifadə olunan təbii qazın tarifləri dəyişib.
Bu barədə Tarif (qiymət) Şurası xəbər verir.
“Ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.
Muxalifet2 - 2-01-2025
Azərbaycanda əhaliyə göstərilən istilik xidmətinin tarifi 2 dəfə qaldırıldı - YENİ QİYMƏTLƏR
“Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 kvadrat metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Tarif (qiymət) Şurası qərar qəbul edib.
Qərara əsasən, sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 kvadrat metr sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.
Muxalifet2 - 2-01-2025
Azərbaycanda su-kanalizasiya sistemlərinə qoşulma tarifi ARTIRILDI
Azərbaycanda su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər tənzimlənib.
Bu barədə Tarif (qiymət) Şurası xəbər verir.
Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilib.
Muxalifet2 - 2-01-2025
İranda toyda rəqs edən 60 nəfərə cinayət işi açıldı
İranda toyda şənlik edən 60-a yaxın insana qarşı cinayət işi açılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, Piranşəhr şəhərində keçirilən toy mərasimində rəqs edənlərlə bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Bundan sonra 58 nəfər şəhər prokurorluğuna çağırılıb və onlara qarşı cinayət işi açılıb.
Muxalifet2 - 2-01-2025
İtaliya İranda həbs olunan jurnalistlə bağlı Tehrana nota verəcək - FOTO
İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Xarici İşlər Nazirliyinə jurnalist Sesiliya Salanın həbsinə görə İran səfirini çağırmağı tapşırıb.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat verib.
Muxalifet2 - 2-01-2025
İranda hər dörd saatdan bir edam həyata keçirilir - ŞOK İDDİA
"İranda hər dörd saatdan bir edamın şahidi oluruq".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə 25 ildir Qızılhisar həbsxanasında saxlanılan və ölüm cəzasına məhkum edilən Səid Məsuri bəyan edib.
Onun sözlərinə görə, əvvəllər ayda, yaxud 10-15 gündən bir qarşılaşırdılarsa, indi gün ərzində bir neçə edamın şahidi olurlar.
Məsuri Milad bayramı günlərində təxminən 25 nəfərin dar ağacından asıldığını, yəni hər iki saat yarımdan bir edam həyata keçirildiyini vurğulayıb.
Muxalifet2 - 2-01-2025
“Qarabağ” Juninyo transferindən nə qədər qazanacaq? - “Marca” yazdı
“Qarabağ” futbolçusu Olavio Juninyonu “Sevilya”ya satmağa razı olub.
Bu barədə “Marca” nəşri məlumat yayıb.
Bildirilir ki, “Qarabağ” bu transferdən bonuslarla bir yerdə 4 milyon avro qazanacaq.
La Liqa klubu braziliyalı forvardla 2028-ci ilin sonuna qədər müqavilə imzalayacaq.
Muxalifet2 - 3-01-2025