Axtarış
The search found 105700 results in 0.005 seconds.
Search results
"Müstəqilliyimizin qazanılmasında istiqlalçı deputatların xüsusi rolu var"
Vahid Əhmədov: "Deputat pensiyaları ilə təmin edilmək bu insanların qanuni haqqıdır"
İstiqlalçı deputat, görkəmli professor, Lənkəran Dövlət Universitetinin banisi Hacıbaba Əzimov saytımıza açıqlamasında istiqlalçı deputatlara deputat pensiyalarının verilməməsi ilə bağlı narazılığını dilə gətirib. Maraqlıdır ki, məlum problem bugünə qədər bir neçə dəfə gündəmə gətiilsə də, hələ də öz həllini tapmayıb.
Muxalifet - 30-12-2014
“Putin mənə Ukraynanı işğal edəcəyini dedi”
Fransua Olland: “Putin yenə də xarizmatik olmaq istəyir və Ukraynanı NATO-ya buraxmaq fikrində deyil”
Avropa Birliyi Ukrayna məsələsində proqres görən kimi Rusiyaya qarşı sanksiyaları ləğv etməlidir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Fransa Prezidenti Fransua Olland çıxış edib.
O, Ukrayna böhranında heç bir dəyişiklik olmayacağı halda sanksiyaların öz qüvvəsində qalacağını bildirib. Olland Putinin Ukraynanın şərqini anneksiya etmək istədiyini ona etiraf etdiyini söyləyib:
Muxalifet - 5-01-2015
“Səfər Əbiyev ölkəni özbaşına tərk etməyib”
Üzeyir Cəfərov: “Bu məsələyə aydınlıq gətirmədiklərindən mətbuat daha çox məlumat yayır”
Son günlər mətbuatda sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə bağlı ilginc məlumatlar yayılır. Bəzi iddialara görə, keçmiş nazir Azərbaycanı tərk edərək Çexiyadan sığınacaq alıb. Azərbaycanda uzun illər müdafiə naziri postunu tutan S.Əbiyevin mühacirətə getməsi mümkündürmü?
Hərbi ekspert Üzeyir Cəfərov AzVision.az-a açıqlamasında bildirib ki, hərbi qulluqçuların icazəsiz ölkə hüdudlarını tərk etmək hüququ yoxdur. Bu qanunla tənzimlənir.
Muxalifet - 7-01-2015
"Əsl müxalifət" kimdir davası davam edir
Əli Kərimlinin özlərini yeganə müxalif qüvvə adlandırması digər partiyaların narazılığına səbəb olub
Muxalifet - 7-01-2015
Var olun, ölülər!
Kafka haqqında esse
Muxalifet - 9-01-2015
Varlıq varmı?
...bu ölkənin xalqı yoxsa, onda mən necə prezident ola bilərəm?
(Fəlsəfi söhbətlər)
Bütün səma cismləri ki cansız elementlərin sintezindən əmələ gəliblər, varlıq hesab olunur. Yəni, ay, ulduzlar, astroidlər, dumanlıqlar, qalaktikalar…, «varlıq» adlanır.
Bəli, müvəqqəti olsalar da, onlar vardırlar, boşluqlarda hey fırlanır, fırlanırlar. Bəziləri yanır, istilik və işıq saçır, bəziləri daş, qaya, dəmir, hətta qızıl və s. kimi, boşluqlarda milyon-milyon illərlə fırlanıb gəzirlər.
Muxalifet - 9-01-2015
“Gürcüstanda ermənilərə bizdən artıq önəm verilir”
Əlibala Əsgərov: “Azərbaycan dövləti Gürcüstan azərbaycanlıları ilə bağlı zəif siyasət aparır”
“Biz bu günə qədər Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin heç birindən nə mənəvi, nə də maddi dəstək görməmişik”
“Gürcüstan dövləti bunun səbəbini ortaya qoymalıdır ki, nə üçün “Borçalı” Cəmiyyətinin sədri ölkəyə nə üçün buraxılmır ”
Muxalifet - 9-01-2015
Rusiyanı beynəlxalq məhkəməyə vermək mümkündür?
Mirmahmud Mirəlioğlu: “Bunun üçün cəsarətdən daha çox istək lazımdır”
Aqil Səmədbəyli: “Göbəyindən ruslara bağlı olan adamlar rusa qarşı addım atmağa cəsarət etməz”
İlqar Altay: “Rusiyanı beynəlxalq məhkəməyə vermək perspektivi Qarabağ münaqişəsi məsələsində daha realdır”
Muxalifet - 9-01-2015
Müxalifət hakimiyyətdən ümidini tam üzməyib
Taliyət Əliyev: "Zənnimcə, bu il siyasi məhbusların azadlığı istiqamətində addımlar atacaq"
Gülağa Aslanlı: "Hökumət xalqın istəyinə uyğun olaraq bəzi dəyişikliklərə rəvac verməlidir"
Muxalifet - 9-01-2015
Abbas Abbasov Nizaminin heykəlinə görə Abdulatipova zəng vurdu
Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Dərbənddəki heykəlinin, habelə azərbaycanlıların digər müqəddəs mənəvi-dini irs nümunələrinin təhqir olunması Rusiyadakı azərbaycanlı icmasını hərəkətə gətirib.
Virtualaz.org saytı xəbər verir ki, “Azerros” təşkilatının lideri Abbas Abbasov bununla bağlı Dağıstanın lideri Ramazan Abdulatifovla telefon əlaqəsi saxlayıb və orada baş verənlərə aydınlıq gətirilməsini xahiş edib.
Muxalifet - 10-01-2015
Cinayət və cəza
(Pritça)
Bir qüdrətli insanın yaxın dostunu kimsə qətlə yetirdi və dərhal qum zərrəsi kimi insan dənizi içində gözdən itdi.
Mərhumun qüdrətli dostu qabağına çıxan ilk adamı öldürüb, sonra da canini cəzalandırdığını söyləyəndə yanındakı adam dedi:
- Heyhat, bu cəza ədalətdən çox uzaq olmayacaqmı?
- Xeyr, məgər dünyada hamımız Adəm dədəmiz və Həvva nənəmizin övladları deyilikmi? Konkret cinayətkara gəldikdə isə onu da hardasa, kimsə mütləq cəzalandıracaq.
Əlisa Nicat
Muxalifet - 10-01-2015
Samir Şərifovun gizli biznesi
Maliyyə nazirinin bank sahəsində yaratdığı monopoliya
Maliyyə naziri Samir Şərifovla bağlı mətbuatda az-az tənqidi fikirlərə rast gəlinir. Buna səbəb Maliyyə Nazirliyinin (MN) rəhbərinin bəzi media orqanlarını ələ almasıdır. Belə ki, nazir bəzi qəzet və saytları nəyinsə hesabına şirnikləndirərək özü haqda mənfi fikirlərin yazılmasına imkan vermir. Apardığımız araşdırmalar isə göstərir ki, qanunsuzluğun daha çox baş alıb getdiyi qurumlardan biri də məhz Maliyyə Nazirliyidir.
Muxalifet - 10-01-2015
İki pritça
1. Nizaminin üç təhrifi
Nizami Gəncəvi, canavarlarla əlaqədə olub onları sürüyə buraxan çoban iti barədə hekayəsində üç tarixi faktı təhrif edir.
Əvvələn, it erkək deyil, dişi, yəni qancıq olub və təbii ki, mayalanır.
İkincisi, çoban bunu bilib və bilərəkdən xəyanətə şərait yaradıb.
Üçüncüsü, çobanın özü də əslən bitlisi imiş.
Çobanın itini edam etməsi barədə isə tarix heç nə demir.
2. O
Muxalifet - 11-01-2015
Qoca Artur və onun komandası
Hökumətin fəaliyyəti iflic durumdadır
Muxalifet - 11-01-2015
Azərbaycanın 31 məmurunun adı Qərbin “qara siyahı”sında
İnsan haqlarını pozan hakim və prokurorlara sanksiya tətbiq oluna bilər
Avropa Birliyi və ABŞ Dövlət Departamentinin ilkin razılaşdırdığı siyahıda hansı məmurların adları yer alır?
Avropa Birliyi və ABŞ Dövlət Departamenti Azərbaycandan olan bir sıra məmurlara qarşı sanksiyaların tətbiq edilməsi barədə ilkin razılığa gəlib. Bu barədə məlumat "Azərbaycan saatı" proqramının son sayında verilib.
Muxalifet - 11-01-2015
Prezident qızının şəklini kim yayıb?
Şəkilin yayılması ilə əlaqədar olaraq Ağ ev istintaqa başlayıb
ABŞ prezidenti Barak Obamanın qızı Malia Obamanın selfisinin internetdə yayılması növbəti qalmaqala start verib.
Maliyanın Ağ evdə çəkdiyi şəklin daha bir qalmaqallı məqamı isə yeniyetmə qızın əynindəki maykadır.
Maykanın üzrəində Pro Era qrupunun loqosu var. Şəkli ilk yayan da və qalmaqalı başladan da məhz elə bu qrupdur. Pro Era-nın İnstagram səhifəsində şəkil qoyulan kimi tvitterdə yayılmağa başlayıb.
Muxalifet - 12-01-2015
“Türkiyənin adı Osmanlı olmalıdır”
Rejissor Sinan Çətin ölkənin indiki adının hər şeyi əhatə etmədiyini bildirib
Türkiyənin tanınmış ssenari müəllifi və kino rejissoru Sinan Çətin qəribə iddialarla çıxış edib.
“Ülke” tele kanalında qonaq olan rejissor ölkənin indiki adının hər şeyi əhatə etmədiyini bildirib.
“Adımız Osmanlı kimi davam etməlidir. Sözlərin geridəqalmışlıq kimi düşünülməməlidir. Əksinə, inqilabi çıxış edirəm. Çünki Türkiyə Cümhuriyyəti adı bütün zənginliklərimizi əhatə etmir”.
Muxalifet - 12-01-2015
Ruhun azadlığı
Əllərini basıb gözünü çıxartmaq istədi. Basdı və bir anlığa dayandı. Ürəyi gəlmədi, sanki gözünü yox, ürəyini çıxardırdı. Özünə çox şey etmişdi. Başına qapaz vurmuşdu, üzünü, ayaqlarını cırmaqlamışdı, saçını yolmuşdu, əllərini yandırmışdı, özünü yerə çırpmışdı, hətta biləyini kəsmişdi, dəm qazında özünü boğmaq, sirkə içmək, eyvandan özünü atmaq... eh nələr-nələr...
Əlləri hələ də gözünün üstündə idi. Mütləq kor olmalıydı. Bu dünyanın həqiqətlərini, cəmiyyətin eybəcərliklərini görməmək üçün ən yaxşı variant bu idi. Görməmək... Həmişəlik əzab çəkmək bu dünya üçün yeganə şansı idi.
Muxalifet - 12-01-2015
Tarif Şurasından şok qərar: BENZİNİN QİYMƏTİ QALXDI
Tarif Şurasının bugünkü iclasında yanacağın qiymətinin artırılması qərara alınıb
Aİ-92 markalı benzininin pərakəndə satış qiyməti 72 qəpik, dizel yanacağının qiyməti isə 62 qəpik oldu
Muxalifet - 12-01-2015
Abbas Abbasovun "Azərros"unda qalmaqal böyüyür
"Azərros" Federal Milli Mədəni Muxtariyyətindəki daxili qalmaqal böyüyür.
Belə ki, qurum üzvləri ilə Ağsaqqallar Şurası arasında anlaşılmazlıq yaranıb. Belə ki, qurumun prezidenti Asif Məhərrəmov dekabrın 26-da istefa verəndən sonra bu il yanvarın 17-də növbədənkənar qurultay keçirilməsi barədə qərar qəbul olunub. Lakin "Azərros" Ağsaqqallar Şurasının sədri Abbas Abbasov həmin tarixdə növbədənkənar qurultayın keçirilməsinə qarşı çıxıb və bununla bağlı bəyanat yayıb.
Muxalifet - 13-01-2015