Axtarış
The search found 105785 results in 0.02 seconds.
Search results
Bakıda 60 yaşlı qadın TAKSİDƏ ÖLDÜ
Bakıda taksidə ölüm olub.
Lent.az xəbər verir ki, Bakı-Ələt yolunun Sahil qəsəbəsindən keçən hissəsində hərəkətdə olan taksidə sərnişin 1957-ci il təvəllüdlü Gülsətin Şöyübovanın halı qəfil pisləşib. Sürücü avtomobili kənara çəkərək saxlayıb və təcili tibbi yardım çağırılıb. Lakin artıq gec olub, qadın keçinib.
İlkin məlumata görə, G.Şöyübova ürək tutmasından vəfat edib.Muxalifet2 - 5-10-2017
12 oktyabrda nə olacaq? - DÜNYA YENİ FƏLAKƏTLƏ UZ-ÜZƏ
Xarici mətbuatda 12 oktyabr 2017-ci il tarixi ilə bağlı təzadlı və qorxulu xəbərlər artmaqdadır.
Muxalifət.az BakiPost.az-a istinadən xəbər verir ki, Yer kürəsinə doğru gələn nəhəng asteroid artıq planetə çox yaxınlaşıb. Mütəxəssislər bildirir ki, bu obyektin təsirindən iqlim dəyişiklikləri daha da kəskinləşəcək, çoxsaylı insan tələfatı olacaq.Muxalifet2 - 5-10-2017
Sərkisyan 60 minə görə 54 nəfəri işsiz qoydu
Ermənistan Prezident Administrasiyasında 54 vəzifə ixtisar edilib.
Bu vəzifələrin ixtisarına sentyabrın 1-dən başlanılıb. Ermənui mediası bildirib ki, ixtisar nəticəsində qənaət olunan vəsait hökumətin ehtiyat fonduna köçürülüb. Fonda köçürülmə barədə qərar isə Nazirlər Kabinetinin bugünkü iclasında qəbul olunub.
İxtisarlar nəticəsində 2017-ci ildə dövlət büdcəsinə 60 min dollar qənaət edilib.Muxalifet2 - 5-10-2017
Ermənistan indi də Polşaya YARINIR – SİLAH ALMAQ ÜÇÜN
Sentyabrın sonlarında Ermənistanın müdafiə naziri Vigen Sərkisyan Polşa xarici işlər nazirinin təhlükəsizlik və şərq siyasəti işləri üzrə müavini Bartoş Çixotski ilə görüşüb.
Erməni KİV-lərinin xəbər verdiyi kimi görüşdə Ermənistanla Polşa arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək idi. Çixotski jurnalistlərə bildirib ki, Polşa Ermənistana hərbi sahədə “nou-hau” təklif edib və onlar bu texnologiya əsasında Ermənistanda birgə istehsalı təşkil etməyə hazırdır.Muxalifet - 5-10-2017
ADP-dən hakimiyyət əleyhinə sərt bəyanat – “BU REPRESSİV ADDIMLAR...”
Partiya mitinqdə iştirak edən üzvlərinin polis idarəsinə çağrılmasına etiraz edib
Muxalifet3 - 5-10-2017
Rusiya İŞİD-in mövqelərinə raket zərbələri endirdi
İqor Konaşenkov: Velikiy Novqorod” və “Koplono” sualtı qayıqlarından 10 raket atılıb
Rusiya Aralıq dənizindəki bazasından atdığı “Kalibr” raketləri ilə terrorçu İŞİD qruplaşmasının Suriyanın Məyadin yaxınlığında yerləşən mövqelərinə zərbələr endirib.
"Haber7" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, Qara dəniz donanmasının Aralıq dənizindəki “Velikiy Novqorod” və “Koplono” sualtı qayıqlardan İŞDİ-in mövqelərinə 10 “Kalibr” adlı raket atılıb.Muxalifet2 - 5-10-2017
10 məktəb təxliyə edildi - YENƏ BOMBA XƏBƏRİ
Yekaterinburqda anonim zəngdən sonra 10 məktəb binası təxliyə edilib.
Trend-in məlumatına görə, məktəblərə bomba qoyulması barədə zəngdən dərhal sonra ümumilikdə 7500-ə yaxın adam təxliyə edilib.
Təxliyədən sonra məktəblərdə axtarış aparılıb. Axtarışlar nəticəsində şübhəli əşyaların aşkar olunmadığı barədə məlumat verilib.
Qeyd edək ki, Rusiyada anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bugünədək ölkənin 120 şəhərində 800 minə yaxın adam təxliyə olunub. Anonim zənglərdən heç biri öz təsdiqini tapmayıb.Muxalifet2 - 5-10-2017
Ermənilər Gürcüstanda ARANI QARIŞDIRMAQ İSTƏYİRLƏR
Son günlər ermənilərin Gürcüstanın Axalkalaki rayonunun Kumurdo kəndində yenidən fəallaşması, bu ölkənin tarixi-mədəni abidələrinə sahib çıxmaq iddiaları və bununla əlaqədar iğtişaşlar törətməsi gürcü ictimaiyyətinin qəzəbinə səbəb olub.
Gürcü politoloqlar bunu bəzi separatçı qüvvələrin əli ilə Gürcüstanda ictimai-siyasi sabitliyi pozmaq cəhdi kimi qiymətləndirirlər.Muxalifet - 5-10-2017
İraq ordusu Havica şəhərini GERİ ALDI
Rəsmilərin bildirdiyinə görə, bu gün İraq ordusu Havica şəhərini İslam Dövlətindən geri alıb.
İraqın şimalında, Suriya ilə sərhəd yaxınlığındakı Havica şəhəri İslam Dövlətinin son istehkamlarından idi.
Ordunun 9-cu zirehli diviziyası, Federal Polis, Təcili Reaksiya komandaları və Xalq Mobilizasiya qruplaşmaları Havicanı azad ediblər.
Şəhərə daxil olan İraq odusunu bayraqlarla qarşılayan sakinlər əsgərlərə minnətdarlıq edib.Muxalifet2 - 5-10-2017
Donald Tramp tezliklə İran nüvə razılaşması haqqında qərarını verəcək
ABŞ rəsmiləri bildiriblər ki, prezident Donald Tramp gələn həftə İran nüvə razılaşması haqqında çıxış edəcək. Güman edilir ki, bu çıxışda prezident Tramp ABŞ-ın 2015-ci ildə İran və dünya ölkələri arasında imzalanmış nüvə razılaşmasına sadiq qalıb-qalmayacağı haqqında qərarını verəcək.
Tramp oktyabrın ayının 15-inə qədər Konqresə İranın yeddi ölkənin imzaladığı sazişə əməl edəcəyinə və bunun ABŞ maraqlarına xidmət göstərəcəyinə dair münasibət bildirməlidir.Muxalifet2 - 5-10-2017
DÇ-2018: Bu gün daha 3 qrupda 9 oyun keçiriləcək
Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində IX turun növbəti görüşləri keçiriləcək.
Turun ikinci oyun günündə D, G və İ qruplarında 9 qarşılaşma oynanılacaq.
İ qrupunda yer alan Türkiyə millisi İslandiyanı qəbul edəcək. "Ay-ulduzlular" Eskişehir stadionundakı matçdan qalib ayrılacaqları təqdirdə, ən azı ikinci pilləyə yüksələcəklər. Mirça Luçeskunun baş məşqçi olduğu komandanın liderə çevrilməsi üçün isə Xorvatiyanın Finlandiya ilə ev oyununda xal itirməsi lazımdır.Muxalifet - 5-10-2017
Natiq Cəfərlidən Gömrük Komitəsinə RİTORİK SUAL: NİYƏ YAĞ GÜRCÜSTANDA UCUZDUR, BAKIDA BAHA?
Natiq Cəfərli Bakı ilə Tbilisi arasında yağın qiymət fərqini izah etməyi tələb edir
Muxalifet - 5-10-2017
Türkiyə Moskvaya İrəvan şərti qoyub – “Qraparak”
Dmitriy Medvedyev İrəvana kəşfiyyata gəlir.
Bunu Ermənistan qəzeti “Qraparak” yazıb.
“Avrasiya İttiaqının Moskvadakı son iclasında Dmitri Medvedyev Avrasiya İttifaqı-İran münasibətləri ilə bağlı çox maraqlı fikirlər səsləndirdi. O, İranın ittifaqdan hər şey alacağını, amma əvəzində heç nə verməyəcəyini bildirdi”, - qəzetin mənbəsi qeyd edib.
Məqalədə bildirilib ki, ekspertlərin əksəriyyətinin fikrincə, əsas problem Türkiyə-Azərbaycan tandemidir. Rusiya onların Avrasiya İttifaqına qoşulmasında daha çox maraqlıdır:Muxalifet2 - 5-10-2017
Konqresdə jurnalistlərə qarşı hücumlarla bağlı brifinq
Oktyabrın 4-də ABŞ Konqresinin Helsinki Komissiyası Rusiya və post-sovet ölkələrində jurnalistlərə qarşı hücumlarla bağlı brifinq keçirib.
Brifinqdə Azərbaycan və digər post-sovet ölkələrində jurnalistlərin vacib rolu və cəmiyyətə təsiri, onların haqları, təhlükəsizliyi və müdafiəsi, eləcə də ATƏT regionundaki ölkələrdə mətbuat azadlığının təbliği və müdafiəsi müzakirə olunub.Muxalifet - 5-10-2017
Anar Nəcəfli çökən yolda asfaltın qalınlığını ölçdü – FOTO
"Belə hallar ABŞ-da, Avstraliyada və başqa ölkələrdə də baş verə bilər"
Bu sözləri Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəfli ötən gün Nizami rayonu Mehdi Abbasov küçəsində baş vermiş çökmə hadisəsinə aydınlıq gətirərkən deyib.Muxalifet2 - 5-10-2017
Bakıda liftdə qalan 9 nəfər xilas edildi
Bakıda 9 nəfər liftdə qalıb
Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 9 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftdən çıxmasına kömək ediblər.
Muxalifet2 - 5-10-2017
Senat Komitəsi Rusiyanın ABŞ seçkisinə müdaxiləsini təsdiq etdi
ABŞ Senatının Komitəsi bildirib ki, onun üzvləri Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsi barədə konsensusa gəliblər, lakin Moskva və Trump-ın seçki kampaniyası komandası arasında sövdələşməyə dair iddialar hələ araşdırılır.
Senatın Kəşfiyyat Komitəsinin başçısı, respublikaçı Richard Burr oktyabrın 4-də Vaşinqtonda deyib ki, komitə “hər hansı sövdələşmənin olduğuna dair sübutların mövcudluğuna dair dəlillərin axtarışını davam etdirir, lakin hələlik qərar qəbul edilməyib”.Muxalifet - 5-10-2017
Dini təhqir edənləri bu cəza gözləyir – EKSPERT
Dinlə bağlı neqativ rəy dedikdə tənqidi, satirik və təhqiredici rəylər nəzərdə tuturuq. Bunlar informasiyanın keyfiyyətçə məzmunu baxımından qoyulan meyarlardır.
Bu sözləri hüquqşunas Fərhad Mehdiyev sosial şəbəkələrdə dini təhqir edənlərin cəzası haqqında danışarkən qeyd edib. O bildirib ki, fikirləri qanuni, əxlaqi, etik, milli mentalitet kimi dörd meyar baxımından qiymətləndirmək olar:Muxalifet2 - 5-10-2017
Pakistanda məbəddə partlayış - 12 ÖLÜ
Pakistanın qərbindəki Bəlucistan əyalətində məbəddə partlayış baş verib.
Trend-in məlumatına görə, intiharçı terrorçunun törətdiyi partlayış nəticəsində azı 12 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Məlumata görə, terrorçu partlayıcı maddə ilə məbədə daxil olmağa çalışıb. Lakin polislər onu dayandırarkən özünü partladıb.
Partlayış nəticəsində itkilərin sayının arta biləcəyi istisna olunmur.Muxalifet2 - 5-10-2017
İspaniya Konstitusiya Məhkəməsi Kataloniyanın müstəqillik “sevda”sını dəfn etdi
İspaniyanın Konstitusiya Məhkəməsi yeni qərar qəbul edib.
Məhkəmə Kataloniya parlamentinin gələn həftənin bazar ertəsi keçirəcəyi müstəqillik sessiyasını ləğv edib.
Qeyd edək ki, Kataloniya parlamenti həftənin bazar errtəsi iclas keçirərək müstəqilliyini elan edəcəkdi./olke.azMuxalifet - 5-10-2017