Donald Tramp tezliklə İran nüvə razılaşması haqqında qərarını verəcək

ABŞ rəsmiləri bildiriblər ki, prezident Donald Tramp gələn həftə İran nüvə razılaşması haqqında çıxış edəcək. Güman edilir ki, bu çıxışda prezident Tramp ABŞ-ın 2015-ci ildə İran və dünya ölkələri arasında imzalanmış nüvə razılaşmasına sadiq qalıb-qalmayacağı haqqında qərarını verəcək.
Tramp oktyabrın ayının 15-inə qədər Konqresə İranın yeddi ölkənin imzaladığı sazişə əməl edəcəyinə və bunun ABŞ maraqlarına xidmət göstərəcəyinə dair münasibət bildirməlidir.
Dövlət katibi Reks Tillerson bildirib ki, o prezident Trumpa müqavilə ilə əlaqədar bir çox variant təklif edəcək. Lakin dövlət katibi variantlar haqqında məlumatları verməyi rədd edib.
Keçən ay Birləşmiş Millətlər Təşkilatında etdiyi çıxışında Donald Tramp müqaviləni ABŞ-ın imza atdığı ən pis və birtərəfli müqavilə olduğunu bildirmişdi.
Tramps sələfi olduğu Barak Obamanın xarici siyasətinin uğuru kimi gördüyü müqaviləni sərt şəkildə tənqid edir ("amerikaninsesi").