Axtarış

The search found 105785 results in 0.024 seconds.

Search results

  1. Bakıda avtomobillər UCUZLAŞDI

    Sentyabr ayı ərzində həm ənənəvi avtomobil bazarındakı satışda, həm də “online” avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub. 
    Bu barədə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib. 
    V.Hüseynov bildirib ki, hava şəraitinin kəskin dəyişməsi maşın bazarına da təsirsiz ötüşməyb: “Maşın bazarının aktiv iştirakçıları passiv iştirakçılara çevrilib”.
     Ekspert bildirib ki, satış qiyməti 20 min manata qədər olan işlənmiş avtomobillərdə qiymətlər təqribən 8-10 % aşağı düşüb, bahalı avtomobillərin qiymətində isə elə də dəyişiklik olmayıb. 

    Muxalifet2 - 5-10-2017

  2. Ustalar ev sahibəsini döyüblər - MAŞTAĞADA

    Bakının Sabunçu rayonunda gənc qız evdə işləyən ustalar tərəfindən döyülüb.
     
    Maştağa qəsəbəsinin Nizami küçəsində yerləşən fərdi yaşayış evinin sahibəsi 29 yaşlı Hüseynova Oksana Ağabəy qızı orada işləyən ustalarla mübahisə edib.
    Nəticədə qadın bir neçə nəfər tərəfindən döyülüb. O, başından açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı Sabunçu RPİ-nin 14-cü Polis bölməsi tərəfindən araşdırmalara başlanılıb.

    Muxalifet - 5-10-2017

  3. ​Bakıda yeniyetmə qızı AVTOMOBİL VURDU

     Bakının Sabunçu rayonunda yeniyetmə qızı avtomobil vurub.
    "Report" xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, 2002-ci il təvəllüdlü Quliyeva Maya Osman qızı yolu keçmək istəyən zaman baş verib.
    Onu "90-VF-009" dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobil vurub. Sürücünün köməkliyi ilə yaralı xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı hadisəni törədən sürücünün izahatı alınıb.

    Muxalifet2 - 5-10-2017

  4. Bu gün Millimiz Çexiya yığması ilə qarşılaşacaq

    Bakı Olimpiya Stadionunda baş tutacaq görüş milli üçün xüsusi önəm daşıyır
     
    Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti rəsmi matçına çıxacaq.
    Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv 2018-ci il dünya çempionatının seçmə mərhələsinin IX turu çərçivəsində Çexiya yığmasını qəbul edəcək.

    Muxalifet - 5-10-2017

  5. 34 yaşlı kişini maşın vurub: SÜRÜCÜ QAÇIB

    Yaralını xəstəxanaya taksi sürücüsü aparıb
     
    Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    34 yaşlı Qarakişiyev Rauf Əvəz oğlu 2-ci Zabrat qəsəbəsində
    yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.
    Kişinin xəsarət aldığını görən maşının sürücüsü ərazidən uzaqlaşıb. Yaralı taksi sürücüsünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
    Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır./report

    Muxalifet - 5-10-2017

  6. “Ermənistana mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz” – Prezident

    "Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz. Onlar əraziləri işğal etməklə yanaşı, etnik təmizləmə aparıb və işğal olunmuş əraziləri viran ediblər. Bütün bunlardan sonra onlar danışıqların bərpası üçün hələ şərtlər də irəli sürürlər.

    Muxalifet - 5-10-2017

  7. ​Şiə qüvvələri hücuma qoşuldu: Havicə tam azad edildi - FOTO

    İraqın birləşmiş qüvvələri Havicənin İŞİD-dən tam azad olunduğunu elan ediblər. İraq bayraqları həmin ərazidəki binalarda qaldırılıb.
    Bu haqda məlumatı Axar.az-a İraq Jurnalistlər Birliyinin üzvü Murtda Faysll verib.
    Qeyd edək ki, hücum əməliyyatı dünən başlamışdı. Faysll ötən gün verdiyi məlumatda birgə təhlükəsizlik qüvvələrinin - İraq ordusu, polis və Haşd əl-Şabi (şiə hərbi qüvvəsi) Havicəyə daxil olmağa başladığını və rayonun mərkəzinə doğru uğurla irəlilədiyini bildirmişdi.

    Muxalifet2 - 5-10-2017

  8. "Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək" – İlham Əliyev

    Həyatımızda heç nə dəyişməyəcək
     

    Muxalifet - 5-10-2017

  9. Bərə aşdı: çox sayda ÖLƏNLƏR VAR

    Nigeriyada dəhşətli hadisə baş verib.
    Ölkənin şimal-qərb hissəsində yerləşən Niger çayında bərənin aşması nəticəsində 22 nəfər həyatını itirib.
    İlkin məlumatlara görə, qəzaya bərənin həddən artıq yüksəlib ağaca çırpılması səbəb olub.
    Hadisə yerinə cəlb olunan xilasedici və tibbi briqada 7 nəfəri xilas edib.

    Muxalifet2 - 5-10-2017

  10. Yeni həmsədr Qarabağa gəldi

    ABŞ-ın ATƏT-in Minsk qrupundakı yeni həmsədri Endryu Şofer Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
    Report xəbər verir ki, o, separatçı rejimin başçısı Bako Saakyanla görüşüb.
    Amerikalı həmsədr bölgədəki vəziyyətlə tanış olub.
    Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, oktyabrın7 -də isə Bakıda rəsmi görüşəcəklər. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sərkisyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir.

    Muxalifet2 - 5-10-2017

  11. ​Rusiya hərəkətə keçir: Patruşevin Bakı səfəri...

    Nikolay Patruşevin Bakı səfəri göstərdi ki, iki ölkə arasındakı münasibətlərdə çox etibarlı dəhlizlər mövcuddur və onların fəaliyyətinə böyük ehtiyac var.
    Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya səfəri ilə bağlı danışan politoloq Tofiq Abbasov deyib. O bildirib ki, səfər haqqında çox lakonik məlumatlar yayılsa da, təhlükəsizliyin güclənməsi məsələsi ön planda olub:

    Muxalifet2 - 5-10-2017

  12. İŞİD-in yaradılmasında ABŞ-İsrail -Bərzani İŞBİRLİYİ - ŞOK TƏFƏRRÜAT

     İraq kəşfiyyatının imzasını daşıyan 2001 tarixli bir sənədə görə, İŞİD-in nüvə strukturu olan "Tövhid və Cihad" təşkilatını MKİ və Mossad kəşfiyyatı yaradıb.
     
    Muxalifet.az bildirir ki, bu barədə Türkiyə KİV-i yazıb.
     
    ABŞ-İsrail qurdu, Bərzani dəstək verdi
     

    Muxalifet - 5-10-2017

  13. ​Lənkəran və Astarada evləri su basıb - 367 nəfər TƏXLİYƏ OLUNDU

    Son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub.
    Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artıb.

    Muxalifet2 - 5-10-2017

  14. ​Son üç gündə yol qəzalarında 8 NƏFƏR ÖLDÜ

    Kamran Əliyev: “Qəzaların əksəriyyətini avtomobillərin toqquşması və piyadaların vurulması təşkil edib”
    Son üç gündə Azərbaycanda 23 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
    O bildirib ki, yağışlı günlərdə - 2-4 oktyabr tarixlərində ölkə yollarında baş vermiş qəzalar zamanı 8 nəfər ölüb, 34 nəfər yaralanıb.

    Muxalifet2 - 5-10-2017

  15. ​Abşeron sakini özünü asaraq İNTİHAR ETDİ

    Hadisə rayonun Saray Bağları deyilən ərazisində baş verib
    Abşeron sakini özünü asaraq inthar edib.
    "Report"un məlumatına görə, hadisə rayonun Saray Bağları deyilən ərazisində baş verib.
    Abşeron rayon sakini, 1964-cu il təvəllüdlü Elşən Mahmud oğlu Məmmədov yaşadığı evdə özünü asaraq intihar edib.
    Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.

    Muxalifet2 - 5-10-2017

  16. ​7 müəllim yığışıb bir dərslik yazıb, o da səhv – FOTO

    Məktəblilərə yol hərəkəti qaydalarını öyrədən dərslikdə kobud səhvlər qeydə alınıb. Dərslik aşağı sinif sagirdlərinə yol hərəkəti haqqında yanlış bilgilər verir.
    Bu fikirlərlə “Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qeyd edib. Ekspert 3-cü sniflər üçün nəzərdə tutulmuş “Qiymətləndirmə” kitabının müəlliflərini tənqid edərək bildirib ki, uşaqları yanlış istiqamətdə məlumatlamndırmaq təhlükəlidir:

    Muxalifet2 - 5-10-2017

  17. ​Şimali Koreyadan NÜVƏ TƏHLÜKƏSİ: 2 milyon insan öləcək, 7.7 milyon şikəst qalacaq

    Şimali Koreyanın Seul və Tokio şəhərlərinə mümkün nüvə zərbəsindən sonra 2 milyondan çox insanın həlak olacağı bildirilir.
    Belə qənaətə Koreya Xalq Demokratik Respublikasının vəziyyətini daim analiz edərək ixtisaslaşmış “38 North” təşkilatı gəlib.

    Muxalifet2 - 5-10-2017

  18. “Bu saxta gününlə öyün, müəllim!” – MÜƏLLİMLƏR GÜNÜ BARƏDƏ BİR NEÇƏ MİSRA

    Şair-publisist Heydər Oğuzun Müəllimlər Gününə həsr etdiyi şeiri Muxalifet.az-ın oxucularına təqdim edirik:
     
     
    Duydum, bayramındır bu gün, müəllim!
     
    Məgər ki, sənin də bir günün varmış.
     
    Bu saxta gününlə öyün, müəllim!
     
    Təqvimdə xoş sədan, xoş ünün varmış.
     
     
     
    Nə olsun, tapılmır süfrəndə çörək?
     
    Günü-güzaranı unut bu gecə.
     

    Muxalifet3 - 5-10-2017

  19. ​Məxfi razılaşma: Putin krala 3 milyardlıq silah satır

    Rusiya Səudiyyə Ərəbistanına S-400 zenit raket komplekslərini sata bilər.
    Bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Qəzet artıq Kremlin Səudiyyə kralı ilə imzalanması üçün 3 milyard dollarlıq silah müqaviləsi hazırladığını bildirib.
    Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səud Moskvaya gəlib. O, oktyabrın 7-nə qədər Moskvada olacaq.

    Muxalifet2 - 5-10-2017

  20. Qadın sevgilisini bıçaqladı - ​BAKIDA

    Bakıda bıçaqlanma hadisəsi baş verib.
    APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Bakı şəhər sakini Könül Azər qızı Abdullayeva qeyri-rəsmi nikah münasibətlərində olduğu Ramil Orucovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 5-10-2017

Pages