Axtarış
The search found 105785 results in 0.022 seconds.
Search results
Azərbaycan yığmasından növbəti uğursuzluq
Futbol üzrə Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda Çexiya yığmasını qəbul edib.
Muxalifet.az-ın xəbərinə görə, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 35-ci dəqiqədə Yan Kopiç açıb. İkinci hissənin əvvəllərində hakim Çexiyanın qapısına 11 metrlik zərbə təyin edib. Əfran İsmayılov hədəfdən yayınmayıb. 66-cı dəqiqədə isə Antonin Barak Çexiyanın qələbə qolunu vurub.Muxalifet2 - 5-10-2017
Tarixi dönəmə qədəm qoyduq - Səudiyyə
Moskva ilə Ər-Riyad arasındakı əlaqələr tarixi dönəmə qədəm qoyur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cubeyr deyib.
“İki ölkə arasında əlaqələr rəsmi səviyyəyə gəldi. Proseslərdə bütün dövlət qurumları yer alır. İnvestisiya sahəsində əməkdaşlıq artırıldı və güclənməyə davam edir. Bütün sahələrlə bağlı fikir mübadiləsi aparılır”, - nazir bildirib.
Qeyd edək ki, bu gün Səudiyyə kralı Salman bin Əbdüləzizlə Rusiya lideri Vladimir Putin arasında görüş keçirilib.
Muxalifet2 - 5-10-2017
AFFA İcraiyyə Komitəsinin iclası keçirildi – QƏRARLAR
Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
Muxalifet2 - 5-10-2017
"Komandadan razıyam" : Robert Prosineçki
“Bizi çətin oyun gözlədiyini demişdim. Bu gün bunun bir daha şahidi olduq”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.Muxalifet2 - 5-10-2017
Российский «дым» и иранский «огонь»
«Нет дыма без огня», данное выражение можно использовать применительно к политике, в частности, в отношении частых разговоров о российско-иранском конфликте, который может произойти или уже начался в Сирии.
Гибель старшего военного советника российской группировки войск в Сирии Валерия Асапова несколько дней тому назад, является одним из признаков конфликта между российской и иранской сторонами.Muxalifet3 - 5-10-2017
Masazırda məcburi köçkünlərə yeni mənzillər verildi – FOTO
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib.
Muxalifet2 - 5-10-2017
“Muğam axşamları” layihəsi çərçivəsində yeni konsertlər keçiriləcək
Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” möhtəşəm layihəsi çərçivəsində yeni konsertlər keçiriləcək.
Muxalifet2 - 5-10-2017
"Rusiya bu qruplaşmanın sonunu yaxınlaşdırır" - Korotçenko
"Rusiya Hərbi Hava Qüvvələrinin Suriyada Fəth əl-Şama vurduğu zərbə bu qruplaşmanın sonunu yaxınlaşdıracaq".
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın “Milli Müdafiə” nəşrinin baş redaktoru İqor Korotçenko deyib.
“Suriyada terror qruplaşmalarının ehtiyat bazalarının məhv edilməsi onlara ağır zərbədir. Fəth əl-Şam qruplaşmasının silah anbarının məhv edilməsi isə qruplaşmanın sonunu daha da yaxınlaşdırır”, - Korotçenko əlavə edib.Muxalifet2 - 5-10-2017
Rövnəq Abdullayev Prosineçkinin millidəki taleyindən danışdı
Oyunu gördünüz də? Uduzmaq heç vaxt sevindirici ola bilməz. Ona görə məyusam.
Muxalifet.az-ın xəbərinə görə, bunu Report-a açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya yığmasına 1:2 hesabı ilə uduzduğu görüşdən sonra deyib.
O, bildirib ki, yığmanın baş məşqçisi Robert Prosineçkinin postunda qalıb-qalmayacağı ilə bağlı cari seçmə mərhələ başa çatdıqdan sonra qərar veriləcək.Muxalifet2 - 5-10-2017
Qara çay arıqlamağa kömək edir
"The Independent" yazır ki, yeni araşdırmaya görə qara çay içmək artıq çəkinin atılmasında və metabolizmin yaxşılaşmasında böyük rol oynayır.
European Journal of Nutrition jurnalında dərc edilmiş araşdırmaya görə qara çay bağırsaqlarda "yaxşı bakteriyaların" artmasına kömək edir və qara ciyərin metabolizmini yaxşılaşdırır.
Muxalifet.az BBC-yə istinadən bildirir ki, California Universitetinin alimləri onların bu nəticəyə gəlməsinə imkan verən təcrübələri siçanlar üzərində aparıblar.Muxalifet2 - 5-10-2017
Asfalt yolda getməyən maşın icad olundu – VİDEO
Rusiya yeni ZVM-2901 yüksək keçid imkanlarına malik, vintli-özügedən nəqliyyat vasitəsini Nijni Novqorod vilayətinin bataqlıq bölgəsində sınaqdan keçirib.
Qeyd edək ki, bu avtomobillər 1970-ci ildə SSRİ zamanında hazırlanıb və indi daha da modernləşdirilib. Avtomobil Xizəkli-tırtıllı avtomobillər (ZVM) zavodu tərəfindən bərpa olunub. Zavodun direktoru Aleksey Anikin bildirib ki, biz fəxr edirik təxminən 30 illik fasilədən sonra bu avtomobillərin istehsalını yenidən bərpa edə bilmişik.
Muxalifet2 - 5-10-2017
Qonşu ilə bir evdə yaşayan əməkdar artist: "Bəlkə elə ömrümə az qalıb?" - FOTO
50-dən artıq filmə çəkilən, 20 filmin rejissoru , milli kinomuzun sevilən aktyoru, əməkdar artist, "Yeddi oğul istərəm"in Cəlalı Ənvər Həsənov hələ də 35 kvadratlıq kommunal mənzildə yaşayır.
Muxalifet2 - 5-10-2017
Rusiyada neft emalı zavodunda yanğın olub, ölənlər var
Rusiyanın Nijeqorod vilayətində fəaliyyət göstərən neft emalı zavodunda baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.
Muxalifet.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, insident Kstovo şəhərində baş verib.
“Dörd nəfər ölüb. Onlar işləri həyata keçirən podratçı təşkilatın əməkdaşları olub”, - deyə Kstovo rayon administrasiyasından bildirilib.
Məlumata görə, yanğının ikinci rezervuara yayılmasının qarşısı alınıb.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Muxalifet2 - 5-10-2017
"Toyota" avtomobilləri geri çağırıb
"Toyota Motor" şirkəti Rusiyada 323 ədəd "Hilux" avtomobilini geri çağırıb.
Muxalifet.az-ın məlumatına görə, bu qərar avtomobillərin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2010-cu ilin dekabrından 2011-ci ilin dekabrınadək Rusiyada satılmış pikap modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.
Muxalifet2 - 5-10-2017
Azərbaycan neftinin SON QİYMƏTİ
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 4-də 57,92 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,13 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 4-də 57,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.Muxalifet2 - 5-10-2017
Kür çayında suyun səviyyəsi 1 metr qalxıb
Son günlər ölkə ərazisində yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin qalxmasına səbəb olub.
Muxalifet.az-ın Report-a istinadən məlumatına görə, artım daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur.
Belə ki, sentyabrın 29-dan oktyabrın 5-nə kimi çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə artaraq 1 metrə çatıb.Muxalifet2 - 5-10-2017
Polşa yığması erməniləri darmadağın etdi
2018-ci il Dünya Çempionatının seçmə mərhələsində, 9-cu turda E qrupunda Ermənistan yığması İrəvanda, “Respublika” stadionunda Polşa millisi ilə qarşlaşıb.
Muxalifet.az xəbər verir ki, polşalılar erməni millisini 6:1 hesabı ilə darmadağın ediblər.
Polşa yığmasında het-treki “Bavari”yanın hücumçusu Robert Levandovski edib. Kamil Qrositski, Yakub Blaşikovski və Faral Volski hərəyə bir dəfə fərqləniblər.
Yalnız 39-cu dəqiqədə Ohanes Ambarsumyanın qolu ilə Ermənistan qolsuz darmadağndan yaxa qurtarıb.Muxalifet2 - 5-10-2017
Gecələr kabus görənlərə, narahat yatanlara – Sirkəli su resepti
Otaqların küncünə sirkəli su qoymaq sağlamlığa xeyirdir.
Muxalifet.az xəbər verir ki, gecə narahat yatanlar, səhər yorğun oyananlar, gecələr kabus görənlər, evdə və özündə neqativ enerji hiss edənlər bu qədim üsuldan istifadə edə bilərlər.
Hazırlanma qaydası:
1 çay qaşığı duz yarım stəkan sirkədə həll olunur, üzərinə stəkan dolana kimi su alınır. Bu qarışıq qonaq və yataq otağında, xüsusən çarpayının yanına qoyulur.
Stəkanda su azaldıqca üzərini doldurmaq lazımdır.Muxalifet2 - 5-10-2017
Türkiyədən açıqlama: İranla mövqeyimiz...
İraq Kürd Muxtariyyətinin referendumu məsələsində Türkiyə ilə İranın mövqeyi üst-üstə düşür.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Kürdüstan administrasiyasının geri addım atması üçün hələ vaxt verilməyib. Vaxt verilməsi üçün Kürdüstana qarşı atılacaq addımların koordinasiyası lazımdır. İraq hakimiyyəti ilə razılaşdırılmalıdır. Bu mənada İraq hökumətinin atdığı addımlar bizim üçün önəmli mahiyyət kəsb edəcək”, - XİN rəhbəri bildirib.Muxalifet2 - 5-10-2017
İki bacını avtomobil vurdu - MƏRDƏKANDA
Bakının Xəzər rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet2 - 5-10-2017