Axtarış

The search found 105785 results in 0.019 seconds.

Search results

  1. Paytaxtda mənzildə MEYİT TAPILDI

    Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
     Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün hadisə yerinə cəlb olunublar. 1970-ci il təvəllüdlü Bağırov Elçin Vəli oğlunun meyiti xilasedicilər tərəfindən mənzildə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​

    Muxalifet2 - 5-10-2017

  2. ​Efir məkanında yeni kanal: sabahdan…

    Azərbaycanın ilk musiqili internet televiziyası olan Muz TV Azərbaycan peyk yayımına başlayır.
    Axar.az xəbər verir ki, məlumatı telekanalın mətbuat xidməti yayıb. Televiziyayla “Azərkosmos” arasında əldə olunmuş razılığa əsasən, kanal sabahdan etibarən “Azərspeys-1” (“Azerspace-1”) peyki vasitəsilə 13975 V/11174,4 H tezliyi ilə yayımlanacaq.
    Xatırladaq ki, Muz TV 11 may 2012-ci il tarixindən yayıma başlayıb və musiqi mədəniyyətinin təbliği istiqamətində ixtisaslaşıb.

    Muxalifet2 - 5-10-2017

  3. ​Kazan sakini "telefon terrorçuları"nın hücum alqoritmini çözdü

    Rusiyanı ictimai yerlərdə qoyulmuş partlayıcı qurğular haqda anonim zənglər üzrə təxliyyələrin yeni dalğası gözləyir.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, belə proqnozla Kazan şəhərinin 21 yaşlı sakini Svyatoqor Osinin çıxış edib. Osinin iddia edir ki, o, "telefon terrorçuları"nın hərəkət trayektoriyasının alqoritmini çözməyi bacarıb.

    Muxalifet2 - 5-10-2017

  4. Cahangir Hacıyev “kars”a niyə salınıb? - Vəkilindən açıqlama

     “Azərbaycan Beynəlxalq Bankı”nın həbsdə olan sabiq sədri Cahangir Hacıyevin vəkili müvəkkilinin daxili nizam-intizam qaydalarını pozduğu üçün “kars”a salınması barədə Penitensiar Xidmətin açıqlamasına münasibət bildirib.
     

    Muxalifet - 5-10-2017

  5. Azərbaycanlı Estoniyada şəhərin MERİ OLMAQ İSTƏYİR

    Estoniyada azərbaycanlı keçmiş nazir və deputat, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Eldar Əfəndiyev Narva şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb.
     
    AAK prezidenti Sahil Qasımov bildirib ki, artıq onun namizədliyi qeydə alınıb.
    Şəhər meri uğrunda seçkilər oktyabrın 15-də keçiriləcək.

    Muxalifet - 5-10-2017

  6. Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

    Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.
    İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yapon əsilli ingilis yazıçısı Kasuqo İsoquro layiq görülüb.
    Qeyd edək ki, mükafatın məbləği 1 milyon dollardır.

    Muxalifet2 - 5-10-2017

  7. Azərbaycanda maaş və pensiyalar artırılacaq

    “2018-ci ildə əmək haqqı və pensiyalarda artımlar gözlənilir” 
    Bunu AzVision.az-a iqtisadçı-deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə, bir o qədər də vəsait sosial xərclərə (əmək haqqı, pensiya, sosial müavinət və s.) ayrılıb. 

    Muxalifet2 - 5-10-2017

  8. Saakaşvili tərədarlarının istəyi baş tutdu - Kliçko mitinqçilərin yanına getdi/ FOTO

    Bu gün Ukrayna müxalifətinin – Saakaşvili tərəfdarlarının Kiyev meriyası önündə keçirdiyi mitinq öz müsbət nəticəsini verib.
     
    Şəhər meri Vitali Kliçko etirazçıların arasına gəlib, onlarla səmimi söhbətlər aparıb. Qərara gəlinib ki, etirazçıların 11 nəfərdən ibarət heyəti Meriyada qəbul ediləcək. Onların tələbləri dinləniləndən sonra müəyyən dəyişikliklər barədə qərarlar qəbul ediləcək.

    Muxalifet - 5-10-2017

  9. Erməni qiyamının qarşısı alındı - GÜRCÜSTANDA

    Rəsmi Tiflis Ermənistanın Gürcüstana səfir təyin etmək istədiyi erməni politoloq, Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın namizədliyini təsdiq etməyib. 
    Bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində yer alıb. Mərkəz bildirir ki, bunun iki səbəbi var: 
    “Birincisi, Gürcüstanda doğulan Minasyan bu ölkədə erməni separatizminə dəstək verib, hətta deyib ki, Rusiya erməniləri qorumaq üçün Gürcüstana müdaxilə etməlidir. Minsanyan bildirib ki, Gürcüstanda yaşayan ermənilər heç vaxt Gürcüstanı özlərinə vətən hesab etməyiblər. 

    Muxalifet2 - 5-10-2017

  10. ​Putin Səudiyyə kralı ilə görüşdü

    Kremldə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səudla Rusiya Prezidenti Vladimir Putinin görüşü başlayıb.
    Görüş Kremlin Andreyevski zalında keçirilib.
    Geniş tərkibdə başlayan görüşə hər iki ölkənin xarici işlər və energetika nazirləri də qatılıb.
    Daha sonra hər iki lider təkbaşına görüşüblər. 

    Muxalifet2 - 5-10-2017

  11. Terrorçuları maliyyələşdirən 73 nəfər aşkar edildi

    “Bu il MDB dövlətlərinin maliyyə-kəşfiyyat bölmələri ilə birgə həyata keçirilmiş əməliyyat nəticəsində terrorçuluğun maliyyələşdirilməsində iştirak edən 73 şəxs aşkarlanıb”. 
    Bunu MDB dövlətlərin Antiterror Mərkəzinin rəhbəri, polis general-polkovniki Andrey Novikov “Ria Novosti”-yə müsahibəsində deyib. O, qeyd edib ki, cari ildə terrorizmə görə axtarışda olan, lakin başqa əməllərə görə cəza çəkən 17 nəfər müəyyən edilib: 

    Muxalifet2 - 5-10-2017

  12. Meriyadan Milli Şuraya MİTİNQ CAVABI

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 7-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
    Publika.az xəbər verir ki, BŞİH Milli Şuraya mitinq keçirmək icazəsi verib.
    Qeyd edək ki, Milli Şura oktyabrın 7-də “Məhsul” stadionunda mitinq keçirəcək. 

    Muxalifet2 - 5-10-2017

  13. ​Nazirdən pensiyalarla bağlı açıqlama: İlin sonunadək...

    Əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi ilə bağlı layihə ilin sonunadək Prezident Administrasiyasına təqdim olunacaq.
    Bunu Report-a açıqlamasında İstanbulda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

    Muxalifet2 - 5-10-2017

  14. Reket redaktorun şok əməlləri - Məmurların adı keçir...

    Bakı Ağır Cinayətlər Məhkəməsində bir qrup vətəndaşı SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən, özünü “Ata yolu” qəzetinin baş redaktoru kimi təqdim edən Samirə Nəsirova cinayət işi üzrə məhkəmə prosesi keçirilir. 
    “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə baxış iclası keçirilib. 

    Muxalifet2 - 5-10-2017

  15. "Bu türkiyəlilər haqda Bakının həbs qərarı…" - İlhan Esen

    Dağlıq Qarabağ Ermənistan tərəfindən qanunsuz və haqsız olaraq işğal edilmiş qardaş Azərbaycan torpağıdır. Ora səyahət edə bilmək üçün mütləq Azərbaycanın razılığının olması şərtdir. 
    Bu sözləri Skandinaviya Türk Federasiyasının başqanı İlhan Esen bildirib. 
    Federasiya rəhbəri qeyd edib ki, Azərbaycanın razılığı olmadan ermənilərin qanunsuz nəzarəti altında olan torpaqlara səyahət etmək, ermənilərlə iş birliyində olmaq qardaş Azərbaycanın, Türkiyənin milli siyasəti və milli maraqlarının əleyhinə çıxmaq deməkdir: 

    Muxalifet2 - 5-10-2017

  16. Erməni diasporu Kuznetsovu TUTDURA BİLMƏDİ

    Rusiya İstintaq Komitəsi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran tarixçi-alim, elmi araşdırmaların müəllifi Oleq Kuznetsova qarşı cinayət işi açmaqdan imtina edib.
     

    Muxalifet - 5-10-2017

  17. ABŞ konqresmenləri Qarabağa qanunsuz səfərdən imtina ediblər

    ABŞ konqresinin nümayəndələr palatasının üzvləri, konqresmenlər Frenk Palon, Zeki Spir, Anna Eşun, Tulsi Qebrrd, Zim Sensenbrener və Delvid Valadeon sentyabrın 17-də Ermənistanda səfərdə olublar.
     
    Erməni KİV-ləri xəbər verir ki, konqresmenlərdən ikisi Spir və Eşunun erməni mənşəli olduğu bildirilib.
    Konqresmenlərin ABŞ-a qayıtmasından sonra səfərlə yeni detallar ortaya çıxıb.

    Muxalifet - 5-10-2017

  18. Almaniya müdafiə nazirini Qafqaza göndərdi – İlk dəfə

    Almaniyanın Müdafiə naziri Ursula fon der Lyayen Gürcüstana səfər edib. 
    Tiflisdə Lyayen gürcü həmkarı Levon İzoriya ilə görüşüb. Görüş zamanı Lyayen Gürcüstana Əfqanıstandakı fəaliyyətinə görə təşəkkür edib. 
    Qeyd edək ki, Lyayen Gürcüstana səfər edən ilk Almaniya müdafiə naziridir.

    Muxalifet2 - 5-10-2017

  19. ​Belqrad görüşü: Ukraynanın taleyi həll edilir

    ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker oktyabrın 7-də Belqradda Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla Minsk müqaviləsinin yerinə yetirilməsinin və Ukraynanın ərazi bütövlüyünün bərpasının müzakirəsi üçün görüş keçirəcək.
    Axar.az xəbər verir ki, bu barədə məlumatı Kurt Volker öz Tvitter hesabında paylaşıb.
    “Rusiyalı həmkarımla oktyabrın 7-də Belqradda görüşəcəyəm. Əsas müzakirə olunacaq məsələ isə Ukraynanın ərazi bütövlüyünün bərpasıdır”, – deyə o bildirib.

    Muxalifet2 - 5-10-2017

  20. ​Yeni qasırğa gəlir - "Neyt"...

    Nikaraqua sahillərində “Neyt” tropik qasırğası formalaşıb.
    Yaxın günlərdə Nikaraquada və Mərkəzi Amerikanın digər rayonlarında şiddətli yağıntılar gözlənilir.
    Daşqınlaırn ola biləcəyi də istisna edilmir.
    Hazırda qasırğanın mərkəzində küləyin sürəti saatda 63 kilometrə çatır.
    Qasırğanın şimal-qərb istiqamətində hərəkət etdiyi barədə məlumat verilib.

    Muxalifet2 - 5-10-2017

Pages