Axtarış
The search found 105785 results in 0.033 seconds.
Search results
Məktəb, yoxsa tələbəlik illəri - Bakı sakinləri üçün ən gözəl dönəm hansıdır? - SORĞU
Hər il oktyabr ayının 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlərlə yanaşı, onların keçmiş şagird və tələbələri də xoş xatirələrə dalır, bir anlıq da olsa, hər kəs təhsil aldığı illərə geri dönür. Kimsə ilk dəfə məktəbə getməyini, kimsə tələbə adını qazandığı günü təhsil illərinin ən önəmli anı sayır. Bəs, görəsən, Bakı sakinləri hansını daha çox sevir - məktəb, yoxsa tələbəlik illərini?
Muxalifet.az "ACT Azərbaycan"nın bu mövzuda keçirdiyi sorğunun nəticələrini təqdim edir.Muxalifet2 - 5-10-2017
Çayın ortasında 2 gün köməksiz qalan qadın xilas edildi
Lənkəranda çayın ortasında köməksiz vəziyyətdə qalan qadın xilas edilib.
Lənkəran çayının daşması nəticəsində Rvo kəndindəki evlərdən birinin bir hissəsini su yuyaraq aparıb.
Ev sahibi orada yaşamadığından evə nəzarət edən Rvo kənd sakini, 1978-ci il təvəllüdlü Təranə Balaş qızı Muxtarova orada köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc axtarış qrupu göndərilib. İki gün köməksiz vəziyyətdə qalan T. Muxtarova xilas edilib. (apa)Muxalifet - 5-10-2017
Müsəlmanlara terrorçu dedi, tacsız qaldı - FOTO
Myanmanın on doqquz yaşlı gözəllik kraliçası müsəlman rohingya döyüşçülərini terrorda ittiham etdiyi üçün tacı əlindən alınıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Şvi İn Si ötən həftə feysbukda yayımladığı video çarxda rohingya döyüşçülərini günahsız insanlara qarşı zorakılıq etməkdə günahlandırmışdı.
Yarışmanın təşkilatçıları faktı etiraf etsələr də, bunun həmin video-çarxla əlaqəli olduğunu inkar ediblər.Muxalifet2 - 5-10-2017
1000 İŞİD-çi ABŞ-a təslim oldu
İraqın Kərkük şəhərinin Havice mahalında 1000-dən çox İŞİD terrorçusu təslim olub.
Muxalifət.az xəbər verir ki, bu barədə ABŞ koalisiyasının Birgə Xidmət Qüvvəsinin açıqlamasında deyilib.
“Koalisiya, İraq hökuməti və İraq Silahlı Qüvvələri bu gün Havicədə İŞİD-ə qarşı uğurlu əməliyyatlardan dolayı bayram edir. Əməliyyat 14 gün davam etdi və mindən çox terrorçu təslim oldu”, - bəyanatda bildirilib.
Muxalifet2 - 5-10-2017
Ukrayna parlamentində deputatlar arasında kütləvi dava – VİDEO
Ukraynanın Ali Radasında Donbas barədə qanun layihəsini müzakirəsi zamanı deputatlar arasında dava düşüb.
Muxalifet.az-ın xəbərinə görə, davanın videosunu cümə axşamı, oktyabrın 5-də, “Obozrevatel” portalı dərc edib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bəyan edib ki, dava edən deputatlar qanun layihəsinin müzakirəsinə mane olmaq istəyiblər:
“Hazırda parlamentdə bəzi deputatlar Rusiyanın təcavüzkar kimi tanınması barədə qanunun qəbul edilməsinə mane olmağa çalışırlar”.Muxalifet2 - 5-10-2017
İspaniya Konstitusiya Məhkəməsindən Kataloniya parlamentinə qadağa
İspaniya Konstitusiya Məhkəməsi Kataloniya əyalət parlamentinin oktyabrın 9-da keçirilməsi planlaşdırılan iclasını qadağan edib.
Muxalifet.az xəbər verir ki, bu barədə İspaniya Konstitusiya Məhkəməsi qərar qəbul edib.
Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 9-da müstəqilliyin elan edilməsi ilə bağlı iclas keçirməyi planlaşdırmışdı.
Muxalifet2 - 5-10-2017
Pakistanda terrorçu özünü sufi məbədində partladıb, 18 nəfər ölüb
Pakistanın Belucistan əyalətində terrorçu-kamikadze özünü sufi məbədində partladıb.
Muxalifet.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terror aktı nəticəsində 18 nəfər ölüb, 22 nəfər yaralanıb.
İnsident Cxal Maqsi şəhəri yaxınlığında baş verib. Polis əməkdaşının terrorçunu məbədin girişində saxlamaq cəhdi nəticəsiz olub. Ölənlər arasında polis əməkdaşlarının da olduğu bildirilir.
Muxalifet2 - 5-10-2017
Məktəb radiosu yaradıldı - FOTO
5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseyin radiosu fəaliyyətə başlayıb.
Muxalifet2 - 5-10-2017
İdmançılarımız dünya çempionatında 2 medal qazandı
Azərbaycan idmançıları Kazanda keçirilən uşu üzrə 14-cü dünya çempionatında iki medal qazanıblar.
Muxalifet.az xəbər verir ki, mötəbər yarışda ölkəmiz üç idmançı ilə təmsil olunub. Mundialda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Hətəmov Türkiyə və Şri-Lanka idmançılarına qalib gələrək finala yüksəlib. Sonuncu döyüşdə Çin təmsilçisinə məğlub olan Orxan Hətəmov çempionatı gümüş medalla başa vurub.Muxalifet2 - 5-10-2017
Millimiz hesabı bərabərləşdirdi - YENİLƏNİR
2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan–Çexiya oyunu keçirilir.
Muxalifet2 - 5-10-2017
Bakı üzrə 53 xəritə hazırlanacaq
Bu ilin sonunadək Bakı üzrə 53 bələdiyyənin xəritəsi hazırlanacaq.
Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
Qeyd olunur ki, uçot işi bitmiş 12 rayondan 8-ində rayonların hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. İlin sonuna digər 4 rayonda da (Oğuz, Balakən, Beyləqan və Zaqatala) bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşacaq.Muxalifet2 - 5-10-2017
Araq bilib oğurladılar, su çıxdı - Bakıda qəribə hadisə - VİDEO
Gecə Bakıda kafedən oğurluq olub. Bahalı içkiləri oğurlayan şəxslər maraqlı hadisə ilə üzləşiblər. Həmin içkilərin içəndə butulkalarda spirt yox, su olduğunu görüblər.
Muxalifet2 - 5-10-2017
Türkiyə mühasirəyə alınır - Ərdoğan
Kürdüstana bütün sərhəd-keçid məntəqələri və hava sahəsi qapadılacaq.
Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
“Referendum deyilən olay səbəbdir, nəticə deyildir. Nəticə bundan sonradır. Bir tərəfində İran, şimalında Türkiyə, qərbdə Suriya, cənubda isə İraq. Nə edəcəksən? Haraya gedəcəksən? Yaxın zamanda sərhədlər də bağlanacaq. Hava yolları onsuz da bağlanıb. Ölkəyə necə girib-çıxacaqsan?”, - deyə Ərdoğan kürd lider Bərzaniyə xitabən bildirib.Muxalifet - 5-10-2017
Daim başı ağrıyanların nəzərinə: bu, xəstəlikdir, yoxsa...? - VİDEO
“Baş ağrısı ən çox rast gəlinən şikayətlərdən biridir”.
Muxalifet.az-ın məlumatına görə, bunu APA TV-nin "Öncə sağlıq" proqramında nevroloq, tibb elmləri doktoru, professor Sədaqət Hüseynova deyib.Muxalifet2 - 5-10-2017
Azərbaycanın kərə yağı idxalçıları istehlakçılara müraciət edib
Son günlər ölkə mətbuatında kərə yağının qiyməti ilə bağlı yayılan məlumatlarla əlaqədar Azərbaycanın kərə yağı idxalçıları istehlakçılara müraciət edib.
Muxalifet.az həmin müraciəti təqdim edir:Muxalifet2 - 5-10-2017
Rusiyada erməni iş adamı qətlə yetirildi
Rusiyanın paytaxtı Moskvada erməni iş adamı qətlə yetirilib.
Erməni KİV xəbər verir ki, güllələnərək öldürülən şəxs biznesmen, erməni diaspor təşkilatının sədri Arsen Papazyandır.
Sinəsindən ağır güllə yarası alan Papazyan xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Onun kimlər tərəfindən və hansı səbəbdən güllələnməsi məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./azvision.azMuxalifet - 5-10-2017
Rəşad Sadıqova xatirə hədiyyəsi təqdim edildi
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının heyətində sonuncu - 111-ci oyununa çıxan kapitan Rəşad Sadıqova xatirə hədiyyəsi verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, assosiasiya rəhbəri 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiyaya qarşı vida matçına çıxan 35 yaşlı müdafiəçiyə yığmanın üzərində 111 yazılmış formasını təqdim edib.
Qeyd edək ki, R.Sadıqov millidə ilk oyununu 2001-ci ildə İsveç yığmasına qarşı keçirib.
Muxalifet2 - 5-10-2017
Məşhur boksçu Holifild İlham Əliyevdən danışdı - FOTO/VİDEO
Muxalifet.az Bakıda səfərdə olan məşhur boksçu Evander Holifildin axar.az-a müsahibəsini təqdim edir:- Cənab Holifild, ilk sualım Mayk Taysonla məşhur döyüşünüz haqqında olacaq. Tayson qulağınızdan dişlədikdən sonra siz qulağınızı tutaraq şok halda geri çəkildiniz. Məşqçinizə tərəf getdikdə isə Tayson sizi arxadan yumruqladı və sizə nə isə qışqırdı, səhv etmirəmsə, təhqiramiz sözlər idi. Sizin o anda düşüncələriniz nə idi? Və özünüzü necə cilovladınız?
Muxalifet2 - 5-10-2017
Goranboyda yol qəzası - Xəsarət alanlar var
Goranboy rayonunda yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xan Qərvənd kəndində qeydə alınıb.
Belə ki, yüksək sürətdə hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin digər maşınla toqquşması nəticəsində iki nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı daha iki nəfər isə yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 5-10-2017
Putin prezidentə qəzəbləndi: Əhsən sizə...
Rusiya-Türkiyə iş adamları birliyinin iclasında “Zenit” futbol klubunun prezidenti Sergey Fursenkonun çıxışı Rusiya Prezidenti Vladimir Putini qəzəbləndirib.
Muxalifet.az xəbər verir ki, Fursenko “Zenit” – “Real Sosedad” matçı barədə danışarkən “Futbolumuz dünyada güclənəcək və hər kəs bunu deyəcək: Futbol bir rus oyunudur”.
Putin isə “Zenit” prezidentinin bu çıxışını belə şərh edib:
“Afərin, Sergey! Əsl rus oyunudur futbol! Klubda 8 əcnəbi oynayır, sonra da deyirsiz ki, futbol rus oyunudur. Əhsən sizə!”
Muxalifet2 - 5-10-2017