Axtarış
The search found 105785 results in 0.035 seconds.
Search results
Oktyabrın 6-na manatın MƏZƏNNƏSİ
Oktyabrın 6-na manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 06.10.2017-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7002 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, oktyabrın 5-də də USD/AZN rəsmi məzənnəsi 1,7002 manat təşkil edib.Muxalifet2 - 5-10-2017
ABŞ prezidenti məhşur modelə MƏŞUQƏLİK TƏKLİF EDİB
Amerikalı model və aktrisa Bruk Şields ABŞ prezidenti Donald Tramp barədə qalmaqallı açıqlama verib.
Cazibədar model Tramp ona məşuqəsi olmaq barədə təklif etdiyini deyib.
“Film çəkirdik. Tramp ikinci həyat yoldaşından boşanan kimi mənə zəng vurdu və mənimlə birlikdə olmaq istədiyini dedi: “Biz birlikdə olmalıyıq. Sən Amerikanın sevimli ulduzusan, mən isə ölkənin ən varlı adamıyam. İnsanlar bu cütlüyə heyran qalacaqlar”. Mən də ona dedim ki, sevgilim var və bundan xoşu gəlməyəcək. Trampın təklifini rədd etdim”, - deyə Bruk Şields qeyd edib.Muxalifet - 5-10-2017
Vergilər Nazirliyi haqqında Əsasnamədə dəyişikliklər edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklərə əsasən, Əsasnaməyə aşağıdakı məzmunda 9.9-2-ci, 9.9-3-cü, 9.9-4-cü bəndlər əlavə edilsin:Muxalifet2 - 5-10-2017
Oksford Myanma nazirinə verdiyi ordeni geri aldı – MÜSƏLMAN QƏTLİAMINA GÖRƏ
İngiltərənin Oksford şəhər bələdiyyəsi Myanma Xarici İşlər naziri Aunq San Su Çiyə verilmiş Oksford Azadlıq Ordeninin geri alınması ilə bağlı qərar qəbul edib.
1997-ci ildə təqdim olunmuş nişanın geri alınması ilə bağlı qərar Myanma rəhbərliyinin Arakan müsəlmanlarına qarşı qətliamından sonra qəbul olunub.
Bundan başqa, Aunq San Su Çinin 1964-1967-ci illərdə təhsil aldığı Oksford Universitetindəki portreti də yığışdırılıb.Muxalifet - 5-10-2017
ABŞ Azərbaycanda iqtisadi jurnalistika sahəsində təlim keçib
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) müxtəlif xəbər agentliklərini və nəşrləri təmsil edən 10 azərbaycan jurnalisti üçün iqtisadi jurnalistika sahəsində təlim təşkil edib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirin məqsədi jurnalistlərə yerli və beynəlxalq iqtisadi məlumat bazalarından istifadə, iqtisadi məlumatların yoxlanması, habelə asan oxunan və rəqəmlərə əsaslanan məqalə və reportajların hazırlanması sahəsində təlim keçmək olub.Muxalifet2 - 5-10-2017
Çin "Milan"a yatırılan 200 milyon avronu geri almaq istəyir
Çin hakimiyyəti "Milan"ın sahiblərindən 200 milyon avronu geri tələb edir.
Muxalifet.az xəbər verir ki, oktyabrın 16-da keçiriləcək konqressdə xarici investisiyalara məhdudiyyət qoyulması müzakirə olunacaq.
Bunun nəticəsində "Huarong" və "Haixia" fondları tərəfindən tərəfindən "rossoneri"nin transferlərinə ayrılan vəsaitin geri alınması gündəmə gələ bilər.
Muxalifet2 - 5-10-2017
Rəşad Dağlının həmkarını bıçaqladığı toyun görüntüləri yayıldı - VİDEO
Muxalifet.az xəbər verir ki, bir neçə gün öncə məşhur meyxanaçı Rəşad Dağlının Rüfət Nasosnu kimi tanınan həmkarını bıçaqlaması haqqında mətbuatda məlumat yayılmışdı.
Muxalifet2 - 5-10-2017
Mehriban Əliyeva Ramanada - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva oktyabrın 5-də Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni bina ilə tanış olub.
Muxalifet2 - 5-10-2017
Son 3 ayda yol qəzalarında ölənlərin sayı açıqlandı
Son 3 ayda (iyul, avqust, sentyabr) respublikanın avtomobil yollarında 382 yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, yol qəzalarında 229 nəfər ölüb, 567 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, 2017-ci ilin 6 ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 315 nəfər həlak olub, 832 nəfər yaralanıb.
Muxalifet2 - 5-10-2017
Azərbaycanda kişilər də zorakılığa məruz qalırlar
"Məişət zorakılığı ilə bağlı məlumat bankına toplanmış məlumatların təhlili nəticəsində məlum olub ki, 85,5 faiz qadın zorakılığa məruz qalır”.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin əməkdaşı Aynur Veysəlova deyib.
O bildirib ki, Azərbaycanda kişilər də zorakılığa məruz qalırlar: “Ailə daxilində hər bir insan zorakılığa məruz qala bilir, o cümlədən də kişilər..."Muxalifet2 - 5-10-2017
Bu il 307 hündürmərtəbəli bina qazlaşdırılıb
2017-ci ilin yanvar-sentyabr ayları ərzində "Azəriqaz" İstehsalat Birliyinin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 307 çoxmərtəbəli binanın qazının açılması təmin olunub.
Muxalifet.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu isə ümumilikdə 13249 mənzili əhatə edir.Muxalifet2 - 5-10-2017
Bakıda insan faciəsi: ölümündən xeyli sonra xəbər tutdular
Bu gün Bakı şəhəri, Binəqədi rayonunda evdən meyiti tapılan şəxslə bağlı bəzi məqamlar aydınlaşıb.
Muxalifet2 - 5-10-2017
Ərdoğanın intihardan xilas etdiyi kişi 2 il sonra ... - FOTO
Türkiyənin İstanbul şəhərində intihara cəhd edib özünü körpüdən atmaq istəyən Vəzir Çatraş adlı vətəndaş təsadüfən həmin yoldan keçən prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən xilas edilmişdi.
Muxalifet.az xəbər verir ki, bu hadisədən 2 il sonra V.Çatraş polis tərəfindən saxlanılıb.
Buna səbəb isə həyat yoldaşı ilə münasibəti olan kişini evində boğaraq yandırması olub.
Polisə ifadəsi zamanı işlədiyi cinayəti etiraf edən V.Çatraş cinayəti törədərkən tək olmadığını da bildirib.Muxalifet2 - 5-10-2017
Gürcüstan Patriarxlığı: Erməni Apostol kilsəsi Kumurdo kilsəsinə iddiasının olmadığını bildirib
Gürcüstan Patriarxlığı sentyabrın 30-da Samtsxe-Cavaxeti bölgəsinin Kumurdo kəndində kilsə ərazisində yerli erməni sakinlərin iştirakı ilə baş vermiş insidentlə bağlı bəyanat yayıb.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, insidentlə bağlı bu gün Patriarxlıqda müvafiq dövlət qurumları, gürcü Ortodoks kilsəsi və erməni Apostol kilsəsinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Muxalifet2 - 5-10-2017
Azərbaycanda tərəvəz istehsalı və ixracı xeyli artıb
Muxalifet.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
2017-ci ildə istixanaların inkişafı məqsədilə ölkənin 3 rayonunda fəaliyyət göstərən 3 nəfərə 470 min manat həcmində kredit verilib.
Hesabatda bildirilir ki, müvafiq dəstək tədbirlərinin nəticəsi olaraq 2017-ci ilin birinci yarısı ərzində faraş tərəvəz istehsalının ciddi şəkildə artımı hesabına ümumi tərəvəz istehsalı 41,8 faiz artıb.Muxalifet2 - 5-10-2017
Xəzər İbrahim səfir təyin edildi
Prezident İlham Əliyev Xəzər Zafir oğlu İbrahimin Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
X.İbrahim sentyabrın 12-də NATO yanında Nümayəndəliyin başçısı vəzifəsindən geri çağırılmışdı.Muxalifet - 5-10-2017
Azərbaycandan Avropaya SİYASƏT DƏRSİ
Azərbaycan zaman-zaman Avropa qurumlarının haqsız tənqidləri və qarayaxma kampaniyaları ilə qarşılaşır. Hətta elə vəziyyət yaranıb ki, bu tənqid və kampaniyalar bəzən bir qədər səngiyəndə düşünürsən: “Bəlkə Avropa qurumları “haqqın yolu”na gəlib?” Amma çifayda, çünki mütəmadi olaraq istər Avropa İttifaqı olsun, istər Avropa Şurası, istərsə də Avropa Parlamenti – bir sözlə, adı “Avropa” sözü ilə başlayan əksər qurumların, onların rəhbərlərinin, nümayəndələrinin ikiüzlü siyasətinin (“ikili standartlar”dansa bu ifadə daha da yerinə düşür) şahidi oluruq.
Muxalifet2 - 5-10-2017
12 yaşlı yeniyetmə “Flappy Bird” portativ konsolunu yaradıb – VİDEO
12 yaşlı Savva Osipov atasının Sovet İttifaqı, o cümlədən, həmin dövrdə mövcud olan qacet və texnologiyalar barədə hekayələri ilə böyüyüb.
Muxalifet.az-ın məlumatına görə, onun diqqətini atasının saxladığı “Nu poqodi” oyunu cəlb edib. Bu oyun əsasında Savva “Arduino Nano” əsasında işləyən “Flappy Bird” portativ konsolunu yaradıb.Muxalifet2 - 5-10-2017
Prokuror Gözəl Bayramlı ilə bağlı təqdimat verdi - Açıqlama
AXCP sədrinin müavini Gözəl Bayramlının haqqında seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı prokurorluq məhkəməyə təqdimat göndərib.
Bu barədə Teleqraf.com-a Gözəl Bayramlının vəkili Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, Gözəl Bayramlı barəsindəki həbs qətimkan tədbirinin artırılması barədə baş prokurorun birinci müavini Rüstəm Usubov və müstəntiqn təqdimatı Nəsimi Rayon Məhkəməsinə daxil olub: "Sabah saat 12:00-da Nəsimi rayon məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə verilən təqdimata baxılacaq".
Muxalifet - 5-10-2017
Səudiyyədən S-400 həmləsi: Razılaşma əldə olundu
Səudiyyə kralı Salman bin Əbdüləzizlə Rusiya lideri Vladimir Putin arasında S-400 zenit raket kompleksinin alışı ilə bağlı razılaşma əldə olunub. Muxalifet.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” məlumat yayıb.
Bildirilib ki, Ər-Riyad S-400-lə yanaşı, öz müdafiə sistemini də qurmaq üçün texnologiyalar idxal edəcək.
Qeyd edək ki, bu gün baş tutan görüşdə tərəflər arasında ortaq investisiya ilə bağlı 1 milyard dollarlıq razılaşma imzalanıb.
Muxalifet2 - 5-10-2017