Axtarış

The search found 105785 results in 0.023 seconds.

Search results

  1. Ərdoğan Bərzaniyə YEGANƏ ŞƏRTİNİ AÇIQLADI

     Prezident Ərdoğan İran səfərindən qayıdarkən Şimali Iraqda həyata keçirilən pirat referendumla bağlı kritik bəyanatlar verib.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Kuzey Iraq üçün yeganə şərtini açıqlayıb.
     
     Kuzey Iraqdan bir yumşalma siqnalı almadığını bildirən Ərdoğan, qanunsuz referendumla bağlı bunları deyib: "Biz yol xəritəmizi davam etdirəcəyik. Bu çərçivədə müvafiq orqanlarımız işlərini, danışıqlarını davam etdirirlər".
     
     ƏRDOĞANDAN YEGANƏ ŞƏRT
     

    Muxalifet - 5-10-2017

  2. ​Saakaşvili: Poroşenko onu həbs etməməklə səhv edir

    Ukrayna Prezidenti Pyotr Poroşenko Mərkəzi Seçki Komissiyasını buraxmamaqla öz sələflərinin səhvlərini təkrarlayır.
    Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.
    “Poroşenko Viktor Yuşşenkonun səhvlərini təkrarlayır. Yuşşenko da bir zamanlar Mərkəzi Seçki Komissiyasının rəhbəri Kivalovu özünə yaxınlaşdırmışdı. Axırda məhz o, Yuşşenkonu yox etdi. İndiki MSK rəhbəri nəinki istefaya göndərilməlidir, həbsxanaya da salınmalıdır”, – deyə o bildirib.

    Muxalifet2 - 5-10-2017

  3. “Kürdüstan”dan Ərdoğanın İranla anlaşmasına SƏRT REAKSİYA

    Türkiyə və İran prezidentlərinin səmimi görüntülər verməsi Bərzani cəbhəsini silkələyib.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara və Tehranın sanksiyalar üçün razılığa gəlməsi Bərzaninin mətbuat orqanında ağır təhqirlərlə qarşılanıb.
     
     İRAN VƏ TÜRKİYƏDƏN YENİ SANKSİYA
     

    Muxalifet - 5-10-2017

  4. Ərdoğandan Putinə “VANNA” CAVABI

     Prezident Ərdoğan Putinin Şimali Iraqla əlaqədar olaraq “biz neft vannalarının qapadılmasının əleyhinəyik” açıqlamasına cavab verdi.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən bildirir ki, Türkiyə prezidenti Rusiya dövlət başçısı Putinin birmənalı qarşılanmayan “neft vanna”sı açıqlamasına cavab verib.
     
    Putin ZARAFAT ETMİŞDİ
     

    Muxalifet - 5-10-2017

  5. Şahbaz Quliyevin İRƏVANDA VƏZİYYƏTİ AĞIRLAŞDI

    3 ildən çoxdur ki, erməni girovluğunda saxlanılan azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyev gün keçdikcə bizdən bir addım uzaqlaşır. Həmvətənlərimiz bizdən uzaqlaşdıqca vətən torpağına daha da yaxınlaşırlar... Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin ayda bir dəfə onlara baş çəkməsi də nəyisə dəyişmir.
     
    Şahbaz Quliyev ailəsinə ünvanlandığı sonuncu məktubunda vəsiyyətini də edib. Bu barədə girovun qardaşı İlham Quliyev danışıb.

    Muxalifet - 5-10-2017

  6. ​İŞİD Pakistana köçür: Yeni xilafət...

    Suriyada mövqelərini sürətlə itirən İŞİD kütləvi şəkildə Pakistanın Vəziristan ərazisində məskunlaşır.
    Bu barədə MDB-nin Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov danışıb.
    “2016-cı ilin payızından etibarən İŞİD-in Suriya və İraqdan Vəziristan (Pakistan) ərazisinə əhəmiyyətli sayda qüvvələr köçürdüyü məlumdur. Suriyadakı hərbi və siyasi vəzifələrin həlli bir tərəfdən silahlı radikalların sayının fiziki səviyyədə azalmasına səbəb olur, digər tərəfdən isə İŞİD-i təkcə öz taktikasını deyil, gələcək fəaliyyətinin coğrafiyasını dəyişməyə məcbur edir”, - Novikov bildirib.

    Muxalifet2 - 5-10-2017

  7. ​Ermənistan parlamentində yumruq davası - FOTOFAKT

    Ermənistan parlamentində əlbəyaxa dava olub.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, parlament binasının dəhlizində hakim Respublika Partiyasından olan deputat Artaşes Geqamyan “Yelk” blokunun fraksiya rəhbəri Nikol Paşinyana hücum edib.

    Muxalifet2 - 5-10-2017

  8. ​Millimizdə DAHA BİR İTKİ

    Millimizin daha bir üzvü heyətdən çıxarılıb.
    Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, Araz Abdullayev zədəli olduğu üçün Azərbaycan milli komandasının DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində bu gün Çexiya, oktyabrın 8-də Almaniya ilə keçirəcəyi oyunlarda iştirak etməyəcək.

    Muxalifet2 - 5-10-2017

  9. ​Məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

    Bakıda orta məktəblərdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində müəllimlər üçün pul yığılmasının qarşısını almaq məqsədi ilə xəbərdarlıq elanları asılıb.
    Valideynlər üçün nəzərdə tutulan elan mətnində deyilir:
    “Təhsil nazirinin göstərişinə əsasən, məktəblərdə (müəllimlər günü ilə əlaqədar) pul yığmaq qadağandır. Bu hallar aşkar olunduqda 146 qaynar xəttinə şikayət edə bilərsiniz”.

    Muxalifet2 - 5-10-2017

  10. Bakıda qadın ərinin 1 milyon 220 min dollarını götürüb qaçdı - "Onu öldürəcəm..."

    Bakıda qəribə hadisə baş verib.
    Publika.az xəbər verir ki, arvad ərinin 1 milyon 220 min dollarını götürüb, evdən qaçıb.
    Pulun sahibi Ataməli Hacıyev açıqlama verərək bildirib ki, artıq məsələ ilə bağlı polisə şikayət edib:
    "Sabah məhkəməmiz olacaq. Polisə demişəm ki, evə gəlsə, onu qapıda öldürəcəm".

    Muxalifet2 - 5-10-2017

  11. ​TV-lər Flora Kərimovaya niyə qadağa qoyub? - AÇIQLAMA

    Xalq artisti, korifey sənətkar Flora Kərimovanın son vaxtlar efirlərdə görünməməsi onu sevənlərin narahatığına səbəb olub. İddialara görə, F.Kərimovanın TV-lərə dəvət almamasına səbəb onun millət vəkili, xalq artisti Zeynəb Xanlarovanı tənqid etməsi ilə əlaqədardır. Bu tənqidlərə görə F.Kərimovaya efir qadağası qoyulub.
    Kult.az-a açıqlama verən xalq artisti Flora Kərimova faktı təsdiqləyib. Sənətkarın sözlərinə görə, o, artıq iki ildir ki, efirə çıxmır:

    Muxalifet2 - 5-10-2017

  12. "Turan" Vergilər Nazirliyini məhkəməyə verdi - AGENTLİYİN HESABLARINI DONDURDUĞU ÜÇÜN

    "Turan" İnformasiya Agentliyi vergi orqanları tərəfindən onun bank hesablarına qoyulmuş sərəncamlarla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müvafiq qərarların icrasının dayandırılması barədə ərizə verib. Bu barədə vəkil Fuad Ağayev bildirib.
    Oktyabrın 2-də Vergilər Nazirliyi "Turan" agentliyinin hesablarının yerləşdiyi banklara agentliyin vergi borcunun ödənilməsi üçün hesaba daxil olan pul vəsaitlərinin götürülməsi barədə sərəncam göndərib.

    Muxalifet2 - 5-10-2017

  13. MDB ölkələrinin kəşfiyyatçıları Bakıya toplaşdı

    Bu gün Bakıda MDB ölkələrinin xüsusi xidmət orqanlarının əməkdaşları və hüquq-mühafizə orqanlarının nümayəndələrinin 7-ci konsultasiya iclası öz işinə başlayıb.
    Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, iclasda terrorçuluğa qarşı mübarizə, bu işdə təcrübə mübadiləsi və s. məsələlər müzakirə olunur.
     Məlumata görə, ilk dəfə iclasa BMT Təhlükəsizlik Şurasının terror təşkilatları üzrə monitorinq qrupunun nümayəndələri də dəvət olunub.

    Muxalifet2 - 5-10-2017

  14. ​Qazaxıstana böyük hücum: 50 ölkə eyni anda...

    Qazaxıstan banklarının serverlərinə haker hücumu olub.
    Bu barədə informasiyanı Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi yayıb. Komitə DdoS hücumların eyni anda 50 ölkə ərazisində gerçəkləşdiyini bildirib. Hücumlar 26-29 sentyabr tarixlərində baş verib.
    Rəsmi Astana hazırda hücumların qarşısının alındığını və bankların informasiya resurslarının gücləndirildiyini bildirib. Hücum nəticəsində heç bir banka zərər dəyməyib.

    Muxalifet2 - 5-10-2017

  15. Astara işıqsız qaldı, 75 ailə təxliyə edildi

    Oktyabrın 2-dən yağan intensiv yağışlar Astarada 83 yaşayış məntəqəsini işıqsız qoyub.
    Bu barədə Publika.az-a Rayonun İnformasiya təminatı və təhlil sektorunun müdiri Səfail Məmmədov məlumat verib.
    Onun sözlərinə görə, bu gün səhər saatlarına qədər yağan yağış səbəbindən həyətləri su basıb, yollar, körpülər dağılıb:

    Muxalifet2 - 5-10-2017

  16. Fərhad Əliyev qayıdır...

    2005-ci il oktyabrın 19-da, o vaxtkı parlament seçkiləri ərəfəsində həbs edilən sabiq iqtisadi inkişaf naziri  Fərhad Əliyevin Azərbaycanda iş adamı kimi yenidən fəaliyyətə başladığı haqqında xəbərlər var. Bu barədə bəzi KİV-lər də bir müddət öncə məlumat yaymışdılar.
     

    Muxalifet - 5-10-2017

  17. Bakıda uşağa 5 it hücum etdi - Şoka düşdü...

    Xətai rayonunda Zərifə Əliyeva parkında 7 yaşlı qıza 5 it hücum edib.
    Muxalifət.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  iki qızı ilə parka gələn ana 3 yaşlı balaca qızını gəzdirərkən böyük qızı Safiya Mirzəyeva ağacların arasında oynayırmış. Bu zaman parkda gəzişən 5 it Safiyanın üzərinə hücum edib və onun sağ yanını dişləyib. Yaralı olan azyaşlı xəstəxanaya aparılıb.

    Muxalifet2 - 5-10-2017

  18. Əli İnsanova cavab verildi

    Sabiq səhiyyə naziri Əli İnsanovun narazılığı nəzərə alınıb.
     
    Sabiq nazir Qaradağ rayon Məhkəməsinin barəsində çıxardığı hökmdən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdi. Bundan sonra Əli İnsanov Ali Məhkəməyə müraciət edib.
     Amma onun şikayətinə hələki baxılmırdı. Əli İnsanov haqqındakı hökmdən Ali Məhkəməyə verdiyi şikayətə baxılmamasından narazı qalaraq iki gün əvvəl Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktubla müraciət etmişdi.

    Muxalifet - 5-10-2017

  19. Şəmkirdə qızıl oğrusu tutuldu

    5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şəmkir şəhər sakini Şiraslan Həsənov tutulub.
    Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da rayon ərazisindəki evlərdən birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Ş.Həsənov tutulub.

    Muxalifet2 - 5-10-2017

  20. Vergilər Nazirliyi “Turan”ın hesabını açdı – Rəsmi AÇIQLAMA

    Kütləvi informasiya vasitələrində "Turan” İnformasiya Agentliyinin bank hesabına sərəncam qoyulması ilə bağlı məlumatlar yer alıb.
     

    Muxalifet - 5-10-2017

Pages