Axtarış
The search found 105785 results in 0.03 seconds.
Search results
İstanbulda ABŞ konsulluğunun əməkdaşı HƏBS EDİLDİ
Türkiyə məhkəməsi ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzu həbs edib.
Hüquq-mühafizə orqanlarının məlumata əsasən, Metin Topuz konstitusiya quruluşunu sarsıtmaqda, casusluq fəaliyyətində və Türkiyə hökumətini devirməyə cəhddə ittiham olunur. O, həmçinin FETÖ ilə əlaqədə də mühakimə olunacaq.("Qafqazinfo")Muxalifet2 - 5-10-2017
90 yaşlı qoca 75 yaşlı arvadını öldürdü – DƏHŞƏT
90 yaşlı G.Yusif həyat yoldaşı 75 yaşlı G.Canı yaşadıqları evin həyətində vəhşicəsinə qətlə yetirib.
50 illik evil olan cütlük arasında yaranan mübahisə cinayətlə nəticələnib. Yusif naməlum səbədən həyat yoldaşının başına çəkiclə vuraraq, onu qətlə yetirib. Arvadının yerdə hərəkətsiz yatdığını görən kişi qonşulara cinayət törətdiyini etiraf edib.
Qonşular tərəfindən hadisə yerinə polis və tibbi briqada çağrılıb. Təcili tibbi yardım qadının hadisədən bir neçə dəqiqə sonra öldüyünü təsdiqləyib.Muxalifet2 - 5-10-2017
ABŞ-dan dost Pakistana HƏRBİ TƏHDİD
ABŞ Ordusunun baş qərargah rəisi Dunford ABŞ Senatında Pakistan kəşfiyyatını terror qrupları ilə əlaqəli olmaqda günahlandırıb.
Muxalifet.az xəbər verir ki, Türkiyə KİV-i ABŞ Senatında qardaş Pakistanın hərbi təhdid edildiyindən yazıb.
ABŞ-dan Pakistana hərbi təhdid
Muxalifet - 5-10-2017
Şəmkirdə maskalılar evə basqın edib: uşaqların əl-qolu bağlanıb, qadın döyüldü
Naməlum şəxslər evdəki pulları aparıblar
Şəmkirdə maskalı şəxslər evə basqın ediblər.
Hadisə rayonun Zəyəm Çırdaxan kəndində baş verib.
Belə ki, naməlum maskalı şəxslər mənzil sahibi Yeganə Məmmədovaya xəsarət yetirib, onun hadisə zamanı evdə olan 2006-cı və 2008-ci il təvəllüdlü övladlarının əl-qolunu bağlayıblar.
Naməlum şəxslər evdən 10 000 rus rublu və 300 manat pul götürərək hadisə yerindən qaçıblar.
Fakla bağlı hüquq-mühafizə orqanı araşdırma aparır.Muxalifet2 - 5-10-2017
Suriyada terrorçuların lideri komaya düşdü
“Ən-Nüsra” Cəbhəsi terror qruplaşmasının lideri Əbu Məhəmməd Culyani Rusiya aviasiyasının zərbəsindən sonra komaya düşüb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, qruplaşma liderinin vəziyyətinin kritik olması bütün İdlib vilayəti üzrə terrorçular arasında qarışıqlıq yaradıb.Muxalifet2 - 5-10-2017
Ukraynada daha bir deputat güllələndi
Odessa Vilayət Şurasının sədr müavini Oleq Radkovskiyə sui-qəsd təşkil edilib.
Axar.az xəbər verir ki, Radkovskiyə Odessa şəhərinin mərkəzində atəş açılıb. O, üç güllə yarası alıb.
Onun hazırda xəstəxanaya yerləşdirildiyi və həyati təhlükəsi olmadığı bildirilir.
Qeyd edək ki, Radkovski müxalif Baktivşina Partiyasının üzvüdür. Yuliya Timoşenkonun sədr olduğu partiya son aylar Mixail Saakaşvili ilə çox yaxınlaşıb.Muxalifet2 - 5-10-2017
Lerik sakinləri TƏHLÜKƏDƏ - 5 ailə evini tərk etdi
“Son günlər ölkə ərazisində müşahidə edilən leysan xarakterli yağışlar Lerikdə sürüşmə zonalarını aktivləşdirib”.
Bu barədə Publika.az-a Lerik rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov məlumat verib.
Onun sözlərinə görə, yağışlar rayonun bir sıra yaşayış məntəqələrinə ziyan vurub:Muxalifet2 - 5-10-2017
Bakıda kuryoz hadisə: ARAQ OĞURLADILAR, SU ÇIXDI
Bakıda kafedən oğurluq edilib.
Lent.az xəbər verir ki, paytaxt sakini Məlikov Zaur Akif oğlu polisə müraciət edərək bildirib ki, ona məxsus olan Zığ yolu 32 ünvanındakı kafedən naməlum şəxs və ya şəxslər oğurluq edib. Belə ki, gecə saatlarında kafenin vitrinindəki 15 araq şüşəsi oğurlanıb.
Şikayətçi əlavə edib ki, oğruların araq bilib apardıqları şüşələrin içində su olub. O, vitrin boş qalmasın deyə boş içki şüşələrinə su doldurub ora qoyubmuş.
Araşdırma aparılır.Muxalifet2 - 5-10-2017
Ukrayna müxalifətindən erməni nazirə ÇAĞIRIŞ: “Avakov, millətə qarşı silah qaldırma”
Ukrayna müxalifəti Kiyev şəhər meriyasının qarşısında mitinq keçirir.
Qanunsuz tiklilərə qarşı başlanılan mitinqdə əsasən prezident Petro Poroşenko, Putin, Ukrayna daxili İşlər naziri Arsen Avakov əleyhinə şüarlar səslənir. Onların cinayət etdiyi, Ukraynada demokratiyanı boğmağa çalışdıqları ifadə olunur.
Ən çox tənqid olunan isə erməni əsilli Avakovdu. Onun təcili sürətdə istefa verməsi tələb olunur. Mitinqdə əsas diqqət çəkən şüar da məhz onunla bağlıdır: "Avakov, millətə qarşı silah qaldırma”Muxalifet - 5-10-2017
Ağ Ev Konqresdən 29 milyard istədi - ZİYAN
“İrma”, “Harvi” və “Mariya” qasırğalarının törətdiyi fəsadların aradan qaldırılması üçün ABŞ hökumətinin 29 milyard dollar vəsaitə ehtiyacı var.
Bu barədə “Hill” informasiya yayıb.
Məlumata görə, Ağ Ev Konqresə müraciət edərək qasırğaların ölkəyə vurduğu ziyanın aradan qaldırılması üçün məhz həmin məbləğdə vəsaitin tələb olunduğu bildirib.
Qeyd edək ki, qasırğaların təsirindən ən çox Karib regionu ölkələri əziyyət çəkib.Muxalifet2 - 5-10-2017
Kərə yağını 18 manata kimi bahalaşdıran monopolistlər kimlərdir?
Azərbaycanda kərə yağı və bitki yağlarının qiyməti pik həddə çatıb.
Yeni Zellandiya istehsalı "Westgold” və "Ancor” kərə yağlarının 1 kiloqramı 17-18 manat, Fransa istehsalı olan "French Cow" 18 manat 50 qəpiyə, Hollandiya istehsalı "President” yağı 18 manat 50 qəpiyə, Türkiyə istehsalı "Pınar” kərə yağı isə 24 manat 40 qəpiyə təklif edilir.
Kərə yağları ilə yanaşı, bitki yağlarının da qiymətində 10-15 faizlik artım müşahidə olunur.Muxalifet - 5-10-2017
7 səhra komandiri məhv edildi
Rus aviasiyasının endirdiyi dəqiq aviazərbələr sayəsində Nüsrə Cəbhəsinin şərq sektorunun daha 7 səhra komandiri və 49 döyüşçüsü öldürülüb.
Bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözcüsü İqor Konaşenkov növbəti zərbələrin nəticəsi barədə danışarkən deyib.Muxalifet2 - 5-10-2017
“Hacı Qalib üzr istəsə, onu bağışlayaram” – Çingiz Qənizadə
Sabah millət vəkili Çingiz Qənizadənin sabiq həmkarı Qalib Salahzadəyə qarşı şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.
Hacı Qalibə qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə qaldırılmış iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası saat 11:15-də Sabunçu Rayon Məhkəməsində baş tutacaq.
Deputat Çingiz Qənizadə sabahki məhkəmə ilə bağlı AzVision.az-a bildirib ki, Hacı Qalib haqqında səsləndirdiyi fikirlərə görə üzr istəsə, onu bağışlamaq olar.Muxalifet2 - 5-10-2017
İçində 5 nəfər olan maşın sel altında qaldı - VİDEO
Yardımlı rayonunun Deryavar kəndində qorxunc hadisə baş verib.
Muxalifət.az Xezerxeber.az-a istinadən xəbər verir ki, "CİP" markalı avtomobil selin qurbanı olub. Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə 5 nəfər olub. Kənd sakinlərinin köməyi ilə maşındakılar xilas edilsə də avtomobili sudan çıxarmaq hələ də mümkün olmayıb.Muxalifet2 - 5-10-2017
Путин посылает своих «викингов» в провинцию
Кремль меняет долго сидевших на своих местах губернаторов на молодых технократов. Но вряд ли эти лояльные исполнители приказов смогут значительно улучшить положение в критических сферах.
Muxalifet - 5-10-2017
İrəvan ordusunu rəsmən Rusiyaya verdi
Ermənistan parlamenti Rusiya-Ermənistan vahid ordu qruplaşması razılaşmasını təsdiq edib.
Bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb. Razılaşmanı 87 deputat dəstəkləyib, 7 nəfər isə əleyhinə səs verib.
Razılaşmanın əleyhinə yalnız Yelk Blokunun deputatları çıxıblar.
Qeyd edək ki, Rusiya Federasiya Şurası bu razılaşmanı iyulun 19-da təsdiqləmişdi.Muxalifet2 - 5-10-2017
Ukraynada avtomobil qumbaraatanla vuruldu
Ukraynanın Xarkov vilayətinin Volçansk şəhərində naməlum şəxslər qumbaraatandan avtomobili atəşə tutublar.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Xarkov vilayətinin polisi feysbuk səhifəsində bildirib.
Yol kənarında ekspertlər qumbaraatanın işəsalma qurğusunun hissələrini tapıblar. Hadisə nəticəsində sürücünün zərər çəkmədiyi bildirilir.Muxalifet2 - 5-10-2017
Rafiq İsmayıl dünyasını dəyişdi
Azərbaycanın tanınmış professorlarından biri, Milli Azadlıq Hərəkatının fəallarından olan Rəfiq bəy İsmayıl dünyasını dəyişib.
O, bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Rafiq bəy İsmayıl Elçibəyin Türkiyə təmsilçisi Xanım İsmayılovanın həyat yoldaşı, hazırda Türkiyədə yaşayan tanınmış Pr. Dr. Toğrul İsmayılın atasıdır.
Allah rəhmət eləsin!Muxalifet2 - 5-10-2017
Qırğızıstanda terror törətmək istəyən şəxs HƏBS OLUNDU
Suriyada təlimatlandırılaraq, terror törətmək üçün Qırğız Respublikasına göndərilən terrorçu həbs olunub.
“Report” Qırğız KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb.
İnformasiyaya əsasən, həmin şəxs 1994-cü ildə Qırğız Pespublikasının Cəlalabad vilayətində anadan olub. O, 2012-ci ildə Suriyada təlim düşərgələrindən birində terror-diversiya üzrə hazırlıq keçib. Saxlanılan şəxs Suriyada terrorçu qruplaşmalar tərəfindən döyüşüb.
Onun barəsində cinayət işi başlanılıb.Muxalifet2 - 5-10-2017
MTN polkovnikinin məhkəməsində keçmiş hərbi komissar ifadə verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Almaz Abbasova bildirib ki, təqsirləndirilən Anar İsmayılova 8 min manat məbləğində pul verib, ancaq pulu qaytarmayıb.Muxalifet2 - 5-10-2017